İslamda dəyərli gün hesab olunan cümə gününün xüsusi namazı vardırmı?
Həzrət İmam Həsən Əskəri(ə.s) buyurmuşdur: \"Hər kəs həftənin Cümə günündə dörd rükət namaz qılsa və onun hər bir rükətində \"Həmd\" , \"Mulk\" və \"Fussilət\" surələrini oxusa, mütəal Allah onu cənnətə daxil edər, onun öz ailəsinə şəfaət verməsini qəbul edər, qəbir əzabından və Qiyamətin günün qorxulu, vəhşətli hadisələrindən amanda saxlayar\".
Ravi İmam Həsən Əsgəri(ə.s)soruşdu: \"Bu namazları günün hansı vaxtlarında qılaq\"? Həzrət (ə.s) Buyurdu : \"Gün çıxandan batana qədər olan fasilədə\".
Peyğəmbərin (s) sualı: səhəri necə açmısan?
Bir gün Həzrət Peyğəmbər (s) səhabələrdən biri ilə rastlaşdıqda ondan: \"Səhəri necə açmısan?\" (yəni, əhvalın necədir?)-deyə soruşur. Səhabə: \"Yaxşıdır\" - deyə cavab verir. Lakin Peyğəmbər (s) onun bu cavabı ilə razılaşmayıb, sualını bir daha təkrar edir. Səhabə həmin cavabı verir. Peyğəmbər (s) üçüncü dəfə də eyni sualı təkrarladıqda səhabə eyni cavabı verib əlavə edir ki, Allaha həmd olsun, şükr edirəm Ona! Həzrət Peyğəmbər (s) dərhal buyurur ki, bax bu idi səndən eşitmək istədiyim!
İmam Əli (ə) namazı bərəkətləri haqda nə buyurur?
Namazın çox sayda bərəkətləri vardır. Bu bərəkətləri İmam Əlinin (ə) mübarək dilindən eşidək:
1. Namaz - imanın əlamətidir. Həzrət Peyğəmbər (s) buyurur: “Namaz - imanın bayrağı və əlamətidir. Hər kim ürəyini namaza hazır edərsə, həddinə riayət edər mömindir”.
2. Namaz - təkəbbürdən ayrılmaqdır. İmam Əli (ə) buyurur: “Allah təkəbbürdən xilas olmaq üçün namazı, ruzinin cücərməsi üçün isə zəkatı təyin etmişdir”.
3. Namazın başqa işlərə təsiri. İmam buyurur: “Bil ki, hər bir başqa iş öz dəyərində namaza tabedir”.
4. Namaz - rəhmətin nazil olmasıdır. “Əgər namaz qılan bilsəydi ki, Allah Cəlalından onu hansı halət əhatə edir, heç bir zaman başını səcdədən qaldırmağını istəməzdi”.
5. Namaz - günahların islah olmasıdır. “Hər kim namazı haqqına vaqif olaraq yerinə yetirərsə, bağışlanar”.
Əhli-Sünnət mənbələrində Həzrət Zəhranın (ə) fəziləti haqda hansı hədisləri gəlmişdir?
Əhli-Sünnət kitablarında Fatimeyi-Zəhranın (ə) fəzilətlərini bəyan edən Peyğəmbərdən (s) hədislər:
1-Peyğəmbər (s) buyurmuşdur: \"Aləmlərdə seçilmiş xanımlar dörddür: Məryəm, Asiyə, Xədicə və Fatimə. \" Əl-isabə fi təmyizis-səhabə, cild/4, s/378\"
2-Nazil olundu Quranın Əhzab surəsinin təthir (günahlardan paklıq) ayəsi beş şəxsin haqqında: Mənim, Əlinin barəsində, Həsən-Hüseynin və Fatimənin.\" Səhih Müslim, Səhabələrin fəziləti bölümü.
3-Peyğəmbər (s) buyurur: \"Fatimə mənim canımın parəsidir, məni əziyyət etmiş olar o kəs ki Fatiməni qəzəbləndirə, və onu çətinliyə salan şəxs mənə qarşı bunu etmiş olar.\" Sünən Ət-Tirmizi, cild/3, Fatimənin (ə) fəziləti bölümü, s/240.
4-Peyğəmbər (s) buyurur: \"Bir ananın bütün övladı atalarına nisbət verilərlər, Yalnız Fatimənin (s) övladlarıdır ki, Mənə nisbət verilirlər.\" Kənzül-Ümmal, cild/13, s/101.
Həzrəti Əlinin (ə) məqamı haqqında Peyğəmbərdən (s) hansı hədislər gəlmişdir?
Həzrət Əli (ə) haqqında Peyğəmbərin (s) hədisləri:
1. «Qədir» hədisi: «Peyğəmbər (s) Qədire-Xumda dayanıb buyurdu: «Mən hər kəsin ixtiyar sahibiyəmsə, Əli (ə) də onun ixtiyar sahibidir».
2. «Mənzələt» h. «Peyğəmbər (s) buyurdu: «Sən (Əli (ə)) mənim üçün Harun Musa üçün olduğu kimisən».
3. «Yəvmul-inzar» h. «Peyğəmbər (s) buyurmuşdur: «Sən (Əli (ə)) mənim qardaşım, vəzirim, varisim və məndən sonra canişinimsən».
4. «Səqələyn» h. «Peyğəmbər buyurdu: «Mən sizin aranızda iki böyük və ağır əmanət qoyuram: Allahın kitabı və itrətim (Əhli-beyt). Bu iki şey behiştdə mənə çatanadək bir-birindən ayrılmaz».
5. «Səfinə» h. Peyğəmbər (s) buyurdu: «Mənim ailəmin misalı Nuhun gəmisinin dastanı kimidir. Ona süvar olan nicat tapdı, ondan üz çevirən qərq oldu».
6. «Haqq» h. «Əksər firqələrdən olan alimlər nəql edirlər ki, həzrət Peyğəmbər (s) buyurdu: «Əli (ə) həmişə haqla olub, haqda Əli (ə) ilə». Bu sayaq hədislər şiə və sünni mənbələrində kifayət qədərdir. Biz qeyd etdiyimiz hədislərlə kifayətlənirik.
Həzrət Mühəmməd Peyğəmbər (s) hansı surəni Quranın üçdən-bir hissəsi adlandırırdı?
Bu, Quranın 112-ci surəsidir, 4 ayədən ibarətdir. Surənin adı “İxlas”dır, ilk başladığı sözə uyğun olaraq, onu “Qul huvəllah” da adlandırırlar. Bu surədə Allahın təkliyindən, şəriksiz və ehtiyacsız olmasından, doğub-doğulmamasından və bənzərsizliyindən danışılır. Müsəlmanlar gündəlik həyatda bu surədən tez-tez, özü də adətən, Fatihə surəsi ilə birlikdə istifadə edirlər. Məsələn, namazın birinci və ikinci rükətlərində, həmçinin, rəhmətə getmiş şəxsin ruhuna hədiyyə olaraq Fatihədən sonra İxlas surəsini oxuyurlar. Peğəmbərimiz (s) İxlas surəsini Quranın üçdən-bir hissəsinə bərabər tutur və buyururdu ki, kim bu surəni 3 dəfə oxusa, bütöv Quranı oxumuş kimi savab qazanar.
Həzrət Məhəmməddən (s) nadir və bənzərsiz hikmətli kəlamlar
Həzrət Peyğəmbərdən (s) bənzərsiz hikmətli kəlamlar:
1-Quran (bəşəriyyətin dərdinə) dərmandır. Dua ibadətin həqiqətidir. Borc zillətdir. Tədbir həyatın yarısıdır.
2-Ağılın afəti səfehlikdir. İbadətin afəti süstlükdür. Şücaətin afəti zülm etməkdir. Səxavətin afəti minnət qoymaqdır. Gözəlliyin afəti özünübəyənmə və təkəbbürdür.
3-Sədəqə pis ölümün qarşısını alar. Gizli sədəqə Allahın qəzəbini söndürər. Sileyi-rəhm ömrü uzadar. Yaxşı işlər pis ölümlərin qarşısını alar. Sədəqə, su odu söndürdüyü kimi əzab atəşini söndürər.
4-Həsəb-nəsəbin (əsil-nəcabətin) afəti iftixar etməkdir. Dinin afəti nəfs istəklərinə tabe olmaqdır. Xoşbəxt odur ki, başqalarının başına gələnlərdən ibrət alsın. Günahın kəffarəsi peşman olmaqdır. Cümə namazı kasıbların (yaxud həccə getməyə imkanı olmayanların) həccidir.
İmam Əli (ə) səhabəsi Kümeyl ibn Ziyada namazın haqqını açıqlayır.
Namazın haqqı barədə İmam Əli (ə) Kümeyl ibn Ziyad Nəxəiyə belə buyurdu:
\"Ey Kümeyl! Allaha itaət və ibadətdə insana yaraşan pərəstiş etmək o deyil ki, yalnız namaz qılasan, oruc tutub və sədəqə verəsən. Bəlkə Allaha pərəstiş etməkdə mömin şəxs gərək Namazını Pak qəlb, sağlam nəfs (istəklə) və Allah bəyənən şəkildə yerinə yetirsin. Allah qarşısında ibadətin gərək bütün varlığını bürüsün. Haram və qəsbi olan yerdə və geyimdə ibadətlər batil və qəbul olunmaz.\"
Vaqiə surəsini oxumaq İmam Əliyə (ə) məhşərdə qonaq olmağa səbəbdir!
Quran surələrinin bir çoxunun İmam Əli (ə) ilə rabitəsi vardır. Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “Hər kəs cümə gecəsi “Vaqiə” surəsini oxuyarsa, Allah onu sevər. Onu bütün insanların yanında sevimli edər. Dünyada bədbəxtlik, yoxsulluq görməz. Dünya ziyanları ona dəyməz. Əmirəl-möminin (ə) yoldaşı olar. Bu surə İmam Əliyə (ə) aiddir və heç kəs onda şərik deyildir”. (Tebyan)
-“Vaqiə” surəsi o surələrdəndir ki, ölümdən, bərzəx aləmindən, yaxşıların və pislərin halından xəbər verər. Bu surə Məkkədə nazil olmuşdur.
-“Vaqiə” surəsi Qiyamət hadisələrindən bəhs edir. Bəs niyə Qiyamət vaqiə adlandırılmışdır? Vaqiə kəlməsi bir kateqoriyadır ki, hər hadisəni onunla izah və şərh etmək olar. Misal üçün deyirlər ki, hadisə bar verdi, yəni vaqiə baş verdi.
Bu surədə adı çəkilən vaqiə - Qiyamət hadisələridir. Ona görə də Qiyamətin adlarından biri də vaqiədir. Bundan başqa Qiyamətin ğaşiyə, qariyə, haqqə kimi adları da vardır...
İmam Əlinin (ə) Kümeylə 40 nəsihəti
İmam Əlinin (ə) tələbəsi və sir yoldaşı olan Kümeylə 40 tövsiyəsi:
1-Hər gün Allahın adını çək və Ona təvəkkül et.
2-Bizi xatırla, adımızı dilinə gətir və bizə salam göndər.
3-İnsanların yerinə yetirdiyi elə bir əməl yoxdur ki, mən onu görməyim.
4-Bizdən qeyrisindən (və bizə əsaslanmayan) elm və hədis öyrənmə.
5-Hər bir işə və hərəkətə qarşı elmin və mərifətin olsun.
6-Yemək yeyəndə, Allahın adını çək ki, zərər çəkməyəsən.
7-İnsanlara yaxşılıq et, paxıllıq etmə, Allah-taala bu işə görə sənə çoxlu savab verər.
8-Yoldaşlarınla gülərüzlə rəftar et və xidmətçilərinin səhvlərini bağışla və onları ittihamlandırma.
9-Yeməyi qurtarandan sonra Allaha ucadan həmd-səna et ki, başqaları da sənin səsini eşidib, Allaha həmd-səna etsinlər, bununla sənin savabın böyük olar.
10-Doymamışdan bir az öncə, süfrədən çəkil ki, suya və havaya da yer qalsın; bu göstərişə əməl etsən, yemək sənin üçün bərəkətli olar. Bədənin sağlamlığı az yemək və içməkdədir...