İslam əxlaqına əsasən başqalarının yanında oturarkan hansı ədəbə diqqət yetirmək lazımdır?!
Oturmağın ədəbi = Başqalarının hüzurunda oturub-durmağın müxtəlif formaları vardır. Bu şəraitdə ədəbli insanlar ədəbsiz insanlardan seçilirlər. Özünü qurmuş, nəfs istəklərini cilovlamış insanlar başqalarının hüzurunda ədəbli əyləşirlər. Süst və iradəsiz insanlar isə ayaqlarını müxtəlif cür uzadıb yığaraq ədəbsiz halda otururlar. Rəsulullah (s) bu sahədə də başqaları üçün bir örnəkdir. O, oturub-durarkən daim Allahı zikr edərdi, heç vaxt oturmaq üçün xüsusi bir yer nəzərdə tutmazdı. çalışardı ki, məclisin aşağı hissəsində əyləşsin. («Bihar» 16-cı cild). Onun hörmətinə kimsənin ayağa durmasını sevməzdi əgər bir şəxs onun hörmətinə başqalarının ayağa durmağını gözləyirsə, demək özünü yuxarı tutur və bu da günahdır. Ona görə də belə şəxs cəhənnəm oduna düçar olacaqdır. «Onun üçün ayağa durulmasını istəyən adamın yeri oddur» («Bihar» 76-cı cild).
İMANSIZ ÖLÜMƏ APARAN GÜNAHLAR HANSILARDIR?!
Müxtəlif Quran ayələrində əməli puç edənlərdən şirk (Allaha şərik qoşmaq) və küfr (Allahı inkar etmək) zikr edildi. Bəs başqa günahlar necə? Onlar da əməlləri puç edirmi? Bəli, bəzi günahlar barədə məxsus rəvayətlər vardır. Məsələn, aqvalideynlik (ata-ananın üzünə qayıtmaq, itaətsizlik etmək) barədə buyurulub: Nida yetişər, ey aqvalideyn, nə etsən də səndən qəbul olunmaz. İnsanın ardınca ananın narazılıq ahı onun dağca əməllərinə od vurar. Digər günahlardan, böhtan imansızlığa səbəb olar. Başqalarının əziyyətinə, incidilməsinə bais olan həsəd də bu günahlardandır.
KÜFRÜN KƏFFARƏSİ İMAN, GÜNAHIN KƏFFARƏSİ TÖVBƏDİR - Kəffarə günahın təirini məhv etmək, örtmək mənasındadır. İmanı qəbul etməklə əvvəlki küfrlərin məhv olacağına şəkk yoxdur...
Namaz və ibadətlərdə hüzur qəlbli olmağın beş mərhələsi hansılardır?!
Hüzuri-qəlbin müxtəlif mərtəbə və dərəcələri – həm nisbətən kamili, həm də daha kamili vardır. Təkamül yolçusu onları tədrici olaraq qət edə bilər ki, yüksək qürb və şühud məqamına çata bilsin. Bu çox uzun və müxtəlif məqamlara malik olan yoldur ki, mənim kimi uzaqdan nəzarət edən, həsrət odunda yanan bir şəxsin onları izah etməsi rəva deyildir. Lakin onların bə’zi mərtəbələrini qısa şəkildə qeyd edirik ki, təkamül yolçusu üçün faydalı olsun.
= Birinci mərhələ Hüzuri-qəlbin birinci mərhələsi bundan ibarətdir ki, namaz qılan şəxs bütün namazlarında, yaxud onun bə’zi hissələrində, sözlərin mə’nalarına diqqət yetirməsə və onların mə’nasını müfəssəl şəkildə bilməsə belə, Allahın hüzurunda dayandığına müəyyən qədər diqqət yetirsin, Onunla danışdığını bilsin və Onunla razi-niyaz etdiyinə fikir versin...
Cəm şəkilində olan duaların qəbul olunması haqda məsumlar nə buyurmuşlar?!
Əgər insanlar cəm şəkildə dua edib, Allah hüzurunda əl açaraq, göz yaşı axıdarlarsa, belə biri qəbul olunmasına ümid çoxdur. Çünki bu cəm bəlkə bir nəfər qəlbisınıq, məzlum, çarəsiz, aşiq və ya arif bir insan ola bilsin. Bu bir nəfərin saf qəlblə etdiyi dua bütün duaların qəbul olunmasına səbəb ola bilər. Bəli, ayə və rəvayətlərdən belə görünür ki, mehriban Allah bir xalis bəndəsinin xatirinə bu bəndə ilə bir cərgədə durmuş bütöv bir cəmiyyəti bağışlayır.İmam Sadiq (ə) buyurur: \" Əgər dörd nəfər birlikdə vahid bir işin düzəlməsi üçün dua edərlərsə onlar birbirindən ayrılmış dua qəbul olar.”
Nəfsin tərbiyəsi dedikdə məqsəd nədir?!
Nəfsin tərbiyəsi dedikdə nəfsani bəlalardan qorunmaq nəzərdə tutulur.Nəfs bağbanın əkdiyi cavan ağac kimidir. Bağban gecə-gündüz onun qulluğunda durur, onu zərərverici həşəratlardan qoruyur. Nəfs də ağaca bənzəyir. İnsan bağban kimi ona qulluq etməlidir. Əxlaq alimləri bu işi \"təxliyə” adlandırırlar. Yəni insan özünü nəfsin bəlalarından qurtarmalıdır. Ağac torpağa əkilib səmaya tərəf baş qaldırdığı kimi nəfs də ucalığa doğru can atmalıdır. Nəfsə belə bir yüksəliş üçün güc lazımdır. Bu gücü əldə etmək üçün bəlalardan qorunmaq zəruridir. Bu prosses təzkiyənin, yəni tərbiyənin təxliyə adlanan ilk mərhələsidir...
Hansı dəstə insanların namazı qəbul olunmaz?!
RƏDD OLUNAN NAMAZLAR - Dediyimiz kimi, hansısa bir düzgün əməlin qəbul olmaması mümkündür. Müştərisiz mal kimi! Hədislərdə bə’zi şəxslərin namazlarının dəyərsiz olduğu və qəbul edilmədiyi bildirilir.Bir neçə nümunəyə işarə edək:
1. Etinasızlar -İmam Sadiq (ə) buyurur: \"Cəmiyyətin yoxsullarına e’tina göstərməyənlərin namazı qəbul deyil.
2. Haramxorlar Həzrət Peyğəmbər (s) buyurur: \"Haramxorların namazı çınqıl üzərində tikilmiş bina kimidir.”
3. Evdə məs’uliyyətsizlik edənlər -Allahın rəsulu (s) buyurur: \"Ərinin qazancından faydalanan, lakin öz ilahi göstərişlərinə əməl etməyən qadının namazı qəbul deyil...
İslamda füruiddin (dinin budaqları) olan 10 vacibatın qısa izahı!
Firudinin ən kiçik şərhi
=Namaz – bəndənin Allah Təala hüzurunda beş vaxt pərəstişidir!
=Oruc – bəndənin Allahdan ötrü bir (ramazan ayını) maddi nemətlərdən gündüzlər pəhrizi
=Xüms – bəndənin Allahın ona verdiyi mal və puldan ildə artıq qalanını və ya ildən artıq qalmağı lazım olanından xumsun xüsusi qanunlarını təyin etdiyi başqa ölçüdə yarısını İmamə və yarısını da seyidə vermək
=Zəkat – bəndənin 9 şeydən (arpa, buğda, xurma, qızıl, gümüş, oküz, qoyun, dəvə) maldan fəqirə könüllü surətdə zəkatın xüsusi qanun və ölçülərinə əsasən verilməsi...
Həzrət Peyğəmbər (s) hansı 6 xüsusiyyət insanları cənnət əhli olaraq tanıtdırmışdır?!
Cәnnәt әhlinin хüsusiyyәtlәri: Pеyğәmbәr (s) buyurub: \"Аllаh cәnnәt yаrаdаndа üç dәfә buyurdu: Хоş möminlәrin hаlınа (оnlаrın yеri cәnnәtdir)! Әrşin mәlәklәri dә bu sözü üç dәfә tәkrаr еtdilәr. Sоnrа хitаb gәldi: Hәr kәsdә аltı хüsusiyyәt оlsа, mömin hеsаb оlunur:
1. Düz dаnışmаq; 2. Əhdә vәfа еtmәk; 3. Əmаnәti qаytаrmаq;
4. Atа-аnаyа yахşılıq еtmәk; 5. Silеyi-rәhm; 6. Günаhlаrа görә istiğfаr еtmәk.”
Sülеymаn ibn Yәsаr Kəbə ziyarətində Yuxusunda hansı peyğəmbəri görərək ondan nə haqda soruşdu?!
Sülеymаn ibn Yәsаr tәqvаlı bir kişi idi vә fövqәlаdә gözәlliyә mаlik idi. О, Mәdinәdә yаşаyırdı. Bir gün dоstu ilә Kәbәnin ziyаrәtinә gеtdilәr. Оnlаr Әbvаyа çаtdılаr. Dоstu yеmәk аlmаq üçün bаzаrа gеtdi. Sülеymаn хеymәdә оturmuşdu.
Birdәn bir qаdının gözü Sülеymаnа sаtаşdı. О, Sülеymаnа аşiq оldu vә üzündәki niqаbı аçdı. Еlә bil hicаbın аltındа bir аy pаrçаsı gizlәnmişdi. Qаdın оnа dеdi: Mәnә bәхşiş еt. Sülеymаn gümаn еtdi ki, о yеmәk istәyir. Qаdın dеdi: Yеmәk istәmirәm. Mәni kаmа yеtirmәni istәyirәm. Sülеymаn utаndı vә dеdi: Sәni şеytаn mәnim yаnımа göndәrib? Sоnrа аğlаdı. Qаdın yеnә dә üzünü örtüb gеtdi. Dоstu qаyıdıb, nә hаdisә bаş vеrdiyini sоruşdu. Sülеymаn \"övlаdlаrım yаdımа düşüb”—dеdi. Dоstu dеdi: Yох, bеlә dеyil, mütlәq bir hаdisә bаş vеrib. Çох isrаr еdәndәn sоnrа Sülеymаn hаdisәni dаnışdı. О dа аğlаmаğа bаşlаdı...
Qiyamət günü hansı üç günahın üzrü qəbul olunmaz?! İmam Sadiqin (ə) hədisi
İmam Sadiqdən (ə) nəql olunan hədisdə deyilir:
\"Üç şеydә hеç kimdәn üzr qәbul оlunmаz:
1. Әmаnәti qаytаrmаq, istәr sаhibi yахşı, istәr pis insаn оlsun;
2. Әhdә vәfа еtmәk, istәr pis, istәrsә yахşı insаn оlsun;
3. Аtа-аnаyа yахşılıq еtmәk, istәr yахşı, istәr pis insаn оlsunlаr.”