Hz. Əli (ə) şəhadət yatağında olarkən Hz. Peyğəmbər (s) ona nə buyurdu?
Hәzrәt Әli (ә) yаrаlı hаldа yаtаğа düşdüyü zаmаn övlаdlаrı dedilər: Аtаcаn, sәni bu hаldа görmәyimiz bizi yаmаn üzür. Kаş, indi аnаmız sаğ оlаydı vә bizә tәsәlli vеrәydi. Kаş, indi Mәdinәdә bаbаmız Pеyğәmbәrin (s) qәbri kәnаrındа оlаydıq vә dәrdimizi оnа dеyәydik. Аh, qürbәt әlindәn, аh yеtimlik әlindәn...
Оnlаrın dәrdli şivәnini kim еşidirdisә, iхtiyаrsız аğlаyırdı. İmam Әli (ә) isә оnlаrı bir-bir qucаqlаyıb dеyirdi: Sәbirli оlun. Mәn sizin bаbаnız Mәhәmmәd (s) vә аnаnız Fаtimәnin (әh.) yаnınа gеdirәm. Kеçәn gеcәlәrin birindә yuхudа Pеyğәmbәrin (s) köynәyi ilә üzümün tоzunu sildiyimi gördüm. О, mәnә buyurdu: “Еy Әli, sәn vәzifәni yеrinә yеtirdin.” Bu yuхu ölümә dәlаlәt еdir.
İmam Əli (ə) zəkat haqqında səhabəsi Kümeylə hansı tapşırığı verdi?
İslam mətnlərində insanlara yardım etmək, onların qayğısına qalmaq, işlərinə kömək göstərmək haqqında çoxlu tövsiyələr vardır. İmam Əlinin (ə) bu haqda çoxlu sifarişləri vardır. Bu barədə həzrətin Kumeylə olan üç nəsihətini təqdim edirik:
-Ey Kumeyl! Öz qohumların və yaxınlarından olan möminlərə səninlə qohum olmayan sair möminlərdən daha artıq əl tut və onlara qarşı daha artıq mehriban və mərhəmətli ol və yoxsullara da sədəqə ver.
-Ey Kumeyl! Səndən bir şey istəyən heç bir kəsi əli boş qaytarma, hətta, yarım dənə üzüm giləsi də olsa ona ver. Çünki, sədəqə Allah dərgahına ucaldıqca böyüyür...
İmam Həsən Əsgəri (ə) davamçılarına hansı 8 əxlaqi tapşırıqları etdi?
İmam Həsən Əskəri (ə) bir hədisdə öz şiələrinə nəsihət edərkən buyurur: Sizə tövsiyə edirəm ki:
1. Allahdan qorxun.
2. Dininizdə təqvalı olun.
3. Allaha xatir çalışın.
4. Doğru danışın.
5. Sizi əmanətdar bilənə qarşı əmanətdar olun – istər yaxşı insan olsun, istərsə də pis.
6. Səcdələrinizi uzadın.
7. Qonşularınızla yaxşı davranın ki, həzrət Muhəmməd (s) elə buna görə göndərilmişdir.
8. Camaatla birgə namaz qılın, onların dəfn mərasimlərində iştirak edin, xəstələrinə baş çəkin, hüquqularını ödəyin...
Allahın dininə qarşı pusquda duran “müsəlman” hansı əməl sahibidir?
Möminin izzəti, abrı, həyası, adı və sanı Kəbə evinin ehtiramından da üstündür. Bu, hədislərdən əxz olunub. O qədər onun ehtiram və abır-həyası mühümdür ki ona böhtan atılanda Allahın ərşi titrəyər. Məsələn Quranda gələn bəzi hökmlərdə möminin ad-sanının qorunub saxlanılmasının nə qədər vacib olduğunu görürük. Xüsusilə də bu bir möminə xanım qarşı həyata keçirilərsə. Kimsə bir müsəlman və möminə xanıma iftira atarsa 4 şahid gətirmək məcburiyyətindədir. Hal bu ki bir şəxsin qatil olduğunu göstərmək üçün 2 şahidin gətirilməsi kifayət edər.
Buna görə mömin, şəxsiyyət baxımından terror edilərsə Allahın ərşi titrəyər sanki. Peyğəmbərdən belə bir hədis gəlibdir: “Peyğəmbər buyurub: Mütəal Allah buyurub ki, mənim dostlarımdan birinə (möminlərə) böhtan və iftira yağdıran şəxs elə bil mənimlə döyüşə qalxır və pusquda durmuş sayılır. Mən o zaman dostlarımın yardımına gedərəm”
İmam Baqir (ə) oğlu İmam Sadiqi (ə) hansı əməllərdən çəkinməyə əmr etmişdir?
Süfyan Suri deyir: Həzrət İmam Sadiqə (ə) ərz etdim: Mənə nəsihət edin! İmam buyurdu: “Süfyan! Kim qövm və qəbiləsi olmadan izzət sahibi, heç bir malı olmadan ehtiyacsız və heç bir qüdrəti olmadan cəlal sahibi olmaq istəyirsə, gərək günah zillətindən itaət izzətinə daxil olsun”. Dedim: Ey Peyğəmbərin övladı! Daha artıq izah edin! Həzrət buyurdu: “Atam məni üç şeydən çəkindirərək buyurdu:
1. Övladım! Hər kim pis dostla oturub-dursa salamat qalmaz.
2. Hər kim münasib olmayan yerlərə getsə ittiham olunar.
3. Hər kim dilini saxlamasa günaha düşər...
İmam Sadiq (ə) insan həyatında baş verən müsibətlər haqda səhabəsinə hansı tapşırığı verdi?
Mufəzzəl ibn Qeys deyir: İmam Sadiqin (ə) görüşünə getdim. Həyatımla bağlı bəzi məsələlərə görə şikayətləndim. Ondan dua istədim. Həzrət kənizini çağırıb buyurdu: “Əbu Cəfərin bizə göndərdiyi pul kisəsini gətir.” Kisəni gətirdilər. İmam buyurdu: “Bu kisədə dörd yüz dinar pul var. Bu puldan istifadə edib çətinliklərini aradan qaldır.” Dedim: “Sənə fəda olum, and olsun Allaha, pul almaq məqsədim yox idi. Yalnız dua üçün gəlmişdim.” Buyurdu: “Dua edərəm, amma düşdüyün hər çətinliyi camaata danışma, yoxsa yüngül görünər, alçalarsan!” (“Ricale-kəşiş”, 144; “Biharul-ənvar”, 47-34, bab 4, hədis 31; “Mustədrəkul-vəsail”, 7-226, bab 31, hədis 8101)
Vаcib nәdir, vаcibdәn dә vаcib nәdir?
Bir şәхs İmаm Әliyə (ә) dеdi: Dörd suаlım vаr. Hәzrәt buyurdu: Qırх suаlın dа оlsа, sоruş.
Dеdi: Vаcib nәdir, vаcibdәn dә vаcib nәdir? Yахın nәdir vә әn yахın nәdir? Qәribә nәdir vә qәribәdәn dә qәribә nәdir? Çәtin nәdir vә әn çәtin nәdir?
Hәzrәt Әli (ә) cаvаb vеrdi: “Аllаhа itаәt еtmәk vаcibdir, оndаn dа vаcibi günаhı tәrk еtmәkdir. Qiyаmәt yахındır, оndаn dа yахını ölümdür. Dünyа qәribәdir, оndаn dа qәribәsi dünyаyа bаğlаnmаqdır. Qәbir әzаbı çәtindir, оndаn dа çәtini аzuqәsiz dünyаdаn gеtmәkdir. (“Nәsаyih”, sәh. 219.)...
İmam Əlinin (ə) 13 mühüm vəsiyyəti nələr haqda idi?
Əmirəl-Möminin İmam Əli (ə) müsəlmanlara 13 əsas tövsiyəsi:
1. Sizə tövsiyə edirəm ki, təqvalı olub Allahdan qorxasınız, dünya sizin sorağınıza gəlsə də, siz dünyanın ardınca getməyəsiniz.
2. Dünyada əlinizdən çıxan bir şey üçün təəssüflənməyin.
3. Haqq söz deyin və (ilahi) əcr və savab üçün iş görün.
4. Zalımların düşməni və məzlumların dostu, himayəçisi olun.
5. Amandır, Qurana (çox-çox) əhəmiyyət verin! Məbada başqaları ona əməl etməkdə sizdən irəli keçə!
6. Amandır, namazdan qafil olmayın! Həqiqətən namaz dinin sütunudur.
7. Amandır, Allah yolunda mal-dövlətinizlə, canınızla və dilinizlə olan cahadı unutmayın!...
İmam Sadiqin (ə) öz qohumlarına son vəsiyyəti nə oldu?
Əbu Bəsir deyir: Mən Ummu Həmidənin yanına gedib Cəfər Sadiqin (ə) dünyadan getməsini ona baş sağlığı verdim. O ağladı, mən də onun ağlamğına baxıb ağladım. Sonra dedi: Ey Əba Məhəmməd, əgər İmam (ə) can verərkən görsəydin, qəribə şeylər hiss edərdin. O, son anlarda gözlərinin açıb buyurdu: Mənimlə qohum olan bütün şəxsləri bir yerə yığın. Hamı bir yerə toplandıqdan sonra Həzrət onlara baxıb buyurdu: \"Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz\".
Dörd səmavi kitabdan əsasən hansı 4 kəlamı öyrənmək olar?
4 səmavi kitabdan bir kəlmə:
İmam Əli (ə) buyurur: “Tövrat, İncil, Zəbur və Furqanı (Qurani-Kərimi) oxudum və hər kitabdan bir kəlmə seçdim.
-Tövratdan: “Hər kim sükut edər, bəlalardan nicat tapar”.
-İncildən: “Hər kim qane olar, tox olar”.
-Zəburdan: “Hər kim şəhvəti (meyilləri) tərk edər, bəladan amanda olar”.
-Qurani-Kərimdən: “Hər kim Allaha təvəkkül edər, Allah ona kifayət edər