Əba Əbdillahın (ə) şəhadətİnİn özəllİyİ nədədİr?
Alimlərin təbərrük buyuruşlarında qeyd olunur ki, İmam Hüseynin (ə) şəhadətinin çox sayda özəlliyi var. Dünyada çox qəhrəmanlıqlar, qəhrəmanlıq göstərən insanlar olub. Əba Əbdillah (ə) çoxlarından fərqli olaraq, adını tarixdə saxlamaq üçün deyil, Allaha bəndə olmaq üçün qəhrəmanlıq edib. ...
Nə üçün İmam Hüseyn (ə) Müavİyənİn dövründə qİyam etmədİ?
Bəni-Üməyyə tayfasının hakimiyyətə gəldiyi gündən bəri törətdiyi qarət və cinayətlər günbəgün müsəlmanların qəzəbinə səbəb olurdu. Dövlətdə yaranmış hərc-mərcliklər nəticəsində hətta bir qrup müsəlmanlar hiddətlənərək bu tayfanın şeyxi, üçüncü xəlifə olan Osmanı qətlə yetirdilər. Osmanın bir qrup müsəlmanlar tərəfindən öldürülməsi, əslində Bəni-Üməyyənin hiyləgər siması olan Müaviyə ibn Əbu Süfyanın xeyrinə tamamlandı.
Nəyə görə İmam Hüseyn Yezİdə qarşı qİyama qalxdı?
İmam Hüseynin (ə) Müaviyənin ölümündən sonra Yezidin hökumətinə qarşı qiyama qalxmasının üç əsas amili var idi:
Birinci: Yezidin İmamdan (ə) beyət tələb etməsi:
İmam Hüseyn (ə) Müaviyənin cinayətlərini və məkrli fəndlərini xalqa açıqlasa da, Müaviyə öz məsləhətinə görə İmamı (ə) öz qarşısında toxunulmaz bir mövqe sanırdı. Müaviyə bu siyasətini ömrünün axırınacan davam etdirdi.
İmam Səccadın (ə) Kərbəla qİyamında rolu nə olmuşdur?
Bildiyiniz kimi İmam Səccad (ə) Kərbəla faciəsi zamanı xəstə olmuşdur. Onun xəstəliyinin səbəbi də ilahi məsləhət idi(1). Çünki o, sağ qalıb İmamət vəzifəsini öhdəsinə almalı, davam etdirməli idi. Həmçinin keçən bəhslərimizdə işarə etdiyimiz kimi Kərbəla qiyamını tamamlayan ikinci mərhələnin layiqincə yerinə yetirilməsini təzmin etməli idi. ...
Nə üçün İmam Hüseyn (ə) möcüzə edİb düşmənlərİnİ məhv etmədİ?
Uca Tanrının insanları yaratmaqda məqsədi, onları imtahan etmək, sınaqdan əla qiymətlə çıxanları mükafatlandıraraq onlara behişt və əbədi səadəti nəsib etməkdir. Necə ki, Allah-taala Qurani-Kərimdə buyurur: «Tanrı dünyanı və ölümü yaratdı ki, sizi imtahan etsin və hansı birinizin daha yaxşı əməl sahibi olduğunu yoxlasın...( Mülk surəsi, 2)»
Nə üçün İmam Hüseyn (ə) qadın və uşaqları çətİn bİr vəzİyyətdə özü İlə bİrlİkdə apardı?
Bəzən sual verirlər ki, İmam Hüseyn (ə) tutduğu yolda şəhid olacağını, ailəsinin, qadın və uşaqlarının düşmən qoşununa əsir düşəcəyini və yüzlərlə əzablara qatlanacağını bilirdisə, bəs nəyə görə onları özü ilə apardı?
HƏZRƏT PEYĞƏMBƏRIN(S) BUYURDUĞU«HÜSEYN MƏNDƏNDIR VƏ MƏN DƏ HÜSEYNDƏNƏM» HƏDİSİNİN ŞƏRHİ NƏDİR?
İmam Hüseyn(ə) Kərbəla hadisəsində və aşura günü bütün bəĢəriyyətə və müsəlmanlara müəyyən dərslər öyrədir. O həzrətin öyrətdiyi dərsləri əziz
möminlərin nəzərinə çatdırıram. ...
İmam Hüseyn (ə) nə kİmİ əxlaqİ-mənəvİ keyfİyyətlərə malİk olmuşdur?
Bildiyiniz kimi İslam dininə görə İmamət mərtəbəsi olduqca məsuliyyətli və əhəmiyyətli bir vəzifədir. Belə ki, Uca Yaradanın Peyğəmbərimizin (s) vasitəsilə bəşəriyyətə ərməğan etdiyi həqiqi dinin saflığı və təhriflərdən, xurafatlardan qorunub, saxlanması məhz İmamın öhdəsinə düşür.
Nə üçün İmam Hüseynİn (ə) qəbrİnİ zİyarət etməyə gedİrİk? Bu zİyarətİn faydası nədİr?
Həzrət İmam Hüseynin qəbrini ziyarət etməyin özünə məxsus fəlsəfəsi vardır. Onlardan bir neçəsinə işarə edirik:
1- Bildiyimiz kimi Əhli-beytə (ə) olan sevgi və məhəbbət Qurani-Kərimdə vacib sayılmışdır(Şura surəsi, ayə 23). Bundan əlavə əziz Peyğəmbərimizin (s) «Hər kəs Hüseyni (ə) sevsə məni sevmiş olur, məni sevən isə Allahı sevmiş olur.
Kərbəla qİyamı bİzə nə öyrədİr?
İmam Hüseyn (ə) öz şəhadətilə bizə azadlığın qiymətini, dəyərini anlatdı. Azad insanın heç vaxt zillətə qul olmadığını, dünyanın və bər-bəzəklərin qarşısında əyilmədiyini nümayiş etdirdi. Haqq yolda olduğuna inanaraq, adəm övladının ürək bağlaya biləcəyi bütün maddi həvəsləri kənara atıb, özünü və ən çox sevdiyi yaxınlarını Allah yolunda qurban verdi. Onun; «şərəfli ölüm, zillətlə yaşamaqdan üstündür!(1)» kəlamı, yer üzünün bütün azadələrinə ibrət dərsi oldu.