Haqqun-nas, hətta Haqqullahı da qabaqlaya bilirmi?


Hər kim zorla başqasının malını qəsb edər, ya hətta növbəsi olmadığı halda başqasının növbəsinə girər – haqqun-nas etmiş olar. İmam Sadiq (ə) buyurur ki, hər kim bir başqasından borc alar və niyyəti onu qaytarmamaq olarsa – həmin adam oğrudan başqası deyildir.
Haqqun-nasın başqa bir növü insanların canına ziyan vurmaqdır. Çünki Allah buyurur ki, insanların qanı dəyərlidir. Əgər kimsə kimisə haqsız yerə döysə, haqqun-nas olacaqdır. Misal üçün, əgər ər öz xanımını haqsız yerə döyərsə, o zaman haqqun-nasa girər. Hədislərimiz buyurur ki, möminin hörməti Kəbənin hörmətindən daha üstündür. Ona görə də hər kim töhmət vurar, qeybət edər – haqqun-nasa girmiş olar.


İmam Sadiq (ə) bu iki xüsusiyyəti olmayandan uzaq durun?!


Ümumilikdə namazın fəlsəfə və hikməti yalnız onu davamlı olaraq qılmaqla, qayda və şərtlərinə əməl etməklə gerçəkləşir. Yuxarıdakı ayə müsəlmanları bütün namazlara, xüsusilə zöhr namazına önəm verməyə səsləyir. Zöhr namazı üzərində xüsusi dayanmasının səbəbi bəzi müsəlmanların başları iş və qazanca qarışdığı üçün ona önəm verməməsi idi. Qeyd edək ki, namazın vaxtları “İsra” surəsinin 78, “Taha” surəsinin 130 və “Hud” surəsinin 114-cü ayəsində verilmişdir.
Hədis: İmam Sadiq (ə): “İki xüsusiyyət olmayan adamdan uzaq durun, uzaq durun, uzaq durun!” Soruşdular: “O iki xüsusiyyət hansılardır?” Buyurdu: “Namazı vaxtında qılmaq, ona önəm vermək və (mömin qardaşlarının) dərdinə şərik olmaq.” (Xisal, c. 1, səh. 47, hədis: 50).


Bizim eyblərimizi örtmək – Allahın nemətlərindən biridir?!


Qurani-Kərimdə bu haqda buyurulur: “Həqiqətən Mən (şirk və küfrdən) tövbə edən, iman gətirən və yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan (və ya insanlığın kamillik mərhələlərinə doğru istiqamətlənən) kəsi çox bağışlayanam”. (“Taha” 82).
Həzrət Peyğəmbər (ə) İbni Abbasa Allahın zahiri və batini nemətləri ilə bağlı buyurur: “Zahiri nemət – sənin mötədil olmağındadır. Batini nemət – sənin eyb və çirkinliklərini gizlətməkdir ki, əgər Allah onları aşkar etsəydi, insanın öz ailəsi ondan qaçar və ona nifrət edərdi, o ki, qaldı başqalarına”.
Ona görə də Allahın bu nemətinin qədrini bilmək lazımdır. Əgər istəyirsənsə ki, Allah sənin eyblərini gizli saxlasın – əziz Peyğəmbərin (s) verdiyi tövsiyəyə görə, gərək sən də din qardaşlarının eyblərini gizli saxlayasan.


İmam Hüseyn (ə) süfrə arxasında hansı qaydaları diqqət yetirməyi tövsiyə edir?


Hədis: İmam Hüseyn (ə): “Süfrənin on iki ədəbi var ki, hər bir müsəlman onu bilməlidir. Onların dördü vacib, dördü müstəhəb, dördü isə nəzakət qaydasıdır. Vacib olanlar bunlardır: İdrak, razılıq, Allahın adını dilə gətirmək və şükür etmək. Müstəhəb olanlar bunlardır: Yeməkdən qabaq əlini yumaq, bədənin sol tərəfi üstə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq. Nəzakət qaydaları isə bunlardır: Qarşında olandan yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və (süfrədəkilərin) üzünə az baxmaq (Biharul-ənvar, c. 63, səh. 415).


Hz Əli (ə) buyurur: Bu iki şeyə bel bağlamayın?!


İmam Əli (ə) buyurur: “Yaxşı deyildir ki, Allah bəndəsi həyatı boyu iki şeyə etimad edib ürək bağlasın. Biri – salamatlıq və sağlamlıqdır. O birisi isə sərvət və ehtiyacsızlıqdır.
Çünki ola bilsin ki, salamat halda olsun, ancaq anidən bir neçə xəstəlik ona hakim olsun. Ya imkanı yaxşı olsun, anidən çarəsiz və yoxsul olsun.
Ona görə bilməliyik ki, dünya və onun bütün imkanları dəyərsiz və vəfasızdır. Ancaq saleh əməl faydalıdır”./Deyerler.


Həzrəti Peyğəmbər (s) buyurdu: Oruc tutan bu 7 nemətə çatacaqdır?!


Peyğəmbər (s) buyurdu: “O zaman ki, Adəm (ə) o meyvədən yedi, onun təsiri mədəsində 30 gün qaldı. Ona görə də Allah Təala 30 gün aclıq və susuzluğu onun nəslinə vacib etdi. Ona görə də Allah onu mənim ümmətimə də vacib buyurmuşdur”. Sonra yuxarıdakı ayəni (“Bəqərə” 183) tilavət edir. Və yəhudi deyir: “Ey Muhəmməd! Düz deyirsən. Bəs bu əyyamda oruc tutanın muzdu nədir?”. Buyurdu: “Elə bir mömin yoxdur ki, Ramazan ayını qürbət qəsdi ilə oruc tutar, məgər o halda ki, Allah Təala onda yeddi sifəti vacib edər:
1. Haramı bədənindən əridər.
2. Onu Allah Təalanın rəhmətinə və Allaha yaxınlaşdırar.
3. Atası Adəmin (ə) xatasını aradan qaldırar.
4. Can verməyin təzyiqlərini onun üçün asan edər...


İmam Rzanın (ə) Ramazan ayında oruc tutanlara hansı tövsiyələri etmişdir?


Mərhum Əllamə Məclisi Biharul-ənvar kitabın 94-cü cildinin 73-cü səhifəsində İmam Rzadan (ə) bir rəvayət nəql edir. Rəvayətdə İmam Rza (ə) Şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir:
1- Çox dua etmək
2- Çox istiğfar etmək (günahlarının bağışlanmağını diləmək)
3- Çox Quran oxumaq
4- Günahlardan tövbə etmək
Bu rəvayətə əsasən, bu dörd əməl insanın ixlasla Ramazan ayına daxil olmasına səbəb olar.
5- Boynunda olan bütün əmanətəri sahiblərinə qaytarmaq...


Hz. Əli (ə) iman nədir deyə soruşana belə cavab verdi?


Həzrət Əli (ə) bəzən elə bir qısa kəlmə deyir ki, cildlərlə şərh yazılacaq mövzuları əhatə edir. Yaxud insan ömrünü elə bir qısa cümləyə yığır ki, bütün insanlığı özündə ehtiva edir. İmam (ə) geniş mənaya malik olan və bütün İslamı əhatən edən \"iman \" kəlməsini də qısa şəkildə bu cür ifadə edir: \"İman qəlbən Alahı tanımaq (qəlbən bağlanmaq, əqlən idrak etmək), dil ilə təsdiq etmək (zahirən biruzə vermək), ərkana əməl etməkdir (İlahi göstərişlərə tabe olmaqdır).\" (Nəhcul-bəlağə. 508) İman insanlığ meyarıdır. İnsan imanı ilə izzət və şərəf sahibi olur. Bu da yalnız Allaha etiqad, ilahı mərifət (tanıma) və qəlbi bağlılığla mümkündür.


Hz Peyğəmbərin (s) hədisinə əsasən Ramazan ayında oruc tutanlar üçün 7 hədiyyə nələr olacaq?


Bir gün bir yəhudi Həzrət Peyğəmbərin (s) yanına gəlir və Həzrətə (s) bir neçə sual verir. Sualları bitəndən sonra soruşur ki, oruc niyə vacib buyurulmuşdur? Həmçinin oruc tutanın savabı nədir? Həzrət (s) buyurur: “Hər kim Ramazan ayını Allah Təalaya görə oruc tutarsa, Allah da 7 sifəti ona vacib edər:
1. Haramı bədənindən əridər.
2. Onu Öz rəhmətinə yaxın edər.
3. Atası Həzrət Adəmin (ə) xatasını örtər.
4. Can verməyi onun üçün asan edər.
5. Onu Qiyamət gününün aclıq və susuzluğundan amanda saxlayar...


Duaların qəbul olmasına mane olacaq bu kimi işləri tərk edin! – İmam Səccad (ə)


İmam Səccad (ə) insanın dualarının qəbul olmasına mane olan bəzi işləri xatırladaraq buyurub: Bu kimi günahlar duanın qəbul olmasına maneədir:
- Pis niyyət - Daxilin, mənəviyyatın napaklığı - Qardaşlarla münafiq, ikiüzlü kimi rəftar etmək
-Duada tərəddüd etmək -Vacib namazları tərk etmək -Səni Allaha yaxınlaşdıracaq ehsan və yaxşılığı tərk etmək
-Söyüş nə nalayiq sözlərdən istifadə etmək, bu kimi sözləri dilə gətirmək.(əl-Kafi 2/331)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter