İmam Həsənin (ə) hədisində insanı məhvə aparan əməllər hansılarıdr?


İmam Həsənin (ə) hədisində insanı məhvə aparan əməllər hansılarıdr? İslaminSesi xəbər verir ki, Mübarək Ramazan ayının 15-i İmam Həsənin (ə) mövlud gününə təsadüf edir. Bu gün münasibətilə o həzrətdən nəql edilən ibrətamiz hədislərdən birini təqdim edirik: Əllamə Məclisi Bəharul-Ənvarın 75-ci cildində səhifə 111-də İmam Həsənin camaatı məhvə və bədbəxtliyə aparan əməllər haqda buyurulan hədisini gətiribdir.
İmam Həsən (ə) buyurub: “Camaatın məhv olma səbəbi 3 əməldədir: 1-Təkəbbür, elə İblis də bu rəzalətli xislətin ucbatından lənət olundu. 2-Tamahkarlıq canın düşmənidir. Adəm də bunun ucbatından cənnətdən qovuldu. 3-Paxıllıq pisliyin başda gedənidir, Elə bu xislətin ucbatından Qabil Habili öldürdü (və beləcə yer üzündə qırğınlar başladı)”


Müsəlman qardaşın evində iftar açmaq hansı savaba malikdir?


Müsəlman qardaşın evində iftar açmaq hansı savaba malikdir? Müsəlman qardaşın evində iftar açmağın savabı:
Fəyyaz olan Allah bizimlə ədaləti ilə deyil mərhəməti və fəzli ilə rəftar edir. Quranda buyurulur ki pis işi görən onun misli qədər bir yaxşı işi görən isə onun 10 qatı qədər mükafat alacaq. Bəndələrinə nemət yağdıran Allah bəndələrindən azacıq hərəkət gözləyir. Gözləyir ki onları sərhədsiz mərhəmətinə qovuşdursun. Qiyamətdə də belədir. Allah ona itaət edənlə mərhəməti ilə rəftar edər.
Bu orucluq ibadətinə də şamildir. Bəzən 16 saat ac-susuz qalmağa Allah elə mükafatlar vəd edir ki, insan daima şükr səcdəsində qalmağı üstün tutur. İnsan fikirləşir ki bu qədər cılız əməlin qarşısında böyük bir tükənməz mükafatın verilməsi illərlə şükr etməklə belə qarşılana bilməz. Hədislərdə oruc tutanlara iftar vermək və onun savablar və tükənməz mükafatları barədə saysız hesabsız vədlər və müjdələr gəlib. Bəs müsəlman qardaşın evində iftar açmaq hansı savaba malikdir?
İmam Sadiq (ə)buyurur: “Sənin müsəlman qardaşının evində iftar etməyin öz evində iftar etməkdən 70 qat artıq savaba malikdir”


Qurani-kərim nə üçün bir dəfəyə yox, tədricən nazil olub?


Qurani-kərim nə üçün bir dəfəyə yox, tədricən nazil olub? Cavab: Allah Həzrət Mühəmməd Peyğəmbərə (s) Quranı birbaşa göndərib əmr edə bilərdi ki, onu bütövlükdə xalqa elan etsin. Lakin bu zaman Quran ayələrinin mənasını, daşıdıqları hökmü insanlar anlaya bilməzdilər. Quran 23 il ərzində hissə-hissə Peyğəmbərə vəhy olundu və Onun tərəfindən insanlara çatdırıldı. Hər bir şəraitə, hadisəyə, insanların əhval-ruhiyyəsinə, problemlərinə uyğun olaraq müvafiq ayələr gəlirdi. Məsələn, Məkkə dövründə daha çox tövhid və axirətlə bağlı ayələr nazil olurdu ki, müsəlmanlarda düzgün əqidəvi bilik formalaşsın. Mədinə dövründə daha çox şəriət hökmləri, müharibə qaydaları ilə bağlı ayələr nazil olmağa başladı. Çünki artıq Mədinədə İslam cəmiyyəti qurulmuşdu və bu cəmiyyətdə dini qaydalara ehtiyac duyulurdu. Təbiidir ki, Məkkə dövründə məsələn, cihadla bağlı ayələrin nazil olması mənasız olardı. Yaxud məsələn, oruc hökmü verilməzdən əvvəl oruc ayələrinin endirilməsi də insanlar tərəfindən qəribə qarşılanardı. Ona görə də, Quran hər bir şəraitə uyğun olan hissələr şəklində nazil oldu.


Müsəlman hansı əxlaqi səciyyəsi ilə nələri əldə edə bilər?


Müsəlman hansı əxlaqi səciyyəsi ilə nələri əldə edə bilər? Əsbəğ ibn Nəbatə Həzrət Əlinin (ə) belə buyurduğunu deyir:
“-Düz danışmaq əmanət, -yalan xəyanət, -ədəb böyüklük, -uzaqgörənlik zirəklik,
-orta həddə yaşayış dövlət, -israf yoxsulluq, -yüngüllük zillət, -səxavət tanışlıq,
-alçaqlıq qürbət, -qəlbin yumşaqlığı təvazökarlıq, -bacarıqsızlıq acizlik, -nəfsani istəklərə itaət azğınlıq,
-vəfadarlıq meyar (yəni, bir kəsin dəyərini müəyyən etməkdən ötrü ölçüdür), -xudpəsəndlik (özünübəyənmə) həlakət və səbr həyatın əsası və mehvəridir.” Ayətullah Meşkinin nəsihətlər kitabı.


Əmirəl-mö`mininin (ə) Kumeyl ibn Ziyada hansı nəsihətləri buyurmuşdur?


Əmirəl-mö`mininin (ə) Kumeyl ibn Ziyada hansı nəsihətləri buyurmuşdur? Ayətullah Meşkinin nəsihətlər kitabı, İmam Əlinin (ə) səhabəsi Kümeylə elmi və tərbiyəvi tövsiyələri:
◘Ey Kumeyl! Elə bir elm yoxdur ki, mən onu bilməmiş olum və agah olmadığım heç bir sirr yoxdur.
◘Ey Kumeyl! Bizdən başqa heç kəsdən dini və elmi məsələ, yaxud hədis öyrənmə ki, həmişə bizdən olasan!
◘Ey Kumeyl! Yemək yeyən zaman Allahın adını çək, çünki, Onun adı ilə heç bir xəstəlik insana zərər yetirməz və Onun adında hər bir dərdin çarəsi var.
◘Ey Kumeyl! Süfrə kənarında oturarkən yemək yediyin vaxtı uzat ki, səninlə bir süfrə kənarında oturan süfrədə olanlar da kamil şəkildə bəhrələnə bilsin.
◘Ey Kumeyl! Elə ki, yeməyini yeyib qurtardın sənə verdiyi nemətlərə görə Allaha şükür et. Şükr edərkən də elə səslə de ki, başqaları eşitsin və onlar da şükr etsin.
◘Ey Kumeyl! Səndən bir şey istəyən heç bir kəsi əli boş qaytarma, hətta, yarım dənə üzüm giləsi də olsa ona ver. Çünki, sədəqə Allah dərgahına ucaldıqca böyüyür...


Niyə səfər zamanı oruc tutmaq olmaz?


Niyə səfər zamanı oruc tutmaq olmaz? Orucu bir neçə yerdə açmaq vacibdir ki onlardan biri də səfərdə olmaq zamanıdır. Bəqərə surəsinin 185-ci ayəsində belə buyurulur: \"... Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.\" Bu ayədə müsafirə səfərdə olan gündə deyil orucunu digər gündə tutmaq əmər edilir.
Ola bilsin bir çoxları bunu vacib əmr olmadığı kimi anlayır. Hədislərə əsasən peyğəmbər (s) də səfərdə olanda orucunu açdı. Bir neçə səhabə oruc tutmaqda davam etdikdə peyğəmbər onlara oruclarını açmağın vacib olduğunu söylədi.
Bəs bunun hikməti nədən ibarətdir? İmam Sadiqdən (ə) nəql olunur: \"Səfərdə orucu iftar etmək və namazları qəsr qılmaq Allahın insana hədiyyəsidir. Bu məsələyə riayət etməyən Allahın hədiyyəsini də qəbul etməmiş və onu rədd etmiş kimidir.\"


Həzrət Əli (ə) namazda olduğu vaxt saili (dilənçini) necə görüb zəkat verə bildi?


Həzrət Əli (ə) namazda olduğu vaxt saili (dilənçini) necə görüb zəkat verə bildi? Necə ola bilər ki, ayağına batмış oxun naмaz vaxtı çıxarılмasından xəbər tutмayan həzrət мəscidə girən fəqiri görür?
Cavab: Bilмəliyik ki, oxun ayaqdan çıxarılмası ilə üzüyü fəqirə bağışlaмaq arasında bir çox fərqlər vardır. Çünki oxun ayaqdan çıxarılмası sırf fiziki vücudla bağlı bir işdir. Bu işin insanın iмanına, Allahla bağlılığına heç bir dəxli yoxdur. Aммa fəqirin, yoxsulun halına diqqət ilahi bir işdir və insanın Allaha diqqətindən asılıdır. Doğrudan da, İмaм naмaz zaмanı özündən xəbərsiz olurdu. Aммa fəqirin halına diqqət insanın özünə diqqəti deyil. Belə bir diqqəti Allaha diqqət hesab etмək olar.
Başqa sözlə, Allahın bəndəsinə, fəqirə yardıм etмək özü bir ibadətdir. Bu iş мühüм ibadət olan naмazla vəhdət təşkil edir. Ona görə də təəccüb etмəyə dəyмəz ki, fəqirin acı nələsi həzrət Əlinin (ə) agah qəlbini narahat edir və onun diqqətindən kənarda qalмır. Naмaz ibadətdirsə, yoxsula yardıм da bir ibadətdir. Hər iki iş Allaha görə, Allahın razılığını qazanмaq мəqsədi ilə yerinə yetirilir. Həzrət Əlinin (ə) bu əмəli o qədər dəyərli olмuşdur ki, bu əмəl haqqında Quran ayəsi nazil olмuşdur. (“Мaidə”, 55.)


Estetik əməliyyatlara İslam dinində icazə verilirmi?


Estetik əməliyyatlara İslam dinində icazə verilirmi? Sual: Anadangəlmə və ya sonradan yaranmış fiziki qüsurları aradan qaldırmaq, hətta sadəcə daha da gözəl görünmək üçün icra edilən estetik əməliyyatların şəriətdə hansı hökmü vardır?
Oxucumuzun ünvanladığı sualı, İslam dünyasının müctehidləri olan Ayətullahil-üzma Xamenei, Sistani və Məkarim şirazinin fətvalarına əsasən cavablandırırıq.
Cavab: Bu tip cərrahiyyə əməliyyatlarının öz-özlüyündə heç bir eybi yoxdur. Lakin əməliyyat zamanı naməhrəm baxışı və toxunuşundan çəkinmək lazımdır...


Nə üçün məsum İmam (ə) fəqirə kömək etdikdən sonra öz əlini öpürdü?


Nə üçün məsum İmam (ə) fəqirə kömək etdikdən sonra öz əlini öpürdü? Əgər bir kəs həqiqətən yoxsul olsa və sənə müraciət etsə, bil ki, onu bir kəs göndərmişdir.
Biz ehtiyacı olanlara nə qədər kömək göstərsək Zati Əqdəsi İlahi neçə qat artıqlaması ilə onun əvəzini əta edəcək. Allahın həbibi olmaq mümkün bir işdir. İnanın ki, Allah sədəqələri ondan alır, ondan qəbul edir. Bu yolu bizə göstəriblər və bu yol gözəl bir yoldur. Bu elə bir yol deyil ki, insan bundan peşmançılıq çəksin, yaxud öz sürətini azaltsın. “Miskin” və “rəsul” kəlmələrinə Nəhcül-bəlağənin mündəricatında baxın. Həzrət (ə) buyurur: “Əlmiskinu rəsulullah”. Yəni bu günləri sizə müraciət edən bu yoxsulu Allah sizə tərəf göndərmişdir. Əgər bir kəs həqiqətən yoxsul olsa və sənə müraciət etsə, bil ki, onu bir kəs göndərmişdir. Onun müşkülünü həll etsən, sənin əlin yoxsulun əlinə yetişməzdən öncə Allahın əlinə yetişir. Ona görə də İmam Səccad (ə) yoxsula bir şey verdikdən sonra bəzən öz əlini qoxulayardı, bəzən öpürdü, bəzən başının üzərinə qoyurdu, bəzən də üzünə çəkirdi. Sonra buyururdu: “Mənim bu əlim, Allahın əlinə çatmışdır”. \"Əllamə Cavadi Amilinin əxlaq dərslərindən. 2016/02.


Allaha görə oruc tutmağın yeddi imtiyaz hansılardır?


Allaha görə oruc tutmağın yeddi imtiyaz hansılardır? Rəsuli-əkrəm (s) buyurub: \"Elə bir mömin yoxdur ki, Ramazan ayında Allaha görə oruc tutsun, Allah ona yeddi imtiyaz verməsin:
1. Bədənində haramdan əmələ gəlmiş ət əriyib gedər.
2. Allahın rəhmətinə yaxınlaşar.
3. Bu ayda oruc tutmaq günahlarının kəffarəsi hesab olunar.
4. Ölümün çətinlikləri onun üçün asanlaşar.
5. Qiyamət gününün aclığından və susuzluğundan amanda olar.
6. Behiştin ləziz və dadlı yeməklərindən bəhrələnər.
7. Cəhənnəmin atəşindən amanda qalar\".


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter