Fiqhi namaz nə deməkdir?!


Doğru namaz insanın təklifdən azad olmasına gətirib çıxardar. Onun sayəsində insan axirətdə hesab verməkdən azad olur. Bu cür namazı fiqhi namaz adlandırırlar. Belə bir namaz nur saçaraq səmaya qalxar və Allah tərəfindən qəbul olunar.
Ancaq elə namazlar da vardır ki, mələklər onu səmaya qaldırsalar da, Allah tərəfindən qəbul olunmaz. Peyğəmbərimiz (s) buyurur: “Bəzi namazların yarısı qəbul olunar, bəzisinin üçdə biri, bəzisinin dördə biri, bəzisinin beşdə biri və bəzisinin də onda biri qəbul olunar.
Bəzi namazlar bükülmüş köhnə paltar kimi sahibinin üzünə vurular. Namaz qılan (belə) namazından bəhrə aparmaz”...


İslam şəriətində 7 məsələnin hökmü bu cürədir! Bilirsinizmi?


1. İsti su ilə dəstəmaz almaq olar?
Bəli, bunun heç bir fərqi yoxdur, soyuq su ilə dəstəmaz ala bilmirsinizsə, isti su ilə dəstəmaz ala bilərsiniz.
2. Dəstəmaz ala-ala danışmaq olar? Bu, dəstəmazı pozur?
Bəli olar. Danışmaq, kiməsə cavab vermək dəstəmazı pozmur.
3. Dovşan əti haramdır? Qurani-Kərimdə bu barədə ayə var?
Salam. Bəli, bu belədir, dinimizə görə, dovşan əti haramdır. Qurani-Kərimdə bu barədə ayə olmasa da, onun haramlığına dair hökm Peyğəmbər (s.ə.s) və Məsum İmamlar (ə) tərəfindən verilmişdir...


İslam şəriətinə əsasən namazın savabını artıran 30 əməl hansılardır?!


Namazın müstəhəb əməlləri
1. Birinci rəkətdə Həmddən qabaq “Əuzu billahi minəş- şəytanir- racim” demək;
2. Zöhr və əsr namazlarının birnci və ikinci rəkətlərində “Bismillahir-rəhmanir-rahim”i ucadan demək;
3. Həmd və Surəni aram-aram və tələsmədən oxumaq;
4. Hər ayənin sonunda vəqf etmək, yəni sonrakı ayəyə bitişdirməmək;
5. Həmd və Surəni oxuyarkən ayələrin mənalarına diqqət etmək;
6. Həmdi oxuduqdan sonra “Əlhəmdu lillahi rəbbil aləmin” demək; istər camaat namazında, istər də tək halda (furada) qılınan namazda.İstər pişnamaz olsun, istərsə də iqtida edən...


Islam şəriətinə əsasən böyük günahlar hansılardır?!


1.Allahın rəhmətindən məyus olmaq
2.Allahın əzabından həmişəlik özünü amanda güman etmək
3.Allahın və peyğəmbərin adından yalan demək
4.Nahaqdan bir adamı öldürmək
5.Ata və ananın üzünə ağ olmaq
6.Zülm etməklə bir yetimin malın mənimsəmək
7.İsmətli bir qadına zina ittihamını vurmaq
8.Düşmənlə mübarizə meydanından qaçmaq...


Qurani Kərimə aid oxucuların 9 şəri sualına-cavab...


Sual: Quranı qan və leş kimi murdarların üzərinə qoymaq olarmı?
Cavab: Bu iş haramdır. Hətta həmin murdar şey qurudursa da, bu işi görmək olmaz. Quranı murdar şeyin üzərindən götürmək vacibdir.
Sual: Quranı kafirlərin, məsihi və yəhudi kimi kitab əhlinin əlinə vermək olarmı?
Cavab: Əgər onun murdarlanmaq və hörmətsizliyə məruz qalmaq qorxusu yoxsa, qarşı tərəfin hidayəti məqsədi ilə bu işi görmək olar. Bir şərtlə ki, onlar həqiqətən də, Qurandan bəhrələnmək istəsinlər.
Sual: Murdar cövhərlə Quran yazmaq olarmı?
Cavab: Bu iş haramdır. Həmin yazını məhv etmək lazımdır...


Quran oxunan zaman ona qulaq asmaq vacibdirmi?!


Quran oxunarkən ona hörmət olaraq qulaq asmaq, və danışmaqdan çəkinmək vacibdir:
1. Quran yazılarını murdarlamaq haramdır. Əgər onun yazıları murdarlanarsa, dərhal suya çəkilməlidir. Əgər Quranın yazı olmayan hissələri və cildi murdarlanarsa və bu murdarlıq Qurana hörmətsizlik sayılarsa, onu suya çəkmək lazımdır.
2. Quran oxunarkən ətrafdakılarla söhbətdən çəkinmək, onu dinləmək lazımdır. Əgər həmin söhbət Qurana hörmətsizlik sayılarsa, caiz deyil. Amma Quran oxunan vaxt insandan bir söz soruşulsa, cavab verə bilər.


İnsanları haqqa dəvət edib, batildən çəkindirmək vacibdirmi?


Cavab: «Maidə» surəsinin 105-ci ayəsində oxuyuruq: «Ey iman gətirənlər, nəfsinizi qoruyun. Siz doğru yolda olsanız, yoldan azanlar sizə heç bir zərər yetirməzlər».
İslamda hər bir müsəlmana vacib buyurulmuş on əməl sırasında əmr be məruf (doğru yola əmr) və nəhy əz münkər (azğınlıqı qadağan etmə) də vardır. Lakin bəziləri yanılaraq, yuxarıda zikr edilmiş ayədən belə nəticə çıxarırlar ki, hərə öz həyat tərzini müəyyən etməli və yolundan azanlara mane olmamalıdır.
Rəvayət olunur ki, həzrət Peyğəmbərin (s) və onun yaxınlarının iştirak etdiyi bir məclisdə «əmr be məruf» və «nəhy əz münkər» mövzusunda söhbət gedirdi. Gənc müsəlmanlardan biri söhbətə qarışaraq, yuxarıdakı ayəni misal gətirərək, «doğru yola çağırışa hacət qalırmı»,-deyə sual verir. Həzrət Peyğəmbər (s) buyurdu: «Doğru yola əmr edin və bu yoldan azanların qarşısını alın...


Dəstamaz və ya qüsl əvəzinə əlləri torpağa vurub alın və əllərin üstünə çəkməyin faydası nədir?


Cavab: Yəqin ki, söhbətin təyəmmümdən getdiyini anladınız. Təyəmmümün ilkin faydası odur ki, ibadət üçün dəstəmaz almağa və ya qüsl verməyə imkanı olmayan şəxs, ibadətini təxirə salmır. İnsanın alnı, onun ən şərafətli bədən nahiyələrindəndir. İnsan öz kiçikliyini etiraf edir. Demək, təyəmmüm özü bir ibadətdir.
Artıq elmi dəlillərlə sübuta yetirilib ki, torpaq güclü parçalama xüsusiyyətinə malikdir. Məhz bu xüsusiyyətinə görə, insan və heyvan cəsədləri torpaqda dəfn olunur. İstənilən başqa mühitdə qorxulu keçici xəstəliklər törədə biləcək cəsədlər, qısa bir müddətdət torpağın təsiri ilə parçalanır və zərərsizləşdirilir. Buradan belə nəticə çıxır ki, torpaq da, su kimi özünəməxsus təmizləyici keyfiyyətlərə malikdir. ...


Camaat namazında diqqət olunası 10 müstəhəb əməllər hansılardır?!


İmam Baqir (ə) nəql edir ki, İmam Əli (ə) belə buyurmuşdu: “Hər kim camaat namazının azanını eşidərsə və heç bir üzrü olmadan getmərsə onun üçün həmin vaxt təklikdə qıldığı namazın savabı olmaz. ” Vəsail Əş-Şiə, cild-5, səh: 375.
İslam şəriətinə əsasən gündəlik namazları camaatla qılmağın çox savabı vardır. Nəql olunan hədislərdə deyilir camaatla qılınan namazın savabı tək qılınan namazdan 25 dəfə çoxdur. İslam şəriətinə əsasən camaat namazında bu məsələlərə diqqət yetirmək namazın savabını artırar və sünnətdir:
1-Müstəhəbdir ki, camaat namazı qılmaq istəyən şəxs əgər kişidirsə İmamın sağ tərəfində dayansın, əgər qadındırsa sol tərəfində dayansın. Əgər iqtida edərsə məmun gərək imanın ayaqlarına və ya dizinə yaxın səcdə etsin...


Namaz qılanın paltarı üçün deyilən 8 müstəhəb əməllər hansılardır?!


İmam Sadiq (ə) buyurdu: “Ən yaxşı geyim odur ki, səni Allahı xatırlamaqdan qafil etməyə və səni başqasına çəkməyə səbəb olmaya. Bəlkə o paltar yaxşıdır ki, səni şükrə, zikr və itaətə həvəsləndirə.” Mənbə: Misbahuş-şəriə, 7 ci bab, geyim bölümü.
İslam şəriətinə əsasən namaz qılan şəxsin paltarında bu məsələlərə diqqət yetirməklə ibadətin savabını bir neçə dəfə artırmaq mümkündür:
1-Namaz qılan şəxsə müstəhəbdir ki, ibadətə dayandığı zaman ağır və vüqarlı geyimlərdən istifadə etsin!
2-Müstəhəbdir ki, namaza duran şəxs getimdə pambıq və kətan parçalardan tikilmiş paltarlardan istifadə etsin!
3-Müstəhəbdir ki, namaz qılan şəxs ibadətə dayanan zaman ağ və ən yaxşı paltarını geyinsin!...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter