Hansı 11 şəxsə oruc tutmaq vacib deyil?


Hansı 11 şəxsə oruc tutmaq vacib deyil? Bütün müctəhidlərin rəyi: İnsanlardan bir qisminə oruc tutmaq vacib deyil:
1.Orucdan əziyyət çəkən qoca kişi və qadın;
2. Hamilə qadın; (əgər uşaq və ya ana üçün zərərli olarsa)
3. Süd əmizdirən qadının oruc tutmağı; (əgər uşaq və ya ana üçün zərərli olarsa)
4. Xəstənin oruc tutması; (əgər onun üçün zərərli olarsa)
5. Xəstəliyi olan elə bir şəxs ki, çox susaya və susuzluğa dözə bilməyə;
6. Həddi-büluğa çatmamış şəxs;
7. Heyz və nifas qanı görən qadın;
8. Səfərə gedən və bir yerdə on gün qalmaq qəsdi olmayan şəxs;...


Ramazan ayında cinsi əlaqə haqqında 2 şəri suala cavab.


Ramazan ayında cinsi əlaqə haqqında 2 şəri suala cavab. Oruc tutan şəxsin cinsi əlaqədə olması haqda 2 şəri suala cavab:
1-Əgər oruc tutan şəxs ramazan ayının gün ərzində zina, istimna (özünü haramla cünub etmək) və haram olan şeyi yeməklə orucu batil edərsə orucunun hökmü nədir? Cavab: Qeyd olunan 3 haram yolla ramazan ayının orucunu batil edən şəxs Gərək batil etdiyi orucun qəzasını tutmaqdan əlavə 60 gün kəffarə orucu tutsun. 31 gün davamlı kəffarə və qalan 29 günü fasilə verməyə icazəli olaraq. və ya 60 nəfər kasıba yemək versin. Bunu qeyd etmək lazımdır ki, əksər müctəhidlər haramla batil olunan orucun kəffarəsinə hər iki kəffarənin vacib olduğunu deyirlər.
2-Əgər ramazan ayında oruclu vəziyyətdə kişi öz xanımını cinsi əlaqəyə məcbur edərsə xanımın öhdəsinə hansı şəri vəzifə gələr? Cavab: Əgər ramazan orucunu tutan xanım həyat yoldaşı tərəfindən zorla cinsi əlaqə qurmağa məcbur edilsə, Gərək kişi həm özünün həm də xanımının orucuna düşən kəffarəni ödəsin. və Qadın üçün yalnız həmin günün qəzasını tutmaq düşər.


Orucu pulla digərinə tutdurmaq olarmı ?


Orucu pulla digərinə tutdurmaq olarmı ? Ünvanlanan suallardan biri budur ki insan öz orucunu pulla və ya digər bir vəsait və ya xidmətin qarşılığında başqalarına tutdura bilərmi?
İlk növbədə onu demək lazımdır ki, insan həyatda olduğu dövrdə öz oruclarını digərinə tutdura bilməz. İnsan xəstə və üzrlü olsa belə onun sağalması ehtimalı az da olsa vardır. Məhz bu səbəbdən insan yaşadığı dövrdə orucunu digərinə tutdura bilməz. Amma orucunu tuta bilməyən şəxs qəzaya gedən hər gün üçün yoxsul və aclara gündəlik olaraq 750 qramlıq qida verməlidir. Bu qida növü adi buğda, un və ya düyü də ola bilər. Bu qidanı vermək də qəzaya getmiş orucların yerinə yetirilməsi anlamında deyil.
Amma insan vəfat etdikdən sonra onun qəzaya getmiş oruclarını digərinə tutdurmaq olar. Məsələn mərhumun övladları, onun qazanıb qoyub getdiyi əmlakdan xərcləyərək, mərhumun vacib namaz və oruclarını yerinə yetirmək üçün müəyyən bir şəxsi əcir tuta bilərlər.


Həzrət Musanın (ə) arzularının qəbul olunmasını Allah-Taala hansı gecədə dua etməklə əlaqələndirdi?


Həzrət Musanın (ə) arzularının qəbul olunmasını Allah-Taala hansı gecədə dua etməklə əlaqələndirdi? Qədr gecəsinin əhəmiyyəti Həzrət Musanın (ə) Allah-Taala ilə münacatında:
1-Musa (ə) Allaha dua edərək dedi: “İlahi! Sənə yaxın olmaq istəyirəm!” Allahdan nida gəldi: “Mənim yaxınlığım Qədr gecəsi oyaq qalan adama məxsusdur”.
2-Musa (ə): “İlahi! Sənin rəhmətini qazanmaq istəyirəm”. Allah cavab verdi: “Mənim rəhmətim Qədr gecəsində miskinlərə mərhəmət edən adama şamil olar”.
3-Musa (ə): “İlahi! Sırat körpüsünün üzərindən keçmək üçün Səndən vəsiqə istəyirəm”. Allahdan nida gəldi: “Bu, Qədr gecəsində sədəqə verən adama qismət olar”.
4-Həzrət Musa Peyğəmbər (s) minacat etdi: “İlahi! Sənin razılığını istəyirəm!” Allahdan nida gəldi: “Mənim razılığımı Qədr gecəsində iki rükət namaz qılan adam qazanar”
5-Musa Peyğəmbər (ə) dedi: “İlahi! Cəhənnəm alovundan nicat tapmaq istəyirəm”. Allah buyurdu: “Bu nicat Qədr gecəsi günahlarının bağışlanması üçün istiğfar edənlərə aid olar”...


Ölüm yatağında olan i̇nsanların ən çox peşman olduğu 5 şey hansılardır?


Ölüm yatağında olan i̇nsanların ən çox peşman olduğu 5 şey hansılardır? Uzun illər xəstəxanada işləyən tibb bacısı bir çox insanların ölümlərinə də şahid olub. Onların bəziləri ilə ağlasığmaz dərəcədə xüsusi anlar paylaşıb. O, bu ölümlərlə üzləşdiyində mənəvi olaraq çox böyük imtahanlardan keçdiyini deyir. Son saatlarını gördüyü insanların nəyə görə həyatlarını dəyərləndirdiklərini, nələrə görə peşman olduqlarını da dəfələrlə müşahidə edib. Onun sözlərindən yola çıxaraq, sizə ölüm yatağında olan insanların ən çox peşman olduğu 5 şeyi təqdim edirik.
1. Kaş ki, öz istədiyim kimi yaşayardım.
2. Kaş ki, bu qədər çox işləməzdim.
3. Kaş ki, öz hisslərimi ifadə etmək cəsarətim olardı.
4. Kaş ki, dostlarımla əlaqələrimi kəsməzdim.
5. Kaş ki, özümə xoşbəxt olmağa icazə verərdim.


Ölüm haqqında 7 şok həqiqət nələrdir?


Ölüm haqqında 7 şok həqiqət nələrdir? Hər kəs ömründə dəfn mərasimində iştirak etmək, xəstəxanada görüşmək, dəfnə kömək etmək, filmə baxmaq kimi təcrübələrdən biri ilə ən azından bir dəfə ölümü müşahidə etmişdir. Ölüm haqqında bəzi şok edən həqiqətlər vardır ki, onları bildikdən sonra insanın həyatı daha maraqlı olur.
1. Bütün insanlar dünyaya gəldikdə bədənində 270-dən çox sümük olur, amma 206 sümüklə ölür.
2. Hər 35 dəqiqədə bədənimizin bir hüceyrəsi ölür, amma biz hələ də yaşayırıq.
3. İnsanlar qocaldığı üçün deyil, bədəndə yaranmış xəstəlik və pozulmalar üzündən ölür.
4. Statistikalar göstərir ki, dünyanın hər yerində insanların çoxu xəstəxanada ölür, yəni doğulduqları yerdə.
5. Ölümdən öncə yediyiniz sonuncu yemək 3 gün müddətində sizi məhv edir. Daha doğrusu ölümdən öncə yediyiniz yeməyin tərkibindəki mövcud fermentlər sizin bədəninizi parçalayır...


Allah-Taalanın hansı adını zikr olaraq demək insan xəstəliklərinə şəfa gətirər?


Allah-Taalanın hansı adını zikr olaraq demək insan xəstəliklərinə şəfa gətirər? Allah Təalaya aid olan “Huvə” ismi – zati isimlərdəndir və bəzi isimlərdən daha üstün sayılır. Belə ki, “Ədilə” duasının şərhində bu məqam qeyd olunmuşdur. Əgər bir şəxs sübh namazından sonra 1000 dəfə \"Ya Allah, ya Huvə\" desə, yəqin əhlindən olar və qeyb nuru onun üçün zahir olar. Əgər bir şəxs gecə yarısında dəstəmaz alıb, üzü qibləyə oturaraq bu zikri yerinə yetirsə, din elmlərindən bəhrələnmiş olar və mərifət əhlindən olar.
\"Əl-Vahid\" - yəni yeganə və həmtayı olmayan deməkdir. Elə bir fərddir ki, ikincisi yoxdur. Məna etibarı ilə hasil olan budur ki, şəriki yoxdur və mürəkkəb deyil, bəsitdir. Bu ismi davamlı olaraq zikr etmək üns, ülfət və izzətə nail olmağa səbəb olar və əgər bir şəxs bu ismi təamın üzərinə oxuyub, ondan yesə qəlbi nuraniləşər və əgər əlacdan əlini üzmüş xəstə gündə 101 dəfə bu ismi oxusa, şəfa tapar.


Allahın ən çox bəyəndiyi yemək süfrəsi hansı süfrədir?


Allahın ən çox bəyəndiyi yemək süfrəsi hansı süfrədir? Ayətullah Cavadi Amuli Ağanın “Məfatihul-Həyat” əsərindən bəzi seçmələr: Mübarək Ramazan ayında iftar süfrələrini sayı çoxalır və bu çox müsbət və Allah bəyənən əməldir. Lakin bu iftar süfrələrinin ümumi olması və oraya yoxsulların dəvət edilməsi Allah tərəfindən daha çox bəyənilir.
Allahın rəsulu buyurur: “Allahın yanında ən yaxşı yemək odur ki süfrədə çoxlu əllər olsun. Allah bəyənir ki insanlar bir yerdə yesinlər,pərakəndə deyil. Çünki bərəkət toplaşmaqdadır” (əl-Kafi cild-2 səh 140) Allahın peyğəmbəri həmçinin buyurur: “Yemək yemək zaman 4 şey olsa o kamil olar 1- Halaldan olsun 2-Orada əllər çox olsun 3- Bismillahla başlasın 4-Allaha şükürlə bitsin” Uyun Əxbarur-Riza əsərində deyilir: İmam Rza süfrəsini açanda nökərlər, xidmətçilər, uşaqlar, gözətçilər və hətta heyvanlar belə süfrənin başında və ətrafında olardılar


Oruclu halda damaq və ağızdan qanın gəlməsi orucu batil edərmi?


Oruclu halda damaq və ağızdan qanın gəlməsi orucu batil edərmi? İstər vacib ramazan, istər qeyri ramazan ayında tutulan vacib oruc zamanı ağız və damaqdan qan gələrsə, oruc tutanın şəri vəzifələri: 1-Əgər oruc tutan şəxs şəkk edə ki, ağız və damağından oruclu halda qan gəlibdir yoxsa yox belə halda - oruc düzdür.
2-Oruc tutan şəxs damaq və ağzından qanın çıxmasını bilir bu isə bir neçə cürə təsəvvür oluna bilər:
2-1-Ağızda həll olunmayıb: Onu səhvən və ya yatmış halda udmaq orucu batil etməz. Amma Ağız və damaq qanını bilərəkdən udmaq orucu batil edər, qəzadan əlavə kəffarəsi də vardır.
2-2- Əgər oruc tutan şəxsin ağız və damağından qan gələrsə və o qan ağız suyu ilə həll olub aradan gedərsə Onu ağız suyu ilə udmaq haqda iki baxış var: a) Onu udmağın haramlığı yoxdur və orucu da batil etməz. b) Amma bəzi müctəhidlər isə deyirlər bu suyun nəcis olması deyilmir, amma oruc halda onu udmaq ehtiyat vacibə görə icazəli deyildir. Bu haqda oruc tutanlar öz təqlid etdiləri müctəhidin rəyinə müraciət etməlidirlər.


Üzürsüz oruc tutmayan şəxsə yemək hazırlamaq olarmı?


Üzürsüz oruc tutmayan şəxsə yemək hazırlamaq olarmı? Oruc tutmayan şəxs üçün yemək hazırlamağın hökmünün izahı:
Orucu qəsdən pozan şəxs üçün yemək hazırlamağın icazəli olub olmaması haqda hökm iki cürə təsəvvür olunur. Əgər oruc tutmayan şəxsin şəriət baxımından üzrü olsa, misal üçün xəstə ola, onun üçün yemək hazırlamağa icazə var və hətta xəstə şəxsə xidmət etmək böyük savaba səbəb olar.
Amma Ramazan ayında şəri üzrü olmadan oruc tutmayan şəxsə yemək hazırlamağın günahı var. Necə ki Allah-Taala Qurani-Kərimin Maidə surəsinin 2 ci ayəsində buyurur: \"... Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın...\" Bu ayəyə əsasən qəsdən və heç bir şəri üzrü olmayan və orucunu ramazan ayında yeyən şəxsə yemək hazırlamaq onların günahına kömək etmək mənasında təbir oluna bilər. Və bu iş İslam dininin füruiddinini danmaq və əhəmiyyətsiz yanaşmaq mənasında qəbul olunur. Müctəhidlərin baxışı: 1-Ayətullah Xamenei: \"Əgər oruc tutmaq onlar üçün vacib ola və şəri üzrü olmadan orucünü yeyərsə belə şəxsə yemək hazırlamaq icazəli deyil\"...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter