Mübarək Ramazan ayında xüsusi diqqət edilməli lazım olan 4 əməl!


Mübarək Ramazan ayını əziz tutmalıyıq. Bu ayda Allah Təala ilə daha yaxın ola bilər və daha yaxın rabitə qura bilərik. Əgər bu ayın fəzilətirini dərk etməsək, bu fürsəti əldən vermiş olarıq. Ona görə də elə ilk gündən özümüz üçün xüsusi bir proqram quraq və ona əməl etməyə çalışaq.
Ramazan ayı – orucun vacib olduğu aydır. Bundan əlavə, məsləhət görülən bir sıra əməllər də var. Əziz Peyğəmbərimiz (s) bizə bu ayda dörd əməli tövsiyə edir. (Tebyan)
1. Dua. Seyyid ibni Tavus İmam Sadiqdən (ə) və İmam Kazımdan (ə) nəql edir ki, buyurublar: “Ramazan ayının ilk günündən son gününə qədər vacibatlardan sonra bu duanı oxu: “Allahummərzuqni həccə bəynəkəl hərami fi ami haza və fi kulli am”. Həmçinin hər bir vacib namazdan sonra bu duanı oxu: “Ya Əliyyu, ya Əzim, ya Ğəfuru, ya Rahim”.
2. Quran qiraət etmək. Ramazan ayının gündüzlərində, gecələrində ən yaxşı əməl - Quran qiraət etməkdir. Belə ki, Quran Ramazan ayında nazil olmuşdur. Hər bir şeyin baharı vardır və Quranın baharı - Ramazan ayıdır....


Orucun nə faydası vardır ki, Uca Allah ona əməl etməyə təkid edir?


Mübarək Ramazan ayı gəlməkdədir və Allah Təala bu ayda hər bir sağlam bəndəsinə oruc tutmağı əmr etmişdir. Bəs orucun nə faydası vardır ki, Uca Allah bu qədər ona əməl etməyə təkid edir?
1. Oruc insanın təqvasını gücləndirər və ixlaslı olmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: “Allah Təala buyurmuşdur: “Oruc Məndəndir və mükafatını də Mən verirəm””. Həzrət Zəhra (s.ə) buyurur: “Allah orucu, ixlası möhkəmləndirmək üçün vacib buyurmuşdur”.
2. Dünya və axirət əzabına mane olar. İmam Əli (ə) buyurur: “Oruc mədəni daraldar, əti tökər və cəhənnəmin yandırıcı istisindən uzaq tutar”.
3. Cismə və ruha hüzur gətirər. Oruc tutan insan bir ay boyunca bədənində olan toksin və zərərli maddələrdən təmizlənər. Eyni zamanda ruhu da hüzur tapar və Ramazan ayının bərəkətləri ruhunu paklaşdırar. Ona görə də Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, sağlam qalasınız”...


Ayətullah Ğiyasələddin Taha Muhəmmədinin oruc tutanlara tövsiyəsi!!


Ayətullah Ğiyasələddin Taha Muhəmmədinin dəyərli fikirlərinə diqqət edək. Alim demişdir: “Ramazan ayı – Allah qonaqlığı və Quran nazil olduğu aydır ki, onda əməllər haqqında düşünmək üçün münasib zaman vardır. Özünütərbiyə və qəflətdən uzaq olmaq üçün ən yaxşı fürsətdir.
“Rəməz” sözünün mənası “yandırmaq” deməkdir. Həmin ayda Böyük Allah, bəndələrinin günahını yandırar. İnsan bu ayda elə rəftar etməlidir ki, əməl və rəftarı oruc olduğundan xəbər versin.
Bu ayın orucundakı aclıq və susuzluq gərək Qiyamət günündəki aclıq və susuzluğu xatırlamağa yardım etsin. Hədislərə görə, əgər kimsə Ramazan ayında bağışlanılmazsa, gərək gözləsin ki, həcdə, Ərəfat çölündə İlahi rəhmət mehi ona tərəf əssin...


Allah-Taala (c.c) dərgahında ən çox nifrət olunan şəxs kimdir?!


İmam Sadiqdən (ə) Soruşurlar: “Allah yanında nifrət olunan kəs kimdir?”.İmam (ə) buyurur: “O kəs ki, Allahı ittiham edər”.
Soruşurlar: “Allahı ittiham edən kimsə vardırmı?”.İmam (ə) buyurur: “Bəli, o kəs ki, Allahdan xeyir istəyər və ona çatan xeyirdən xoşu gəlməzsə və qəzəblənərsə, ona görə Allahı ittiham edər”.
“Başqa kim ittiham edər?”. İmam (ə) buyurur: “O kəs ki, Allahdan şikayət edər”. Soruşurlar: “Allahdan şikayət edən kimsə vardırmı?”. İmam (ə) buyurur: “Bəli, o kəs ki, bəla görən zaman ona çatmamış şikayət edər və insanlara deyər”.
Soruşurlar: “Başqa kim?”.İmam (ə) buyurur: “O kəs ki, ona əta olunan zaman şükür etməz. Bəla görən zaman səbir etməz”...


Xəta edəndə, 7 saat ərzində hansı zikri deyənə günah yazılmaz?!


Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, tövbə edər, ancaq pis dostlarını dəyişdirməz – tövbə etməmiş olar”. İmam Əli (ə) buyurur: “O kəs ki, tövbə edər, gərək cismi itaətin çətinliyini dadsın, necə ki, bu cisim günahın şirinliyini dadmışdır”. İmam Sadiq (ə) buyurur: “Tövbənin şəraiti budur ki, tərk etdiyin vacibatın qəzasını yerinə yetirirsən”.
İmam Əli (ə) buyurur: استغفر و الله ربي و اتوب اليه \"Əstəğfirullahə Rabbi və ətubu iləyh\" zikri ilə batininizi xoş ətirli edin ki, günahın pis iyi sizi rüsvay etməsin”.
İmam Sadiq (ə) buyurur: “Hər kim günah edər, gündüzdən 7 saat ona möhlət verilər ki, (tövbə etsin). Əgər 3 dəfə desə:
استغفر الله الذي لا اله الا هو الحي القيوم \"Əstəğfirullahəl-ləzi lə iləhə illə huvəl-həyyul-qayyum\" Həmin günah onun üçün yazılmaz”....


İnsan Allahı sevib-sevmədiyini necə bilə bilər?


Həzrət İsaya (ə) sual verirlər ki, ən üstün əməl hansıdır?”. Buyurur: “Allahdan razı olmaq və Onu sevmək”.
İmam Sadiq (ə) buyurur: “İlahi övliyaları və onların vilayətini sevmək vacibdir. Onların düşmənlərindən bezar olmaq da lazımlıdır”.
İmam Baqir (ə) buyurur: “Bil ki, (insanlara) yaxın olmaq – Allahdandır. (İnsanlarla) düşmən olmaq – şeytandandır”.
İmam Əli (ə) buyurur: “Məbada Allahın düşmənini sevəsən və ya Allahın dostu olmayanlar üçün dostluğunu xalis edəsən. Çünki hər kəs hansı dəstəni sevər, onlarla məhşur olar”....


Hz Peyğəmbərin (s) hədisinə əsasən düzgün olmayan ümid necə olur?!


Həzrət Peyğəmbər (s) buyurur: “Zirək insan o kəsdir ki, özünü hesaba çəkər. Ölümündən sonrası üçün əməl edər. Nadan isə o kəsdir ki, nəfsi istəklərinin ardınca gedər, əməl etmədən Allaha ümid bəsləyər”.
Şeytani ümid=Həzrət Peyğəmbərin (s) bizə buyurduğu kimi, nadanların ümidi - şeytani ümiddir. Şeytan bu yolla insanları rahatladar və müxtəlif cür günahlara həvəsləndirər. Şeytan qoymaz ki, bu cür insan özünü müalicə etsin. Zəlalət quyusundan çıxmağa imkan verməz.
Bəzi insanlar deyir ki, Allaha ümid edirəm. Ancaq saleh əməllərə üz çevirməzlər. Onlar yersiz arzular etmiş və ona görə də günahlarının sayını artırmışdırlar. O kəs ki, Allaha ümid edər, gərək Onu əməlinin vasitəsi və mehvəri qərar versin. O kəs ki, İlahi əzabdan qorxar, gərək günahları tərk etsin. Əməli olmadan ümid bəsləmək - ağılsızlıqdır....


Evlənməklə əlaqədar xanımların altı səhv addım və düşüncəsi!


Ailə həyatınızın xoşbət və həmişəlik olmasını istəyirsinizsə düzgün seçim etməlisiniz, gələcək həyat yoldaşınızı seçməkdə sizin meyarınız onun İmanı, Ağılı, Düşüncəsi, Əxlaqı, Həyası, Əqidəsi, Elm və Biliyi, Abırlı və namuslu ailənin üzvü olması... əsas götürülməlidir.
1- Yaşıdlarım hamısı evlənib!! Evlənməklə əlaqədar birinci səhv addım insanın öz həmyaşıdlarının və ya sinif yoldaşlarının hamısının evlənməsindən təsirlənərək tələsik evlənmək qərarına gəlməsidir. Evlənmək üçün bu çox məntiqsiz bir dəlildir. Belə olan halda insan adətən kiminlə gəldi evlənir, bu da onun qurduğu ailənin davamlı olmasına mane olur, bir çox hallarda onlar boşanmalı olurlar.
2- Belə elçi ələ düməz!! Evlənməklə əlaqədar ikinci səhv addım gələn elçiləri məhəllələrindəki camaatdan və ya ümumiyyətlə tanıqdıqları insanların arasında daha yaxşı mövqedə olduğunu düşünərək gələn elçiləri qəbul etməkdır. İstər qız üçün gəlmiş oğlan evi elçiləri, istərsədə oğlan evinə qızları barədə eşitdirmək üçün gəlmiş yaxınlardan və ya qohumlardan ibarət insanlar. Bunu evlənməyə səbəb bilməyin. Siz elçi gələnlərlə yox, qohumlarınızla yox, bəyəndiyiniz və xoşunuza gələn insanla ailə həyatı qurmalısınız...


İslam şəriətinə görə hər günah və zülmün özünə məxsus tövbəsi vardır?!


Hər bir günah özünəməxsus tövbə istəyir. Ona görə də zülmə görə edilən tövbələr də fərqlidir. Belə ki, zülmün üç növü vardır: Allaha qarşı edilən zülm, insanlara edilən zülm, özünə edilən zülm. O zaman ki, bəndə Allaha qarşı zülm edər, tövbəsi o vaxt yerinə yetər ki, bu günahına görə nalə çəkib, sızlasın və günahın təsirini aradan aparmaq üçün vaciblatları vaxtında icra etsin və haramlardan çəkinsin.
O zaman ki, bəndə insanlara zülm edər, xüsusilə də mal və ya canlarına qarşı – istiğfar və tövbədən başqa, onların razılığını alması da zəruridir. Bu zalım gərək özünü qisas məqamında qərar versin. Diyə versin və ya malı geri qaytarsın...


Nə üçün beş dəqiqəlik namaz bizə bir saat kimi gəlir?!


İmam Cəfər Sadiq əleyhissalam buyurur: \"İnsan namaza duranda Allah Taala üzünü ona tərəf tutub ona baxar, bu üz tutub baxma üç dəfəyə qədər davam edər, üç dəfənin heç birində bəndə Allaha məhəl qoymazsa Allah Taala ondan üz döndərər\"-- Biharul ənvar 81-ci cild 241-ci səhifə - Vəsailuş şiə 7-ci cild 288-ci səhifə .
Hədisin şərhi: 1- İmam Cəfər Sadiq əleyhissalamdan nəql edilmiş bu hədisin əvvəlində İmam buyurur:
\"Allah Taala üzünü ona tərəf tutub ona baxar\". Bu cümlədən məqsəd budur ki, Allah Taala lütf və qayğısını insana tərəf yönəldər. Deməli insan Allah Taalaya tərəf üz tutsa Allah Taala da ona üz tutar. Yəni, namaz qılan insanı Öz lütfünə, rəhmətinə və qayğısına cəlb edər. İnsan həqiqətdə Allahına qovuşar. Bax bu elə həmin qovuşmadır ki, məsumlar və ariflər bundən ləzzət almış, bu ləzzətdən məhrum olmamağı daima Allah Taaladan istəmişlər...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter