Əməl dəftərinə yazılan bir Suhbanəllah haqda Hz. Süleyman nə buyurdu?
Həzrət Süleyman (ə) bir yerdən keçirdi. Quşlar onun başı üzərinə kölgə salmış, cin və insanlaradan olan mühafizəçiləri isə sağ və sol tərəflərində onu qoruyurdu.
Süleyman orada bir abidlə rastlaşır. Abid deyir: “And olsun Allaha! Allah sənə böyük bir şahlıq bağışlamışdır”. Həzrət Süleyman deyir: “Möminin əməl dəftərində yazılan bir “Subhanəllah” Davudun oğluna (Süleymana) verilən (şahlıqdan) daha üstündür. Çünki Davudun oğluna verilən aradan gedəcək, ancaq Allahı yad etmək qalacaqdır”.
Allah-Taala (c.c) hansı dəstənin diləyinə tez cavab verər?
Bir gün Musa (ə) dua edir: Ey Alimlərin Rəbbi! Allah Taaladan nida gəlir: Eşidirəm. Hz. Musa (ə) ikinci dəfə deyir: \"Ey Abidlərin Rəbbi! Allah-Taaladan nida gəlir: Eşidirəm. Hz. Musa (ə) üçüncü dəfə zəlilanə münacat edir və deyir: \"Ey Günahkarların Allahı! Allah-Taaladan nida gəlir: Eşidirəm, Eşidirəm, Eşidirəm!!
Allahın təvazökarlıqla tanınmış Peyğəmbəri (ə) ərz edir: İlahi! Mən deyəndə Ey Alimlərin Rəbbi bir dəfə cavab verdin! Təkrarən abidlərin Rəbbi deyəndə yenə də bir dəfə cavab verin! Amma günahkarların adını çəkəndə isə 3 dəfə eşidirəm deyərək cavablandırdın?! Allah-Taala (c.c) cavab gəldi: Ey Musa! Alimlərin elmi var, abidlərin ibadəti. (onlar səadət yolunu tapmışlar.) Amma mənim günahkar bəndələrimin isə heçnəyi yoxdu Məndən Başqa... Yəni Ey Künahkar, özlərinə günah etməklə zülm etmiş insanlar Qayıdın Allah o sizi hər zaman qəbul edəcəkdir... O bəndəsinə Ananın körpəsinə olan məhəbbətdən daha çox məhəbbəti vardı!!
İsa Peyğəmbərin (ə) neçə möcüzəsi olub?
Ayələrə və hədislərə əsasən İsa Məsihin möcüzlərin bunlardır:
1- Palçıqdan quş düzəltmək və ona can vermək
2- Anadangəlmə korun gözünü açmaq
3- Xəstəlikləri sağaltmaq, xüsusilə də vitiliqo xəstəliyi
4- Ölüləri diriltmək
5- Bəzi şəxslərin evlərində yediyi və evlərində yığıb saxladığı məhsulları və qidalar haqda xəbər vermək
6- Beşikdə ikən insanlarla söhbət etmək və Allahın Peyğəmbəri olduğunu demək
7- Atasız doğulmaq
Allah-təala Nuhun (ə) hansı duasını qəbul etmədi?
Həzrət Nuh (ə) kafirlər üçün nifrin və əzab diləyəndən sonra su yer üzünü bürüyüb, gəmini öz ağuşuna aldıqca, əzaba düçar olan tayfa dalğalar altında görünməz olur. Oğlunu əzaba düçar olanlar içində görən Nuhun qəlbində atalıq hissi baş qaldırır. Allah dərgahına üz tutub deyir: «Pərvərdigara, oğlum mənim ailəmdəndir. Sən mənim ailəmi bu tufandan xilas edəcəyini vəd vermişdin». İstəyinə müsbət cavab alacağını ümid edən Nuh peyğəmbərə buyurulur: «O sənin ailəndən deyildir. O qeyri-saleh bir əməldir. Elə isə bilmədiyin bir şeyi məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm». (Hud/46.) Bir an atalıq hissinə qapılmış Nuh, dərhal peşman oldu və Allahdan bağışlanmaq dilədi. Əslində, Allahdan istənilən bir şəxsin bağışlanmasını istəmək günah deyildir. Nuh da bir insanın bağışlanmasını dua etmişdi. Onun duasının qəbul olunmaması, Allah-təalanın bütün işlərdə ədalətə istinad etməsindəndir. Günah uçurumuna yuvarlanmış, hətta qeyri-saleh əməl adlandırılmış bir şəxs, olduqca həssas bir məqamda bağışlana bilməzdi...
Həzrət Yusif (ə) hakimiyyətə çatan zaman nə arzu etmişdi?
Həzrət Yusif (ə) o zaman ki, hakimiyyətə çatır, belə bir dua edir: “Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə (bolluca) səbir endir və bizi müsəlman olaraq öldür”. (“Əraf” 126).
Həzrət Yusif (ə) o zaman ki, hakimiyyətə çatı,r Allaha dua edir ki, İlahi əmrlərə təslim olsun və müsəlman olan halda ölsün. Bu yolla öz hökumətini hər bir fitnə və fəsaddan qorumuş və onu İlahi inayət sayəsində sığorta etmiş olur. Həzrət Yusifin (ə) bu duası onu göstərir ki, hökumət başında olanlar dövləti elə idarə etməlidir ki, Allahın əmrini yerinə yetirmiş olsunlar.
Dua, Allahın möminlərə əta etdiyi ən effektiv vasitədir. İnsan, dua vasitəsilə qanadlar əldə edər və bu qanadlar onu hər bir bəladan uzaqlaşdırar və Allaha yaxınlaşdırar. İnsanın ağır həyat yolunu onun üçün hamar və düz edər...
Qərb ölkələrində də peyğəmbərlər olubmu?
Cavab: Hal-hazlrda məlum olan səmavi dinlərin (yəhudilik, xristianlıq və İslam) və qeyri-səmavi dinlərin (hinduizm, buddizm, konfutsiçilik, daosizm, sintoizm, zərdüştilik, manilik, babilik, bəhailik və s.) demək olar ki, hamısı Şərq mənşəlidir. Yəni bu dinlər Şərq ölkələrində yaranmış və şərqlilər tərəfindən yayılmışdır. Lakin bu o demək deyil ki, Qərb dünyasında da din və peyğəmbər olmamışdır. Quranda buyurulur: “Hər ümmətin bir peyğəmbəri vardır” (Yunus, 47). “Elə bir ümmət yoxdur ki, onun içindən (kafirləri Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) bir peyğəmbər gəlib-getməsin” (Fatir, 24). Lakin peyğəmbərin mütləq Qərbdə yaşaması da vacib deyil. Ola bilər ki, Allah hər hansı peyğəmbəri həm Şərq, həm də Qərb millətlərini hidayət etməyə göndərmiş, həmin peyğəmbər Şərqdə yaşadığı halda, öz nümayəndələri vasitəsilə Qərb millətlərinə göstərişlər vermiş və onları Allaha doğru çağırmışdı. Qərbdə yeni dinin yaranması da vacib deyildi...
Xızr (ə) peyğəmbər qeybə çəkilməzdən öncə hansı vəsiyyəti etdi?
İmаm Sәccаd (ә) buyurub: كانَ آخِرُ ما أَوْصى بِهِ خِضْرع مُوسيع أنَّهُ قَالَ: لَا تُعَيِّرَنَّ أَحَداً بِذَنْبٍ
“Хızır pеyğәmbәrin (ә) Musаya (ә) ахırıncı vәsiyyәti bu idi: “Hеç kimi günаhınа görә mәzәmmәt еtmә.” (“Müstәdrәkül-vәsаil”, c. 9, sәh. 234.)
Pеyğәmbәr (s) buyurub: “Hәr kәs qаrdаşının еyibini görüb оnu gizlәdәrsә, sаnki, diri-diri bаsdırılmış qızı (cаhillik dövrünün аdәti) dirildәn kimidir.” “Hәr kәs din qаrdаşının еyibini örtsә, Аllаh dа ахirәtdә оnun еyiblәrini örtәr.” (“Nәhcül-fәsаhә”, sәh. 571.)
“Hәr kәs bir kәsin pis әmәlini bаşqаlаrının yаnındа аşkаr еtsә, еlә bil özü о işi yеrinә yеtirib. Hәr kim mömini еtdiyi günаhа görә mәzәmmәt еtsә, özü о günаhа mübtәlа оlmаdаn dünyаdаn gеtmәz.”
Peyğəmbərlərinin ilk və son vəsiyyəti nələr oldu?
Təqva peyğəmbərlərin ilk və son vəsiyyətidir. Quranın müxtəlif surələrində oxuyursunuz ki, ilahi peyğəmbərlərin camaata ilk sözü təqvaya çağırış olmuşdur. Əgər təqva olsa, ilahi hidayət də var. Əgər təqva olsa, ilahi hidayət də tam olaraq fərd və cəmiyyətə nəsib olacaq. Bu oruc təqvanın müqəddiməsidir.
Allah-Taala “Hədid” surəsində buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, sizə (sirat körpüsü üstündə) getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!” (“Hədid”, 28). Təqva Allah tərəfindən sizin qəlbinizə, həyatınıza, yolunuza bir nur saçmasına səbəb olur. Siz o nurun işığında hərəkət edə, həyat yolunuzu tapa bilərsiniz. Bəşər çaşqınlıqla hərəkət edə bilməz. İnsan, məqsədi tanımadan hərəkət edə bilməz. Bizə mənzil başını, məqsədi göstərə biləcək nur təqvadan pəhrizkarlıqdan irəli gəlir
(Böyük Allah ayı Ali Dini Lider həzrət Ayətullah Xameneinin nitqində) / Tәrcümә еdәn: M. Əzizoğlu
Həzrət İbrahimin (ə) ölüm mələyinə verdiyi sual nə haqda idi?
Bir gün Ölüm mələyi H. İbrahimin (ə) yanına gəlir. İbrahim (ə) ona deyir: Ölümüm yaxınlaşıbdır? Deyir: Yox. İbrahim (ə) deyir: O zaman ki, ölüm mələyi gəlir, deməli işin bitibdir. O, dedi: Hələ dünyada qalmaq üçün möhlətin vardır. İbrahim (ə) soruşdu: Nə üçün gəlmisən? Ölüm mələyi dedi: Səni görmək üçün gəlmişəm. İbrahim (ə) dedi: Canını aldığın insanın yanına gələndə əsl qiyafəndə gəlirsən? Dedi: Yox, Yaxşıların yanına bir cür gəlirəm, pislərin yanına başqa cür. İbrahim (ə) ona dedi: Yaxşı insanların yanına gəldiyin qiyafəni mənə göstər. Ölüm mələyi dedi: Başını çevir və mən o şəklə düşüm. İbrahim (ə) üzünü çevirib, ona baxanda bihuş olur. İbrahim (ə) deyir: Heç bir zülmkarın cəhənnəmə getməsinə ehtiyac yoxdur, səni görsələr bəsləridir”.
Ölüm mələyi - Allahın aynasıdır. O zaman ki, möminin yanına gələr, onun əksi ölüm mələyinin qiyafəsinə düşər. Mömin özünü ölüm mələyində görər. Kafir də özünü ölüm mələyində görər. O zaman ki, insan qəlb gözü ilə ətrafa baxar, şad yaşayar, qüssə yeməz. O zaman ki, ətrafa Allahın gözü ilə baxar, görər ki, bütün aləm Yusif olmuşdur”.
Allah üçün olunan əməllər hansılardır?
Allah üçün olunan əməllər. Allah taala Musa Peyğəmbərə (ə) Buyurdu: İndiyə qədər xalis bir əməl etmisən? dedi: Bəli, namaz qılmışam, oruc tutmuşam və zikr etmişəm.
Allah Taala Buyurdu: Namazin Sirat Körpusundən Keçməyin Üçün bir Vasitədir.Orucun Cəhənnəm atəşi Üçün qalxandır.Zikrin İsə Cənnətdə dərəcəni artırandır.
Hz Musa (ə) ağladı və Dedi: İlahi Mənə elə bir iş öyrət ki, yalnız sənin üçün olsun.Buyurdu: Məzluma kömək etmisən,paltarsizi geyindirmisən.?Susuza su vermisən.?alimə hörmət etmisən.? Ya Musa Bulardı mənim üçün.