Niyə bəzən ailədə pulun bərəkəti olmur?
Ayətullah Fatimi Niya buyurur: “Münaqişə və davalar batini nuru söndürər. Bir çox halsızlıqlar və sevincin olmaması münaqişələrə görədir. Çox az ev vardır ki, orada kobudluq olmaz. Gün ərzində çox az evdə dava olmaz. Buna görə bərəkət evdən gedər. Hətta əgər sən haqlı olsan belə, cüzi və şəxsi mövzularda münaqişə etmə. Çünki münaqişə küdurət gətirər”. Həzrət İmam Sadiqdən (ə) nəql edirlər: “Münaqişə etməkdən çəkinin ki, qəlbi məşğul edər. Nifaqa səbəb olar, kin yaradar”.
İmam Əli (ə) buyurur: “O kəs ki, münaqişə etməkdə həddi aşar – günahkardır. O kəs ki, münaqişə etməkdə səhlənkarlıq edər – (özünə) zülm etmiş olar. Dava edən İlahi təqvaya malik ola bilməz”. İmam Baqir (ə) buyurur: “Münaqişə dini məhv edər, əməli batil edər, şəkk və şübhə yaradar”. İmam Sadiq (ə) buyurur: “Din barəsində münaqişə etməkdən çəkinin ki, o qəlbi Allah Təalanı yada salmaqdan saxlayar. Nifaqa səbəb olar, kin yaradar və yalanın qapılarını açar”...
Müsəlmanla mömin arasında nə kimi fərq var?
Cavab: Quran buyurur: “Allah İbrahimə “Rəbbinə təslim ol” buyurduqda, İbrahim “aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)” deyə cavab verdi.\"Ayədən göründüyü kimi Allahın əmrləri qarşısında təslim olan insan müsəlman olur. Amma müsəlmanlığın dərəcələri vardır.
“Hucurat” surəsinin 14-cü ayəsində oxuyuruq: “Bədəvilər “biz iman gətirdik”, dedilər. De ki, siz iman gətirmədiniz “Biz islamı qəbul etdik”, deyin. Çünki hələ iman qəlblərinizə daxil olmamışdır.” Demək, İslamın ilkin dərəcəsi onu dil ilə qəbul edib, şəhadət kəlməsini deməkdir.
İmam Sadiq (ə) buyurur: “Çox vaxt bəndələr sadəcə müsəlman olaraq qalır, möminliyə yol tapa bilmirlər. Allahın qadağan etdiyi günahlara yol verən şəxsi mömin yox, müsəlman kimi qəbul etmək lazımdır.\"...
Dua etməzdən əvvəl Allahın hansı 8 adı deyilsə, dua qəbul olunar?!
Həzrət Peyğəmbər (s) buyurur: “Allahın səkkiz adı vardır ki, ərşin sütununda, günəşin qəlbində, behiştdə və Tuba ağacında yazılmışdır. Hər kim dua etməzdən əvvəl onları deyərsə, duası yerinə yetər. Bu səkkiz ad ibarətdir: یا دائِمُ ,یا حَیُّ, یا وتْرُ, یا فردُ, یا اَحدُ, یا قَویُّ, یاقَدیمُ, یا قاد
“Allah” adı Quranda 980 dəfə istifadə olunmuşdur. Allahın bütün camal və cəlal sifətləri bu adda cəm olmuşdur. Bu ad, Allahın müqəddəs zatına işarə edir. Ona görə də nə zaman “Allah” sözü deyilər, Allahın bütün gözəl adları deyilmiş olar.
İmam Əli (ə) buyurur: “Hər kim Qurandan Allahın 100 ayəsini hansı yerindən olursa-olsun oxuyarsa və ondan sonra yeddi dəfə “Ya Allah” deyərsə, əgər daşa oxuyarsa, Allah Təala onu parçalayar”.
İşlərimizdə “İnşəallah” demək lazımdırmı?
“Və heç bir şey barəsində «mən sabah onu mütləq yerinə yetirəcəyəm» demə (çünki yaradılış səbəbləri, hətta insanın iradə və istəyi, Allahın iradə və istəyindən asılıdır). Yalnız (belə de: «Əgər) Allah istəsə, (filan işi edəcəyəm»). Və («inşəallah» deməyi) unudanda, öz Rəbbini yada sal və de: «Ümid var ki, Rəbbim məni bundan daha yaxın (bir yol)a – təkamülə və haqqa doğru yönəltsin.
Bu ayələrdən bəlli olur ki, hər bir işdə “İnşəallah” demək bəyənilən əməldir. Bəzən insan qafil halda gələcəyi barəsində bəzi şeylər deyər. Misal üçün deyər ki, mən filan zaman filan işi görəcəyəm. Halbuki, beş dəqiqə sonra həyatında nələrin baş verməsindən qafil olar. Ona görə bu ayə möminlərə bir qaydanı tövsiyə edir. Heç bir zaman bir iş haqqında demə ki, mən sonra bu işi görəcəyəm. Bəlkə bir qədər gələcəyini düşün və de ki, Allah istəsə, mən bu işi görəcəyəm. Bu əməlinlə Allah qarşısında özünü müti göstərmiş olarsan...
Həftənin günlərinin qısa zikrləri və tərcüməsi ....
Dua kitablarında həftənin hər gününün, eləcə də ayın hər gününün və gecələrinin müstəhəb zikr və duaları qeyd edilmişdir. Bu zikr və duaların həcmi və oxunuş şərtləri fərqlidir. Onları oxumaq vacib deyil, müstəhəb sayılır, yəni bəyənilir və böyük savabı var. Həftənin hər günü üçün aşağıdakı zikrlərin 100 dəfə və daha artıq təkrar edilməsi gözəl əməldir:
Bazar ertəsi – “ya Qaziyəl-hacat” (ey ehtiyacları yerinə yetirən).
Çərşənbə axşamı – “ya Ərhəmər-rahimin” (ey rəhmlilərin ən rəhmlisi).
Çərşənbə - “ya Həyyu ya Qəyyum” (ey hər kəsə həyat verən və hər kəsə dayanıqlıq bəxş edən)....
Şübhə-7: Allah özünə həmd (şükr və tərif) edilməsini istəyir deyə eqoistdir.
Cavab: Əgər seçim olarsa, şəxsin mən deyə cümləyə başlaması eqoizm əlaməti olaraq qəbul edilə bilər. Amma Allah tək olduğu üçün, həmd edilməsini istəməsi eqoizm
yox, doğrunu söyləməyimizi istəməsidir. Yəni Allah biz 1000 dəfədə “Allahu Əkbər” desək də, Allah ən ucadır. Bunun ona təsiri olmaz. Amma bizə psixoloji təsiri olar ki, buda gündəlik həyatımıza yansıyar. Və bizim passiv yaxşıdan, aktiv yaxşıya çevrilməyimizə səbəbiyyət verər.
Namazda hansı şərtə diqqət yetirmək ibadəti həqiqi Allah istəyən namaz edər?!
Namazın bir zahiri vardır ki, ona əməl etmək vacibdir. Dəstəmaz alırıq, səcdəyə və rükuya gedirik. Namazın surələrini düzgün tələffüs edirik və bu kimi. Bunlar – namazın zahiri əhkamlarıdır. Batini hissə odur ki, qıldığımız namazda Allaha diqqət edərik və qəlbimizlə Allahla əlaqə yaradarıq. Bu, həccə bənzəyir ki, insan Kəbənin Sahibinə olan eşqinə görə, bu müqəddəs məkanın hər tərəfini qucaqlayıb öpmək istəyir. Sanki kimisə itirmişdir və bütün qəlbi və ruhu ilə onu tapmağa çalışar. Ev sahibini ancaq qəlbi ilə tapar və hiss edər. Namaz da o cürdür. İnsan əgər həqiqi namaz qılmaq istəyirsə, gərək namazda qəlbi ilə Allahla əlaqə yaratsın və Ona olan sevgisini ruhu və canı ilə bəyan etsin. Yəni, namaz Allahla qəlb rabitəsi yaratmaq üçün bir bəhanədir. Namaz bizi Allaha bağlayar və dünyadan qafil edər. Bu cür namaz həqiqi namazdır və qurucu xarakterə malikdir. Mərhum Ayətullah Qazinin şagirdlərindən biri deyir ki, o, namazı xüsusi eşq ilə qılırdı. Bəzən hava soyuq olduğu üçün çoxlu paltar geyinərdi ki, ona soyuq olmasın. Ancaq elə ki, namaz qılardı, istilənər və üst-üstə geydiyi paltarları bir-biri çıxarardı. Mərhum Qazi buyururdu ki, mən saqqalımı girov qoyaram ki, əgər kimsə şövqlə namaz qılarsa, həmin namaz onu kamallara çatdırar....
“Yasin” surəsini oxumağın gizli təsirləri nələrdir?!
1. Bu surə saliki fəal edər. İnsan elə bir məxluqdur ki, Allah onun fitrətinə çox sayda istedadlar qoymuşdur. Əgər bu istedadları feiliyyət halına sala bilərsə, o zaman daha çox irəli gedə bilər. Quranın surələrinin də özünəməxsus sirləri vardır və onların təsir qüvvəsi çox böyükdür. Zahirdə biz onu hiss etməsək də, batində o, öz işini görər. Oxuduğumuz bu surə təsirlərini ruhumuzda göstərər. Bu səbəbdəndir ki, “Yasin” surəsini Quranın qəlbi adlandırırlar.
2. İbadət əməllərinin savabının artmasına səbəb olar. İslam dini hər bir ibadət üçün müəyyən savab və əcrlər təyin etmişdir. Bəzən bir ibadətin savabını başqalarının vasitəsilə artırmaq olar. Misal üçün, namazqılan insan Quran oxuyaraq, savabını daha da artıra bilər.
3. İbadi yüksəlməni sürətləndirər. “Yasin” surəsi elə bir maşına bənzəyir ki, insanın bir saatda gedə biləcəyi yolu on dəqiqəyə qədər qısaldar və insanı məqsədinə tez çatdırar...
İslam maarifinə əsasən insanın günahlarını bağışladan əməllər hansılardır?!
1-Möminlə əl verərək görüşmək!
2-Məscidin təmizlik işi ilə məşğul olmaq!
3-Məscidin işığını yandırmaq!
4-Xəstənin görüşünə getmək!
5-Gözlənilməz xəstəliyə səbir göstərmək!
6-Müsəlmanın dəfn mərasimində iştirak etmək!...
Ramazanın Fitr bayramı niyə belə adlanır?
“Fitr” sözünün mənası “açılmaq” deməkdir. Hədislərdə də bu sözə rast gəlmək olur. Belə ki, Peyğəmbərimiz (s) haqqında gələn hədisdə oxuyuruq ki, Həzrət (s) ibadət etmək üçün o qədər ayaq üstə dayanardı ki, ayağının əti yaralandığı üçün bir-birindən ayrılardı və açılardı. Oruc tutanlara şamil edilməsinin mənası isə budur ki, oruc tutan insan Fitr bayramında ağzını açar, yəni artıq yeyə və içə bilər.
Quranın da buyurduğu kimi, oruc tutmaq başqa dinlərdə də mövcuddur. Ancaq onların bu orucluq əyyamını Fitr bayramı iə bitirməkləri haqqında məlumat yoxdur. Oruc tutmaq İslam ümmətinə aid olan bir şərəfdir. Başqa dinlərdə oruc tutmaq ancaq peyğəmbərlərə (ə) vacib buyurulmuşdu.
Fitr bayramının özünəməxsus əməlləri vardır ki, bu əməllərə başqa dinlərdə rast gəlmək olmur. O cümlədən Fitr bayramına məxsus namazın olması, bayram gecəsində edilən ibadətlər, bu bayramda fitrənin çıxardılması kimi....