Salam verərkən əllə görüşənin, ayrılanda günahları tökülər!


Salam sözü Quranda 40 dəfə istifadə olunmuşdur. Bəzən Allah öz seçilmiş bəndələrinə salam verir. “Salam olsun peyğəmbərlərə (yaradandan yaradılmışlara)!”. (“Saffat” 181).
“(Allah tərəfindən) deyildi: «Ey Nuh, sənə və səninlə birgə olan dəstələrə Bizim tərəfimizdən olan salamatlıq, salam və bərəkətlərlə aşağı en”. (“Hud” 48).
Behişt əhlinin salamı – İlahi şükürdür. “Onların oradakı duaları «Allahım, Sən (Özün-Özünü bütün eyb və nöqsan sifətlərdən pak vəsf etdiyin kimi) paksan!»dır; oradakı salamları (Allah tərəfindən, mələklərlə və bir-birləri ilə salamlaşmaları) «salam»dır; və bütün dualarının sonu «həmd və səna aləmlərin Rəbbi olan Allaha məxsusdur» (deməkdir)”. (“Yunus” 10). Behiştin adlarından biri Dar-üs-Salam adlanır. “Allah (bəşəriyyəti) «Darus-Salam»a (fanilikdən uzaq Cənnətə) dəvət edir və(ümumi hidayəti qəbul edənlərdən) istədiyi şəxsi (xüsusi maarifdə) doğru yola hidayət edir”. (“Saffat” 25)...


Qurani Kərim riyakarın əməlinin batil olması haqda nə buyurur?!


يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُبْطِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَىٰ كَالَّذِي يُنْفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۖ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا ۖ لَا يَقْدِرُونَ عَلَىٰ شَيْءٍ مِمَّا كَسَبُوا ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz.\\Bəqərə surəsi ayə 264


Qurani Kərimdə gələn “Salehlər səhərlər istiğfar edərlər” nə deməkdir?


“Onlar gecənin az bir hissəsini yatırdılar. Və səhərlər (Allahdan) bağışlanma diləyirdilər”. (“Zariyat” 17-18). Allah bu ayələrdə salehlərin nişanələrindən söz açmışdır.
Salehlərin ilk nişanəsi budur ki, gecəni az yatarlar. Bu ayə onu demək istəyir ki, saleh insanlar çox az hallarda gecənin hamısını yatarlar. Daha çox oyaq qalar və ibadətlə məşğul olarlar. Bu insanlar dua edər və gecə namazı qılarlar. Salehlərin ikinci nişanəsi budur ki, onlar səhər çağı istiğfar edərlər. Səhər çağı o zamana deyilir ki, gecə artıq sona çatmaqdadır və bu, elə zamandır ki, insanların əksər hissəsi yuxuda olurlar. Hər yerdə sakitlik hakim olur və heç bir səs-küy yoxdur ki, insanın diqqətini dağıtsın. Salehlər məhz bu zamanı Allahla münacat üçün seçiblər. Çünki çox fəzilətli və bərəkətli bir zamandır. İbadət yerlərinə gələrlər və Allahla raz-niyaz edərlər. Namaz qılıb, istiğfar edərlər. Bəzi təfsirçilərin nəzərinə görə, bu ayədə istiğfar dedikdə gecə namazı nəzərdə tutulur. Çünki namazqılan vitr namazının qunutunda istiğfar edər.
Həzrət Peyğəmbər (s) buyurur: “Gecənin sonun mənim üçün (gecə namazı qılmağa görə) əvvəlindən daha sevimlidir. Çünki Allah buyurar: “Salehlər səhərlər istiğfar edərlər”.


Allahla söhbət etmək üçün ən yaxşı dil və yol nəticə verəcəkdir?!


Allahla münacat etmək insan ruhuna elə təsir qoyur ki, insan var olduğunu unudur və özünü İlahi feyzə təslim edir.
Bir gün Həzrət Əli (ə) bazara gəlir və heç kəs onun gəldiyini hiss etmir. Bir nəfər söhbət etməklə məşğul idi. O, deyir: “And olsun o Kəsə ki, yeddi pərdə arxasında gizlənmişdir!”. İmam (ə) soruşur: “O kimdir ki, yeddi pərdə arxasında gizlənmişdir?”. Həmin kişi deyir: “Allahdır, ey Əmirəl-möminin!”. İmam (ə) buyurdu: “Səhv edirsən, ölüm sənin üçün bu cür etiqaddan daha yaxşıdır. İzzət və Cəlala malik olan Allahla məxluqları arasında pərdə yoxdur. Çünki Allah məxluqları harada olursa-olsun, onunladır”. Həmin kişi soruşdu: “Ey Əmirəl-möminin! Bəs dediklərimin kəffarəsi nədir?”. Həzrət (ə) buyurdu: “Budur ki, bilirsə harada olursansa-ol, Allah səninlədir”....


Qurani Kərimin ayələrinə əsasən hansı 8 dəstə insanlar nicat tapanlar olacaqlar?!


İslam dini nicatı insanın öz cövhərində axtarır və buyurur ki, əgər insanın Allahla aşiqcəsinə rabitəsi olarsa, ehtiyaclı insanlara zəkat verərsə, cəmiyyətdə əhdinə vəfa edər və əmanətdar olarsa, öz istək və meyillərini kontrol edə bilərsə – bu insan nicat tapanlardan olar. Həqiqi nicat tapanları tanıyaq:
1. Onlar ibadət əhli və saleh əməl sahibidirlər. “Ey (Bizim peyğəmbərimiz Muhəmmədə (s)) iman gətirənlər, rüku və səcdə edin, Rəbbinizə ibadət edin və xeyir iş görün ki, bəlkə nicat tapasınız. (Bu ayə bütün şəriətlərin və ictimai xeyir əməllərin xülasəsidir)”. (“Həcc” 77).
2. Simiclikdən uzaqdırlar. “Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır”. (“Həşr” 9).
3. Qafil deyildirlər və Allahı çoxlu zikr edirlər. “Ey iman gətirənlər, (düşmən ordusundan olan) bir dəstə ilə qarşılaşarkən möhkəm durun və Allahı (dildə və qəlbdə) çox zikr edin, bəlkə nicat tapdınız”. (“Ənfal” 45)....


Hansı şəraitdə tövbə qəbul olunmaz? Quranın baxışı


Baxmayaraq ki, tövbə qapısı hamının üzünə açıqdır, ancaq bu fürsətdən sui-istifadə etmək olmaz. O insanlar ki, həyatları boyu günah və fəsad edirlər, ancaq ölüm anı gəlib çatan zaman tövbə etməyə çalışırlar – bu cür insanların tövbəsi faydasız olar. Çünki tövbənin özünəməxsus ədəb və şəraitləri vardır ki, onlara riayət olunmalıdır.
“Həqiqətən imanlarından sonra kafir olan, sonra öz küfrlərini artıran kəslərin tövbələri əsla qəbul olunmaz. (Çünki onların tövbəsi ya nifaq üzündəndir, ya da ki, ölümü müşahidə edən zamandır). Onlardır doğru yoldan azanlar”. (“Ali-İmran” 90).
Bu ayə bizə nələri çatdırmaq istəyir?
1. İmanın dəyəri çoxdur, bir şərtlə ki, ömrün sonuna qədər davam etsin. Əgər küfrlə sonlanarsa, işə yaramaz.
2. İnsan – ixtiyar sahibidir. İstəsə iman gətirər, istəsə də küfr edər. İstəsə imanında qalar, ya küfr edər. İstəsə tövbə edər, ya da günahına davam edər...


Qurani-Kərim çətinlikdən xilas olmaq üçün hansı 3 tapşırığı tövsiyə edir?!


Quran bizlərə bəladan uzaq olmaq üçün yollar tövsiyə etmiş və çətinliyə düşən hər kəsə ümid vermişdir. Buyurmuşdur ki, hər bir çətinlikdən sonra mütləq asanlıq gələcəkdir. Allah Təala çətinlikdən uzaq olmağın yollarından birini günahdan çəkinməkdə görür.
“Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar.Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir; həqiqətən, Allah (varlıq aləmində mahiyyət, kəmiyyət, keyfiyyət, varlıq əlamətləri, ömür müddəti baxımından) hər bir şey üçün müəyyən bir ölçü qoymuşdur”. (“Təlaq” 2-3).
Uca Allahın tövsiyə etdiyi başqa bir yol isə namaza təvəssül etməkdir. Hədislərdə oxuyuruq ki, nə zaman İmam Əli (ə) çətinliyə düşsə idi, namaz qılar və namaz vasitəsilə yardım istəyərdi...


Allah-Taala (c.c) qiyaməti dərk etmək üçün hansı üç dəstə ayələri oxumaq lazımdır?!


Əgər insan nəfsini tərbiyə edərək, Allaha tərəf hərəkət edərsə, yeni maarif yolları onun üzərinə açılar. Bir çox həqiqətləri dərk edər. İnsanın Allahı və məadı dərk etməsi üçün üç dəstə ayələrə diqqət etməsi zəruridir.
1. O ayələr ki, həqiqi Məbdə və Xaliqin Allah olduğunu bildirir. İnsanın Allahla rabitəsinin qət olmaması üçün gərək daima Allahı və Onun nemətlərini xatırlasın. Necə ki, buyurur: “Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir”. (“Bəqərə” 231).
2. O ayələr ki, seyr və suluk yolunun Allaha tərəf olduğunu vurğulayar. Quranın nəzərinə görə, insanlar dünya və axirətdə aydın qəlbli və kor qəlbli olurlar. Aydın qəlbli insanlar o kəslərdir ki, Qiyamət günü əməl dəftərləri sağ əlinə verilər. Onu oxuyub görə bilərlər. Ancaq o insanların ki, qəlbi kordur, onlara fərqi yoxdur ki, əməl dəftərini hansı əlinə verəcəklər. Bu batini korluq dünyadan başlayar....


Qurani Kərimdə günahkarları tövbə dəvət edərək ümid verən ayə hansıdır?!


Təfsirçilərin nəzərinə görə, Quranın bu ayəsi – ən mehriban ayə hesab olunur. Belə ki, Quran buyurur: “De: “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. (“Zumər” 53). Hədislərdə oxuyuruq ki, bu ayə nazil olan zaman şeytan (lən) qəzəbində elə nalə çəkir ki, özündən gedir. Deyir ki, bu ayənin nazil olması ilə mən çarəsiz oldum. Allah bu ayə ilə mənim belimi sındırdı. Çünki mən insanı yolunu azdırmaqda hər nə qədər səy etsəm də, Allah bu ayə ilə onlara bağışlanma vədəsi vermişdir.
Bu ayədən çıxartdığımız nəticələr: 1. Allah bu ayədə günahkar bəndələrinə bağışlanma vədəsi verir. 2. Onlarda ümid çırağını yandırır...


Qurani Kərim buyurur: \"Əhdi pozanı 5 ilahi əzab gözləyir?!\"


Qurani-Kərimdə buyurulur: “Həqiqətən, öz əhd-peymanları və andları(nı – dini qəbul etmək barəsində olan əhd-peymanlarını və haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində ucuz bir qazanc (vəzifə və mal) əldə edən kəslərin axirətdə bir payları yoxdur. Həmçinin, Allah onlarla danışmayacaq, Qiyamət günü onlara (rəhmət) nəzər(i) salmayacaq, onları paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır”. (“Ali-İmran” 77).
Bu mübarək ayədə əhdi pozanları gözləyən beş İlahi əzaba işarə edilmişdir: 1. Axirətdə bəhrəsiz qalmaq. 2. İlahi xitabdan məhrum olmaq. 3. İlahi lütfdən məhrum olmaq. 4. Günahdan pak olmaqdan məhrum olmaq. 5. Ağrılı əzaba düçar olmaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter