İmamların (ə) adı nəyə görə Quranda qeyd edilməyib?


Hansı səbəbdən İmamların (ə) adları Qurani-Kərimdə qeyd edilməyib? Bu sualın cavabını İmam Cəfər Sadiq (ə) öz səhabəsi olan Əbu Bəsirə gözəl şəkildə izah etmişdir. Bu suallar günümüzdə də çox aktualdır və hesab edirik ki, İmam Sadiqin (ə) bu barədə gözəl izahı həqiqi düşünənlər üçün bir ibrət olacaq. Əbu Bəsir belə rəvayət etmişdir: \"İmam Cəfər Sadiqdən (ə) Azzə və Cəllə olan Allahın: \"Allaha itaət edin, Peyğəmbərə və sizdən olan əmr sahiblərinə itaət edin\" (“Nisa” 59) ayəsi haqqında soruşdum. İmam Sadiq (ə) buyurdu: \"Bu ayə Əli ibn Əbu Talib, (ə) Həsən (ə) və Hüseyn (ə) haqqında nazil olmuşdur\". (Çünki bu üç İmam (ə), ayənin nazil olması zamanı yaşayırdılar). Söylədim: \"İnsanlar deyirlər ki: \"Əlinin (ə) və Əhli-Beytinin (ə) adı Azzə və Cəllə olan Allahın Kitabında niyə keçmir?\"”.
İmam Sadiq (ə) buyurdu: \"Onlara deyin ki, Rəsulullaha (s) namaz qılmaqla əlaqədar əmr də nazil etmişdir. Ancaq Allah bu namazların üç rükətmi, dörd rükətmi olacağını açıqlamamışdır. Namazların rükət sayını Allahın Rəsulu (s) açıqlamışdır...


Məsumlar qəbir əzab və qoruxusundan amanda qalmaq üçün hansı əməli tapşırırblar?!


Qəbrin dəhşətindən azad olmaq üçün iki rükət namaz! Ölüm bədənlə ruh arasında olan rabitəni kəsir və yeni həyatın başlanğıcı olur. Öləndən sonra insan elə aləmə gedir ki, adı qəbir adlanır. Qəbir – ölülərin müvəqqəti məkanıdır. Qəbirdə olan insanı çoxlu əzablar və narahatlıqlar, qorxular gözləyir. Nəkir ilə Münkərin sorğu-sualı, qəbir əzabı, qəbrin zülmətli olması, müxtəlif heyvanların insanın cəsədinə hücum etməsi kimi. İnsan hələ bu dünyada özünü həmin aləm üçün hazırlamalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Ölüm mələyi deyir: “Hər kim beş vacib namazın vaxtına riayət edərsə, mən ona qarşı anasından da mehriban olaram””. İmam Sadiq (ə) buyurur: “Gecənin qaranlığında qəbrin dəhşətindən azad olmaq üçün iki rükət namaz qıl. Ölüm mələyi ruhu qəbz edən zaman namazına riayət edən insanı şeytandan dəf edər. O, dəhşətli vaxtda tövhidə şəhadəti ona təqlin edər”....


Əhli-Beytə (ə) salam və salavat göndərməyin sirri nədir?


Elm məcslinin ədəb qaydalarından biri də budur ki, müəllimlər ona xitab edənlərə salam verərlər. Allah Təala bu ədəb qaydasını bizə Quranda öyrətmişdir.
“Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara «salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini)düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır» de”. (“Ənam” 54).
Həzrət Peyğəmbərin (s) məclisində olan insanlar iki dəstəyə bölünürdülər: onların bir dəstəsi salamı Peyğəmbərdən (s) və bir dəstəsi isə Allahdan alırdılar. Allahın salamı dedikdə, əlbəttə ki, salamatlığın əta olması nəzərdə tutulur. Belə deyildir ki, Allah söz şəklində kiməsə salam versin.
Salamatlığın ən mühüm növü isə qəlb salamatlığıdır. Əgər qəlb Allahdan qeyrisindən boş olarsa, belə qəlb sağlam qəlbdir. O zaman ki, qəlb sağlam olar, o zaman bu qəlbə İlahi elm və maarif axmağa başlayar. Ona görə də Allah Təala əvvəl insana qəlb verər və sonra tutum...


Bu münafiqin İmam Hüseynə (ə) qarşı vuruşacağını Həzrət Əli (ə) öncədən demişdi!


Kərbəla hadisəsinin ən alçaq şəxsiyyətlərindən biri də Şəbəs ibni Rəbiədir. O, Kufənin ən zəngin insanlarından idi. Onu min sifətə malik olan insan kimi də tanıtmaq olar. Siffeyn döyüşündə İmam Əlinin (ə) tərəfində idi, ancaq Nəhrivanda xəvariclərə qoşulmuşdu. İmam Əli (ə) onun haqqında belə xəbər vermişdir: “Əgər Peyğəmbərlə (s) birlikdə münafiqlər vardısa, bizimlə də vardır. Allaha and olsun ki, Şəbəs, oğlum Hüseynlə (ə) vuruşacaqdır. Allahın Peyğəmbəri (s) mənə belə xəbər vermişdir”.
Bərə ibni Azəb isə İslam tarixinin ən görkəmli şəxsiyyətlərindən olmuşdur. Onu Peyğəmbərin (s) və İmam Əlinin (ə) səhabəsi hesab edirdilər. O, Qədir-Xumu nəql edənlərdən biri olmuşdur. Peyğəmbər (s) vəfat edəndən sonra birinci xəlifəyə beyət etməkdən imtina etmişdir. Lakin bütün bunlara baxmayaraq, Kərbəla hadisəsində İmam Hüseynə (ə) yardım etməkdən çəkinən insanlardan olmuşdur. İmam Əli (ə) onun haqqında əvvəlcədən xəbər vermişdi....


Həzrəti Peyğəmbər (s) İmam Hüseynə (ə) olan məhəbbəti haqda nə buyurmuşdu?!


Həzrət Peyğəmbər (s) İmam Hüseynə (ə) həmişə xüsusi diqqət göstərərdi. Çünki Peyğəmbərin (s) öz əziz nəvələri ilə xüsusi rabitəsi var idi. Nə zaman bu azyaşlı balaları müşahidə etsə idi, onları qucağına alar və çoxlu öpərdi.
Bu haqda çox sayda hədis bəyan edilmişdir. İbni Quluyə nəql edir: “İmam Baqir (ə) bəyan etmişdir: “Nə zaman Seyyidi-şühəda (ə) Peyğəmbərin (s) yanına gələrdi, Həzrət qucağını böyük açardı””.
Mühüm nöqtə budur ki, Həzrət (s) harada olursa-olsun, istər qızının evində, istər məsciddə, ya öz evində - nəvəsini görən kimi onu qucağına alar və sevinərdi.
Nəql edilir ki, Həzrət (s) onu qucağına ala bilməyəndə, İmam Əliyə (ə) buyurardı ki, onu gətirib onun qucağına versin...


Əhli-sünnə mənbələrində İmam Hüseynin (ə) fəzilətləri barədə 20 qaynaq...


1. Əbu Səid əl-Xudri nəql edir: \"Allahın Rəsulu (s) belə buyurub: \"Həsən və Hüseyn (ə) cənnət cavanlarının seyyidləridir (ağalarıdır)””. Tirmizi deyib: \"Bu hədis – həsən səhihdir\".(Mənbə: \"Sünən Tirmizi\", 5/656, hədis 3768)
2. Üsəmə ibn Zeyd nəql edir: \"Həzrət Peyğəmbər (s) buyurub: \"Həsən və Hüseyn (ə) mənim oğullarım və qızımın oğullarıdır. İlahi, mən onları sevirəm, sən də onları sev və onları sevənləri də sev\"”. Tirmizi deyib: \"Bu hədis – həsəndir (mötəbərdir)”. (Mənbə: \"Sünən Tirmizi\", 5/656, hədis 3769)
3. Yalə ibn Murra nəql edir: \"Allahın Rəsulu (s) belə buyurub: \"Hüseyn (ə) məndən və mən də Hüseyndənəm. Allah Hüseyni (ə) sevəni sevsin\"”. Tirmizi deyib: \"Bu hədis – həsəndir (mötəbərdir)”. (Mənbə: \"Sünən Tirmizi\", 5/658, hədis 3775)...


Şeytan üçün tövbə qapısı açıqdırmı?


Qurani-Kərimin və hədislərimizin buyurduğuna görə, şeytan (lən) üçün tövbə qapısı açıq deyildir. Çünki:
1. Qurani-Kərimdə buyurulur ki, o əməlləri bağışlayaram ki, nadanlıq üzündən yerinə yetirilmiş olsun, bilərəkdən deyil. “Əslində (qəbulu İlahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir”. (“Nisa” 17).
“Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə, onlara: «Salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır» de”. (“Ənam” 24).
Bu ayələrdə nadanlıq dedikdə məqsəd odur ki, bəndə üsyan və itaətsizlik üzündən günah etməsin, bəlkə nadanlıq və cəhaləti üzündən günah etmiş olsun. İmam Sadiq (ə) buyurur ki, cəhalət dedikdə məqsəd odur ki, bəndə pis iş görməyi qərar verən zaman həmin günahın hökmündən agah olmasına baxmayaraq, onu cəhalət halında yerinə yetirər...


Allahın Rəsulu (s) gecə qıldığı vitr namazında neçə dəfə istiğfar edərdi?


Təqva əhlinin hansı xüsusiyyətləri var? Ümumi nəzərə görə, təqvalı insanların xüsusiyyətləri bunlardır:
- Çətinlik qarşısında səbir edərlər. - Rəftar və danışıqlarında sadiqdirlər. - Allahın onlara verdiyi ruzidən infaq edərlər. - Vacibatları yerinə yetirən zaman mütidirlər və təkəbbürdən uzaqdırlar. - Gecəni oyaq qalar və ibadətlə, bağışlanma istəməklə məşğul olarlar.
İmam Sadiq (ə) buyurur: “Səhər çağı istiğfar dedikdə, məqsəd – o vaxt qılınan namazdır”. Əbu Bəsir, İmam Sadiqdən (ə) “səhərlər bağışlanma diləyənlərdirlər” (“Ali-İmran” 17) barəsində soruşur. Həzrət İmam Sadiq (ə) buyurur: “Allahın Rəsulu (s) vitr namazında 70 dəfə istiğfar edərdi”...


Haqqun-nası, tövbə edərək aradan qaldıra bilərikmi?


Haqqun-nası iki hissəyə bölürlər: maddi olan haqqun-nas və maddi olmayan haqqun-nas. Əgər insan bir başqasının malını zay etsə və ya haqqını yesə – bu olur maddi haqqun-nas. Əgər insan bir başqasının abırını aparır və onu rüsvay edirsə – bu olur qeyri-maddi haqqun-nas. Maddi haqqun-nası yerinə yetirən insan gərək birincisi tövbə etsin və əməlinə görə peşman olsun. Sonra zay etdiyi malın əvəzini versin. O kəs ki, qeyri-maddi haqqun-nas edirsə, o da gərək birincisi tövbə etməli və sonra həmin şəxsdən halallıq alıb abırını bərpa etməlidir.
Hər bir haqqun-nas, Haqqullah hesab olunur. Səbəbi də budur ki, insan qeybət edən zaman həm qarşı tərəfin abırını aparır və həm də Allahın qadağasına itaətsizlik edir. Ona görə də haqqun-nası olan insanın razılığını almaqla yanaşı, Allahın da razılığını almalıdır. Bunun üçün isə dua və istiğfar etməlidir...


Məsumların hədislərinə əsasən 9 əməl insanın kasıblamasına səbəb olar!


Yoxsul olmaq ümumilikdə eyb deyildir. O şey ki, bəyənilmir odur ki, insan öz ixtiyarı ilə yoxsulluğa düçar olar. Başqalarını əziyyətə salar. Bəs bu bəladan necə nicat tapmaq olar ki? İnsan üç növ yoxsulluq ilə mübarizə aparar. Biri odur ki, bəzi dini göstərişləri tərk etdiyi üçün düçar olmuşdur. Digəri - o yoxsulluqdur ki, möminlərin günahının kəffarəsidir. Üçüncüsü - o yoxsulluqdur ki, möminin dərəcənin artması üçündür.
1. İnsanın ən çox yoxsulluğa düçar edən amil - günahdır. Allah vədə verir ki, əgər insanlar təqvalı olsalar, xeyir və bərəkət səmadan yağar. “Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq”. (“Əraf” 96)....


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter