Dini ləqəblərdən olan Təbatəbai kimlərə deyilir?


Dini ləqəblərdən olan Təbatəbai kimlərə deyilir? Belə bir fikir formalaşıb ki, Təbatəba həm atası həm də anası seyyid olan şəxslərə deyilir ki, bu fikir əsassızdır. Bildiyimiz kimi İmamlar peyğəmbərin(s) nəslindəndir. İmamlardan yalnız İmam Həsənin(ə) övladlarına İmamət verilməyib. Buna görə bəzən İmam Həsənin(ə) övladları haqda az araşdırmalar aparılır. Təbatəbai bir dini ləqəbdir ki, onu yalnız İmam Həsənin(ə) övladlarından olan seyyidlərə deyirlər. Qeyd etmək lazımdir ki, bu ləqəb İmam Həsənin(ə) bütün övladlarına və sülaləsinin bütün nümayəndələrinə verilmir. İmam Həsənin(ə) törəmələri olanlara Sadati-Həsəni deyirlər. Onların arasında bəziləri Təbatəbaidir. Şeyx Mufid İmam Həsənin(ə) övladlarının sayının 15 olduğunu bildirir. İmamın oğlanları arasında yalnız dördünün nəsli davam etmişdir. Onlar bunlardır: Həsəni-Müsənna, Zeyd, Əmr, Hüseyni-Əsrəm


Rəbiul-əvvəl niyə belə adlanıb? Bu ayda nələr baş verib?


Rəbiul-əvvəl niyə belə adlanıb? Bu ayda nələr baş verib? Rəbiul-əvvəl hicri-qəməri tarixinin üçüncü ayıdır. Hicri tarixindən öncə Cahiliyyət Dövrünün ərəbləri onu “Xəvvan” ya “Xuvvan” deyə adlandırırdılar. Rəbi bahar deməkdir. O zaman belə adlanıb ona görə ki yaz fəslinə təsadüf edib. İslam tarixində Rəbiul-əvvəl ayında baş verən hadisələr bunlardır:
1- Rəbiul-əvvəlin biri Peyğəmbərin dəfn edilməsi, Leylətul-Məbit gecəsi, Peyğəmbərin hicrəti, İmam Həsən Əskərinin zəhərlənməsi
2- Rəbiul-əvvəlin 3-ü Kəbə evinin Yezid ibni Muaviyənin ordusu tərəfindən dağıdılması
3- Rəbiul-əvvəlin 5-i Həzrət Səkinənin vəfatı
4- Rəbiul-əvvəlin 8-i İmam Həsən Əskərinin şəhid olması
5- Rəbiul-əvvəlin 9-u İmam Zamanın İmamətinin başlanması, İkinci xəlifə Ömər bin Xəttabın terror edilməsi, Yezidin nümayəndəsi Ömər Sədin qətlə yetirilməsi...


Peyğəmbər (s) kimin ona bənzədiyini dilə gətirib?


Peyğəmbər (s) kimin ona bənzədiyini dilə gətirib? Əllamə Məclisi Biharul-Ənvar əsərində (cild-43, səh294) peyğəmbərin(s) İmam Həsən(ə) kiçikkən onu dizi üstə otuzdurub bu sözü deməsini nəql edir: “Ey Həsən! Sən yaradılış və əxlaq baxımından mənim bənzərimsən\"
əl-Ərbili öz əsərində yazır ki, Həsən(ə) xasiyyət, davranış və siyadət baxımından insanlar arasında babası Məhəmmədə ən çox bənzəyən adam olmuşdur.”
Amma müsəlmanlar Müaviyət ibni Əbu-Sufyanın hiyləsinə uyaraq, Bəni-Üməyyə tayfasına boyun əydilər və Həzrət Əlidən(ə) sonra İmam Həsəni(ə) də dünya malına satdılar.


Yuxu zamanı insanın ruhu və bədəni necə olur?


Yuxu zamanı insanın ruhu və bədəni necə olur? Quranda oxuyuruq: “Allah (əcəli yetişənlərin) canlarını onlar öldüyü zaman tamam-kamal alar, (əcəli yetişməyib) ölüm vaxtı olmayanlarınkını da yuxuda alar”. (“Zumər/42).
Bəzən sürücü maşınını dayanacaqda söndürər və evinə gedər. Bəzən də küçədə maşını yanılı qoyar və kafeyə gedər. Hər iki halda sürücü maşında deyildir. Birinci halda həm sürücü maşında deyildir və həm də maşını söndürmüşdür. İkinci halda isə sürücü yoxdur, ancaq maşın işləyir. İnsan yuxuda olanda bədəni ayıq olar. Yəni bədən üzvləri öz işi ilə məşğuldurlar. Ancaq ruhu başqa yerə gedər. Ancaq ölən zaman bədəni də sönər. Ruhu da bədəndən tamamilə çıxar.


Qiyamətdə hansı insanlar daha çox 3 əməllərindən narahat olacaqlar?


Qiyamətdə hansı insanlar daha çox 3 əməllərindən narahat olacaqlar? Qiyamət günü bir çoxları həsrət çəkəcəklər. Bu həsrət bütün varlıqlarını bürüyəcəkdir. Həyatda olan həsrətlə müqayisə edilə bilməyən bir həsrətdir. Bu insanlar üç dəstədir:
a) O kəs ki, axirətini başqalarının dünyası üçün dəyişər. Peyğəmbər (s): “Qiyamət günü hamıdan çox peşman olan insanlar o kəslərdir ki, axirətini başqasının dünyasına satmışdır”.
b) O kəs ki, ədaləti deyər, ancaq özü ədalətə riayət etməz. İ. Sadiq (ə): “Qiyamət günü ən çox peşman olacaq insanlar o kəslərdir ki, insanlara ədalətdən danışar, ancaq özü başqalarına ədaləti rəva bilməz”.
c) O kəs ki, mal-dövlətini rəva olmayan yollarla toplayar. İ. Əli (ə): “Qiyamət günü ən böyük əfsus o kəsin əfsusudur ki, malını rəva olmayan yollardan toplamışdır. Cəhənnəmə gedər və o malı elə bir insana irs qoyar ki, Sübhan Allaha itaət yolunda xərcləyər və behiştə gedər”.


İmam Rizanın (ə) təvazökarlığı haqda tarixdə hansı dastan nəql olunmuşdur?


İmam Rizanın (ə) təvazökarlığı haqda tarixdə hansı dastan nəql olunmuşdur? Bir nəfər İmam Rzanı (ə) görmək üçün uzun bir yolu gəlməli olur. Səhər tezdən şəhərə gəlib çatır. Öz-özünə deyir: “Hamama gedim və yolun tozunu bədənimdən yuyum. İmamın xidmətinə pak və təharətli halda gedim”. Hamama gedir və orada bir nəfəri görür, ondan xahiş edir ki, su tökməklə bağlı ona yardım etsin. Hamama daxil olan insanlar bu şəxsi görən zaman ona xüsusi ehtiram göstərirdilər. Həmin insana münasibətdə ədəb nümayiş etdirirdilər. Yoldan gəlmiş bu kişi yavaş-yavaş başa düşür ki, bu, İmamın özüdür. Sürətlə kənara çəkilir və xəcalət çəkərək üzr istəyir. İmam (ə) ona ürək-dirək verir və kömək etməyə davam edir. İmam (ə) buyurur: “Sən bütün bu yolu yalın ayaqla bizi ziyarət etmək üçün gəlmisən, mən də burada səni gözləyirdim”.


İmam Rizanı (ə) ziyarət etmək insana qiyamətdə hansı faydaları yetirər?


İmam Rizanı (ə) ziyarət etmək insana qiyamətdə hansı faydaları yetirər? İmam Rizanı (ə) ziyarət etmək qiyamətdə insana 3 faydanı bağışlayar:
1-İmam Rza (ə) buyurur: “Hər kim hərəmimin uzaq olmasına baxmayaraq, məni ziyarət edərsə, Qiyamət günü üç yerdə ziyarətinə gedərəm ki, onu həmin günün çətinliyindən xilas edim: o zaman ki, yaxşı və pis əməllərinin dəftəri açılar, Sirat körpüsündən keçən zaman, əməllərin ölçüldüyü zaman”.
2-Həzrət İmam Rza (ə) başqa yerdə buyurur: “Hər kim məni qürbətdə ziyarət edər, Allah onu bizimlə məhşur edər və ali dərəcələrdə bizim rəfiqimiz olar”.


İnsanın ömrünü hansı əməl qısaldar?


İnsanın ömrünü hansı əməl qısaldar? İnsan ömrünü gödəldən əməl: Əmirəlmöminin İmam Əlinin (ə) buyuruqlarından...
-«Ən böyük dərd dünyaya heyranlıqdır».
-«Uzun-uzadı arzu ölümü yaxınlaşdırar və insanı öz məqsədindən uzaq salar».
-«Zahidlik arzuları məhdudlaşdırmaq, əməlləri xalis etməkdir».
-«Elm və bilik var-dövlətdən üstündür. Elm səni saxlayır, var-dövləti isə sən saxlayırsan».
-«Allah qorxusundan ağlamaq qəlbi münəvvər edir və günaha qayıdış yolunu bağlayır»...


İmam Riza (ə) həyatından hansı əxlaq örnəklərini öyrənmək olar?


İmam Riza (ə) həyatından hansı əxlaq örnəklərini öyrənmək olar? İmam Əli ibn Musa Rizanın (ə) əxlaqi səciyyələrindən: İbrahim ibn Abbas deyir: İmam Rizanın (ə) öz sözləri ilə kimisə incitdiyini görmədim. Kimsə sözünü başa vurmamış İmam onun sözünü kəsmədi, gücü çatdığı halda kimsəni əliboş yola salmadı, heç vaxt kiminsə qarşısında ayaqlarını uzatmadı, bir dəfə də olsun, öz xidmətçilərini təhqir etmədi. Onun ağızının suyunu yerə atdığını, bərkdən güldüyünü görmədim. Onun gülüşü təbəssüm idi. Heç vaxt xəlvətdə əyləşməzdi, süfrəyə qulamları, hətta qapıçı və xidmətçiləri ilə birlikdə əyləşərdi. Gecələr az yatar, adətən oyaq qalardı. Əksər gecələri sübhədək raz-niyaz edər, çox vaxt oruc olardı və buyurardı: “Bu bütün vaxtın orucudur.” Gizli xeyirxahlıqları çox idi. Çox vaxt gecənin qaranlığında infaq edər, imkansızlara əl tutardı...


İnsanın ən faydalı dövləti nəyə malik olması ilədir?


İnsanın ən faydalı dövləti nəyə malik olması ilədir? Peyğəmbərin (s) nəzmlə olan hikmətli kəlamları:
-Mömin bir yerdən iki dəfə sancılmaz. Camaata təşəkkür etməyən Allaha da şükr etməyib. Qəzanı (qəza və qədəri) duadan başqa heç nə qaytarmaz, ömrü başqalarına yaxşılıq etməkdən başqa bir şey artırmaz.
-İbrət götürməyəndən başqası səbirli hesab olunmaz. Nadanlıqdan böyük fəqirlik yoxdur. Əqldən faydalı dövlət yoxdur. Xudpəsəndlikdən (özünəpərəstiş, eqoizm) də dəhşətli tənhalıq yoxdur. Məşvərət etməkdən gözəl həmkarlıq yoxdur.
-Tədbir əqlin ən gözəl nümunəsidir. Xoşxasiyyətlik ən yaxşı əsl-nəcabətdir. Günahdan çəkinmək kimi pərhizkarlıq yoxdur. Təfəkkür kimi ibadət yoxdur. Səbr və həya kimi iman yoxdur...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter