Hz Peyğəmbər (s) tövbə etmək üçün hansı dua və zikri oxumağı tapşırır?!


Tövbə zikrinin necə olması barədə Cabir bin Əbdullah Ənsaridən əziz İslam Peyğəmbərinin (s) belə buyurduğu nəlq olunur:
“Tövbə və istiğfar etməyin ən alisini öyrənin (və o belədir): “Əllahummə əntə rəbbi, la ilahə illa əntə, xələqtəni və ənə əbdukə və ənə əla əhdikə və əbu`u bini`mətikə ələyyə və əbu`u ləkə bizənbi, fəğfirli, innəhu la yəğfiruz-zunubə illa əntə.”
“Ey Allahım! Sən mənim Rəbbim və sahibimsən! Səndən başqa yaradan (və ibadətə layiq olan) yoxdur! Sən məni yaratmısan və mən Sənin qulun və bəndənəm! Səninlə bağladığım əhd-peymana (layiqli bəndə olacağıma və əmrlərindən kənara çıxmayacağıma) sadiqəm! Etiraf edirəm ki, Sən mənə nemət vermisən (amma mən Sənin hüzurunda günah etmişəm)! Günahlarımın şərindən Sənə sığınıram! Bağışla məni ey Rəbbim ki, həqiqətən, Səndən başqa bağışlayan yoxdur!.” “Məanil-əxbar”, Şeyx Səduq, səh.140.


BU BEŞ İŞİ YERİNƏ YETİRƏ BİLSƏN, SONRA NƏ QƏDƏR İSTƏSƏN, GÜNAH ET!!


Bir nəfər İmam Hüseynin (ə) hüzuruna gəlib dedi: “Ey Peyğəmbərin (ə) övladı! Günahdan uzaq olmaq istəyirəm, amma bunu bacarmıram. Mənə bir nəsihət et ki, günahdan uzaq olum!” İmam Hüseyn (ə) buyurdu: “Bu beş işi yerinə yetir, sonar nə qədər istəsən, günah et:
1. Allahın ruzisini yemə, sonra nə qədər istəsən, günah et!
2. Allahın vilayət və hakimiyyətindən çıx, sonra nə qədər istəsən, günah et!
3. Bir yer tap ki, Allah səni görməsin, sonra nə qədər istəsən, günah et!
4. Ölüm mələyi (Əzrail) sənin canını almağa gəldikdə, onu özündən uzaqlaşdır (və onun əlindən nicat tap), sonra nə qədər istəsən, günah et!...


8-Cİ İMAMDAN HİKMƏT DOLU 8 HƏDİS


1. İmam Rza (ə) buyurmuşdur:
یَكُونُ الْمُؤْمِنُ مُؤْمِنًا حَتّى تَكُونَ فیهِ ثَلاثُ خِصال:1ـ سُنَّةٌ مِنْ رَبِّهِ 2ـ وَ سُنَّةٌ مِنْ نَبِیِّهِ 3ـ وَ سُنَّةٌ مِنْ وَلِیِّهِ. فَأَمَّا السُّنَّةُ مِنْ رَبِّهِ فَكِتْمانُ سِرِّهِ، وَ أَمَّا السُّنَّةُ مِنْ نَبِیِّهِ فَمُداراةُ النّاسِ، وَ أَمَّا السُّنَّةُ مِنْ وَلِیِّهِ فَالصَّبْرُ فِى الْبَأْساءِ وَ الضَّرّاءِ
“Mömin üç xislətə sahib olmayınca mömin ola bilməz: 1. Rəbbinin adətinə sahib olsun; 2. Peyğəmbərinin (s) adətinə sahib olsun; 3. İmamının adətinə sahib olsun. Amma Rəbbinin adəti sirri qorumaq və faş etməmək, Peyğəmbərin adəti insanlarla gözəl və mülayim davranmaq, İmamın adəti isə yoxsulluq və çətinlik zamanı səbirli olmaqdır.” (“Tuhəful-uqul”, səh.442.)
2. İmam Rza (ə) buyurmuşdur: مَنْ لَقِيَ مُسْلِماً فَسَلَّمَ عَلَيْهِ خِلافَ سَلامِهِ عَلَي الْأَغْنِيَاءِ لَقِيَ اللهَ عَزَّوَجَلَّ يَوْمَ الْقِيامَةِ وَ هُوَ عَلَيْهِ غَضْبانٌ “Hәr kәs bir müsәlmаnlа görüşәrkәn (ona verdiyi) sаlаmı vаrlılаrа vеrdiyi sаlаmındаn fәrqlənərsə, qiyаmәtdә Аllаh-Taаlаnın qәzәbi ilә üzlәşәr.” (“Üyunu әхbаrir-Rzа”, 2-ci cild, sәh.52.)


İmam Həsən (ə) və İmam Səccaddan (ə) iki hədis !


İmam Həsən Müctəba (ə) buyurur: “İnsanlar dörd dəstədirlər:
1. O dəstə ki, əxlaqları vardır, ancaq dünyadan (bəhrələri) yoxdur.
2. O dəstə ki, dünyadan bəhrələri vardır, ancaq əxlaqları yoxdur.
3. O dəstə ki, nə (dünyadan) bəhrələri vardır, nə də əxlaqları. Onlar – ən pis insanlardırlar.
4. O dəstə ki, həm əxlaqları vardır və həm də dünyadan bəhrənirlər – onlar ən yaxşı insanlardırlar”.


Dünya 3 hədəf üçün istənilir?! Məsumlardan hədislər


Bəs dünya və mal hansı hədəflər üçündür? İmam Əli (ə) buyurur: “Dünya və onun malı üç hədəf üçün istənilir: ehtiyacsızlıq, izzət və şövkət, rahat olmaq üçün.
Hər kim zahid olar – izzətli və şəxsiyyətlidir.
Hər kim qane olar – ehtiyacsız və zəngin olar.
Hər kim özünü az zəhmətə salar – həmişə asudə və rahatdır”.


Göz dəyməməsi üçün nə etmək olar? Məsumlardan tapşırıqlar


-Həzrət Peyğəmbər (s) buyurur: “Göz dəyməsi haqdır. Hər kim qardaşı barəsində hansısa bir şeydən heyrətə gələrsə, gərək o zaman Allahı yada salsın.
Şübhəsiz əgər Allahı yada salarsa, göz dəyməsi ona (qarşı tərəfə) ziyan vurmaz”.
-İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Göz dəyməsi – haqdır, əmin deyilsən ki, sənin gözün özünə və ya başqalarına təsir edər. Əgər gözün təsirindən qorxursansa, 3 dəfə de: “Məşəallah lə quvvətə illə billəhil aliyyil-azim””.
- Başqa bir hədisdə oxuyuruq ki, əgər sizlərdən birinizin nədənsə xoşunuz gəlsə, göz dəyməmək üçün deyin: “Aməntu billəh və salləllahu alə Muhəmmədin və Alihi (Ali-Muhəmməd)”. Bu zaman gözün mənfi təsiri olmaz.


Evində Quran oxuyan hansı xeyirlərə çatar?


Quranı evdə oxumağın gətirdiyi bərəkətləri Həzrət (s) bu cür tanıdır:
1. Evdə xeyir və bərəkət artar. Səfa və səmimiyyət olar.
2. Mal və sərvətin artmasına səbəb olar. İnsanın fikir və düşüncə dairəsi genişlənər.
3. Bu ev göy əhli üçün ulduz olar.
Həzrət Zəhra (s.ə) haqqında nəql olunur ki, Xanım (s.ə) mehrabda dayanan zaman nuru səmaya qədər yüksələrmiş və mələklər bu nurun haradan gəlməsini Allahdan soruşurlar. Xitab gəlir: “Ey Mənim mələklərim! Fatimənin (s.ə) mehrabına nəzər salın”. O evdə ki, Quran oxunar, o evin xüsusi ab-havası və səfası olar.


Məsumların hədisində iki böyük gizli günahın təhlükəsi?!


Məsumların (ə) hədislərindən başa düşülür ki, iki günahın təhlükəsi olduqca çoxdur:
1. Kiçik günahlar; adətən, bəzi dindarlar böyük günahlara əhəmiyyət verdikləri və onlardan qorunduqları halda, kiçik günahlarla belə rəftar etmirlər, ona görə də, ona qurşanmaq təhlükəsi ilə üz-üzə qalırlar.
2. Gizli və insanın özü ilə Allahından başqasının bilmədiyi günahlar. İmam Əli (ə) buyurur: “İlahi, işarəli baxışlarımı, boş söhbətlərimi, ürəyimin (yersiz) arzularını və dilimin büdrəmələrini bağışla!” (“Nəhcül-bəlağə”, xütbə 78.)
Bu hədisdə ikinci növ günahdan söz açılır və dua, bağışlanmaq xarakteri daşısa da, həqiqətdə, insanların belə günahlardan qorunması tövsiyə olunur.


İmam Rza (ə) insanlara kömək etməyin əhəmiyyəti barədə nə buyurmuşdur?


İmam Rza (ə) buyurur: “Bilin ki, Allaha iman, Ali-Muhəmməddən (ə) olan Övliyaların haqqını qəbul etdikdən sonra Allah yanında şükür etmək, mömin qardaşına yardım etməkdən daha sevimli deyildir. Onların həyatına yardım etmək – onların behiştə çatması üçün olan yoldur. O kəslər ki, belə yardım edərlər, İlahi dərgahın xüsusi (bəndə)lərindəndir.
Həzrət Peyğəmbər (s) bu haqda bir söz demişdir ki, əgər ona yaxşı diqqət edilərsə və əməl olunarsa, layiq olmaz ki, kimsə özünü İlahi feyzdən məhrum etsin...


Allah-Taalaya (c.c) ən yaxın və ən uzaq olanlar kimlərdir?!


Allaha yaxınlaşmaq – hər möminin ən böyük arzusudur. Bu hədəf – onun həyatının ən mühüm hədəfidir. Quran bizlərə Allaha yaxınlaşmağın yollarını tanıtmışdır. Buyurmuşdur ki, bəndə əvvəl gərək Allaha olan elmini və mərifətini artırsın və sonra onun üçün təyin etdiyi yolda addımlamağa başlasın. Bu yolda təsirli olan amilləri tanıyaq.
1. Allaha olan iman. Əgər İlahi qürb məqamını əldə etmək istəyiriksə, gərək imanın ən yüksək məqamını tanıyaq. İmam Əli (ə) buyurur: “Sübhan Allaha ən yaxın insan – onların içində ən yaxşı imana malik olanlarıdır”.
Həzrət Peyğəmbər (s) buyurur: “İmanın ən yüksək (mərtəbəsi) odur ki, biləsən ki, harada olursansa-ol Allah səninlədir”.
2. İbadət. İmandan sonra, İlahi qürb məqamına çatmaq üçün ibadətin rolu böyükdür. Xüsusilə namaz ki, ən kamil ibadət hesab olunur. İmam Kazım (ə) buyurur: “Bəndənin Allahı tanıyandan sonra İlahi qürb məqamına çatmağının ən yaxşı vasitəsi – namazdır”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter