Allahın nəzərində ən üstün insanlar kimdir?


Müqəddəs İslam dinində insanı üstün edən amil – iman, elm və təqvadır. Ona görə də möminlər, əməl sahibi olan alimlər, təqva əhli insanlığın ən uca zirvəsində qərar tuturlar. «(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxın!» – deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin”. (“Mücadilə” 11). İmam Baqir (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurur: “Hər kim mömini sevindirər, şübhəsiz ki, məni sevindirmişdir. Hər kim məni sevindirər, Allahı sevindirmiş olar”. İmam Baqir (ə) buyurur: “Allah, mömini şad etməkdən daha sevimli bir şeylə ibadət olunmamışdır”.
İmam Sadiq (ə) buyurur: “Hər an möminin hacətini yerinə yetirmək, Allah yanında 20 həcc ki, zəvvarı hər bir həcc üçün yüz min dinar infaq edər – daha üstündür”...


Din adamlarının rəftarını bəhanə edib, dinə gəlməyənlərə hansı cavab demək olar?!


... İmam Sadiq (ə) buyurur: “O kəs ki, dini şəxsiyyətlərlə tanıyar, həmin şəxsiyyətlər onu dindən xaric edər. Hər kim dini Kitab və İtrət əsasında tanıyar, dini müqaviməti dağdan da möhkəm olar. Çünki dağ ola bilsin ki, dağılsın. Ancaq bu cür insanların imanı dağılmaz”. Ona görə də deyə bilərik ki, dini dəyərləndirməyin iki meyarı vardır: biri Qurandır və o birisi isə Əhli-Beytdir (ə). Məsumlarımız (ə) öz kəlamlarında dəfələrlə bu həqiqəti vurğulayıblar. Buyurublar ki, bizim sözlərimiz – İlahi sözlərdir, Quranın sözləridir. Həqiqətləri onlara əsasən dəyərləndirin. Əgər Qurana və bizim buyurduqlarımıza uyğundursa – qəbul edin, yox əgər ziddirsə - imtina edin.


Xristianların və müsəlmanların almalı olduqları dərs nə olmalıdır?!


Əgər Həzrət İsa (ə) bu gün bizim aramızda olsaydı, dünyada olan zülmlə mübarizə etməkdən əl çəkməzdi. Milyonlarla insanın aclıq və əziyyətinə dözə bilməzdi.
Həzrət İsa (ə) bəşəri nicata və nura çatdırmaq üçün məbus olmuşdur. Bir an belə öz risalətini unutmamışdır. Bu, həmin o dərsdir ki, gərək xristianlar və müsəlmanlar almağı bacarsınlar və ona əməl etsinlər. “İsa (özünün peyğəmbərlik möcüzələrindən) aydın dəlillər gətirən zaman dedi: «Mən sizin üçün hikmət (şəriət hökmləri və əqli elmlər) gətirdim (və gəldim) ki, sizə barəsində ixtilafda olduğunuz şeyin bəzisini açıqlayım. Odur ki, Allah dan qorxun və mənə itaət edin”. (“Zuxruf” 63).
İsa ibni Məryəm (ə) insanlar üçün İlahi hidayət və rəhmət carçısı idi. O, şirk və zülm qaranlığında insanları nura tərəf aparan çıraq idi. Onun dünyaya gəlişi özü bir möcüzə idi və Allahın qüdrətinin nişanəsini bir daha insanlara göstərmiş və qəflətdə olanları ayıltmışdı...


Əməllərin qəbul olunması üçün hansı mühüm məsələyə diqqət yetirmək lazımdır?!


İxlas: Əməli qeyri-ilahi niyyətlərdən təmizləmək çox önəmlidir! \"De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!”\" (Kəhf, 110).
İzah: Hər bir əməlin dəyəri – onun icrasının keyfiyyətindən – daha çox onun niyyətindən asılıdır. Buna görə də əməli qeyri-ilahi niyyətlərdən təmizləmək çox önəmlidir. Rəvayətlərdə ixlasın ən mühüm nəticələri kimi ilahi yardım, müvəffəqiyyət, hikmətin qəlbə və dilə axması və xalq yanında sevimli olmaq qeyd olunmuşdur. İxlasın əksi riya və özünü göstərməkdir ki, daxili zəiflik və həqarətdən mənşə alır...


İnsan yatan zaman \"Bismilləhir-Rahmənir-Rahim\" deyərsə nələr qazanmış olar?!


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim miniyinə minər və “Bismillah” deyər, o, miniyindən enənə qədər, mələk onu qorumaq üçün onunla birlikdə miniyə əyləşər.
Əgər minən zaman “Bismillah” deməzsə, şeytan onun yanında əyləşər və ona deyər ki, mahnı oxu. Əgər cavab versə ki, yaxşı bacarmıram, deyər, onda zümzümə et”.
Ümid edirik ki, səfərə çıxan zaman yanınızda həmişə mələk əyləşər, lənətlik şeytan deyil. Şeytanın (lən) şərik olduğu digər işlərə də diqqət edək. Amma zahirən sadə bir kəlmə ilə insan yatan zaman da savab qazanar. Hz Peyğəmbər (s) buyurur: “Nə zaman bəndə yatan zaman \"Bismilləhir-Rahmənir-Rahim\" deyər, Allah mələklərinə buyurar: “Nəfəslərinin sayı qədər səhərəcən onun üçün həsənə yazın”.


Həzrəti Peyğəmbrin (s) hədisinə əsasən Allah-Taaladan (c.c) nəyi daha çox istəməliyik?!


... Əziz İslam peyğəmbəri (s) qarşımıza çıxan bütün qəm-qüssə və çətinliklərin həlli yolunu “istiğfarda” (Allahdan əfv diləməkdə) görür. Peyğəmbər (s) buyurub:
“Hər kim Allahdan əfv diləməyi çoxaldarsa, Allah onun üçün qəm-qüssələrdən bir çıxış yolu, sığıntılardan bir qurtuluş yolu açar.” (Nurus-səqəleyn təfsiri) İnsanın hər hansı bir işdə günahının olub olmamasından, günahının kiçik və böyük olmasından aslı olmayaraq qəlbi ilə, dili ilə əfv diləməsi onun Allah qarşısında acizliyinin, möhtaclığının nişanəsi və təsdiqidir. İnsan əfv dilməklə öz bəndəçiliyini və Allahın rübubiyyətini (Rəbb olmasını) təsdiq edir. Belə bir halda və düşüncədə olan insan fəsd və günahdan uzaq olar. Nəinki günah və pisliklərə aludə olmaz, hətta bu haqqda düşünməz belə. Bunun da nəticəsində rəhməti geniş olan Allah onun üçün qəm-qüssələrdən bir çıxış yolu, sıxıntılardan bir qurtuluş yolu açar.


Hədislərə əsasən günahların qapısını hansı əməllə bağlamaq olar?!


Şeytandan Allaha sığınmaq (istiazə)! Günah qapılarını istiazə ilə (Şeytandan Allaha sığınmaqla) bağlayın -- \"Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!\" (Nəhl, 97). İzah: Quran oxumaq Allahla ünsiyyətdir. Məlumdur ki, Allahla ünsiyyətdə olmaq və dərin Quran ayələrinə qulaq vermək üçün ruhun təmizliyinə və nəfsani aludəliklərdən uzaq olmağa ehtiyac var. Digər tərəfdən əxlaqi qəbahətlərdən uzaq olmaq və Quran mənəviyyatını qəbul etməyə hazır olmaq üçün Allahın lütf və mərhəmətinə ehtiyac var.
Hədis: İmam Sadiq (ə): “Günah qapılarını istiazə ilə (Şeytandan Allaha sığınmaqla) bağlayın və itaət qapılarını Allahın adı ilə açın.” (Dəəvat, Ravəndi, səh. 52, hədis: 130).


Həm dünyası, həm axirəti gözəl olanlardan olmaq – insanların 4 dəstəsi!


İnsanlar axirətə münasibət baxımından dörd dəstəyə bölünərlər ki, onlarla tanış olaq:
1. Axirəti olmayan dünyapərəstlər. 2. Həm dünyası və həm axirəti olmayanlar. 3. Dünyası olmayan axirətpərəstlər. 4. Həm dünyası və həm axirəti olanlar.
Əgər Allah Təala bir bəndəsi üçün həm dünyanı və həm də axirəti arzu edərsə, həmin bəndəsinə sonsuz kəramət bəxş etmiş olar. Quran həm dünyası və həm də axirəti olanlara xitab edərək buyurur: 1. “Əgər dünyada və axirətdə Allahın sizə lütf və mərhəməti olmasaydı, girişdiyiniz işə görə sizə mütləq böyük bir əzab yetişərdi”. (“Nur” 14).
2. «Ey Rəbbim, Sən mənə səltənət və hökümətdən pay verdin və yuxuların yozumunu və hədislərin (səma kitablarının və peyğəmbərlərin kəlamlarının) təfsirini öyrətdin! Ey göyləri və yeri yaradan! Sən dünyada və axirətdə mənim yardımçım və başçımsan. Mənim canımı (Sənin əmrinə) təslim olduğum halda al və məni salehlərə qovuşdur». (“Yusif” 101).


İnsanın kimliyi barədə suallar arasında ən vacib sual?!


İslamın bizə öyrətdiyi ən əsas mövzulardan biri – bizə öz kimliyimizi tanıtmaqdır. Kimliyimizi tanıtmaq üç müstəvi üzərindədir.
Birincisi – bizim başlanğıcımızdır. Bir haradan gəlmişik? Az-çox möminlər, iman əhli tövhidlə, Yaradanla tanış olur, Allahı tanımaqları ilə bu mövzuda bir yerlərə gəlib çata bilir. Bir sual da budur ki, biz hara gedirik? Hara gedəcəyimizlə bağlı, Məadla bağlı da inanclı insanların müəyyən qədər bilgiləri var.
Amma təəssüflər olsun ki, harada olduğumuzla bağlı bir durğunluq var. Bizlər o sual üzərində az düşünürük, az danışırıq. Nə etməli mövzusunda da bu sualın çox yeri var. Biz haradayıq? Yəni, bu dünya haradır? Rəbbimiz bizi yaradıb, bir gün də ölüb gedəcəyik. Bəs bura nədir, buranın statusu nədir, bura nə üçündür?




Dini qardaşlar bir-birilərinə hansı məsələ haqda dua etməlidirlər?!


Möminlərə kinin aradan qalxmasını istəmək! Din qardaşları üçün dua etmək və başqalarının doğru yola yönəlməsinə önəm vermək!
“Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhimlisən!” (Həşr, 10). İzah: Allah-Taala bu ayədə həqiqi möminlərin dilindən bir dua hekayət edir. Onlar özləri və keçmiş möminlər üçün ilahi əfv diləyir, Ondan vücudlarında olan kin-küdurəti və xəyanəti aradan qaldırmasını istəyirlər. Bu dua da bir neçə dua qaydasına işarə edir: 1. Din qardaşları üçün dua etmək və başqalarının doğru yola yönəlməsinə önəm vermək; 2. Qəbahətlərdən və çirkinliklərdən uzaq olmaq üçün Allahdan yardım diləmək; Mömin, qəlbin günahlarından və şeytani vəsvəsələrdən uzaq qalmaq üçün Allah dərgahına üz tutur və ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter