Həzrət Abbasın (ə) həyat yoldaşı və övladları da Kərbəlada idi...


Kərbəla vaqiəsinin Ələmdarı və Babəl-həvahic olan Həzrət Əbülfəzl Abbasın (ə) ancaq bir həyat yoldaşı olmuşdur ki, adı Ləbabə olmuşdur. O, Ubeydullah ibni Abbasın qızı idi.
O, şərif bir ailədən olan iffətli xanım idi. Öz zamanının ən yaxşı banularından olmuşdur. İmam Əlini (ə) sevənlərdən idi. Ləbabənin Həzrət Abbasdan beş oğlu və bir qızı olur. Ləbabə də Kərbəlada iştirak etmişdir və Qasim adlı oğlu şəhid olmuşdur. Başqa əsirlərlə birlikdə o, da əziyyətlərə məruz qalmışdır. Əsirləri azad etdikdən sonra isə Mədinəyə qayıtmışdır.
Bu qanlı hadisədən sonra Ləbabə həm gündüzləri və həm də gecələri ağlayardı. Ona görə də xəstələnib 28 yaşında dünyasını dəyişir. Övladları nənələri Ümmil-bənin tərəfindən tərbiyə olunmuş və yetişdirilmişdilər. Bu uşaqlara himayə etmək İmam Səccadın (ə) öhdəsinədüşmüşdür.


İmam Hüseyn (ə) səhabələrini fərqləndirən 6 xüsusiyyət hansılardır?


İmam Hüseynlə (ə) çiyin-çiyinə vuruşan səhabələrin sayı az olsa da, onların malik olduğu sifətlər hər kəsdə tapılmaz. Bu, elə sifətlərdir ki, onların adını tarixə həkk etmiş və başqa şəhidlərdən üstün etmişdir.
1. Ən yaxşı dost idilər. O zaman ki, Tasua gecəsi gəlib çatır, İmam (ə) əmr edir ki, çıraqları söndürsünlər və hər kim ki, bu döyüşdə iştirak etmək istəmir – çıxıb getsin. İşıqları yandıran zaman İmamın (ə) ancaq ən yaxın dostları yanında qalır. Ona görə də İmam (ə) buyurur: “Mən öz dostlarımdan daha yaxşı olanının sorağını almamışam”.
2. Yəqinlik qalasına qalxanlar. İmamın (ə) bu yaxın səhabələri kor-koranə deyil, məhz elm və agahlıq üzərindən İmama (ə) etiqad bəsləyir və onun ardınca gedirdilər. Çünki onlar yəqinlik dərəcəsinə çatmış insanlar idilər. Onlar öləcəklərini bilsələr də, bu yolda tərəddüd etmir və irəli gedirdilər ...


İmam Baqir(ə) Əhli-Beyt (ə) davamçılarına hansı müjdəli xəbəri verir?!


“Kafi” kitabında oxuyuruq ki, Həkəm ibni Utəybə nəql edir: “İmam Baqirin (ə) xidmətində idim və otaq cəmiyyətlə dolu idi. Anidən bir qoca kişi əsasına söykənərək, otağa daxil oldu və dedi: “Əssəlamu əleykə, ya ibni Rəsulallah” və sonra sükut etdi. İmam (ə) da salamının cavabını verdi. Sonra qoca kişi orada olan cəmiyyətə üz tutub, onlara da salam verdi. Hamı salamın cavabını aldılar. Qoca üzünü İmama (ə) çevirib dedi: “Ya ibni Rəsulallah! Məni öz yanında əyləşdir, qurbanın olum. Allaha and olsun ki, mən sizi və sizin sevdiyiniz kəsləri sevirəm. Sizin düşməninizlə düşmənəm və ondan kənarlaşıram. Allaha and olsun ki, bu nifrət və düşmənçilik də şəxsi deyildir. Allaha and olsun ki, sizin halalınızı halal və haramınızı haram bilirəm. Sizin ədalət hökumətinizin bərpa olmasının intizarındayam. Bu əqidə ilə nicat tapmağım üçün ümid vardırmı?”...


İmam Rza (ə) səhabəsi İbn Şəbibə İmam Hüseynə (ə) əza saxlayarkən hansı məsələləri tapşırdı?!


Nəql edilir ki, məhərrəm ayının birinci günü İmam Rza (ə) ibni Şəbibə buyurur: “Oruc tutmusan? Bu gün – o gündür ki, Zəkəriyyə (ə) oruc tutmuşdu. Allah Yəhyanı (ə) ona əta etdi. Əgər hacətinizin yerinə yetməsini istəyirsinizsə, bu günü oruc tutun. Bunun ardınca İmam Rza (ə) İmam Hüseynə (ə) əza saxlamaqla bağlı İbni Şəbibə 5 göstəriş verir və buyurur:
“1. Şəbibin oğlu! Əgər Seyyidüş-şühədaya ağlasan və göz yaşların yanaqlarından axarsa – Allah etdiyin hər bir günahı bağışlayar.
2. Əgər Allahı günahların olmayan halda görmək istəyirsənsə, Seyyidüş-şühədanı (ə) yaxından və uzaqdan ziyarət et.
3. Əgər behişt otaqlarında şad olmaq və Peyğəmbərin (s) yanında olmaq istəyirsənsə, Seyyidüş-şühədanın (ə) qatillərinə lənət etməyi tərk etmə...


İmam Səccad (ə) hansı beş əməli nemətlərin alınmasına səbəb olaraq tanıtdırır?!


«Kumeyl» duasında oxuyuruq: «Əllahumməğfir liyəz-zunubəl-ləti tuğəyyirun-niəm.» – «İlahi, nemətləri dəyişən günahlarımı bağışla!» İmam Səccaddan (ə) nəql olunmuş bir hədisə görə, neməti dəyişib əvəzində bəla, müsibət və əzaba salan günahlar bunlardır:
1. Əl-bəğyu ələn-nas – Xalqa zülm etmək: Xalqa zülm etmək ən böyük günah, çox çirkin və şeytani bir işdir. İnsan yol verdiyi ən kiçik zülm və haqsızlığa görə Qiyamət günü hesab verəcəkidir. «Ənbiya» surəsinin 47-ci ayəsində oxuyuruq: «Əgər sizin əməliniz xardal dənəsi ağırlıqda olsa belə ölçü üçün qiyamət səhnəsinə gətiriləcək və Biz hesab çəkəcəyik.»
2. Əz-zəvalu ənil-adəti fil-xəyr – Xeyirxahlıq ruhiyyəsini tərk etmək: Allahın yardımı ilə insanda yaranan və rəhmət qapılarını onun üzünə açan xeyirxahlıq ruhiyyəsi çox dəyərli nemətlərdəndir. İnsan bütün vücudu ilə bu neməti qorumalıdır ki, xənnaslar, şeytanlar bu dəyəri onun əlindən almasınlar. Mərifət qazanmaq, təvazökarlıq ruhiyyəsi əldə etmək, bəndələrə xidmət göstərmək yolunda bir çox təhlükələr vardır. İnsan bu ruhiyyəni özündə qorumaq üçün ayıq olmalıdır. İstənilən bir zəiflik xeyirxahlıq adətlərini süstləşdirir. Bu ruhiyyəni qoruya bilməyən insan günaha yol verir və nəticədə, ilahi nemətlərin yerini çətinliklər tutur...


İslam Peyğəmbəri (s) Səhabəsi Əbu Əyyub Ənsariyə hansı beş tapşırığı verdi?!


Bir gün Əbu Əyyub Xalid ibn Zeyd Ənsari Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib dedi: –Ey Allahın Rəsulu! Mənə qısa tövsiyələr et ki, bəlkə onları yadımda saxladım (və onlara əməl etdim). Həzrət buyurdu: –Sənə beş əməli tövsiyə edirəm:
1. İnsanların əllərində olanlardan ümidini üz ki, həqiqətən, bu zənginlikdir;
2. Tamahkarlıqdan çəkin ki, həqiqətən, bu özü mövcud yoxsulluqdur;
3. Namazını “vida namazı” kimi qıl;
4. Üzrxahlığa məcbur olacağın işdən çəkin;
5. Özünə sevdiyini (mömin) qardaşın üçün də sev!” (“Biharul-ənvar”, 74-cü cild, səh. 168.)


PEYĞƏMBƏR (S) SƏHABƏSİ HÜZEYFƏ İBN YƏMANI kimdir?!


O, Peyğəmbəri-Əkrəm (s) və İmam Əlinin (ə) yaxın səhabələrindən olmuş, “Bədr” döyüşündən başqa, Peyğəmbərin (s) bütün döyüşlərində iştirak etmişdir.
Tarixdə onun “Bədr” döyüşündə iştirak etməməsinin səbəbi ilə əlaqədar qeyd olunur ki, o, atası Hüseyl (Həsl) ibn Cabirlə birgə “Bədr” döyüşünə qatılmaq üçün yola çıxarkən hər ikisi müşriklər tərəfindən tutulur. Müşriklər onların “Bədr” döyüşündə iştirak etməyəcəklərinə dair söz verdikləri təqdirdə canlarına dəyməyəcəklərini bildirirlər.
Ata-oğul döyüşdə iştirak etməyəcəklərinə dair söz verirlər. Sonra Peyğəmbərin (s) hüzuruna gəlib, o həzrətə döyüşə qatılmayacaqlarına dair söz vermək məcburiyyətində qaldıqlarını xəbər verdikdə, Peyğəmbər (s) sözlərinə sadiq qalmaları üçün onların döyüşdə iştirak etməyəcəklərinə icazə verir. Peyğəmbər (s) həm “Təbuk” döyüşündən, həm də son həcc mərasimindən qayıdarkən “Qədir-Xum” xütbəsini söylədikdən sonra, münafiqlər o həzrətə qarşı sui-qəsd etdikləri zaman, həmin münafiqlərin adını Hüzeyfəyə söyləyir. Odur ki, Hüzeyfə münafiqləri hamıdan yaxşı tanıyırdı. (“İrdaşul-qulub”, c.2. səh.195; “Biharul-ənvar”, c.28, səh.99.)


Əhli-Beyt (ə) davamçıları mütləq behiştdə olacaq hədisi nə məna daşıyır?


Həqiqi Əhli-Beyt (ə) davamçısıdır hədisin məqsədi! Bu cürə ki, Məsumları (ə) sevmək və onlara rəğbət bəsləmək hələ insanı Əhli-Beyt (ə) davamçısı etməz. Çünki bu adı qazanmaq zəhmət istəyir. Onların yolunu davam etdirən insan və onların həyat tərzini təkrar edən, onların əmrlərindən çıxmayan insan – Əhli-Beyt (ə) davamçısı ola bilər. Ona görə də şəfaət mövzusu da məhz həqiqi Əhli-Beyt (ə) davamçılarına şamil olur. Yəni, hər kim həqiqi Əhli-beyt (ə) davamçısı olar və onun şərtlərini yerinə yetirər – o insanlar üçün behiştdə yer vardır. (İslami saytlara istinadən) Məsumlar (ə) onun nicat tapması üçün şəfaətçi olarlar. Budur hədisin demək istədiyi məqsəd.


Zalım xəlifənin imanlı vəzirinin xətası necə düzəldi? İmam Kazimin (ə) elmi


Əli ibni Yəqtin, Harunun məşhur vəzirlərindən olmuşdur ki, yeddinci İmam Həzrət Musa Kazımın (ə) xalis davamçılarından idi. Ancaq o, öz əqidəsini gizli saxlayır və təqiyyə halında yaşayırdı. Bir gün casusların gözündən uzaq halda İmamın (ə) xidmətinə gəlir. Ancaq İmam (ə) onu qəbul etmir. Sabahısı günü təsadüfən bazarda görüşürlər və Əli İmamdan (ə) dünənki hadisənin səbəbini soruşur. İmam (ə) buyurur: “Ona görə ki, bizim davamçılardan birinin ürəyini sındırmısan, ona yol verməmisən, hacətini yerinə yetirməmisən, çətinliyini həll etməmisən. Onun razılığını almadan səni xidmətimə qəbul etməyəcəyəm”. Əli deyir: “Hal-hazırda o, uzaq yerdədir”. İmam (ə) buyurur: “Gecə Bəqi qəbiristanlığında at səni gözləyəcəkdir, ona min və onunla görüşə get. Razılığını al”. Əli, İmamın (ə) tövsiyə etdiyi kimi həmin ata minir və Bəsrədə olan İbrahimin evinin qapısına çatır. Ondan razılıq istəyir və qayıdır. Ondan sonra İmam (ə) onu xidmətinə qəbul edir.


Bəhlul hansı 3 eybi göstərərək, Harunun təklifini rədd etdi?


Bəhlul aqil bir insan olmuşdur, ancaq zamanına görə təqiyyə etmişdir. Bəzən elə sözlər deyirdi ki, başqaları onu dəli hesab edirdi. Ancaq bu sözlərində təsirli öyüdlər gizlənirdi.
Bir gün Harun ər-Rəşid Abbasi (lən) ona deyir: “Biz qərara almışıq ki, sənin maaşını boynumuza götürək ki, rahat halda bizim yanımıza gələ biləsən.
Bəhlul deyir: “Əgər bu işin üç eybi olmasaydı, mən qəbul edərdim. Birincisi budur ki, sən bilmirsən ki, mənim nəyə ehtiyacım vardır ki, onu ödəyəsən.
İkincisi bilmirsən ki, nə qədərinə ehtiyacım vardır ki, az və ya çoxu məni giriftar etməsin...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter