Ayətullah Seyyid Əli Sistani ərbəin ziyarətçilərinə hansı tövsiyələri edir?!


Alkawthartv agentliyi Ayətullah Seyyid Sistaninin dəftərxanasına bəzi suallar ünvanlayıb və İmam hüseyn (ə) zəvvarlarına dəyərli tövsiyələr verməsini istəyib. Ayətullah Seyyid Sistani (Allah ömrün uzun eləsin) bir neçə mühüm tətləbə işarə edərək cavab verib: Bismilləhir-Rəhmanir-Rəhim. Həmd olsun aləmlərin rəbbinə. Allahın salamı Rəsulina və pak Ailəsinə olsun.
1. Möminlər gərək diqqət etsinlər ki, Mütəal Allah onlara bu ziyarəti lütf və inayət eliyib.
2. Əhli-Beytin (ə) əmr və göstərişlərinə əməl etmək onlarla yoldaşlıq meyarıdır.
3. Namaz ən üstün ibadətdir. Allaha and verirəm! (3 dəfə) namaza diqqətli olun. Namaz dinin dirəyi, möminin meracıdır. Əhli-Beytdən (ə) hədis var: Namazı sındırana bizim şəfaətimiz nəsib olmaz!...


Yüz min həsənəyə bərabər olan salavat necə deyilir?


İmam Baqir (ə) buyurur: “Hər kim cümə gününün əsr namazından sonra bu salavatı deyərsə, Allah Təala onun üçün yüz min həsənə yazar və onun yüz min günahını məhv edər. Yüz min hacətini yerinə yetirər və onu yüz min dərəcə yüksəldər.
«اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الْأَوْصِیَاءِالْمَرْضِیِّینَ بِأَفْضَلِ صَلَوَاتِکَ وَ بَارِکْ عَلَیْهِمْبِأَفْضَلِ بَرَکَاتِکَ وَ السَّلَامُ عَلَیْهِمْ وَ عَلَى أَرْوَاحِهِمْوَ أَجْسَادِهِمْ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَکَاتُهُ»
(“Allahım! Həzrət Muhəmmədə (s) və onun nəslinə salavat göndər! Onun bəyənilən canişinlərinə, ən üstün salavatları! Ən yaxşı bərəkətlərindən onlara əta et!


İmam Hüseynə (ə) əzadarlıq etməyin hansı 5 bərəkəti vardır?


Hədislərimiz Məsumlar (ə) üçün əza saxlamayı tövsiyə edir və bu əzadarlıqların faydalarını bəyan edirlər. Bu əzadarlıqlar Əhli-beyt (ə) məktəbinin qalıcı olması üçün mühüm amildir. Əzadarlıq məclisləri təşkil etməyin çox sayda bərəkəti vardır ki, onlardan bəzisinə işarə edək:
1. Günahların bağışlanması. Əzadarlığın ilk bərəkəti odur ki, insanın günahlarının bağışlanmasına səbəb olar. Hədislərdə oxuyuruq ki, hər kim İmam Hüseynin (ə) əza məclisinə daxil olar və əzadarlıq edər, onun günahları bağışlanar. Hətta Peyğəmbər (s) Əhli-beyt (ə) müsibətinə göz yaşı tökən insana behişti vacib bilmişdir.
2. Çoxlu savab. Hədislərdə oxuyuruq ki, İmam Hüseyn (ə) ziyarəti üçün həcc və ümrənin savabı bəyan olunur. Hətta bəzi hədislər buyurur ki, hər kim İmam Hüseyni (ə) ziyarət edər, sanki Allahı ərşində ziyarət etmiş kimi olar. Əlbəttə Allah cisim deyildir ki, Öz kürsüsündə əyləşsin. Allahın ərşi deyildikdə, Allahın yer üzərindəki hakimliyi nəzərdə tutulur. Bu hədislərə görə İmam Hüseyni (ə) uzaqdan və yaxından ziyarət etməyin savabı sanki Allahı ərşində ziyarət etməyin savabına bərabərdir...


Əzadarlıq məclislərində gərək bu 2 nöqtəyə diqqət edək!


Tövsiyə olunur ki, bu əza məclislərində 2 mühüm nöqtəyə diqqət edilsin ki, onlardan daha çox bəhrə aparılsın.
1. İmam Hüseynin (ə) bütün ömrü boyu etdiyi əməlləri tanımaq və onlar haqqında təfəkkür etmək. Həzrətə (ə) aid keçirilən əza məclislərində gərək İmamın (ə) həyat tərzinə və ömrü boyu yerinə yetirdiyi əməllərə diqqət edilsin. Hər bir əza əhli İmam Hüseyn (ə) kimi yaşayıb, təfəkkür etməyi bu məclislərdən öyrənsin.
2. Əməllərini Həzrətin (ə) əməllərinə uyğun etmək. Heç bir zaman din üçün yerinə yetirdiyimiz əməlləri çox hesab etməyək və onu kifayət bilməyək. Çünki hələ uzun yol və ali dərəcələr bizi gözləyir. Necə ki, İmam Hüseyn (ə) cəddinin dilindən buyurur: “Hər kəsin yaxşılığı gərək onun mərifəti qədərində olsun”.


İslam ümməti düşmən qarşısında hansı vəzifəni daşıyır?!


Aranızdakı fərqlərə görə bir-birinizdən uzaqlaşmayın!
Cavab: Quran müsəlmanları birliyə dəvət edərək, istənilən bir təfriqəyə qadağa qoyur. (“Ali-İmran”, 103; “Ənfal”, 42.)

Yağış damlaları ayrı-ayrılıqda zərif olsalar da, bir hövzəyə daxil olduqda əzəmətli bir təlatüm yaradıb, ağır turbinləri hərəkətə gətirir, böyük şəhərləri elektrik enerjisi ilə təchiz edirlər.
Barmaqlar ayrı-ayrılıqda zəif olsalar da, sıxılıb yumruq yaratdıqda düşməni qorxuya salırlar. Əldəki barmaqların biri uzun biri gödək, biri kobud biri incə olsa da, hər barmağın öz işi var. Müxtəlif istedadlı barmaqlar bir yerə toplandıqda isə böyük güc yaranır.

Ey əziz müsəlman bacı və qardaşlar! Aranızdakı fərqlərə görə bir-birinizdən uzaqlaşmayın. İnanın ki, eyni uzunluqda, eyni qalınlıqda olan beş barmağın yaratdığı yumruq fərqli barmaqların yaratdığı yumruqdan qat-qat zəifdir. Düşmən qarşısında yumruq tək birləşin. Qələbə sizin vəhdətinizdədir!


İslamda maarifinə əsasən yaşamağın hədəfi nədir?


Bu suala Əllamə Cəfəri belə cavab vermişdir: “İslamda yaşamağın hədəfi – rübubiyyətə doğru hərəkətdir. İnsan gərək mənliyini tanısın. Allah Təala, Allahlıq inayəti ilə bəndələri üçün o miqdarda elmi inayət etmişdir ki, əgər həmin qədər hərəkət etsələr, Ona çatarlar. Mövləvi, Həzrət Musanın (ə) münacatı barəsində buyurur: “Bunlar dərin münacatlardır ki, əgər bir gün İlahi əzəmət kəşf olunarsa yəqin ki, deyərlər: “Rübubiyyət məqamının o qədər əzəməti vardır ki, İbni Sina o qədər əzəmətinə baxmayaraq, rübubiyyət qarşısında bir qul kimi idi. Ancaq ali məqama malik olan qul kimi””. Allahım, sən özün bizə bu yolda yardım et! Sənin rübubuyyət məqamını kəfş etməyi bizə də nəsib et!


İmam Sadiq (ə) salavatın (fayda və təsiri haqda nə buyurur?


İmam Sadiqdən (ə) nəql olunan hədisdə deyilir: “Salavat Mütəal Allah tərəfindən rəhmət, mələklər tərəfindən bağışlanılma, insan tərəfindən bir duadır”.
1-Allah tərəfindən rəhmət olmasına. İnsan bu zikri deməklə Allahın, yeri və göyü əhatə edən rəhmətindən nəsib əldə edir.
2- Mələklər tərəfindən bağışlanılma olmasına. Mələklər salavat zikr edən üçün Allahdan bağışlanma diləyirlər.
3- İnsan tərəfindən bir duadır. İnsan bu zikrlə Rəbbinə xitab edir, üsiyyətə girir. Rəbbi ilə qəlbən rabitə qurur. Dua edir. Bu duanın bərəkəti onunda halına şamil olur.


Ən böyük ilahi cəza hansıdır?!


... Hədisdə nəql olunur ki, Həzrəti Musa (ə) Turdağına gedərkən qarşısına imansız bir kişi çıxır və Həzrət Musaya (ə) kinayə ilə deyir: Ey Musa! Səndən bir istəyim var. Öz Rəbbinlə görüşəndə de ki, mən heç Onu yad etmirəm. Lakin dünya həyatım çox yaxşıdır. Heç bir çətinliyim yoxdur. Həzrət Musanın (ə) razu niyazından sonra Allahdan nida gəlir: Ey Musa, bəndəmin sifarişini söylə! Həzrət Musa (ə) utanaraq kişinin sözlərini deyir. Allahdan nida gəlir: Bəndəmə de: Sən elə bir əzaba giriftar olmusan ki, ondan xəbərin belə yoxdur! Öz zikrimin və ibadətimin şirinliyini səndən almışam! Sən Məndən qəflətdəsən! Ayə və hədislərə nəzər saldıqda görürük ki, insanı rüşdə (mənəvi yüksəlişə) aparan iman nuru ilahi bir rəhmət, bu nurun olmaması isə zəlalətdir. Bunu görmək, bəhrələnmək, öz nəsibini almaq isə yalnız insanın səyini təşkil edən düşüncə, əməl və niyyətinə bağlıdır: “İnsan üçün etdiyi səy və təlaşdan başqa bir şeyi yoxdur” (Nəcm-39) Səy və təlaş insandan, rəhmət isə Allahdandır!


Vay olsun işində səhlənkarlıq edənlərə!!


Nəql edirlər ki, Əmirəl-möminin (ə) bir dərzini müşahidə edirdi ki, dərziliklə məşğul idi. Həzrət (ə) görür ki, dərzi tikişləri çox aralı vurur və parçanın qalan hissəsinə israf edirdi. Vurduğu tikişlər də möhkəm və sabit deyildi. Əziz İmam (ə) üzünü ona çevirir və buyurur: “Ey dərzi! Tikişlərini möhkəm vur. Tikişlərini də yaxın və nazik vur. Çünki mən Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “Xain dərzi (paltarı yaxşı tikməyən və parçanın qalıqlarını sahibinə qaytarmayan) o halda məhşur olacaqdır ki, əynində atəşli libaslar və tikdiyi və xəyanət etdiyi qəbalar olacaqdır”.


Hansı amillər xurafatla mübarizə etməyə mane olur?


Bəzi alimlərin yanlış nəzərinə görə, ancaq təcrübə yolu ilə isbat olunan elmlər – mötəbər elmlərdir. Bunlara elə gəlir ki, o şeyi ki, hiss və dərk yolu ilə isbat etmək olmur, bu, həqiqət deyildir. Bu da xurafat üçün yolları hamarlaşdırır və onun daha çox yayılmasına səbəb olur. Əllamə Təbatəbai bu haqda buyurur: “Bu fikir tərzinin özü də xurafatdır. Çünki təbiət elmləri ancaq varlıqların təbii xassələrindən bəhs edir. Maddənin üzərində olan sirləri üzə çıxardır. Maddi olmayan şeyləri isbat etmək üçün isə heç bir yolu yoxdur. Ona görə də o kəslər ki, ancaq təcrübi elmlərə etiqad bəsləyirlər – onların özü də xurafatçılardır”. Siyasi və ictimai mövzular arasından ən çox din, xurafatçılar tərəfindən hücumlara məruz qalmışdır...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter