Saleh Peyğəmbərin (s) qövmünün hamısı nə üçün əzab olundular?


Günahkar şəxsin günah etməsinə mane olmayıb onun bu işi qarşısında sükut etmək, günaha şərait yaradan daha bir ictimai amildir. Çünki başqalarının günah etməsinə susmaq günahın yayılmasında mühüm rol oynayır. İmam Sadiq (ə) «Ali-İmran/183 ayəyə əsasən buyurdu: «Bir insanın qətlə yetrilməsinə razılıq verən şəxs özü də qatil hesab olunur.» (Vəsailüş-şiə, 11-ci cild 412, 509-cu səh.)
İmam Əli (ə) bu mövzunu belə şərh edir: «Saleh peyğəmbərin dəvəsini bir nəfər öldürsə də, Allah-təala o qövmün hamısını cəzalandıracaq. Çünki onların hamısı bu işə razılıq verdilər».


Hz. İbrahimi (ə) “Xəlil” məqamına çatdıran əməl – Ayətullah Kəşmiridən nəsihəti!


“Həqiqətən, Allah, İbrahimi (Özünə) Xəlil (dost) tutmuşdur!” (Nisa-125) Mərhum Ayətullah Kəşmiri barədə xatirələlirin birində deyilir ki, mərhum ustad hər namazdan sonra dərhal səcdəyə gedər, alnını möhürə qoyub 3 dəfə “Əlhəmdlillah” zikr edər, sonra sağ üzünə yerə qoyub 3 dəfə “Şükran Lillah” deyər, sonra sol üzünü yerə qoyar və 3 dəfə “Əstəğ-firullah” deyərdi. Bunun səbəbini soruşduqda ustad buyurdu: “Həzrət İbrahim (ə) bu səcdələrin köməyi ilə Xəlil-Əllah oldu.” (Kitabe ruh və reyhan. Səh-107)
Təbii ki, insan rəbbinə yaxın olmaq üçün böyük mənəvi paklıq mərhələsi keçməlidir və bu yolda da hər bir əməlin öz xüsusi təsiri vardır.


Yunus peyğəmbərin (ə) həyatından hansı dərsləri çıxarmaq lazımdır?


Həzrət Yunusun (ə) həyatı hər birimiz üçün ibrət dərsi ola bilər. Bəs bu dərslər hansılardır?
1. İnsanları nifrin etməkdə tələsmək olmaz. “Belə isə, Rəbbinin hökmünə səbir et (onların məhvinə tələsmə) və balıq sahibi (Yunus) kimi olma! O zaman o, qəm-qüssə ilə dolu bir qəlblə (balığın qarnında Allahı) səslədi”. (“Qələm” 48).
2. Bütün günahkar qövmlər arasında ancaq Yunusun (ə) qövmü əzab gəlməzdən əvvəl tövbə etməyə nail olmuşdular. Ona görə də insan hələ ki, fürsəti var, tövbə edib, Allaha tərəf qayıtmalıdır.
3. Yunus (ə) balığın qarnında münacat edərək xilas ola bildi. Qurani-Kərim bu haqda buyurur: “Və Zənnunu (balina yoldaşı Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)!...


İmam Əli (ə) peyğəmbərlərin dünyaya baxışı barədə nə buyurur?


İmam Əli (ə) peyğəmbərlərin dünyaya baxışı barədə nə buyurur? Əmirəl-möminin İmam Əli (ə) “Nəhcül-bəlağə”də peyğəmbərlərin dünyaya baxışı barədə buyurur: “... Allaha and olsun ki, Musa (ə) Allahdan (ac qarnını doyuracaq) bir tikə çörəkdən başqa bir şey istəmirdi. Çünki yerdə bitən otları yeməkdən o qədər arıqlayıb incəlmişdi ki, qarnının nazik dərisindən otların yaşıllığı görsənirdi. Əgər üçüncü başqa bir peyğəmbərin yolunu getmək istəsən, Davudun (ə) yolu ilə get ki, «Məzamir və Zəbura» sahib idi. Davud (ə) cənnət əhlinin xanəndəsidir. Öz əlləri ilə xurma lifindən zənbil toxuyar və dostlarına belə deyərdi: “Sizlərdən hansı biriniz bunları satmaqda mənə kömək edə bilər?” Zənbillərin qazancından əldə etdiyi pulun ancaq bir tikə arpa çörəyinə yetəcək qədərini özünə götürərdi.


Hz Xızrın (ə) Hz Musaya (ə) son tövsiyələri nə haqda olmuşdur?


İmam Sadiqdən (ə) buyurdu: “Hz. Xızırın Musa (ə) peyğəmbərə sonuncu sifarişi bu oldu ki:
1)Günahına görə heç kəsin abrını aparma!
2) Bil ki, Allah yanında ən sevimli iş bunlardır: Nemət əldə etdikdə orta həddi qorumaq, Qudrət əldə etdikdə bağışlayan olmaq, Allah bəndələri ilə keçinmək. Bu dünyada bəndələrlə keçinməyəni, qiyamətdə Allah da keçirməz (bağışlamaz).
3) Bil ki, hikmətin əvvəli Allah qorxusudir!” Şeyx Səduq. Xisal 1/111)


Quranın bizə nümunə gətirdiyi “Ulul-əzm” kimlərdir?


Quranın bizə nümunə gətirdiyi “Ulul-əzm” kimlərdir?İmam Sadiq (ə) Quranda zikr olunan “Ulul-əzm” ifadəsinə belə aydınlıq gətirir: “Onların (ə) Ulul-əzm adlanmalarının səbəbi şəriətə sahib olmalarıdır. Beləki Hz.Nuhdan (ə) sonra bütün nəbilər o Həzrətin (ə) şəriətinə tabe idilər. Bu, Hz. İbrahimin (ə) zamanına qədər davam etdi.
Hz.İbrahim (ə) zamanında və ondan (ə) sonrakı vaxtlarda gələn bütün nəbilər o Həzrətin (ə) şəriətinə tabe idilər. Bu Hz.Musanın (ə) zamanına qədər davam etdi.
Hz. Musa (ə) ilə eyni zamanda olan və ondan (ə) sonrakı bütün nəbilər o Həzrətin(ə) şəriətinə tabe oldular. Bu hal Hz.İsanın (ə) zamanına qədər davam etdi.
Hz.İsanın (ə) zamanında yaşayan və sonra gələn bütün nəbilər o Həzrətin (ə) gətirdiyi şəriətə tabe oldular. Bu sonuncu peyğəmbər Hz. Muhəmmədə (s) qədər davam etdi...


Allah Tur dağında Hz. Musaya (ə) belə vəhy etdi: Bu vəsiyyətimi heç vaxt unutma!


Allah Tur dağında Hz. Musaya (ə) belə vəhy etdi: Bu vəsiyyətimi heç vaxt unutma! Həzrət Əli (ə) öz hədislərinin birində belə buyurur: “Allah Təbarəkə və Təala Musaya (ə) belə buyurdu: Ya Musa! Mənim sənə olan bu 4 vəsiyyətimi heç vaxt unutma!
1-Yaşadığın müddətcə öz günahlarını (pis işlərini) heç vaxt unutma! Bu sənin başqalarının eyibləri ilə məşğul olmağına maneə olar.
2-Ömrün boyu, heç vaxt Mənim xəzinələrimi tükənmiş hesab etmə (umidsiz olma)! Ruzin barədə qəmgin olma!
3-Heç vaxt Mənim mülkümdən üz döndərib, Məndən qeyrisinə ümidli olma!
4-Yaşadığın müddətcə heç vaxt Şeytanı ölü bilmə (yox bilmə)! Onun hiyləsindən amanda olduğuna arxayın olma!” (Xisal - 1/217)


Həzrət Musа (ә) nə üçün аğlаdı?


Аllаh-Taala Musаyа (ә) buyurdu: İndiyә qәdәr хаlis bir әmәl еtmisәn? Dеdi: Bәli, nаmаz qılmışаm, оruc tutmuşаm vә zikr еtmişәm.
Аllаh-tәаlа buyurdu: Nаmаzın Sirаt körpüsündәn kеçmәyin üçün bir vаsitәdir. Оrucun cәhәnnәm аtәşi üçün qаlхаndır. Zikrin isә cәnnәtdә dәrәcәni аrtırаndır. Hәzrәt Musа (ә) аğlаdı vә dеdi: İlаhi! Mənә еlә bir iş öyrәt ki, yаlnız Sәnin üçün оlsun.
Buyurdu: Mәzlumа kömәk еtmisәn, pаltаrsızı gеydirmisәn? Susuzа su vеrmisәn? Аlimә hörmәt еtmisәn? Bunlаr хаlis әmәllәrdir...


Hz İbrahim (ə) Allah-Taaladan (c.c) hansı sualları soruşdu?


İBRAHİM PEYĞƏMBƏRİN (Ə) SUALLARI:
1- İbrahim peyğəmbər (ə) Allah-taaladan soruşdu: “Sənin qorxundan göz yaşlarını üzünə axıdan şəxsin mükafatı nədir?” Allah-taala buyurdu: “Onun mükafatı Mənim rəhmət vərizvanımdır.”
2-\"Pərvərdigara, Sənin görüşünə ümid bəsləmək yolunda qəm-qüssəyə səbr edən şəxsin mükafatı nədir?\" \"Mən belə bir şəxsə iman libası örtərəm ki, onun vasitəsi ilə Cənnəti qazanar və Cəhənnəm odundan uzaq qalar.\"
3-\"Sənin razılığın üçün dul qadınların könlünü alan şəxsin mükafatı nədir?\"\"Mən o şəxsi Öz rəhmətimə şamil edib axirətdə də Cənnətə daxil edərəm...


Allah-Taala (c.c) Hz Musaya (ə) verdiyi üç nemət qarşısında hansı əməlləri tələb etdi?


◘Allah-təala Musaya (ə) xitab edərək buyurdu: \"Ey Musa! Mən səndən ötrü üç şey yerinə yetirirəm və sən də bunun müqabilində üç əməl yerinə yetir.” Dedi: \"Onlar hansılardır?” Buyurdu: \"Mən sənin ixtiyarında minnətsiz olaraq çoxlu nemətlər qoymuşam. Sən də əgər bir kəsə nə isə verdin minnət qoyma. Mən sənin üzr və tövbəni qəbul edirəm, baxmayaraq ki, bir çox itaətsizliyi bilərəkdən yerinə yetirmişsən. Sən də cəfakarların üzrünü qəbul et. Mən səndən sabahın əməlini bu gün tələb etmirəm, sən də sabahın ruzisini Məndən bu gün istəmə.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter