Qədiri-Xum bayramı günündə bəyənilən (savablı) əməllərdən yazın?


Qədiri-Xum bayramı günündə bəyənilən (savablı) əməllərdən yazın? Qədiri-Xum bayramı günü bəyənilən əməllər:
1-Bu cümlənin bayramlaşmalarda təkrarlamaq \"Əlhəmdulillahilləzi cəələna minəl mütəməssikinə bi vilayəti Əli ibn Əbi Talib (ə)\"
2-Evin gözəlləşdirilməsi ilə məşğul olmaq,
3-Mömin qardaşlarla qardaşlıq duasını oxumaq,
4-Qədir-Xum bayramında müsəlmanların bir-birinə kömək etməsi,
5-Qədir-Xum hadisəsinin əsas hədəfini təbliğ etməyə çalışmaq,
6-Ailələrdə həddi-büluğa çatmış uşaqların mükəlləflik bayramını bu günlərdə keçirməyə çalışmaq,
7-Tanışlar üçün təbriklər yazı və sözlə təbrikləri göndərmək,
8-Bu günün münasibəti ilə bayramlıq payı paylamaq,
9-Sileyi-Rəhm (qohumlara get-gəl etmək) xüsusi ilə seyyidlərlə,
10-Evlərdə bayramlıq süfrələri təşkil etmək, ...


Həzrət Zəhranın (s) şəxsiyyətinin hansı cəhətləri var?


Həzrət Zəhranın (s) şəxsiyyətinin hansı cəhətləri var? Həzrət Zəhranın (s) şəxsiyyətinin müxtəlif əzəmətli cəhətləri var ki, onu bütün genişliyi ilə yalnız, çox dərin təhqiqat, təfəkkür və araşdırmadan sonra ələ gətirmək olar. O Həzrətin mənəviyyat və ilahiyyat sahəsindəki elm, rəftar, əxlaq və siyasi mübarizələri araşdırmaqla hədəfimizə çata bilərik. Şiə və sünnü alimlərinin kitablarının təsdiqinə əsasən, xanımlar xanımı Həzrəti Zəhranın (s) mənəvi və insani xüsusiyyətlərini qısa da olsa belə izah etmək olar: 1-Rifah və yüksək səviyyəli həyat tərzi keçirməyə imkanı olan halda, ən çox qənaət, az sərvət və xalis ibadətlə həyat tərzi sürməsi; 2-Özünün şiddətlə təama və sair şeylərə ehtiyacı olan halda, onları Allaha xatir möhtaclara verməklə fədakarlığı və səxavəti; 3-Allah-Taalanın dərgahında xalisanə şəkildə çox ibadət və itaətlə məşğul olması; 4-Qadınlar üçün iffət və həya nümunəsi; İslami örtüyün və örpəyin riayət olunmasında ən kamil qadın nümunəsi; 5-Bütün aləmlərin qadınlarının seiyyidəsi olmaqla, ən yüksək səviyyəli ilahi elmə və agahlığa malik olması. Nümunə üçün \"Fatimənin müshəfi\" adlı dərin mənalı ilahi kitabının olması; 6- Atası, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) vəfatından sonra İmam Əlinin (əleyhissalam) vilayəti və İmaməti uğrunda ən yüksək səviyyədə siyasi və ictimai mübarizə aparması;


İmam Rza (ə.s)-ın pak hərəminə girən zaman hansı dua oxunmalıdır?


İmam Rza (ə.s)-ın pak hərəminə girən zaman hansı dua oxunmalıdır? İmam Əli ibn Musa-Rza (ə.s)-ın pak hərəminə girən zaman oxunulan dua:
Duanın oxunuşu: Girişdən qabaq bu duanı oxuyursan.
\"İlahi, mən Peyğəmbərin qapılarından birində durmuşam ki Sənin salamların ona və əhlibeytinə olsun, Sən özün insanlara o qapıya icazəsiz daxil olmağı qadağan etdin və buyurmusan-Ey iman əhli Peyğəmbərin evinə daxil olmayın, məgər ki sizə giriş icazəsi verilə. İlahi, həqiqətən bu şərəfli məşhəd sahibinin qayibinə və həmçinin hüzuruna imanım var və yəqinim var sənin göndərdiklərin və canişinlərindir (Allahın salamı olsun onlara) ki sənin yanında diridirlər və ruzilənirlər, bizim məqamımızı görürlər, bizim sözlərimizi eşidirlər, bizim salamımıza cavab verirlər və sən onların kəlamını-sözünü eşitməyimə pərdə çəkib ləziz münacat yolumu açmısan. İlahi, əvvəl Səndən və sonra sənin Rəsulundan (Allahın rəhməti ona və əhlibeytinə olsun) icazə istəyirəm və üçüncü dəfə sənin canişinin ki onun itaəti bizə vacibdir Əli ibn Musa-Rza (ə.s)-dan və o mələklər ki bu bərəkətli torpağın keşikçilərindədirlər, icazə istəyirəm. Ey RəsulAllah daxil olummu? Ey Allahın höccəti, daxil olummu? Ey bu mübarək Məşhəddə sakin olan, Allaha yaxın olan mələklər, daxil olummu? Ey mövlam, mənə daxil olmaq icazəsin versən, o icazə ki ən yaxın dostlarına mərhəmət etmisiz, əgər mən o icazəyə layiq olmasam, siz mərhəmət sahibisiniz\". Allah bütün istəyənlərə bu ziyarəti qismət etsin. Amin!


İmam Hüseynin (ə) hərəmini ziyarət etməyin 15 fəziləti nələrdir?


İmam Hüseynin (ə) hərəmini ziyarət etməyin 15 fəziləti nələrdir? Məsum İmamların (ə) bizlərə evrdiyi tövsiyələrindən biri də İmam Hüseyn (ə) hərəmini ziyarət etməkdir. Bu ziyarət üçün çox sayda fəzilət bəyan etmişdilər ki, onlardan bəsinizə işarə edək: 1. “O zaman ki, insan ziyarət üçün qəsd edər, Allah onun günahlarını bağışlayar. 2. O zaman ki, Həzrət Hüseynin (ə) ziyarəti üçün lazım olan şeyləri hazır edər və alar, xərclədiyi hər dirhəmə görə Ühüd dağı qədər ona savab verilər. 3. O zaman ki, mənzilindən çıxar, altı tərəfindən ona 600 mələk yoldaşlıq edər. 4. İmam Hüseyn (ə) hərəminə yollanan zaman hər nəyə və hər yerə addım qoysa, onun üçün dua edərlər. 5. Yolda günəşin şüası üzərinə düşən zaman, onun günahlarını, atəş odunu yandırdığı kimi yandırar və məhv edər. 6. O zaman ki, Fərat suyu ilə qüsl alar, bütün günahları tökülər. 7. Havanın şiddətli hərarətindən tərləyər və yolun əziyyətindən yorular. Hədislər deyir ki, onun bu tərindən 70 min mələk meydana gələr, 8. Ziyarət qüslu alıb hərəkət edəndə hər atdığı addıma görə qəbul olmuş yüz həcc və yüz ümrə və Peyğəmbərlə (s) birgə edilən yüz cihadın savabını qazanar. 9. Hərəmə yaxınlaşan zaman mələklərin müxtəlif dəstələri və hər dəstədə on min nəfər onu qarşılamağa gedər. 10. O zaman ki, zəvvar Həzrət İmam Hüseynin (ə) hərəmini mərifətlə (elmlə) ziyarət edər, o əziz ona nəzər salar və onun üçün dua edər. 11. O zaman ki, evinə tərəf qayıdar, mələklər onu müşayiət edərlər, Cəbrail (ə), Mikail (ə), İsrafil (ə) onu yola salarlar. 12. Bu ziyarətdən bir və ya iki il sonra ölərsə, mələklər cənazəsini müşayiət etmək üçün hazır olarlar. Onun üçün Allahdan bağışlanma istəyərlər. 13. Əgər zəvvar yolda dünyasını dəyişərsə, mələklər bədənini müşayiət edərlər. Behiştdə onun üçün kəfən gətirərlər və kəfəni ona geyindirərlər. 14. O zaman ki, zəvvar yolda həbsə düşər və zərbə alar, İmam Sadiq (ə) buyurur: “Hər həbs olunduğu və ya zərbə aldığı günə görə Qiyamət günü şadlığı və mükafatı olar. 15. İmam Sadiq (ə) buyurur: “Əgər Hüseyn (ə) zəvvarı ziyarət yolunda öldürülərsə, ilk damcı qanı ilə bütün günahları bağışlanar.


Əli (ə) hansı ayda çox ibadət edərdi?


Əli (ə) hansı ayda çox ibadət edərdi? Həzrətin kənizi Ümmü-Səiddən soruşurlar ki, həzrət Əli (ə) Ramazan ayında çox ibadət edir, yoxsa başqa aylarda? Kəniz deyir: «Həzrət Əli (ə) hər gecə öz Allahı ilə raz-niyazdadır. Onun üçün ramazanayı ilə başqa aylarda fərq yoxdur».
Həzrət (ə) zərbə aldıqdan sonra məsciddən evə gətirilərkən qızarmaqda olan üfüqə baxıb buyurur: «Ey sübh, şahid ol ki, Əlini (ə) yalnız indi uzanmış vəziyyətdə görürsən».
İbn Əbil-Hədid deyir: «Həzrət Əli (ə) hamıdan çox ibadət edirdi. Əksər günlər oruc idi, bütün gecələri namaza məşğul olurdu. Savaş zamanı da namazı tərk etməzdi. O bildiyinə əməl edən alim idi. Xalqa nafilə namazları, dualar, gecə ibadətləri öyrədirdi». ...


Həzrət Məhdinin (ə.f) zahiri nişanələrindən işarə edin?


Həzrət Məhdinin (ə.f) zahiri nişanələrindən işarə  edin? Həzrət Məhdinin (ə.f) batini xüsusiyyətlərindən və kamallarından çox söz açılmışdır. Lakin biz Həzrətin zahiri nişanələrini tanımağa çalışaq. O həzrətin zahiri siması haqqında bəzi əlamətlər ibarətdirlər: 1. Gözəl sima. 2. Üzündə qara xalı var. 3. Boyu ortadır. 4. Siması cavandır və dəyişməzdir. 5. Güclü bədən qüvvəsinə malikdir.
6. Xoş ətirlidir.


İmam Hüseynİn (ə) qİyamında və Həzrət Məhdİnİn (ə.f) zühurunda oxşar cəhətləri nədİr?


İmam Hüseynİn (ə) qİyamında və Həzrət Məhdİnİn (ə.f) zühurunda oxşar cəhətləri nədİr?İmam Zaman ağanı (ə.f) İmam Hüseynə (ə) çox bənzədirlər. Əhli-beyt (ə) davamçıları elə bir Aşuranın və Kərbəlanın intizarındadır ki, İmam Zaman ağa (ə.f) ilə bir yerdə gələcəkdir. (Tebyan)


Məsumların (ə) elmİnİ kİmlər dİrİ saxlayar?


İmam Rza (ə) buyurur: “Allah rəhmət etsin o bəndəyə ki, bizim əmrlərimizi dirildər”. Hədisi nəql edən soruşur: “Sizin əmrləri necə dirildər?”. Həzrət (ə) buyurur: “Bizim elmimizi öyrənər və insanlara öyrədər. Əgər insanlar bizim kəlamlarımızın gözəlliyini bilsələr, bizim ardımızca gedərlər”.


Nİyə İmam Hüseyn (ə) yaddan çıxmır?


İmam Hüseynin (ə) həyat tarixi, bəşər tarixində ən çox iz buraxan bir hadisə idi. Bu, elə bir hadisədir ki, indiyə qədər də səs-sədası əzadarlıq mərasimlərinin əmələ gəlməsinə səbəb olur. Burada maraqlısı budur ki, təhrikedici bir qüvvə yoxdur, ancaq pak dini və insani sevgidən qaynaqlanır. Bu böyük mərasimlərin səbəbi bu hadisəni əziz tutmaqdır. Heç bir təbliğata ehtiyacı yoxdur.


İmam Hüseyn (ə) şəhadətə yetdİkdən sonra onun kəsİlmİş başı harada dəfn olundu?


İmam Hüseynin (ə) mübarək başının harada dəfn olunması haqqında müxtəlif fikirlər var. Kərbəla, Nəcəf, Kufə, Mədinə, Şam, Rəqqə, Misir həzrətin başının dəfn olunmasının ehtimal edildiyi yerlərdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter