Halal və Haram malın İnsana hansı təsiri vardır?
aşıl örtüyə bürünmüş bir bağda gözəl güllərin üzərinə rəhmət yağışının bərabər surətdə yağdığını təsəvvür edin. Bağban onlardan birində problem gördükdə onun suvarılmasında və qidalanmasında ciddi cəhd göstərir. Hər gün açılmış qönçələrin sevincli təravəti yoldan keçənlərin dilinə əhsən kəlməsini gətirir. Amma digər bağban bu bağbandan fərqli olaraq nə münasib suvarmadan və nədə ziyanvericilərdən xəbərdar deyil. Nəticədə bu bağın gülləri solub, kədər yaradır.
QƏLB XƏSTƏLİKLƏRİ necə OLUR?
Allaha həmd olsun! Ondan kömək istəyir və bağışlanma diləyirik. İstəklərimizin şərindən, əməllərimizin pisliklərindən Ona sığınırıq! Allah kimi doğru yola yönəldərsə, onu heç kim yolundan azdıra bilməz, kimi də yolundan azdırarsa, ona da kimsə doğru yol göstərə bilməz.
Haram mal kəlməsİ Quranda və hədislərdə necə gəlmİşdİr?
Quranda və İmamların (ə) kəlamlarında başqalarının malından qadağan olunmuş vəziyytədə istifadə etmək, yəni malı icazəsiz yemək ifadəsilə qeyd olunub. Bu cümləni camaat başqasının malını icazəsiz istifadə edən şəxs barədə işlədirlər. Belə bir şəxsi haqq yeyən və haramxorda adlandırırlar....
İslama İman gətİrən İlk şəxs
Əli (ə)-ın həyatının ikinci hissəsini besətdən sonra və hicrətdən əvvəlki dövr təşkil edir. Bu dövr on üç ildən artıq olmamışdır. Əli (ə) bütün bu müddət ərzində Peyğəmbərin (s) hüzurunda olmuş və müəyyən vəzifələri öhdəsinə almışdı. Bu dövrün həssas və maraqlı məsələləri İmam (ə)-a nəsib olmuş bir çox iftixarlardır. Belə ki, bu iftixarlar tarix boyu Əli (ə)-dan başqa heç kəsə nəsib olmamışdır.
DİN NƏDİR?
Din – peyğəmbərlərin Allah tərəfindən bəşəriyyəti hidayət etmək və onlara yol göstərmək üçün gətirdiyi bir sıra elmi, əxlaqi və əqidəvi göstərişlərdən ibarətdir. Bu əqidələrə etiqad bəsləyib onun göstərişlərini yerinə yetirmək insanın hər iki dünyada səadət və xoşbəxtliyini təmin edir...
Şəxsiyyətə pərəstiş, nədən Günahların yaranma səbəblərİndəndİr?
Günahın cəmiyyətdə mədəni proseslərlə bağlı amillərindən biri şəxsiyyətə pərəstişdir. Aydın məsələdir ki, hər bir insanın həyatında yüksək məqsədlərə nail olması üçün kamil bir nümunə insan, yəni ideal olmalıdır. Belə nümunə liderlər insanın tərbiyəsində mühüm rol oynayırlar....
KӘRBӘLA QİYAMINDA KİM QӘLӘBӘ ÇALDI?
Bir sıra sadəlöv adamların Aşura günündə Yezidin qələbə çalıb, İmam Hüseyn əleyhissalamın məğlub olduğunu güman etməsinə baxmayaraq, tarixi diqqətlə araşdırdıqda məlum olur ki, əhvalat bunun əksinə imiş. Çünki qələbə insanın diri qalıb düşmənin ölməsi demək deyildir. Qələbə bundan ibarətdir ki, insanın özü ölsə də hədəf, fikir və idealları əbədi olaraq yaşasın. Məğlubiyyət isə döyüş meydanında həlak olmaq deyil, fikir və ideyaların məhv olmasıdır.
QURANDA MÜƏLLİMİN EHTİRAMI BARƏDƏ NƏ DEYİLİR?
Həzrəti Musa (əleyhissalam) və Xızr peyğəmbərin əhvalatı Quranda \"Kəhf\" surəsində gəlmişdir. Bu əhvalatda Musa (əleyhissalam)-a məmuriyyət verilir ki, müəlliminin ardınca getsin və bilmədiklərini ondan öyrənsin. Quran, həzrəti Xızr peyğəmbərin adını aşkarcasına çəkmir, ondan \"bəndələrimizdən biri\" ünvanı ilə ad aparır. Lakin, çoxlu rəvayətlər, bu alim və müəllimi, Xızır kimi tanıtdırırlar....
Yəhudi alimin Peyğəmbərə (s) verdiyi suallar
Yəhudi alimlərindən biri Rəsulullahın (s) yanına gələrək dedi:
Yalnız Peyğəmbərlərə məlum olan xüsusiyyətlər haqqında soruşacaqlarımız barəsində bizə xəbər ver. Peyğəmbər istədiyiniz şey barəsində soruşun, lakin Yaqub (ə) övladlarından vəd aldığı kimi sizdə Allah qarşısında vəd verin ki, əgər görsəniz dediklərim doğrudur mənə tabe olub islam dinini qəbul edəcəksiniz. Onlar qoy sən deyən olsun dedilər.
Nədən tarİxdə Fədək bağı məşhurdur?
Xeybər yaxınlığında yerləşən “Fədək” münbit torpağa malik meyvə və ən əsası xurma bağlarının bol olduğu yer idi. Orada yəhudilər yaşayırdılar. Hicrətin 7-ci ilində, Xeybərin fəthindən sonra təqribən Peyğəmbərin (s) vəfatından dörd il əvvəl Cəbrəil (ə) nazil oldu. O Fədəyin fəth olunması hökmünü Allah tərəfindən Peyğəmbərə (s) çatdırdı.Bu hökmdə açıq-aydın əmr olunmuşdu ki, Fədəyin fəthi yalnız Peyğəmbər (s) və Əmirəlmöminin (ə) vasitəsilə icra olunmalı,müsəlmanlar isə bu işdə iştirak etməməlidirlər.