İmam Hüseynin (ə) nurlu hədislərindən bir neçə seçmələr:


İmam Hüseynin (ə) nurlu hədislərindən bir neçə seçmələr: İmam Hüseyn (ə) buyurur:
1-Günah yolu ilə məqsədinə çatmaq istəyən şəxs gec hədəfinə çatar, və qorxduğu şeylə tez üzləşər.
2-Qiyamət günü heç kim Allahın qəzəbindən amanda qalmaz, yalnız o kəslər Allahın rəhmətin çatarlar ki, dünyada Allahdan qorxaq və təqvalı olmuşlar.
3- Məxluqun razılığını qazanmaq üçün Allahın qəzəbinə səbəb olan əməllər edən şəxslər həqiqi xoşbəxtlikdən məhrum olacaqlar.
4-(İlahi) Səninlə danışmayan şəxsin nəyi vardır? səni tapanın nəyi yoxdur? O şəxs ki, (Allah) səndən başqasını bəyənə və onunla sevinə, qətidir ki, ziyan etmişdir.


İmam Hüseynə (ə) əza saxlayıb ağlamağın savabı haqda hədislər:


İmam Hüseynə (ə) əza saxlayıb ağlamağın savabı haqda hədislər: İmam Hüseynə (ə) əza saxlayıb ağlamağın savabı haqda hədislər:
1- Allahın Rəsulu (s) həzrəti Fatimə (s)-ya buyurub: «Hüseynin müsibətində ağlayan gözlərdən başqa bütün gözlər qiyamət günü ağlayacaq, (Hüseynə ağlayan şəxslər isə qiyamət günü behişt ne\'mətlərindən bəhrələnərək) gülərüz və şad olacaqlar.» (Əl-Bihar, 44-cü cild, səh. 293)
2-İmam Sadiq (ə) buyurub: «İmam Hüseyn (ə) üçün ağlamaq və şivən salmaqdan başqa hər bir ağlamaq və şivən etmək məkruhdur.» (Bihar, 44-cü cild, səh. 280)
3-Şeyx Səduq İmam Sadiq (ə)-dan, o da öz atasından, atası da öz atasından belə nəql edir: «Bir gün İmam Hüseyn (ə) qardaşı İmam Həsən (ə)-ın yanına getdi və ona baxıb ağladı. İmam Həsən (ə) belə buyurdu: Ey Əba Əbdillah, niyə ağlayırsan?! İmam Hüseyn (ə) onun cavabında belə dedi: Sənin başına gətirilən bu müsibətə ağlayıram. İmam Həsən (ə) buyurdu ki, məni zəhərlədilər, amma sənin şəhadət gününün çətinliyi kimi heç bir gün ola bilməz.» (Nəfəsul-məhmum, səh. 484)
4--İmam Sadiq (ə) buyurub: «Yəhya ibni Zəkəriyyanın və Hüseynin qatili zinadan əmələ gələndir. Göylər bunlardan (Yəhya ibni Zəkəriyya və Hüseyn) başqasına ağlamayıb.» (Bihar, 44-cü cild, səh. 302)


İmam Baqirdən (ə) seçmə hədislər


İmam Baqirdən (ə) seçmə hədislər İmam Baqir (ə) buyurur:
-“Hikməti, hətta ona əməl etməyəndən də olsa, öyrənin.”
- “Səni tərif etsələr, sevinmə.”
-“Allah-Taala - pis danışan, lənət deyən və tənə vuranları sevmir.”
-“Bizim şiəmiz olan şəxs təqvalıdır, Allaha itaət edən və xalqın haqqında yalnız yaxşı sözlər danışanıdır.”
-“Sənə zülm etmişlərsə də, sən zülm etmə.”
- “Səni yalan danışmaqda ittiham edərlərsə, qəzəblənmə.”


Namaz qılmağın 29 mükafaatı Peyğəmbərin hədisində


Namaz qılmağın 29 mükafaatı Peyğəmbərin hədisində Zəmir ibni Həbib nəql edir ki,islam peyğəmbərindən (s) namaz barəsində soruşdular,buyurdu:
1.Namaz dinin vacib əməllərindəndir;
2.Allahin razılığına səbəb olur;
3.Peyğəmbərlərin yoludur;
4.Mələklərin məhəbbətini cəlb edir;
5.Hidayət və imandır;
6.Mərifət nurudur;
7.Ruzinin bərəkətidir;
8.Bədənin rahatliğıdır;
9.Şeytanın xoşuna gəlməyən əməldir;
10.Kafirlər müqabilində cihaddır;...


Ayətəl kürsünün fəzilət və bərəkəti haqda Peyğəmbərin hədisi


Ayətəl kürsünün fəzilət və bərəkəti haqda Peyğəmbərin hədisi Ayətəl-Kürsinin fəziləti haqda:
Həzrət Əli (ə) buyurdu: Sizlər Ayətül-Kürsinin haqqında nə bilirsiniz? Mən Alahın Rəsulundan (s) eşitdim ki, buyurdu: \"Həzrəti Adəm (ə) insanların ağasıdır, Mən ərəblərin ağasıyam, Salman Farsi fars millətinin ağasıdır. Süheyb rumluların seçilmişidir, Sidr ağacı ağacların ağasıdır, Sina dağı dağların ağasıdır, cümə günü günlərin ağasıdır, Quran sözlərin ağasıdır, Bəqərə surəsi quran surələrinin ağasıdır, Ayətəl-Kürsi Bəqərə surəsinin ağasıdır. Bu ayədə (Ayətəl-Kürsidə) 50 kəlmə var, və hər bir kəlmədə isə 50 bərəkət var. tebyan.


Həzrət Əlidən (ə) nəsihətli kəlamlar


Həzrət Əlidən (ə) nəsihətli kəlamlar İmam Əlinin (ə) nəsihətləri:
1- İmam Əli (ə) öz övladlarına buyurub: “Camaatla düşmənçilik etməkdən çəkinin. Əgər düşmən ağıllı olsa məkr və hiyləyə əl atar. Yox əgər nadan olsa ləyaqətsiz işlərə əl atar. Axmaq insanlarla ağız-ağıza verməyin. Çünki onların danışığı erkək, onlara verilən cavab isə dişidir. Elə ki, bir-birinə yetişdilər, ədavət və kin doğular.
2- Əmirəlmöminin Əli (ə) buyurub: “Peyğəmbər (s) sünnəsi iki növdür. Biri dinin vacibatlarıdır ki, hər kəs onlara əməl etsə hidayət olar və hər kəs də onlardan əl çəksə zəlalətə uğrayıb yolunu azar. Digəri isə müstəhəbbi əməllərdir ki, onlara əməl etmək savabdır. Lakin tərk olunması günah deyil.”
3- Əmirəlmömini (ə) yenə buyurub: “İki kəs mənim belimi qırıb: Fasiq və dilli-dilavər alim, işi-peşəsi ibadət olan cahil. Biri dili ilə günahının üzərini örtür, digəri isə ibadəti ilə cəhalətinin. Alimlər arasında olduğunuz zaman fasiqdən, abidlər arasında cahildən uzaq gəzin. Lakin təəssüf ki, qafil insanlar bunlara tez aldanırlar. Peyğəmbər (s) buyurub: “Ey Əli! Bu ümmətin məhvi dilli-dilavər münafiqlərin əli ilə olacaq!” ...


İmam Bariqin (ə) insan xoşbəxtliyi üçün tövsiyələri


İmam Bariqin (ə) insan xoşbəxtliyi üçün tövsiyələri İmam Baqir (ə) buyurur:
A)-Sənə tövsiyə edirəm: Əgər sənə zülm etsələr zülm etmə (əvəz çıxmaq nəzərdə tutulmur), 2-Əgər sənə xəyanət etsələr sən xəyanət etmə, 3-Əgər səni yalançı adlandırsalar əsəbləşmə, 4-Əgər səni təriflədilərsə, sevinmə, 5-Əgər səni danladılarsa, hövsələsizlik etmə. (Bihar Əl-Ənvar, cild: 75, səh: 167).
B)- Bu üç xasiyyət Dünya və axirətin gözəl xasiyyətlərindən: 1- Əgər sənə zülm etdilər bağışlamağa çalış, 2- Əgər (müsəlman şəxs) səninlə əlaqəsini kəssə, sən onunla yaxın olmağa çalış, 3-Və o zaman ki səninlə nadanlıq səbəbindən rəftar olunsa səbrli olmağa çalış. (Bihar əl-Ənvar, cild: 75, səh: 173).
C) Tənbəllik və dözümsüzlükdən (tələskənlikdən) çəkin ki, bu iki xasiyyət, hər pisliyə yol açan açardır: 1-Hər kim tənbəllik etsə haqqı çatdırmaqda aciz olar. 2-və hər kim tələskənlik etsə haqqa qarşı səbirli olmaz. (Bihar əl-Ənvar, cild: 75, səh: 175).


Qurani-Kərimi oxumaq haqqında 20 hədis


Qurani-Kərimi oxumaq haqqında 20 hədis Quran oxumağın təsirləriı haqqında məsumların buyuruqlarından 20 hədis:
1 - Peyğəmbər (s) buyurmuşdur: “Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun. Elmin əvvəlini və axırını istəyənlər gərək Quran oxusunlar.”
2 - İmam Əli (ə) buyurmuşdur: “Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.”
3 - Peyğəmbər (s) buyurmuşdur: “Həddi-büluğa çatmamışdan qabaq Quran oxuyanlara, şübhəsiz ki, hikmət verilmişdir.”
5 - Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs Allahın və Onun peyğəmbərlərinin dostu olmaq istəyirsə, Quranı üzündən oxusun.”
6 - İmam Sadiq (ə) buyurmuşdur: “Quranı üzündən oxumaq valideynin əzabını kafir olsa da belə yüngülləşdirir.”
7 - Peyğəmbər (s) buyurmuşdur: “Quranın mətninə və yazısına baxmaq ibadətdir.”
8 - İmam Sadiq (ə) buyurmuşdur: “Sənin yanında Quran oxunulanda, sakit qalıb qulaq asmaq sənə vacibdir.”
9 - Peyğəmbər (s) buyurmuşdur: “Hər gecə (Qurandan) on ayə oxuyan şəxs qafillərdən sayılmaz və əgər əlli ayə oxusa, zikr edənlərdən hesab olunar.”
10-Peyğəmbər (s) buyurmuşdur: “Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Quran oxumaqla.” 11...


Həzrtə Peyğəmbərin (s) Xanim Fatimə (s.ə) üçün yatmazdan öncə tövsiyə etdiyi əməllər hansılardır?


Həzrtə Peyğəmbərin (s) Xanim Fatimə (s.ə)  üçün yatmazdan öncə tövsiyə etdiyi əməllər hansılardır? Həzrət Fatimeyi-Zəhra (sə) buyurur: Axşam vaxtı yatmağa hazırlaşırdım. Allahın Rəsulu (s) evimə gəldi. Buyurdu: (Qızım) yatma hələ, 4 əməli et: Quranı xətm et, Peyğəmbərləri (s) şəfaətçin tut, möminləri özündən razı et və həcc və ömrə ziyarətinə get. Bunu buyurdu və namaz qılmağa başladı. Səbr etdim namazı sona çatsın. Dedim: Ey Allahın Rəsulu! Mənə 4 əməli etməyi əmr etdin bir halda onları etməyə gücüm yoxdur! O həzrət gülümsədi və buyurdu:
1-(Quranı xətmi -yəni) 3 dəfə ixlas surəsini oxusan elə bil ki, bir Quran xətmini (savabını) qazanmısan,
2-(Peyğəmbərlərin şəfaəti-) Elə ki, mənə və məndən öncəki Peyğəmbərlərə salavat desən, qiyamət günü sənə şəfaət edənlərdən olarıq,
3-(Möminlərin razılığı) Yəni yatmazdan öncə hamı üçün bağışlanma dilə, onların hamısı səndən razı qalacaqlar,
4- (Həcc ziyarəti -) bu cümləni yatmazdan öncə de: \"Subhanəllah vəlhəmdulillah və la ilahə illalahu vəllahu əkbər\" həcc və ümrə ziyarətinə getmiş şəxsin savabını qazanarsan.


İMam Səccad (ə): Möminin üçün dünyada 3 sığınacaq yer var.


İMam Səccad (ə): Möminin üçün dünyada 3 sığınacaq yer var. Həzrət İmam Səccad (ə) buyurdu: \"Bu dünyada mömin üçün 3 sığınacaq yer var:
1-Bu cümləyə şəhadət versin “La ilahə illallah vəhdəhu la şərikə ləh”; 2-İslam Peyğəmbərinin (s) şəfaətinə sığınsın; 3-Allahın rəhmətinin genişliyinə ümidli olsun; (Bu mənada ki, günahından tövbə etməyə tələssin),
Sonra həzrət buyurdu:
a) “Allahdan qorx, çünki sənə qarşı qüdrət sahibidir; b)və Ondan həya et (günahla qarşılaşanda), çünki sənə yaxındır; c) Eləki namaza dayandın elə halda ol ki, güman edəsən axrıncı namaza durursan, d) və çəkin o günlahlardan ki, onlara görə Allahdan bağışlanma diləmiş və tövbə etmişdin.
Yenə də həzrət (ə) buyurur: Günahınla fəxr etməkdən çəkin, çünki günahına sevinmək (günahın özündən daha çox) çirklik və dəyərsizlikl gətirəndir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter