Ər-arvad arasında ixtilafın həlli yolu üçün Qurani Kərim hansı məsləhəti edir?!


Quranın ailə ixtilaflarının həlli üçün irəli sürdüyü təklif cəmiyyətdə hüquqi və psixoloji təkliflərdən olduqca yaxşıdır.
\"Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, (hər şeydən) Xəbərdardır.\" (Nisa, 35).
İzah: Bu ayənin müraciəti yalnız ər-arvada yox, həm də ailə böyüklərinə və şəriət hakimlərinədir. Onlara tövsiyə edir ki, əgər ər-arvad arasında ixtilaf şiddətlənərsə, vasitəçilik etsinlər və hər birinin tərəfindən bir nümayəndə seçsinlər. Müzakirə və danışıqla aramlıq yaratmağa və problemin həllinə çalışsınlar...


Mələklər günahların çirkinliyindən paklanmaq üçün hansı əmələ sığınmağı tapşırırlar?!


Məşhur hədislərin birində deyilir ki, namaz vaxtı çatdıqda xüsusi mələklər möminlərə (hətta yatmış olsalar belə) namazı xatırladıb deyir:
“Ayağa qalxın, çiyninizdə ağır yük olan və öz zərərinizə yandırdığınız günah atəşini namazın suyu ilə söndürün!”
Bu kimi rəvayətlərdən belə anlaşılır ki, atəşin üstünə tökülən su onu södürdüyü kimi namaz da insanı pak etməklə yanaşı günahları ondan uzaqlaşdırır.
Bu şərif ayə də həmin nöqtəyə işarədir: “Günün iki vaxtı və gecənin əvvəlində namaz qıl. Həqiqətən, yaxşılıqlar pislikləri aradan aparır...”


Müxlislər kimi ibadət etmək üçün hansı şərti qəbul etmək lazımdır?!


O insanlar ki, Allahı tanıyır və Ona mərifət və elm üzərindən iman gətiriblər – həm namazlarını və həm də başqa ibadətlərini aşiqcəsinə yerinə yetirərlər, adət halını aldığı üçün deyil. Allaha xalis ibadət edənlər, yəni müxlislər yaxşı bilirlər ki, nə edirlər və nə üçün edirlər. Çünki onların Allahın müqəddəs zati sifətlərinə elmləri vardır və Allahın sifətlərini yaxşı dərk edirlər. Onlar Allahı tanıdıqları və Ona tam imanları olduqları üçün, xaliscəsinə ibadəti yerinə yetirərlər. Onlar Allahın onlara əta etdiyi nemətləri görər və ona görə şükür edən – şakir olarlar. Həmd və şükürlərini həmin xalis namaz və orucla bəyan etməyə çalışarlar. Onlar, Allaha olan elmlərinin səviyyəsinə görə məsuldurlar. Bu səbəbdən onların yerinə yetirdikləri namaz və oruc, öz elmlərinin səviyyəsinə görə ən yaxşı ibadət hesab olunur...



Haqqı tanımaq üçün nəyin arxasınca getmək lazımdır?!


Gərək haqqı tanıyasan ki, əhlini də tanıya biləsən! O zaman ki, bəsirət nuru sönər, dünya zinətləri insanı aldadar. O, yolunu xata gedər. İnsanların yolunu azması o qədər şiddətlənər ki, Allah Rəsulunun (s) əziz qızı risalət yolunda canından keçir, amma onlar oyanmır. Və bəsirət o qədər sönük olur ki, hətta Xanımın (s.ə) şəhadəti insanları nəinki qəflətdən oyatdı, əksinə - çoxlarını daha şiddətlə zülmətə saldı. O yerə qədər ki, Həzrət Əli (ə) xilafətdən uzaqlaşdırılır və evində əyləşir.
İmam Əlinin (ə) dünyanı məzəmmət edən sözləri gərək insanın qulağında sırğa olsun. Belə ki, İmam (ə) buyurur: “Hər kim ona bəsirət gözü ilə baxar, ona agahlıq verər. Hər kim gözünü dünyaya dikərsə, qəlbini kor edər”. Bəsirət o qədər hidayətçidir ki, əgər olsa, risalət yolunu və vilayət yolunu tanıyar və çaşmaz...


Hansı qüssədən başqa, hər bir qüssənin fərəci vardır?!


Qiyamətin xüsusiyyətlərindən biri də budur ki, nemətləri və cəzaları əbədidir. Ona görə də şadlıqları da, qəmləri də əbədidir. Qurani-Kərim buyurur: “Nə vaxt qüssədən (onun çoxluğundan) oradan çıxmaq istəsələr, (yenidən məcburi şəkildə) ora qaytarılarlar və (onlara deyilər:) dadın yandırıcı əzabı!”. (“Həcc” 22).
Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir qüssənin fərəci vardır, atəş əhlinin qəm və qüssəsindən başqa ki, sona çatmır”. Ancaq əksinə - behişt əhli əbədi nemət içində olduqları üçün, çox şaddırlar. Allah Təala saleh əməllərinə görə onları behiştə daxil etmişdir. (Həvzəh) “Və deyərlər: «(Dünyada) Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, bizim Rəbbimiz (pislikləri)bağışlayan və (yaxşılıqlar müqabilində) qədirbiləndir»”. (“Fatir” 34). Bəs kimlərin qəmi başqalarına nisbətən daha çoxdur? Kimlər əbədi olaraq cəhənnəmdə qalacaqlar? 1. Kafirlər. «Kafir olan və Bizim (tövhid və təkliyimiz barəsindəki əqli və nəqli) nişanələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar». (“Bəqərə” 39)...


İslam maarifinə əsasən İnsanların ən ağıllısı kimdir?


İnsanların həyatında mühüm olan məsələlərdən biri də həyatın müxtəlif vəziyyətlərində özünü necə aparmağı bacarmaqdır. Nə zaman əmr-be-məruf edib, nə zaman susmağını biləsən. Nə zaman güzəşt edib, nə zaman hərəkət etməyini biləsən. Nəyin pis olduğunu biləsən və dəyərləndirəsən. Ona görə də dinimiz müsəlmanları aqil olmağa dəvət edir və buyurur ki, əgər aqil olarsansa, bütün bunların öhdəsindən gələ bilərsən. İmam Əli (ə) buyurur: “Aqil o kəs deyildir ki, yaxşını pisdən ayırar. Əslində aqil o kəsdir ki, pisliklər içərisindən onların ən yaxşısını tanıyar”. Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərin ən yaxşısı – ağıl sahibləridir”. Sual verirlər ki, ağıl sahibləri kimlərdir? Həzrət (s) buyurur: “O kəslər ki, gözəl əxlaqa malik olarlar...


Əmr-be-mərufun ən aşağı dərəcəsi hansıdır?


İmam Hüseyn (ə) öz mübarək hərəkatının izahında buyurur: “Dünya insanları bilsin ki, mən mal tələbində, vəzifə tələbində olan fasid və zalım biri deyiləm. Mənim belə hədəflərim yoxdur. Mənim qiyamım – islah üçün olan qiyamdır. Qiyam etməyim ona görədir ki, cəddimin ümmətini islah etmək istəyirəm. Mən əmr-be-məruf və nəhy-əz-munkər etmək istəyirəm”. Əmr-be-məruf və nəhy-əz-munkərin ən aşağı dərəcəsi – qəlblə inkar edib, pis hərəkətə qarşı daxildə ikrah yaratmaqdır. Necə ki, insanların xarab olmuş yeməyə və çirkili mühitə ikrahları vardır...


Nə edək ki, qəlbimizin mənəviyyatı ölməsin?


Allahı zikr etməyin insan ruhuna və qəlbinə qurucu təsirləri vardır ki, onların bəzisi ilə tanış olaq:
1. Allah insanı yada salar. O zaman ki, insan Allahı zikr edər, Allah bu bəndəsinə nəzər salar və onu yada salar.“Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım”. (“Bəqərə” 152).
2. Qəlbi aydınlandırar. İmam Əli (ə) oğluna belə nəsihət verir: “Oğlum! Sənə İlahi təqvanı, Allah əmrlərinə itaəti, qəlbini və ruhunu Onu zikr edərək və İlahi kəndirə çəng vururaq abad etməyi tövsiyə edirəm”. Qəlb ölümünün qarşısını almağın ən təsirli yolu – Allahı yada salıb zikr etməkdir.
İmam Əli (ə) buyurur: “Allah Təala Özünü yada salmağı qəlblərin cilası qərar vermişdir ki, onun təsirindən qulaqlar ağırlıqdan sonra eşidər, gözlər korluqdan sonra görər, bu yolla düşmənçilikdən sonra ram olar”...



Elm öyrənməyin savabı niyə bu qədər çoxdur?


İslam dini yeganə dindir ki, öz davamçılarını daima elm öyrənməyə və agahlıq əldə etməyə dəvət edir. Çünki elm insanın cəhalətini aradan aparar və dünyasına, axirətinə ancaq fayda verər. İmam Sadiq (ə) buyurur: “Din aliminin əcri və mükafatı, gündüzləri oruc tutub, gecələri ibadətlə keçirib və Allah yolunda cihad edən kəsin ( savabından) daha çoxdur”.O zaman ki, bir din alimi dünyadan gedir, dində boşluqlar meydana gəlir ki, heç kəs onu aradan qaldıra bilmir.
Həzrət Peyğəmbər (s) buyurur: “Əgər Allah kimisə sənin vasitənlə hidayət edərsə, dəyəri dünyadan və onda olanlardan daha çoxdur”. Deməli, elmin həqiqi hədəfi – nur saçmaq, aləmi işığa qərq etməkdir. O elm ki, onun vasitəsilə insanlar cəhalətdən qurtulub, ziyaya tərəf gedir – onun həqiqi dəyəri var. Elm vasitəsilə insanlar hidayət olunur, cəmiyyətlər islah olunur. Allah Təalanın bəşər üçün nəzərdə tutduğu proqramlar məhz elm vasitəsilə işə salınır.


Imam Əlinin (ə) hədisinə əsasən İnsanların ən ağıllısı kimdir?


İnsanların həyatında mühüm olan məsələlərdən biri də həyatın müxtəlif vəziyyətlərində özünü necə aparmağı bacarmaqdır.
Nə zaman əmr-be-məruf edib, nə zaman susmağını biləsən. Nə zaman güzəşt edib, nə zaman hərəkət etməyini biləsən. Nəyin pis olduğunu biləsən və dəyərləndirəsən.
Ona görə də dinimiz müsəlmanları aqil olmağa dəvət edir və buyurur ki, əgər aqil olarsansa, bütün bunların öhdəsindən gələ bilərsən. İmam Əli (ə) buyurur: “Aqil o kəs deyildir ki, yaxşını pisdən ayırar. Əslində aqil o kəsdir ki, pisliklər içərisindən onların ən yaxşısını tanıyar”. Yəni, yaxşını pisdən ayırmaq insan üçün hünər deyildir. Çünki heyvanlar da təbii halda özlərinə qarşı olan ziyanı və faydanı, pisi və yaxşını tanıyırlar. Misal üçün, hündür yerdə olan pişik ki, aşağı düşmək istəyir, əgər məsafə çox olarsa özü üçün düşməyə başqa yollar axtarar. Təhlükədən qaçar...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter