İmamın (ə) şəhadətindən sonra Kərbəlada hansı hadisələr baş verdi?


Məhərrəmin 10-da, Aşura günü İmamın (ə) bütün döyüşçüləri və Bəni-haşim gəncləri şəhid olur. Sonda İmamın (ə) özü zöhr vaxtı qətlə yetrilib, bütün şəhidlərin başları kəsilir, mübarək bədənləri üzərindən atlar çapılır ki, bununla da düşmənin kinli qəlbi soyumur...
İmamın (ə) şəhadətindən sonra Ömər Səd xeymələrə, qadın-uşaqlara hücum etmə əmri verir. Xeymələrə od vurulur, qadın və qızların əllərində və üzərində olanlar qarət edilir, qaçanlar döyülərək cəm edilib əsir edilir... Ömər Səd İmamın (ə) mübarək başını Xuli bin Yəzidə və Həmid bin Muslimə təhvil verib Kufə sarayına, İbn Ziyad məluna göndərir. Digər şəhidlərin hamısının başını bədənindən ayırıb, 72 baş toplayıb, nizələrə taxaraq Aşuranın səhərisi Kufə istiqamətində yola salırlar... Həmçinin bütün qadın və uşaqlar da əsir edilərək amansızlıq və kobud rəftarla, o cümlədən nizələrə taxılmış başlarla birgə Kufəyə tərəf yola salınır. Ömər Səd, əsirləri kəsik başlarla bir yerdə aparmaqla, o məzlum qadın və körpələrə daha artıq əziyyət verməyə çalışırdı...


Aşura gününün yeganə qadın şəhidi – Fədakar ana?!


Ummu Vəhəb Aşura günü birinci oğlunu, sonra isə Abdullahı itirir. Oğlu birinci dəfə meydana girib bir dövrə düşmənlə çarpışıb geri qayıdır və anasına deyir: Məndən razısanmı? Ummu Vəhəb cavab verir: Mən səndən o vaxt razı olaram ki, Hüseyn ibn Əlinin (ə) qarşısında şəhid olasan. Beləcə oğlu geri dönür və şəhid olur. Qəhrəman qadın oğlunun ardınca həyat yoldaşı Abdullahı itirir. Abdullah meydana girəndə Ummu Vəhəb əlinə böyük bir ağac alıb həyat yoldaşının köməyinə gedir və onu tək qoymayacağını bildirir. Hadisəni müşayiət edən İmam (ə) ona səslənir: -Ey Ummu Vəhəb Allah sənə xeyir versin. Geri qadınların yanına qayıt. Orada dayan. Cihad qadınlara vacib deyil. Ummu Vəhəb geri qadınların yanına qayıdır. Abdullah meydanda şəhid olanda o cəsur qadın həyat yoldaşının yanına gedir və onun başının üstündə oturub, üzünün qanını silir. Bunu görən məlun Şimr öz nökərinə əmr edir ki, qadını vursun. Qulam gedib Ummu Vəhəbin başından vurub öldürür.


Həzrət Hüseynin (ə) qətlində daha kimlər şərikdir?


Sual – Seyyiduş-şühada İmam Hüseynin (ə) qətlində tək Yezid günahkardır, yoxsa Muaviyyə və onun bütün dəstəkçiləri bu işdə şərikdirlər?
Cavab: Həzrət Hüseynin (ə) qətlində Yezid ibn Muaviyyə, Muaviyyə ibn Əbu Süfyan, bütün onların yolu ilə gedən, onlara tabe olanlar, bu işə razı olanlar, Əhli-beytin (ə) məqamını əllərindən alanlar hamısı şərikdir. Bu istər əvvəlkilərdən olsun, istər sonrakılardan. Hətta bu işə razı olanlar belə...
Bunu təsdiq edən kifayət qədər hədis vardır. Allahın rəsulu (s) bu barədə buyurub: “Kim bir dəstəni sevərsə qiyamətdə onlarla birgə olar. Kim bir dəstənin əməlinə rəğbətli (razı) olarsa, həmin adam o əmələ şərikdir”...


Niyə İmam Səccad (ə) Kərbəlada vuruşmadı?


Şeyx Mufid Həmid ibni Müslimdən nəql edir: “Sonra Əli ibni Hüseynə (ə) çatdım ki, yatağa yıxılmış və çox xəstə idi. Bir dəstə piyada qılıncla gəlib çatdı. Onlar Şimrə (lən) dedilər ki, bu xəstəni öldürməyək. Mən dedim: “Sübhənallah, xəstəliyi onun işini görəcəkdir. (Yəni, xəstəlikdən öləcəkdir)”. Bu sözləri deyərək, onu öldürməkdən çəkindirdim”. Həzrət Səccadın (ə) Kərbəlada belə bir şiddətli xəstəliyə düçar olmasının səbəbi İlahi təqdirə görə idi (yəni İmamət nuru davam etsin!) ki, ölümdən amanda qala bilsin. O, bu hadisədən sonra şəfa tapdı.


Kərbəlanin həqiqəti və hədəfləri İmam Hüseynin (ə) öz dilindən - İmamın (ə) məktubu


\"Bismilləhir-rəhmanir-rəhim. Bu Hüseyn ibn Əlinin Hənəfiyyə kimi tanınan qardaşı Muhəmmədə vəsiyyətidir. Hüseyn şəhadət verir ki, heç bir şəriki olmayan Allahdan qeyri məbud yoxdur. Muhəmməd (s) Onun qulu və rəsuludur. O (s) Haqq Təala tərəfindən haqq olaraq göndərilmişdir. Cənnət və cəhənnəm haqdır. Qiyamətin gəlişində heç bir şübhə yoxdur. Həqiqətət Allah qəbirdə olanları dirildəcəkdir. Mən şərr, kibr, zülüm və qarışığlığ məqsədi ilə qiyam etmirəm. Mən babam Peyğəmbərin (s) ümmətini islah etmək, pisliklərdən çəkindirib yaxşılığa dəvət və Atamın və Babamın yolunu yaşatmaq üçün ayağa qalxıram. Kim məni haqq bisə Allah böyükdür, kim məni inkar etsə mən səbr edərəm Allah Özü mənim və o inkar edən tayfa arasında ədalətlə hökm eləsin. O ən yaxşı hakimdir. Ey qardaşım bu mənim sənə olan vəsiyyətimdir. Mənim tofiqim yalnız Allahdandır. Ona təvəkkül edir və Ona doğru dönürəm\".


Imam Hüseynin (ə) Kərbəlaya yetişməsi – Unudulmayan tarix


Bu gün hicri təqvimi ilə məhərrəm ayının 2-sidir. İslam tarixşünasları İmam Hüseynin (ə) karvanının məhz məhərrəm ayının ikisində Kərbəla çölünə daxil olduğunu deyiblər. Rəcəb ayında Mədinədən, zilhiccənin ilk 10günlüyündə Məkkədən ayrılan İmam (ə) artıq bu gün Kərbəla adlı yerə yetişir. Bu gün Kərbəlanın ilk günüdür! Hədəsilərə əsasən İmam Kərbəla səhrasına çatanda, bölgənin adını soruşur. Bölgənin Ğadiriyyə adlandığını deyirlər. Digər bir ada malik olduğunu soruşanda isə oranın Şatiul-Fərat (Fərat sahili) adlanmasını bildirirlər. İmam bu bölgənin daha bir ada malik olmasını soruşanda, ona buraya bəzən Kərbəla da deyildiyini çatdırırlar. Bu zaman İmam ay çəkərək buyurur:
“Allaha and olsun Kərbəla torpağı budur. And olsun ki bizim oğullarımızı burda öldürəcəklər və qadın və uşaqlarımız burada əsir götürəcəklər. Burada bizim hörmətimiz ayaq altına atılacaq. Ey kişilər atlardan düşün ki bizim qəbirlərimizin yeri elə buradır”


İmam Hüseynin (ə) Kərbəla faciəsinə nə səbəb oldu?


Sözü gedən qrup İmam Hüseyni (ə) qiyamçı kimi tanıtdırmaqda uğur qazandı. Zalım hökumətin ürəyi nə istəyir deyir. Bəs xalq nə üçün inanmalıdır, xalq nə üçün sakit qalmalıdır? Məni nigaran edən məsələ hadisənin bu yeridir. Deyirəm necə oldu ki, vəziyyət bu həddə çatdı? Necə oldu ki, İslam hökmlərinin və Quran ayələrinin xırdalığına varan İslam ümməti belə bir aydın hadisədə bu formada qəflətə və səhlənkarlığa düçar oldu, birdən-birə belə bir faciə baş verdi? Belə hadisələr insanı nigaran edir. Məgər biz Peyğəmbər (s) və Əmirəlmöminin (ə) dövrünün cəmiyyətindən daha möhkəmik? Belə olmamaq üçün nə etməliyik? Dediyimiz “belə olmasına səbəb nə idi?” sualına kimsə hərtərəfli cavab verməmişdir. Bəzi məsələlər irəli sürülüb, amma yetərli deyil. Bu səbəbdən bu gün qısa və konkret şəkildə hadisənin özü barəsində bir qədər söhbət etmək istəyirəm. Sonra məsələnin ipucunu sizin öhdənizə buraxacağam ki, özünüz bu barədə fikirləşəsiziniz. Araşdırma və düşüncə adamı olanlar bunun ardınca tədqiqat aparsınlar, mütaliə etsinlər. İş və əməl adamı olanlar düşünsünlər ki, belə hadisələrin təkrar olunmasının qarşısını almaq üçün hansı hazırlıqlar lazımdır. Əgər bu gün mən və siz hadisənin qarşısını almasaq, 50 ildən, 10 ildən, yaxud 5 ildən sonra bizim İslam cəmiyyətimizin İmam Hüseynin (ə) dövründəki vəziyyətə düşməsi mümkündür...


309 il yatan Əshabu-Kəhf möcüzəsi haqqında nələri bilirik?!


Quranın zikr etiyi möcüzəvi və tarixi hadisələrdən biri də “Əshabu-Kəhf” hadisəsidir. Hadisə, tarixi mənbələrə əsasən miladi 201-251-ci illərdə Roma imperatoru olmuş Dağyunusun vaxtına təsadüf edir. Həmin dövr Həzrəti İsa (ə) peyğəmbərin gətirdiyi dinin mövcud olduğu bir vaxt idi. İsa (ə) dini təbliğ olunurdu. Lakin dövrün güclü imperatoru buna qarşı çıxır, insanların bu dinə üz tutmasına qadağalar qoyurdu. Əhvalat iman gətirmiş bir neçə zadəgan övladının başına gələn hadisələri əks etdirir. Onların tək Allaha iman gətirmələrini bilən imerator cəzalandırmağa qərar verir. Bunu bilən möminlər canlarını xilas etmək üçün sarayı tərk edib dağlara üz tuturlar. Dağyunus isə oz silahlılarını onların ardınca göndərir. İmam Sadiqdən (ə) nəql olunan hədisdə deyilir: Ali Muhəmmədin Qaimi (ə.f) Kəbənin önündə zühur etdikdə, 7 nəfər Kəhf əhli O Həzrətin (ə.f) köməkçilərindən olacaq.




İmam Əli ilə qardaşı Əqil arasında baş verən hadisə - Muaviyyənin xar olmasına səbəb oldu?!


Bir gün Əqil İmam Əlidən (ə) maddi yardım istəyir. İmam (ə) isə ona səbr etməsini və hər kəsin payının bölüşəcəyi zamanı gözləməsini söyləyir. Əqil isə israr edərək xəzinədən mal istəyr. İmam (ə) yanında olan bir nəfərə üzünü tutaraq buyurur: Əqilin əlindən tut, onu bazara apar və de istədiyin dükanın qapısını qır və nə istəyirsən gir götür! Əqil təəccüblə deyir: İstəyirsən məni oğru kimi tanısınlar? İmam (ə): Bəs istəyirsən mən oğurluq edim? Müsəlmanlara məxsus xəzinədən mal götürüb sənə verim?
Əqil: O zaman Müavuyyənin yanına gedəcəm! İmam (ə): Özün bilərsən! Əqil Müaviyyənin yanına gedir və ondan kömək istəyir. Müaviyya ona 1000 dirhəm verir və deyir: Ey Əqil, minbərə çıx və mənimlə Əlinin (ə) səninlə necə rəftar etdiyini danış. Əqil minbərə çıxaraq Müaviyyənin əqidəsini əks etdirən tarixi sözlərini deyir: Ey camaat, mən qardaşım Əlidən (ə) dinini istədim, mən yanından uzaqlaşdırdı. Muaviyyə isə məni dinindən üstün tutdu!


Züheyr ibn Qəynin Kərbəlada İmam Hüseyn (ə) qoşununda şəhidliyi haqda Səlman xəbər vermişdi?!


İmamın (ə) xeyməsinə daxil olan Züheyr o Həzrəti (ə) görən kimi təzim edərək beyət edir. Sevinclə karvana qayıdan Zühey xanımına və karvana deyir: “Şəhadət yolunu seçənlər mənimlə qalsın, qalanlar getsin. Bu mənim sizlə son görüşümdür”
Zühey karvan əhlinə bir hadisəni xatırladaraq deyir: Bələncər döyüşündə qənimətlərə sevinməyimi görən Salman Farsi mənə dedi: Ali-Muhəmmədin (s) seyyidlər ağasinin yanında olmaq və onun yanında öldürülmək bundan daha sevinclidir!”
İmam Hüseyn (ə) Tasua gecəsində beyətini geri götürəndə Züher izn istəyərək ayağa qalıx və deyir: Allaha and olsun ki, 1000 dəfə öldürülüb dirilməyə hazıram. Təki Allah səni və Əhli-beytini amanda saxlasın!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter