Allaha həmd etməklə şükr etmək arasında hansı fərq var?


... Islam alimlərinin və təfsirçilərin qeyd etdiyinə görə hər iki kəlmə nəticədə şükr etmək mənasındadır. Lakin “həmd” daha geniş mənanı əhatə edir.
“Şükür” kəlməsi nemətin qarşılığında edilir. İnsan rəbbinin əta etdiyi nemətlər qarşılığında şükr edir. Şükür həm dil ilə, həm də qəlb ilə etmək mümkündür.
Lakin “həmd” kəliməsi daha geniş mənanı əhatə edir. Həmd lüğətdə şükr etmək, pərəstiş etmək, ibadət etmək mənasındadır. Nemətin olub olmamasından aslı olmayaraq “həmd” edilir. Həmd özündə şükr, razılıqla bərabər pərəstiş və sitayişi də ehtiva edir. Həmçinin “həmd” kəlməsində nemət əta edən qarşısında təzim və itaət də vardır. (Təfsir-mizan)


İrfanda xirqə məhfumu nə deməkdir?!


İslamda Xirqə sözü bir çox irfani kitablarda seyrü-süluk və irfan ədəblərinə riayət etmək mənasına gəlmişdir!
Xirqə hərfi mənada bir miqdar parça, yaxud parçadan tikilmiş geyim mənasınadır. Amma irfani terminologiyada bəzən öz hərfi mənasında, bəzən də xüsusi mənada işlənmişdir.
2. Terminoloji mənası - İrfan əhli xirqəyə seyrü-süluk ədəblərinə riayət etmək, irfan yolu ilə mənus olmaq və göstərişlərinə əməl etmək tərifi vermişdir. Bu tərifə əsasən xirqə: sufinin öz pirindən (mürşidindən) seyrü-süluk göstərişləri almaq və ona əməl etməsidir. Mümkündür bu mənanın hər kəsin geyindiyi yun paltar və ya köhnə paltar mənasi ilə heç bir əlaqəsi olmasın. Ona görə də xirqə sözü bir çox irfani kitablarda seyrü-süluk və irfan ədəblərinə riayət etmək mənasına gəlmişdir.


Savabını hesablamaq mümkün olmayan ibadət hansıdır?!


Həzrət Peyğəmbər (s) gecə namazının əhəmiyyəti haqqında buyurur: “Hər bəndə - istər qadın olsun, istərsə də kişi ki, gecə namazı ruzisi olar, Allah Təalaya ixlas üzündən yerindən qalxarsa, kamil dəstəmaz alıb, düzgün niyyət, pak qəlb, müti bədən və ağlar gözləri ilə Allah Təala üçün namaz qılarsa, Allah Təala onun arxasında 9 dəstə mələk qərar verər. Bu dəstədə olan mələklərin sayını Allah Təaladan başqası bilməz. Dəstənin bir tərəfi şərqdə olar, biri tərəfi qərbdə. Namazdan ayrılan zaman o mələklərin sayı qədər onun üçün dərəcə və məqam yazılar”. Qurani-Kərim bu dəyərli ibadət barəsində buyurur: “Çünki gecə vaxtı edilən ibadət daha möhkəm və daha sabitdir, danışıq baxımından da daha düzgün və daha əlverişlidir”. (“Muzzəmmil” 6)...


Hansı dəstə insanların duaları İLAHİ ərşə çatar?!


Həzrət Peyğəmbər (s) buyurur: “Şəkk yoxdur ki, üç dəstənin duası yerinə yetər: məzlumun duası, müsafirin duası və atanın övladının əleyhinə etdiyi dua”.
Amma bəs niyə ata övladının əleyhinə dua edər? Bir ömür onu əziyyətlə böyüdür, oxudur, yedizdirir, geyindirir və onun xoş günlərinə şərik olur, qəmgin günlərində həmdəmi olur. Bəs niyə ata övladının əleyhinə dua edir? Dinimizdə ağvalideyn deyilən bir məfhum vardır ki, kəbirə günahlardan hesab olunur. İbni Abbas belə bir hədis nəql edir: “Cəhənnəm atəşinin üzərində yeddi körpü vardır. Bəndələr bu körpülərin üzərindən keçərlər. Yeddinci körpü valideyn haqqıdır. Əgər bu körpüdən keçə bilsələr, nicat taparlar və behiştə gedərlər. Əks halda cəhənnəm atəşinə atılarlar”...


Hər zülmün öz tövbəsi var. Necə izah etmək olar?!


Hər bir günah özünəməxsus tövbə istəyir. Ona görə də zülmə görə edilən tövbələr də fərqlidir. Belə ki, zülmün üç növü vardır: Allaha qarşı edilən zülm, insanlara edilən zülm, özünə edilən zülm. O zaman ki, bəndə insanlara zülm edər, xüsusilə də mal və ya canlarına qarşı – istiğfar və tövbədən başqa, onların razılığını alması da zəruridir. Bu zalım gərək özünü qisas məqamında qərar versin. Diyə versin və ya malı geri qaytarsın.
Nəxəyidən olan bir qoca kişi İmam Baqirə (ə) deyir: “Mən Həccacın zamanından indiyə qədər hökumət valisi olmuşam. Tövbə etməliyəm?”. İmam (ə) cavab vermir. O qoca sualını yenə təkrar edir. İmam (ə) onun təkid etdiyini görüb, buyurur: “Tövbə yoxundur, məgər hər haqq sahibinin tapdalanmış hüququnu ona qaytarmaqdan başqa”.


Kişinin ailədəki 3 əsas vəzifəsi HANSILARDIR?!


İmam Sadiq (ə) buyurur: “Kişi ailədə ailəsinə qarşı üç sifətə riayət etməyə ehtiyaclıdır, baxmayaraq ki, təbiətində olmasa belə:
1. Xoş rəftar. 2. Ölçüsündə olan əliaçıqlıq. 3. Təmkinlə birlikdə olan qeyrət”.
Onu da qeyd etmək lazımdır ki, xoş rəftar – insanın özünə geri qayıdar. Müqəddəs dinimiz nəsillər arasında əlaqənin vacibliyinə diqqət çəkir. İmam Sadiq (ə) buyurur: “Atalarınızla xoş rəftar edin ki, övladlarınız da sizinlə xoş rəftar etsin”.


Allah Təalanın peyğəmbərlərə (ə) və möminlərə yardımı nə formalarda olur?


Allah möminlərə və rəsullarına yardım edəcəyi vədini vermişdir. Allahın verdiyi bu vədə xüsusi zaman və məkana aid deyildir, əslində tarix boyu həyata keçmişdir. “Həqiqətən Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında(müharibələrdə qələbə nəsib etməklə və xeyir işləri ilham etməklə) və (peyğəmbərlər, məsumlar və mələklərdən ibarət əməl)şahidlərin(in) ayağa qalxdıqları gündə (Qiyamətdə mükafat və cəzanın icrası istiqamətində) kömək edərik”. (“Ğafir” 51).
Allahın peyğəmbər (ə) və möminlərinə yardımı müxtəlif cür cilvə almışdır. Bəzən ülfət və qəlb meyli ilə, bəzən dualarının yerinə yetməsi ilə, bəzən möcüzə ilə, bəzən hökumət əta etməklə, bəzən müharibədə qələbə çalmaqla, bəzən qəlb hüzuru ilə, bəzən düşmənin həlak olması ilə, bəzən qeyb yardımı ilə, bəzən düşmən qəlbində qorxu yaradaraq, bəzən fikir və mədəniyyəti yaymaqla, bəzən xatalardan nicat tapmaqla, bəzən də hiylələri aradan qaldırmaqla...


Bütün dinlərdə olan: Ən qədim ibadət hansıdır?


Din və məzhəblərin tarixini araşdıran zaman bu nəticəyə gəlinmişdir ki, bütün dinlərdə ən qədim ibadət namaz olmuşdur.
Həzrət Adəmin (ə) və Həvvanın yerdə qərar tutmasından başlayaraq, Allah namazı o insanlara vacib etmişdir. Həzrət Nuhun (ə) gəmisinin pəncərələri və deşikləri var idi ki, oradan nur gəminin içinə daxil olurdu. Bu yolla namazın vaxtını müəyyən edirdilər. Həzrət İbrahim (ə) həyat yoldaşı və övladını Kəbə evinin kənarında qoyan zaman əllərini göyə qaldırıb, belə dua etdi: «Ey Rəbbimiz, həqiqətən mən övladlarımdan bəzisini (İsmaili anası ilə birgə) Sənin möhtərəm və toxunulmaz evinin yanında əkinsiz bir dərədə sakin etdim ki, – ey Rəbbimiz, – namaz qılsınlar. Buna görə də elə et ki, insanların bir qisminin qəlbləri onlara meyil etsin. Və müxtəlif məhsullardan onlara ruzi ver, bəlkə şükür etsinlər». (“İbrahim” 37)...


Dostu seçməkdə Qurani-Kərim hansı iki meyarı ölçü olaraq tanıtdırır?!


Rəvayətlərdə uyğun dostlar üçün çox sayda meyarlar göstərilmişdir ki, onların hamısının müştərək cəhəti iman və təqvadır!
\"Səhər və axşam çağı Rəbbini diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini (zənginlərə diqqətdən) çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!\" (Kəhf, 28).
İzah: İslamda dostluğun önəmi kimsəyə sirr deyil. Dost seçimində ən mühüm addım uyğun dost seçməkdir. Çünki dostların ruhiyyəsi və inancları bir-birinə heyrətamiz şəkildə təsir edir. Belə ki, Allah möminləri bir-biri ilə dostluq və yoldaşlıq etməyə dəvət etmişdir ki, həm bir-birlərini təqva və səbirə rəğbətləndirməyə zəmin yaransın, həm də insani duyğular, insanın həmdəmə və dosta ehtiyacı təmin olunsun. Yuxarıdakı ayə qafil insanlarla dostluq etməyi də qadağan etmişdir...


Aqilə -Düşüncəli insana - vacib olan 4 əməl hansılardır?!


Həzrət Peyğəmbər (s) buyurur: “Ümmətimin hər bir aqil insanına dörd şey vacibdir”. Soruşurlar ki, bu dörd şey nədir? Buyurur: “Elmə qulaq asmaq, (elmi) saxlamaq (qorumaq), (elmi) yaymaq və ona əməl etmək”.
-İmam Əli (ə) buyurub: «İnsanın elmi artanda ədəbi çoxalar və onda olan Allah qorxusu bir neçə dəfə artar».
-Allahın Peyğəmbəri (s) buyurub: «Alimin bir saat yatağına dirsəklənib öz elmini və işlərini nəzərdən keçirməsi, abidin yetmiş il ibadətindən yaxşıdır».
-İmam Baqir (ə) buyurub: «Öz elmindən bəhrələnən alim, yetmiş min abiddən daha yaxşıdır»...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter