Peyğəmbərin hədisində (s) Həqiqi dəli və cin vurmuş insanın əlamətləri hansılardır?


Peyğəmbərin hədisində (s) Həqiqi dəli və cin vurmuş insanın əlamətləri hansılardır?Peyğəmbər (s) bir yerdən keçirdi. Gördü ki, bir dəstə insan bir yerə toplaşıb. Soruşdu: Nə olub? Dedilər: Burada bir nəfər dəli olub, onu cin vurub. Buyurdu: Bu dəli deyil, xəstədir. İstəyirsinizmi ki, sizə həqiqi dəlinin kim olduğunu bildirim? Dedilər: Bəli, ey Allahın rəsulu! Həzrət (s) buyurdu: Həqiqi dəli o kəsdir ki:
1. Təkəbbürlə yol gedir.
2. Hamıya yuxarıdan baxır.
3. O tərəf-bu tərəfə yekəxanalıqla dönür.
4. Günah edir, amma cənnət arzusundadır.
5. Camaat onun şərindən amanda deyillər.
6. Ondan xeyir gözləmirlər.


Həzrət Peyğəmbərin (s) baxışında həqiqətdə ən xoşbəxt insan kimdir?


Həzrət Peyğəmbərin (s) baxışında həqiqətdə ən xoşbəxt insan kimdir? Həzrət Peyğəmbər (s) buyurur: \" Xoş o kəsin halına ki, qazancı pak, daxilən ləyaqətli, zahirən də əziz və hörmətli olsun. Xoş o kəsin halına ki, elminə əməl edir. Ey Adəm övladı! Sənə kifayət edəcək qədər varındır. Sən isə tüğyana səbəb olacaq artığın dalınca gedirsən. Nə aza qane olursan, nə də çoxdan doyursan. Xoş o kəsin halına ki, İslama hidayət olub, kifayət qədər ruzisi var, özü də bundan qanedir. Bir sifət hər kəsdə olsa dünya və axirət onun fərmanına müti olar, behiştdə haqqa müqərrəb olma səadəti əldə edər. Dedilər: “Ya Rəsuləllah, o hansı sifətdir? Buyurdu: “Təqva. Hər kəs istəsə ki, hamıdan əziz olsun, Allah qarşısında təqvalı olsun. Sonra Həzrət (s) bu ayəni oxudu: “Hər kəs ilahi təqvaya riyaət etsə Allah onun üçün (düşdüyü hər bir çətinlikdən) çıxış yolu qərar verər və ona gümanı gəlmədiyi yerdən ruzi nəsib edər.”


Hədislərə əsasaən hansı adamlara islami qayda ilə salam deməyə icazə verilmir?


Hədislərə əsasaən hansı adamlara islami qayda ilə salam deməyə icazə verilmir? Bu adamlara salam verməyin: Şərab süfrəsi kənarında oturan kəsə. İmam Sadiq (ə) buyurub: Bu adamlara salam vermək olmaz:
1-Ayaqyolunda olan kəsə;
2-Şərab süfrəsi kənarında oturan kəsə;
3-Ərli qadınlara nalayiq sözlər deyən şairlərə;
4-Camaatla onların anasını söyməklə zarafat edən kəslərə...


Ayətullah Brucerdi hansı ruhanini tənqid edir?


Ayətullah Brucerdi hansı ruhanini tənqid edir? Heç vaxt məqsədə çatmayacaq tələbələr... Pul qazanmaq istəsən, ruhani libasını çıxar!
Ayətullah Şeyx Lütfüllah Safi Gülpayiqani nəql edir ki, mərhum Ayətullah-üzma Bürucerdi dərsdə buyurdu: Tələbələr, din təbliğatçıları məndən çox soruşurlar ki, biz məqsədə nə vaxt çatacağıq? Nə vaxta qədər çalışmalıyıq? Haradan bilək ki, məqsədə çatmışıq, yoxsa yox? Bilin ki, əgər maddiyyat əldə etmək üçün hövzəyə gəlmisinizsə, dini təhsil alırsınızsa, məqsədə heç vaxt çatmayacaqsınız. Əvvəldən səhv etmisiniz, yolunuzu dəyişin. Bu yol insanı maddiyata çatdıran yol deyil. Əgər bu yolu Allahın razılığı, ilahi məqam əldə etmək üçün seçmisinizsə, bilin ki, elə ilk addım atanda məqsədə çatmısınız!


Ayətullah Xamenei gənclərdən hansı üç əxlaqi gözləntisi var?


Ayətullah Xamenei gənclərdən hansı üç əxlaqi gözləntisi var? Ayətullah Xameneinin tövsiyələrindən: Gənclərdən üç istəyim var...
Mən gəncdən üç şey istəyirəm: təhsil, nəfsin tərbiyəsi və idman. Gənclik dövrü güc, bacarıq dövrüdür. Bu güc, bacarıq hansı sahəyə sərf olunmalıdır? Mənim fikrimcə, əsasən təhsilə, nəfsin tərbiyəsinə, özündə təqva əhval-ruhiyyəsini formalaşdırmağa, özündə fiziki güc yaratmağa, idmana sərf olunmalıdır. Bu üç məsələ başlıca məqamdır. Yəni əgər bir qısa cümlə ilə məndən soruşsalar ki, siz cavandan nə istəyirsiniz? Mən deyərəm: Təhsil, nəfsin tərbiyəsi və idman. Düşünürəm ki, gənclər bu üç xüsusiyətin ardınca getməlidirlər. Təhsil, tədqiq və s. elmi fəaliyyətləri də əhatə edir. Çünki gənclərdə bu güc var. Təhsil yolunda çox çalışmalıdırlar. Nə iş görmək istəsəniz gənclik çağında görə bilərsiniz. Yəni hər üç sahədə - həm elm, həm nəfsin tərbiyəsi, həm də idman sahəsində...


Təvəlla və təbərranın anlamı və həqiqətinin mənasını yazın?


Təvəlla və təbərranın anlamı və həqiqətinin mənasını yazın? Təbərra- Qurani-kərimdə daha çox dönmək və arxa çevirmək mənalarında gəlib Bəzi ayələrdə isə ilk mənasında işlədilib. Misal üçün, “Maidə” surəsinin 51-ci ayəsində buyurur: “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!”
Təvəlla - Şiə qaynaqlarında təvəlla Allahı, Peyğəmbəri (s) və İmamları (ə) sevib dost tutmaq, təsdiq etmək, onlara tabe olmaq və vilayətlərini qəbul etməkdir. Bu mənaya işarə edən ayələr sırasına “Maidə” surəsinin 55 və 56-cı ayələri də daxildir, belə ki, buyurur: “Sizin rəhbər və haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir və(həmçinin) namaz qılır və rükuda olduqları halda zəkat verən şəxslərdir. Kim Allahı, Onun elçisini və iman gətirənləri (özünə)dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allahın firqəsidir”.


Həzrət Zəhranın (ə.s) Allah-Taala (c.c) dərgahında olan 9 adının anlamları necədir?


Həzrət Zəhranın (ə.s) Allah-Taala (c.c) dərgahında olan 9 adının anlamları necədir? Həzrət Zəhranın (ə.s) 9 adının mənaları: İmam Sadiq (ə)-dan nəql olunub ki, Allah yanında Fatimənin doqquz adı vardır: «Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Rəziyyə, Muhəddəsə, Zəhra.»
İmam Rza (ə)-dan nəql olunub ki, Allah-təala onu Fatimə adlandırdı. Bəli, ilahi insanların bütün şə’ni, hətta adları da ilahidir. Necə ki, həzrət Məhəmməd (s), həzrət Yəhya (s), həzrət Məsihin (s) adları Allah tərəfindən buyuruldu. Rəvayətlərdə həzrət Fatimə (ə) üçün başqa adlar da nəql olunmuşdur. O cümlədən Bətul, Hisan, Hürrə, Səyyidə, Üzra, Hura, Ünsiyyə, Məryəm, Kübra, Səmaviyyə, Ümmül Hüseyn, Ümmül Möhsin və s. ən gözəli isə, Fatimə «Ümmül-fəzail»dir.
Nə üçün Fatimə adlanıb? Bunun səbəbi müxtəlif cür izah edilib. İmam Sadiq (ə)-a görə, xalq onu tanımaqda aciz olduğu üçün Fatimə adlanıb. Əli (ə) həzrət Peyğəmbərdən nəql edir ki, Fatimənin belə adlanmasının səbəbi onun və övladlarının təkallahçı olması, mənə nazil olana iman gətirməsinə görə oddan amanda qalmasıdır...


Bərzəx bədəni maddidirmi?


Bərzəx bədəni maddidirmi? Əvvəla insan heç bir dünyada bədənsiz olmur! Etiraf etməliyik ki, dünyəvi elmlər belə suallar qarşısında tam acizdir. Əslində insan təfəkkürü bir çox həqiqətlər qarşısında kəsərsizdir. Uyğun məsələlər haqqında yalnız az saylı övliyalar məlumata malikdirlər. Amma Quran ayələri və rəvayətlərdən bəzi qənaətlərə gəlmək olar.
Əvvəla insan heç bir dünyada bədənsiz olmur. Ruh varsa, onun gəzdiyi bədən də var. Amma dünya ilə bərzəx aləmi, bərzəx aləmi ilə axirət dünyası arasında fərqlər var. Hər aləmin öz xüsusiyyət və qanunları olduğundan, həmin aləmdə də ruhu daşıyan bədən səciyyəvi xüsusiyyətlərə malikdir.
Rəvayətlərdə bildirilir ki, bərzəx bədəni dünyəvi bədənə oxşayır. Amma bu bədən daha kamildir. Qiyamət bədəni isə bərzəx bədənindən üstündür. Bərzəx bədəninin də forması, çəkisi və ölçüsü var. Dünyasını dəyişmiş insan başqa bir ölü ilə rastlaşdıqda onu tanıyır. Bir sözlə, dünyəvi bədənə oxşayan bərzəx bədənini dünyəvi bədən tipində maddi hesab etmək olmaz.


Zinakarların dünyada tapacaqları 4 böyük bəlaları hansılardır?


Zinakarların dünyada tapacaqları 4 böyük bəlaları hansılardır? Şəhvətpərəst və zinakarların dünyda tapacaqları 4 böyük bəla: 1-Günaha aludə olmaq; Şəhvətdə ifrata varmaq insanı istər-istəməz şəxsiyyətsizliyə aparıb çıxarır. Şəhvət insanın çirkinlikləri gözəl və gözəllikləri çirkin görməsinə səbəb olur.
2-Ağlın fəsadı; Şəhvətpərəstlik qalın bir pərdə kimi insanın ağıl və düşüncəsinin üzərini örtür. Nəticədə şəhvətpərəst insan haqqı batil, batili isə haqq kimi görür. Əmirəlmöminin Əli (ə) bu barədə buyurur: “Şəhvətpərəstlik ağlı fasid edir.”
3-Ləkələnmək; Şəhvətpərəstlik insan heysiyyətini ləkələyir. Həzrət Əli (ə) buyurmuşdur: “Şəhvətdə ifrata varmaq insan şəxsiyyətinin ləkələnməsinə və insanlığın, mürüvvətin aradan getməsinə səbəb olur.”
4-Rüsvayçılıq. Şəhvətpərəst insan gec-tez hamı yanında rüsvay olur və abır-həyası aradan gedir. Misir padşahının arvadı Züleyxanı buna misal göstərə bilərik. Züleyxa hədsiz şəhvət və Yusifə (ə) olan yersiz eşqi nəticəsində aləmdə rüsvay oldu. O, həm özünü və həm də saray qadınlarını rüsvay etdi


Hicab Allahın haqqıdır yoxsa insanın?


Hicab Allahın haqqıdır yoxsa insanın? Tanınmış İslam alimi Ayətullah Cavadi Amuli hicab barəsində bunları deyir:
“Qadınlar bunu tam formada dərk etməlidirlər ki, hicab yalnız onun özünə, həyat yoldaşına və ya ailəsinə məxsus olan bir məsələ deyil ki, “mən öz haqqımdan keçirəm” və ya “mən ailəmin hicabsız olmağına razıyam” deyərək bu haqqdan boyun qaçırtsın. Bu dediyimiz qanun Qərbdə tam fərqlidir. Lakin islamda qadının hörməti qadının özündə və ya ailəsinin əlində deyil. Başqa sözlə desək hamı razı da olsa Quran buna razı deyil. Çünki qadının hörmət və heysiyyəti Allahın haqqı kimi hesab olunur. Allah qadını şəfqət sahibi olaraq yaradıb ki, mehribançılıq ustadı olsun və digərlərinə də sevgi paylasın. Lakin əgər cəmiyyətdə bu şəfqət və məhəbbət tərk olunaraq yerini şəhvətə verərsə, Qərbdə yaranan fəsad islam dünyasında da peyda olacaq. Elə bu səbəbdən heç kim “hicabsızlıqla razıyam” ifadəsini işlədə bilməz.
Quran, heç kim Allah haqqlarının müdafiəsi ilə razı olmasa da şəxslərdən fərdi şəkildə bunu icra etmələrini tələb edir. Quranın hakim olduğu cəmiyyət şəfqətdən ibarətdir. Bunun səbəbidə cəmiyyətin yarısını şəfqət ustadlarının, yəni anaların təşkil etməsidir. İstəsəkdə istəməsəkdə bu belədir.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter