Aşura gecəsində baş verən 5 mühüm hadisə nələr olmuşdur?
İmam Huseynin (ə) Kərbəla qiyamında çoxlu qeyri-adi hadisələr və çox böyük hədəfli hadisələr baş vermişdir ki, Aşura gecəsində də 5 mühüm hadisə tarixdə yazılmışdır ki, onlara işarə edirik: 1. Aşura gecəsi İmam Hüseynin (ə) tərəfdaşlarından biri olan Muhəmməd ibni Bəşir Həzrəmi oğlunun başqa yerdə çətinliyini eşitdikdən sonra da İmamı tərk etməməsi İmamın onun üçün dua etməsi. 2. İmam (ə) Aşura gecəsi öz tərəfdaşlarına xütbə oxudu və onları şəhadətdən və xeymələrə hücum haqda agahlıq verdi. 3. İmam Hüseyn (ə) əmr verir ki, xeymələrin arxasında xəndək qazsınlar ki, hərəmi qorumaq mümkün olsun. Əmr edir ki, düşmən hücum edən zaman xəndəyin üzərində olan cubuqlara atəş vursunlar ki, düşmənin xeymələrlə əlaqəsi arxadan kəsilmiş olsun. 4. Aşura gecəsi İmam Hüseynin (ə) əmri ilə Əli Əkbər ağa (ə) 30 nəfərlə bir yerdə Fəratdan su gətirir. İmam (ə) öz tərəfdaşlarına buyurur: “Qalxın, qüsl alın və dəstəmaz alın ki, bu, sizin sonuncu azuqənizdir”. 5. İmam (ə) Aşura gecəsində etdiyi xütbədən sonra işıqları söndürməyi əmr edir və sonra buyurur ki, hər kim onunla vuruşmaq istəmirsə və hər kimin borcu varsa, geri qayıtsın.
İranda yerləşən Qum şəhərinin tarxiçəsini yazın?
Qum şəhərinin tarixi:
-Qumun İslamdan öncəki siması dəqiq açıqlanmır. Məlum olan budur ki, Qumda İslamdan öncə yaşayış olub və tarixdə bu barədə işarələr var. Amma Qumun dəqiq hüdudları, onun müxtəlif dövrlərdə və İslamdan öncəki əsrlərdəki durumu tam aydın deyil. Belə görünür ki, Qum İslamdan öncə çoxsaylı qalalar şəklində olub. Onların əhalilərindən bəziləri zərdüşti, bəziləri isə yəhudi olublar. Belə xatırlanır ki, Qum əslən Yəmən ərəblərindən və şiə məzhəbli əşərilər tərəfindən şəhərləşdirilib. Buna görə də tarixçilər əşəriləri Qumun iftixarlarından sayırlar. Qumun şəhərə çevrilməsi şiəlik və peyğəmbər ailəsinin vilayəti ilə şərtlənib. Qədim tarixçilərdən bəziləri İslamın zühüründan öncə Qumda hakim olmuş tanınmış şəxslərin adını qeyd ediblər. \"Ənvarul-məşəşəyn\" kitabının müəllifi \"Sirul-muluki-əcəm\" kitabından nəql edərək deyir: \"Bəhram-gur Ərməniyyə məntəqəsinə gedərkən yolu Savə ətrafından keçir. ...
Bu şəhərin gələcəkdə hansı dəyərə sahib olacağı haqda İmam Kazim (ə) buyurub: \"Qum Ali-Məhəmməd yuvası, onların şiələrinin sığınacağıdır.\" (\"Bihar\"Ş c.6, s.214).
Müsəlmanların tarixi nə vaxtdan başlanmışdır?
Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in besətindən sonra, habelə islamın coğrafi sərhədləri Ərəbistan yarımadasının bir hissəsində olduğu zaman və müsəlmanların əlaqələrinin cüzi və mühüm ümumi hadisələrin az olduğuna görə bir müddət zamanı bilmək üçün tarixin başlanğıcının və hadisələrin baş vermə zamanının müqayisə olmaması heç bir problem yaratmırdı. İkinci xəlifə 16-cı, yaxud 17-ci, yaxud da 18-ci hicri ilində bu problem barəsində məşvərət etmək üçün Peyğəmbər səhabələrini bir yerə yığdı. Yəqubinin (vəfat tarixi: 292), Təbərinin (vəfat tarixi: 310), Məsudinin (vəfat tarixi: 346), İbni Əsirin (vəfat tarixi: 630) və Zəhəbinin (vəfat tarixi: 748) aşkar dediyinə görə ikinci xəlifə İmam Əli (əleyhis-salam) ilə məşvərət etdi və bu yığıncaqda o həzrət müsəlman tarixinin başlanğıcı üçün Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Məkkədən Mədinəyə hicrətini təklif edildi. Bu nəzər həm xəlifə, həm də müsəlmanlar tərəfindən qəbul edildi.
Həzrət Müslim kim idi?
Əqilin oğlu Müslim üç İmamla müasir olmuşdur: İmam Əli, İmam Həsən və İmam Hüseyn (əleyhimus-salam). Üçüncü İmamın dövründə canını öz mövlasına fəda etdi və Übeydullah ibni Ziyadın (lənətullahi əlehy) göstərişi ilə şəhid edildi. İmam Hüseyn (əleyhis-salam) onu öz xüsusi nümayəndəsi ünvanı ilə Kufə şəhərinə göndərdi, amma o, kufəlilərin vəfasızlıqları ilə qarşılaşdı və İbni Ziyadın əsgərləri ilə tək-tənha halda mübarizə apardı. Çoxlu fədakarlıq və rəşadət göstərdikdən sonra onu tutub İbni Ziyadın yanına gətirdilər. O məlun göstəriş verdi ki, Müslimi qəsrinin başına çıxartsalar və orada boynunu vursunlar. Bu göstəriş icra olundu və Müslim şəhadət məqamına çatdı. Onun Kufə şəhərində yerləşən şərif qəbri Əhli-beyti sevənlərin ziyarətgahıdır.
Bəqi qəbristanliğına qarşı vəhhabilər hansi cinayəti etdi?
1925-ci ilin may ayinda hakimiyyeti ele keciren vehabiler Beqi qebirsitanliginda olan tarixi abideleri yerle-yeksan edirler. Indinin ozunde de Allaha deyil, vehabi rejimine qulluq eden \"muselman nezaretciler\" sesguclendiricilerden istifade ederek, ereb ve fars dillerinde beyanatlar verir, orani ziyarete gelenleri dagidir ve orada kimsenin defn olunmadigini iddia edirler. Amma gorunen daga ne beledci?
Yezdin tarixdəki cinayətlərinin əsaslarına işarə edin?
Yezidin padişahlığı dövründə ondan çoxlu cinayət və nalayiq hərəkətlər göründü amma içində 3- çox böyük cinayət kimi, tarixdə onun həyatında ləkə olaraq qaldı ki, həm dindar və həm də insan şəxsiyyətinə hörmət və sevən şəxslər onun bu hərəkətlərinin çox pis olduğunu deyirlər. Yezidin tarixdəki cinayətləri: 1-Peyğəmbər (s) ailəsinin şəhid edilməsi və onların namıslarının əsir aparılması, 2-Hərrə qiyamında müxtəlif böyük cinayəti: A) Yezidin qoşunun MƏdinəyə daxil olması və hər kəsi günahlı və günahsız insanları qətli am etməsi, b) Müsəlmanın malının halal olunması, Yezidin qoşunun mədinəyə hücumu zamanı Peyğəmbər (s) şəhərinin insanlarının malını Şam əhli olaraq qarət etdilər, c-Bəşərin və xüsusən də müsəlman və möminlərin namuslarına təcavüzlar olunması, ki, heç bir din, millət və baxış onu düzgün əməl olaraq qəbul etmir. 3-Abdullah ibn Zübeyrin çevrilişinin qarşısını almaq üçün Şamdan Məkkəni ələ keçirmək üçün qoşun göndərməsi, ki, bu qoşun hədəfinə çatmaq üçün hətta məkkənin hörmətini belə sındırmağa qədər addımlar atdılar ki, o cümlədən onlar hücumlarında Kəbə evinidi də yandırdılar.
İlk mərsİyə məclİslərİnİ kimlər təşkİl etmİşdİlər?
Seyyidüş-şühəda (ə), səhabələri, övladları və ailə üzvləri elə bir məktəb qoyub gediblər ki, əsrlər boyu bəşərin yaddışında həkk olmuşdur. Onlar üçün bir örnək və nümunəyə çevrilmişdir. (Tebyan)
Hansı mələk İmam Əli (ə) İlə Həzrət Fatİmənİn (s.ə) nİkahını oxudu?
Zilhiccə ayının 1-i - Həzrət Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) evlilik günüdür. Belə bir evlıilik tarix boyu heç görünməmişdir. Möminlər rəhbəri dünyanın ən üstün və ən iffətli xanımı ilə ailə qururdu. Allah öz ən üstün Rəsulunu (s) bu nikaha şahid tutmuşdu. (Farsnyus)
FİRONUN TÖVBƏSİ NİYƏ QƏBUL OLUNMADI?
Quran ayələrindən və hədislərdən belə nəticəyə gəlmək olur ki, Firon ölməmişdən bir qədər əvvəl tövbə edir, Allahın təkliyini etiraf edir. Ancaq tövbəsi Allah tərəfindən qəbul olunmur.
Kəbə evİ nə zamandan mövcud olmuşdur
Çoxsaylı ayə və rəvayətlərdən mə’lum olur ki, Kə’bə evi həzrət Adəmin dövründən mövcud olmuşdur. Həzrət İbrahim isə onu bərpa etmişdir. Həzrət İbrahim zövcəsi və oğlunu Məkkədə yerləşdirərkən deyir: “Pərvərdigara, ailəmdən bə’zisini bu quru və əkinsiz yerdə, Sənin evinin kənarında sakin etdim.