İslam dini uşağı döyməyə icazə verirmi?


İslam dinində uşağı tərbiyə məqsədilə tənbeh etməyə icazə verilir. Ancaq əgər o həddə çatar ki, diyəsi vacib olar, haramdır. Yəni əgər bir valideyn uşağı elə vura ki, əti göyərər - bu əməl haram hökmündədir.


Din nədir?


Din – peyğəmbərlərin Allah tərəfindən bəşəriyyəti hidayət etmək və onlara yol göstərmək üçün gətirdiyi bir sıra elmi, əxlaqi və əqidəvi göstərişlərdən ibarətdir. Bu əqidələrə e`tiqad bəsləyib onun göstərişlərini yerinə yetirmək insanın hər iki dünyada səadət və xoşbəxtliyini tə`min edir.


ALLAH İNSANI NƏ ÜÇÜN YARATDI?


Allah-taala insanı ali bir hədəfə yetişmək üçün yaratmış, həmin hədəfə yetişməsi üçün onu müxtəlif qüvvələrlə təmin etmişdir. Bu hədəf insanın Allah-talanın bəndəliyi və Onu tanımaq məqamına yüksəlişdən başqa bir şey deyil. Həmin hədəfə yetişən insan Allahın uca xəlifəlik-canişinlik məqamına çatmış olur.


Həya İlə İmanın nə əlaqəsİ var?!


Bismillahi və billahi və fi səbilillahi və əla milləti rəsulillah (s)
Bildiyiniz kimi, insan çox mürəkkəb bir varlıqdır və bu mürəkkəbliyin səbəbləri onun batini aləmində yatan rəngarəng fitri istedadlardır. Bu varlığın tam mahiyyətini yalnız onu yaradan Uca Xaliq bilir.


HƏQİQİ İBADƏT NECƏ OLUR?


Allah Təalanın buyurduğuna və Əhli-beytin (ə) çatdırdığına görə ən düzgün və sağlam ibadət o ibadətdir ki, dünya və axirətin müsbət təsirinə malik olsun. Tərkibi beş həqiqətlədir. Bu beş həqiqət o zaman ki, bir-birinin yanında olar - Pərvərdigarın insanlardan istədiyi həmin ibadətə çevrilər.


Namazda fİkrİn dağılmasına nə səbəb olur?


Namazda diqqətin yayılmasına səbəb olan amillər bunlardır:
1. Xəyalpərəstlik və onu cilovlaya bilməmək. İnsanın xəyalı quşa bənzər, bir budaqdan başqasına tullanar. Bir yerdə sabit qalmaz. Bu da dünyaya olan sevgidən irəli gəlir.


İnsan nə etməlİdİr kİ, mələklərlə bİrgə olsun?


İnsan nə etməlİdİr kİ, mələklərlə bİrgə olsun?Hər bir insanın həyatında müxtəlif arzuları vardır. Bu arzular içərisində mələkləri görmək və onlarla birgə yaşamaq arzusu da az deyildir. Bu mövzunu təsəvvür etməyin özü belə şirindir. Ancaq bəziləri üçün mələk dedikdə ölüm mələyi yada düşər və onlar ölümü xatırlayarlar. Başqa mələklərin varlığı onların heç zehninə də gəlməz. Ancaq bunu bilməliyik ki, hal-hazırda hər birimizi əhatə edən bir neçə mələk vardır.


Quranın Tövrat və İncillə FƏRLƏRİ NECƏDİR?


Quranın Tövrat və İncillə FƏRLƏRİ NECƏDİR?Quranın təkallahlıq, ilahi sifətlər, Peyğəmbər (s)-ın əzəmət və şəxsiyyəti haqda irəli sürdüyü mülahizələri dəfələrlə öncəki saylarımızda oxumusunuz. İndi isə Tövrat və İncilin bu haqda verdiyi məlumatları nəzərdən keçirməyinizi və sonra onu Quranla müqayisə etməyinizi tövsiyə edirik.


HƏdis nəql edənlər neçə qİsmdİR?


Bir şəxs həzrət Əlidən (ə) uydurma hədislərdən, xalq içində hədis edilən, ancaq bir-birinə uyğun gəlməyən xəbərlər haqqında soruşduqda o cavab verdi:
İnsanların əllərindəki hədislər haqq və batildir, doğru və yalandır. Bəzisi bir hökmü pozur, bəzisinin hökmü ləğv edilmişdir. Ümumi olanı var, xüsusi olanı var. Eləsi var, mənası aydındır, eləsi var, şübhəlidir, şərhə ehtiyac duyur. Hədis edən əzbərləmişsə, doğru hədis edər: unutmuş, uydurmuşsa, yanlış hədis edər.


Mömİn kİmdİr?


«Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman imanları daha da artar, onlar ancaq öz Rəbbinə təvəkkül edərlər.* O kəslər ki, namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.* Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları bağışlanma və tükənməz, gözəl ruzi gözləyir.»


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter