Həzrət Peyğəmbərin (s) baxışında güclü insan kimdir?
Həzrət Peyəmbər (s) Mədinədə bir dəstə cavanla rastlaşdı ki, idman və güləşirdilər. Hz Peyğəmbər (s) buyurdu: Sizin baxışınızda güclü insan kimdir? Müsəlmanlar dedilər: Ən güclü və qüvvətli o şəxsdir ki, heç kəs onun qol gücünü əyə bilməyə! Hz Peyğəmbər (s) buyurdular: Həqiqi güclü və qəhrəman o kişidir ki, Şeytan əli ilə onun sinəsinə vura ki əsəbləşdirib insanlara hücum gətirə. Amma həqiqi güclü kişi isə şeytanın istəyinin əksinə olaraq Allahı xatırlayaraq səbir və haqqından keçməklə insanlara qarşı mehriban və əsəbini yerə atar.”Mənbə: Mişkatul-Ənvar kitabı, səh: 145.
Qohumların insan həyatında dəyəri haqda İmam Əli (ə) hansı izah verir?
Əmirəl-möminin (ə) insanlar üçün xütbə deyirdi, Allaha həmd etdikdən sonra, Həzrət (ə) buyurur: “Heç kəs öz qohumlarından ehtiyacsız deyildir, baxmayaraq ki, mala və övlada malik olsa da. Həmçinin onların mehribanlığından, kəramətlərindən, əl və dillə müdafiələrindən ehtiyacsız deyildir.
Qohumlar ən əzəmətli dayaq, ürəkyandıran insanlar, onun üçün ən böyük qəm yeyən olarlar. Qohumların xüsusiyyətlərindəndir ki, məhəbbət və ürək yandırmaqda sadiq olsunlar. Belə ki, xalis niyyətlə yaxşılıq əlini qohumları üçün açarlar. Allah dünyada infaq etdiklərini yerinə qoyar və axirətdə bir neçə qat mükafat verər...
Əzab mələklərindən nicat yolu hansı əməllə mümkündür?
Əzab mələklərindən nicat yolu: Hz Peyğəmbər (s) buyurur: “Hər kim Allahın onu 19 şölədən (əzab mələklərindən) xilas etməsini istəyirsə, \"Bismilləhir-Rahmənir-Rahim\"i qiraət etsin. Çünki o, 19 hərfdəndir. Allah onun hər bir hərfini, o mələklərin hər birinin qarşısında qalxan qərar verər”. Allahın Peyğəmbəri (s) buyurur: \"Mürəkkəbqabına liğə (sap) qoy, qələmi itilə, (“Bismilləhir-Rahmənir-Rahim”də) \"bə\" hərfini çək, \"sin\"i açıq yaz, \"mim\"i əyri yazma, Allahı gözəl yaz. “Ər-rəhman”ı bir qədər uzat, “ər-rəhim”i yaxşı yaz\". İmam Əsgəri (ə) \"Bismilləhir-Rahmənir-Rahim\"i təfsir edərkən buyurur: \"Ehtiyaclar və çətinliklər zamanı hər məxluqun ümidi Allahdan başqa hər şeydən kəsiləndə və bütün səbəblərdən, vasitələrdən əli üzüləndə Ona tərəf üz çevirər\".
Ev alan məmura İmam Əli (ə) nə buyurdu?
Əmirəl-mömininə (ə) xəbər verirlər ki, onun işçilərindən biri ki, adı Şərih Qazi idi, 80 dirhəm məbləğində ev satın almışdır. İmam (ə) onu yanına çağırır və qəzəbli baxışlarla ona buyurur: “Əgər evi satın alan zaman mənim yanıma gəlsəydin, sənə elə bir sənəd yazardım ki, onu almaq üçün nə dirhəmə və nə də ondan artığına rəğbət etməzdin.
O sənədi belə yazardım: Bu, o evdir ki, xar bəndə köçməkdə olan ölüdən satın almışdır. Bu ev – qürur evidir ki, məhv olanların məhəlləsində, həlak olanların küçəsində qərar tutur. Bu ev dörd cəhətlə sonlanır: - Bir tərəfi bəlalarla. - İkinci tərəfi müsibətlərlə. - Üçüncü tərəfi süst edən hava və nəfsani istəklərlə. - Dördüncü tərəfi yoldan azdıran şeytanla xətm olunar”.
“Şeytan ramazanda zəncirlənir” nə deməkdir?
İslaminSesi.info - Hədislərdə və digər dini mətinlərdə Ramazan ayında Şeytanın əllərinin bağlandığı çox qeyd edilib. Görəsən doğurdanmı Şeytan zincirlənir? Elə isə görəsən bu ayda olan günahlara kim “fitva” verir? Necəki Allah Rəsulu buyurub: Şeytan Adəm övladının bədənində, qanında dolaşır, elə isə aclıqla onun yollarını sıxışdırın və maneə yaradın. ( Biharul-ənvar .C-70.S-62 ) Hədisdən göründüyü kimi oruc insanın şeytanla mübarizə vasitəsidir. İnsan oruc vasitəsi ilə həm şeytana, həm də nəfsi əmmarəsinə ( pisliyə dartan nəfs) qalib olur. Nəfsini cilovlayır, şeytanı isə özündən uzaqlaşdırır. Hədislərdə nəfsin və şeytanın ram edilməsi üçün ən gözəl silah orucluq tövsiyyə edilib.
Ramazan ayında günahların tökülməsi üçün nə lazımdır?
İmam Baqir (ə) Cabirə buyurur: \"Ey Cabir! O kəs ki, Ramazan ayına çatar, gündüzlərini oruc tutar, gecənin bir hissəsini ibadət edər, dilini qoruyar, gözünü harama yumar, insanlara əziyyət verməkdən çəkinər – anasından doğulduğu gün kimi günahları ondan dəf olar”. İmam Baqir (ə) buyurur: \"O zaman ki, Peyğəmbər (s) Ərəfatdan qayıtdı və Minaya yollandı, məscidə daxil oldu. İnsanlar onun ətrafında toplaşdılar və ondan Qədr gecəsi barəsində soruşdular. Həzrət (s) orada xütbə dedi və Allaha həmd etdikdən sonra buyurdu: ... Ey insanlar! Hər kim sülh və salamtlıqla Ramazan ayına çatar, gündüzlərini oruc tutar, gecənin bir hissəsini ibadət edər, namazına nəzarət edər, cümə namazına və Fitr bayramı namazına gedər, şübhəsiz ki, Qədr gecəsini dərk etmiş olar və Allahın mükafatını əldə etmiş olar”...
Dua qəbul olubsa hansı əməlləri edək, olmayıbsa hansı günahlardan uzaqlaşaq?
Əgər duamız qəbul olubsa, bu üç halla bağlı xüsusi diqqətli olaq:
1. Təkəbbür etməyəsən ki, mən deməli yaxşı insanam ki, Allah duamı qəbul etdi.
2. Allaha duanı qəbul etdiyinə görə şükür edəsən. Əgər bacarsan, 2 rükət şükür namazı qılasan.
3. Duanı yerinə yetən zaman duanı tərk etməyəsən. Yenə də Allahın evinə və dərgahına gedib, Onu unutmayasan, Onunla söhbət edəsən. Əgər duanız qəbul olmayıbsa, bu üç haldan ehtiyatlı olun: 1. İlahi rəhmətdən məyus olmayasan. Ola bilsin ki, duanın yerinə yetməsinə mane olan günahlar vardır. Ona görə də çoxlu tövbə edəsən...
Nə edək ki, oruc yalnız aclıq və susuzluq olmasın?
İmam Əli (ə) buyurur: \"Elə oruclar vardır ki, onlar yalnız aclıq və susuzluqdan ibarət olur\". Ancaq mübarək aya baxışımızı düzəltsək, bizlər hər birimiz İlahi Ziyafətdə Allah qonaqları olarıq. O aclıq və susuzluq ki, o isti hava ki, onda olan oruc Allah üçün, Allah qonağı olduğumuza görə tutularsa - nə gözəldir. Bu halda \"bəlkə, təqvalı olasınız\" hədəfinə daha yaxın olmuş olarıq. Təqvalı – yəni kontrollu varlıq. Bütün hissləri öz əlində olan, hisslərinin əlində oyuncaq olmayan varlıq. Həyatın nə olduğu ilə bağlı düzgün baxışı olan... Həyatda hədəfin nə olduğun bilən bir varlıq... Bütün pisliklərdən təmizlənmiş, bütün yaxşıları qazanmağa istəkli bir varlıq. Həzrət Fatimeyi-Zəhra (s.ə) oruc tutanlar haqqında belə buyurur: “Oruc tutan (orucunun haqqını əda etməz) o zaman ki, dilini, qulağını, gözünü və əzalarını hifz etməz”.
Oruc tutmaq insana hansı sifətləri verər? Hz Peyğəmbərin (s) hədisi.
Həzrət (s) buyurur: “Hər kim Ramazan ayını Allah Təalaya görə oruc tutarsa, Allah da 7 sifəti ona vacib edər:
1. Haramı bədənindən əridər. 2. Onu Öz rəhmətinə yaxın edər. 3. Atası Həzrət Adəmin (ə) xatasını örtər.
4. Can verməyi onun üçün asan edər. 5. Onu Qiyamət gününün aclıq və susuzluğundan amanda saxlayar. 6. Atəşdən bəraəti ona əta edər. 7. Ona behişt təyyibələrindən yedizdirər”. Allah qarşıdan gələn bu mübarək ayda bizə də bu yeddi hədiyyəni nəsib etsin!
Şükür məqamına ucalmağın günahlarla nə əlaqəsi var?
Şükür Məqamı yəni: Bütün haramlardan çəkinməklə mümkün olur! 1-İmam Sadiq (ə) buyurur ki, Musaya belə vəhy olundu: «Ey Musa, Mənə layiq olduğum kimi şükür et». Musa ərz etdi: «Pərvərdigara, şükrünü yerinə yetirdiyim nemət yoxdursa, şükür edən dili Sən əta etmisənsə Sənə layiq necə şükür edim?» Allah-Taala buyurdu: «Ey Musa! Şükür edən dilin də məndən olduğunu bilməklə şükrü yerinə yetirdin». («Kafi», 2-ci cild, səh-98.) İmam Hüseyn (ə) ərəfə duasında ərz edir: «Əgər mən və nemətlərini sayan bütün insanlar yalnız bir nemətinin şükrünü yerinə yetirmək istəsək, Sənin tofiqin olmasa bacarmarıq». 2-Həzrət Davud (ə) belə ərz edir: «Pərvərdigara! Sənə necə şükür edim ki, şükür etməyim özü də bir nemətdir və ikinci bir şükrə ehtiyaclıdır ...» Allah buyurdu: «Ey Davud! Əgər hər bir nemətin mənim tərəfimdən əta olunduğunu anlamısansa, elə şükür etmisən»...