Dostların və dostluğun əhəmiyyəti Quran ayələrində necə dəyərləndirilir?
Quran mənəviyyatsız insanlarla dostluğu əbədi peşmançılıq adlandırıb. Quran faydasız, zərərli dostlar barəsində buyurur: یا وَيْلَتىٰ لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلاٰناً خَلِيلاً Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Qurani Kərim yanlış dostluğu tənqid edir, yanlış insanlarla yoldaşlığı əbədi peşmançılıq adlandırır. Çünki yanlış insanlarla yoldaşlıq insanı yalnış istiqamətə çəkir, insanı öz mühütündə yetişdirir. Bu səbəbdən mənəviyyat sahibi olan insanlarla birgə olan insan da mənəviyyatdan bəhrələnir. Əxlaq və mənəviyyatı olmayan insanlar da ətrafına özlərinə məxsus təsir qoyurlar. Bu səbəbdən Quran onlarla yoldaşlığı peşmançılıq adlandırıb.
Möminlərə can yandırmaq! Hz Peyğəmbər (s) ən gözəl nümunə
\"Sizə özünüzdən elə bir elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə (sizin hidayətinizə) qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhimlidir.\" (Tövbə, 128).
Bu, din öndərlərinin və gerçək möminlərin xüsusiyyətidir. Belə ki onlar başqalarının azğınlıq və qəflətinə dözmürlər. Bütün varlıqları ilə onları hidayət etməyə, yol göstərməyə çalışırlar. Yuxarıdakı ayədə bu həqiqəti bəyan etməklə yanaşı Peyğəmbərin (s) möminlərə can yandırması və mehribanlıq göstərməsinə də işarə olunmuşdur./nur-az
Hədis: İslam peyğəmbəri (s): “Allah məni mərhəməti yaymaq üçün göndərmişdir.” (Kafi, c. 2, səh. 159, hədis: 8).
Sübh namazına aid olan Quranda qeyd olunan ağ sapla qara sapdan məqsəd nədir?
Cavab: Ağ sapdan məqsəd, gün işığı və qara sapdan məqsəd gecə qaranlığıdır. Fəcr, üfüqdə üfüqi şəkildə yayılan işıqdan ibarətdir ki, gecənin qaranlığı içində ağ bir kəndir kimi fərq edilir. Əlbəttə, gecənin sonunda iki fəcr baş verir. Biri kazib (yalancı) fəcrdir ki, onun işığı olduqca qısadır və üfüqdə şaquli şəkildə çıxıb dərhal itir. Digəri isə sadiq (doğru) fəcrdir ki, onun işığı üfüqdə üfüqi şəkildə yayılır. Ayənin məqsədi sadiq (doğru) fəcrdir. Bu səbəbdən sadiq (doğru) fəcr ortaya çıxmadan əvvəl yemək yeyə bilər və doğru fəcr üfüqdə özünü göstərdiyi anda isə imsaq etməlidir. Bu fəcrlə (günəş şəfəqi ilə) b birlikdə sübh namazının da vaxtı girmiş olur....
Quranın and içdiyi nəfsi-ləvvamə və ya vicdanı necə tanıtdırır?
Bu ayələrdən biri də Qiyamət surəsinin 2-ci ayəsidir: “And içirəm özünü qınayan nəfsə!” Əxlaq ustadları nəfsi bir neçə məqamlara bölürlər ki, binlardan biridə “ləvvamə” nəfsdir. Bu nəfs insanı pisliyə sürükləyən “Əmmarə” nəfsdən sonra gəlir. Əmmarə nəfs insanı günaha sövq edən, onun gözünü kor edən nəfsdir. Ləvvamə nəfs isə ona etdiyi günah müqabilində peşmançılıq hissi yaşadan nəfsdir. Hətta bəziləri Ləvamə nəfsə danlayan nəfs də deyir. Təfsir-mizanda Ləvvamə nəfs insanda olan vicdan kimi təqdim olunur. Qeyd olunur ki, Ləvvamə nəfs möminin nəfsidir. O, hər hansı bir layiq olmayan iş gördükdə peşman olur. Daxili hissi onu danlayır. Bu Allahın ona bəxş etdiyi vicdanıdır...
“Qaya üzərində bir ovuc torpaq” ayəsi nəyi izah edir?
Qurani Kərimin müxtəlif növ ibarələri vardır. Bəzən bir mətləbi qəti şəkildə çatdırır, bəzən isə mətləbi başa salmaq üçün müxtəlif misallardan istifadə edir. Bu kimi misallardan biri də “Qaya üzərində bir ovuc torpaq” misalıdır. Ayə münafiq və ya riyakarları tənqid edən, onların əməllərinin bəhrəsiz olacağını bəyan edən ayələrdəndir. Ayədə buyrulur: “Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə nail olmazlar.” (Bəqərə-264)...
Quranda “Altından çaylar axan cənnətlər” ayəsi hansı mənanı ifadə edir?
Cavab: Təfsiri-mizanda bu barədə deyilir: Cənnət çoxlu sıx ağaclardan ibarət bir bağdır. Bizim bildiyimiz sıx abğlar kimi. Cənnət adlanmasının mənası öz sıxlığı ilə yerin üstünü örtməsi mənasındadır. (Cənnət “cinnə” sözündən olub örtmək, bükülü mənasındadır). Sız ağaclar yerin səthini altına alıb örtür, günəş şüalarından qoruyur. Bu səbəbdən altından axan çaylar kimi ifadə işlətmək doğrudur (normaldır). Yox əgər yerdə bir qism ağac olarsa altından çaylar axan ifadəsini işlətmək məqsədə uyğun olmazdı. Necəki Quranda belə bir yer abad və rahat yer kimi qeyd olunur: “Məryəm oğlunu (İsanı) və (bakirə) anasını bir möcüzə etdik. Onları abad (rahat) və axar sulu uca bir yerdə yerləşdirdik.” (Muminin-50) Bu ayədə abad və axarsulu kimi vəsf edilib. Qeyd- (Altından çaylar axır ifadəsi sıx ağaclardan ibarət yerə aiddir)
Mənzillərimiz necə olmalıdır? – Quranın nəzəri
Ustad Qiraətinin buyurduqlarından bəlli olur ki, Quranın məskən barəsində dəqiq nəzərləri vardır. Quranın nəzərində münasib olan məkan necə olmalıdır?
1. Rahatlıq yeri olmalıdır. “Allah evlərinizi sizin üçün məskən və rahatlıq yeri etdi, dördayaqlıların dərisindən səfər gününüz və səhranişinlik vaxtlarınızda asanlıq və rahatlıqla daşıdığınız (daşınan) evlər qoydu və onların yun, tük və qıllarını müəyyən bir müddətədək ev əşyası və istifadə avadanlığı etdi”. (“Nəhl” 80). Yəni, qaldığımız məkan elə olmalıdır ki, bizə hüzur gətirsin. Bayırın səs-küyündən uzaq olsun və ruhumuzu rahatlada bilsin.
2. Örtülü olmalıdır. Çox təəssüf ki, bu gün bina evlərində yaşayan insanların həyatları bir-birindən gizli və örtülü deyildir. Çünki bəzən insan həyası əldən gedir. Halbuki, ev həm həyanın və həm də iffətin qoruyucusu olmalıdır. Başqa insanlar daxildə baş verənlərdən xəbərdar olmamalıdır...
Quran nə üçün peyğəmbərləri Allahın minnəti hesab edir?
“Allah möminlərə minnət qoydu (lütf etdi). Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.” (Ali-İmran-164) Quran bu elçiləri ilahi minnət adlandırır və bunun səbəbini bəyan edir. Həm də məhz möminlər üçün. Çünki bu nemətin qədrini yalnız mömin bilər. Quran bu mətləbi (elçilərin minnət olması) bəyan etməklə yanaşı nemətin səbəbini də açıqlayır. Bu ilahi elçilər Allahın ayələrini insanlara oxuyur, bu ayələri açıqlayır və gizli mətləbləri bəyan edirlər. İnsanlara əxlaqı, düzgün davranışı, bir-birinin haqqını necə qorumağı, nəyin haram və halal olmasını, davranış qaydalarını öyrədir. Həmçinin bu ilahi elçilər insanlara Allah qanunlarını (şəriəti) öyrədir, insanlar üçün mühüm olan tibbi və elmi biliklərin yolunu göstərirlər. Hətta tarixdə bir çox ilklər vardır ki, onları insanlara peyğəmbərlər öyrədib, yaxud yolunu göstərib.
Münafiqlik və Quranın bu barədə işarə etdiyi incə mətləbi nədir?
“Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər.” Münafiqlərin bir xisləti özlərini aldatmalarıdır. Quranın digər bir bəyanı “Onlar namaza durduqları zaman” ifadəsidir. Ayədə onların namaz qıldıqları zaman deyil, namaza durduqları zaman ifadəsi işlənib. Bu da o deməkdir ki, onlar namaz qılan deyillər. Həmçinin namaz tək zahiri əməli hökümdən ibarədt deyil, əksinə zahiri əməl ilə bərabər insanın niyyətində və qəlbində də olmalıdır.
“And olsun ata və oğula” – Quranın and içərək diqqət çəkdiyi ata və oğul kimdir?
Cavab: “Məcməul-bəyan” (Şeyx Təbərisi) təfsirində belə deyilir ki, ayədən məqsəd Adəm və övladlarıdır. Çünki onlar Adəmdən sonra möcüzəvi şəkildə dünyaya gəlir və dünyanı abad edirlər. “Mizan-təfsirin”də ata və oğul barədə deyilir: Məqsəd İbrahim (ə) oğlu İsmaildir (ə). And feli ilə and içilənlər arasında əlaqə yaratdıqda və şəhərə (Məkkə) and içildiyinə görə bu şəhərin əsasını qoyanlar həzrət İbrahim və oğludur (ə). (Çünki Bəqərə surəsinin 127-ci ayəsində buyrulur: O zaman ki, İbrahimin və İsmailin evin-Kəbənin- təməlini ucaldırdılar).Surənin ilk ayəsində Məkkəyə and içilir, bu şəhərdə yaşayan peyğəmbərə (s) müraciət olunur və şəhərin əsasını qoyan İbrahim və İsmailə (ə) işarə olunur.