«Hər gün Aşura, hər yer Kərbəla» şüarı rəvayət və ya hədİsdİrmİ?


Bir neçə nəfərdən «Hər gün Aşura, hər yer Kərbəladır» hədisinin çox zəif və ya heç hədis olmadığını eşitmişəm. Habelə sosial şəbəkədə axtarış edərkən, bu hədisin İmam Sadiqə (ə) istinad edildiyini müşahidə etdim. Xahiş edirəm bu barədə ətraflı məlumat verəsiniz. Əgər sözügedən cümlə hədisdirsə, onun düzgünlüyü və etibarı haqqında məlumat verərdiniz.


Niyə İmam Həsənə (ə) “Əhlİ-beyt kərİmİ” deyilir?


İmam Həsən (ə) pak qəlbli, fəqirlərə qarşı mehriban bir şəxs idi. O, xarabalıqlarda yaşayanlara həmdərd olar, kasıblarla oturub-durar, dərdlərinə şərik çıxar və problemlərinin həlli üçün çalışardı. O, bu yolda Allahdan başqa kimsənin razılığını düşünməzdi.


İmam Əli (ə) Allahdan necə bir qadın istəmişdi?


“İlahi! Mənə xeyirxah, mehriban, övlad dünyaya gətirmək qabiliyyəti olan, təşəkkür etməyi bacaran, gözütox və iffətli qadın qismət elə! Belə ki, ona xeyirxahlıq etsəm təşəkkür etsin. Pislik etsəm bağışlasın. Allahı zikr etsəm yardım etsin....


İmamı tanımaq üçün, axtarış nİyə vacİbdir ?


İmamı tanımaq üçün axtarış ona görə vacibdir ki, heç olmasa bu ehtimal irəli sürülə bilər ki, elə bir şəxs olmalıdır ki, ondan itaət etmək Allahın hökmü ilə bizə vacibdir, işlərə rəhbər olmalı, Quranı təfsir edən, hökümləri bəyan edən və camaatın din və dünyasının rəhbəri olmalıdır.


Həzrəti Əli (ə) kimdir?


Həmd və səna olsun Allaha, onun salam və salavatı olsun bəşərin ən yaxşısı Həzrət Məhəmməd (s) və hidayət yolunun çıraqları olan əhli- beytinə.


İmamətİn mənası nədİr və necə şərh və təfsİr olur ?


İmam və İmamət lüğət cəhətdən “um” kəlməsindən, ( hər şey ki,başqa şeylər ona əlavə və nisbət verilir, və ya ondan əmələ gəlirlər, ya ondan ilham alırlar, mənasında) tutulmuşdur. Bir işdə, fikr, etiqad, siyasət, məkan, zaman və dil müştərəkliyi olub, bir-birinə qarışdıqlarına görə, bəlkə də buna görə camaata ümmət deyilir.


İMAMƏTİN ÖZƏL XÜSUSİYYƏTLƏRİ HANSILARDIR?


Əhli-beyt məktəbinə görə İmamətin bir neçə xüsusiyyəti vardır ki, onların bə\'zisi aşağıdakılardan ibarətdir:


Xanım Fatiməyi Zəhra(s.ə)-nın adları nədİr?


«Fatimə(s.ə)-nin Allah dərgahında doqquz adı vardır–Fatimə, Siddiqə, Mubarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Mühəddəsə, Zəhra. Fatimə adının mənası hər cür pislikdən ayrılmış (və ya seçilmiş), təmizlənmiş deməkdir. Əgər Fatimə olmasaydı, möminlər ağası Əli(ə.s) üçün Adəmdən tutmuş ta qiyamətə kimi yer üzündə həyat yoldaşı tapılmazdı.»


KӘRBӘLA QİYAMINDA KİM QӘLӘBӘ ÇALDI?


Bir sıra sadəlöv adamların Aşura günündə Yezidin qələbə çalıb, İmam Hüseyn əleyhissalamın məğlub olduğunu güman etməsinə baxmayaraq, tarixi diqqətlə araşdırdıqda məlum olur ki, əhvalat bunun əksinə imiş. Çünki qələbə insanın diri qalıb düşmənin ölməsi demək deyildir. Qələbə bundan ibarətdir ki, insanın özü ölsə də hədəf, fikir və idealları əbədi olaraq yaşasın. Məğlubiyyət isə döyüş meydanında həlak olmaq deyil, fikir və ideyaların məhv olmasıdır.


İMAM ƏLİ (Ə)-ın MİN ADINDAN YÜZ BİRİ nədİr?


1. Müşkülküşa. 2. Seyfullah. 3. Əbu Turab. 4. İma- mül müttəqin. 5. Şahi - La Fəta. 6. Naibi-Rəsul. 7. Qu- rani-Natiq. 8. Kəşfül ğita. 9. Ulil əmr. 10. Fatehi-Xey- bər. 11. Əbül Həsəneyn. 12. Ruhi-fürqan. 13. İmamül Hüda. 14. Vəliyyullah...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter