Gündə neçə salavat demək lazımdır ki, Allah insanı bağışlasın?


Salavatın faydaları və bəhrələri barəsində hədislərimiz çox söz demişdir. Onun axirət bəhrələrinin bəziləri ilə tanış olaq.
1. Günahlar bağışlanar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim, hər gün mənə məhəbbətlə 3 dəfə salavat göndərərsə, Allah onun günahlarını həmin gündə və ya həmin gecədə bağışlayar”.
2. Qiyamət günü ağır əməl. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü mən əməl tərəzisiyəm. Yəni o kəsin ki, pis əməlləri yaxşı əməllərindən ağır gələrsə, mən, mənə göndərdiyi salavatları gətirərəm, həsənə gözünə qoyaram ki, həsənə gözü ağır gəlsin”.
3. Behişti görmək. Həzrət (s) buyurur: “Hər kim hər gün mənə 1000 dəfə salavat göndərərsə, dünyadan getməmiş behiştdəki yerini görər”....


Günahkarı tövbəyə nə vadar edər?


Dinimizin nəzərinə görə, mənfi ilə mübarizə lazımlıdır. Belə ki, hədislərimiz buyurur ki, şərab içənə qız verməyin. Ya sələm yeyənlə münasibətiniz olmasın.
Misal üçün, bir sələm yeyən tacir ilə hamı əlaqəsini kəsərsə və heç kəs onunla alış-veriş etməzsə, o, az müddət ərzində dükanı bağlanar. Əgər insanlar günahkarla yoldaş olmazsa və onunla görüşməzsə, o, naəlac qalıb, günahdan əl çəkəcəkdir.
Şuəyb peyğəmbərə (ə) vəhy olunur ki, sənin ümmətinin 100 min nəfərini həlak edəcəyəm. Onların 40 min nəfəri günahkardır. Filan qədəri yaxşı insanlardır.
Şuəyb (ə) deyir: “Məgər yaxşı insanlar nə ediblər?”. Xitab gəlir: “Ona görə ki, pis insanlar günah edən zaman, bu birilər onlara etinasız qalıb əyləşiblər”.
Təbuk döyüşünə gedən zaman 3 nəfər onlarla getmir. Elə ki, müharibədən geri qayıdırlar, Həzrət Peyğəmbər (s) əmr edir ki, həmin şəxslərlə heç kəs danışmasın və evinə getməsin. O üç nəfər ordunu qarşılayanda Peyğəmbərə (s) salam verirlər və Həzrət (s) salamın cavabını verir, ancaq başqa söz demir...


Saliklər (mənəvi yolda addımlayanlar) kiminlə yol yoldaşıdır?


Salik – Allah yolunun yolçusu – ya bu yolun çətinliklərindən, eniş və yoxuşlarından xəbərdardır, ya da deyildir. Əgər salik üçün bu yol tanış deyildirsə, onu məqsədə çatdıra bilən bir rəhbərə ehtiyac vardır. Həmin rəhbər bu yolun çətinliklərindən xəbərdardır və bilir ki, bu yolu necə salamat getmək olar.
Bütün İlahi peyğəmbərlər (ə), övliyalar bu yoldan xəbərdardırlar. Onlar – bəşəri hidayət edən səfirlərdirlər. Ona görə də Allah Təala ayədə Öz Peyğəmbərinə (s) xitab edərək buyurur: “Öz nəfsini həmişə özlərinin Rəbbinin razılığını diləyən halda sübh vaxtı və axşamçağı Onu çağıranlara qoş. Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!”. (“Kəhf” 28). Salik bilməlidir ki, Allah həmişə onunladır. Əgər salik bu həqiqəti qəbul etməsə, o zaman nə məqsədə çatar, nə İlahi qürb məqamına...


Namazda diqqətimizi toplamaq üçün hansı məsələlərə diqqət yetirək?!


Ali dini Rəhbər buyurur: “Namazda əllərini göyə qaldır və dua et, yəni namazın müstəhəbbatı olan qunutu yerinə yetir. Bunu ona görə tövsiyə edirəm ki, insanın namazdakı diqqətini təmin edər”. Namazda qəlb hüzurunun olması – mühüm mövzulardandır. Çünki əgər namazı qəlb hüzuru ilə qılarıqsa, ona ruh verər və can verərik. Əks halda, cansız bir cisim kimi göyə göndərərik. Qəlb hüzurunu meydana gətirən amilləri tanıyaq:
1. Cismin şad olması. Həkimlərin nəzərinə görə, əgər insan yeməyi sevinclə yeyərsə, o zaman həmin yemək daha yaxşı həzm olar. Namaz da yemək kimidir, ancaq ruhun yeməyidir. Əgər onu sevinclə və Allaha qovuşmaq şövqü ilə qılsaq – qəlb hüzuru meydana gələcəkdir.
2. Dünyaya bağlanmamaq. Dünyaya bağlanmaq insanı İlahi qürb məqamından saxlayar. Ona görə də insan Allahla münacatdan ləzzət ala bilməz. Qəlbi tədricən qaralmağa başlayar. İmam Sadiq (ə) buyurur: “Hər bir xatanın mənşəyində dünya sevgisi durur”.


İnsanların düşüncəsini müqayisə edərkən dünyanın mənası necə izah olunur?!


Dünyada yaşayan insanlar iki dəstəyə bölünürlər. O kəslər ki, dünyaya məftundurlar və onu məhv olmaz hesab edirlər. İkinci dəstə insanlar isə dünyanı vasitə kimi görürlər. Daha doğrusu, axirətə gedən körpü kimi görürlər. İnsanın sağ qalması üçün, əlbəttə ki, dünya nemətlərindən faydalanması zəruridir. Belə olan halda dünya ona bağlanmaq amili deyildir, sadəcə axirətə çatmaq üçün bir keçiddir və körpüdür. Bir mənəvi insan üçün də başqa insanlar kimi mənzil lazımdır, yemək və içmək lazımdır ki, sağ qala bilsin. Əgər kimsə desə ki, insan bunlar olmadan da belə, yaşaya bilər – absurd əqidədə olar. Çünki Allah dünya nemətlərini məhz axirəti üstün tutanlar üçün yaratmışdır və buyurmuşdur ki, ondan faydalanın, ancaq ifrat etməyin. Bu nemətlər sizə xidmət etmək üçün xəlq olmuşdular. Əgər mənəvi insan bu dünya nemətlərini vasitə deyil, hədəf qərar verərsə – onun dünyapərəstlərdən heç bir fərqi olmaz. Məlum olur ki, dünya onu aldada bilmiş və özünə məftun etmişdir...


Niyə təsbehin dənələrinin sayı 101-dir?


Hədislərdə oxuyuruq ki, Məsum İmamların (ə) zamanında təsbih ya 34, ya da 33 dənədən ibarət idi.
İmam Musa ibni Cəfər (ə) buyurur: “Mömin beş şeydən ehtiyacsız deyildir: misvak, daraq, səccadə, 34 dənəli təsbih, əqiq üzük”. (Erfan)
İmam Kazım (ə) başqa yerdə buyurur: “Bizim davamçlarımız dörd şeydən ehtiyacsız deyildirlər: üzərində namaz qıldıqları həsir, əllərinə taxdıqları üzük, misvak edikləri misvak, Seyyidi-şühəda (ə) türbətindən olan və dənəsinin sayı 33 olan təsbihdən. Nə zaman onunla təsbih deyər, Allah hər dənənin qarşılığında ona dörd həsənə yazar. Nə zaman zikr demədən həmin təsbihlə məşğul olar, Allah onun üçün 20 həsənə yazar”.
Bu iki hədis bir-birindən fərqli deyildir. O zaman ki, təsbihin dənəsinin sayını 34 deyirlər, təsbihin başında olan dənəni də hesablaşmış olurlar. O zaman ki, 33 deyirlər, təsbihin başında olan həmin dənəni hesaba almırlar...


Müqəddəs dinimizdə tələsmək bəyənilməsə də hansı əməllərdə tələsmək yaxşıdır?!


Baxmayaraq ki, tələskənlik – bir çox hallarda bəyənilməyən əməldir, ancaq bəzi işlərdə tələsmək müsbət bir hal kimi qiymətləndirilir.
1. Xeyir işlərdə. “Hər bir dəstənin bir qibləsi vardır ki, (üzlərini) ona tərəf döndərirlər (yəhudilər Beytül-Müqəddəsə, xristianlar şərqə, müsəlmanlar Kə’bəyə). Odur ki, (bu barədə mübahisə etməyin və) xeyir işlər istiqamətində bir-birinizi ötməyə çalışın”. (“Bəqərə” 148).
2. Şər ilə mübarizə aparan zaman. İmam Əli (ə) buyurur: “Tələsmək hər bir işdə bəyənilməyəndir, məgər şəri dəf etmək məqamından başqa”.
3. Bəxşiş edən zaman. İmam Əli (ə) buyurur: “Səxavətin başı, bəxşiş edən zaman tələsməkdədir”.
4. Günahı tərk edən zaman. “Tələsmək bəyənilməyəndir, məgər günahı tərk etməkdən başqa”.
5. Meyiti dəfn edən zaman...


İnsanlar vacibatları yerinə yetirməkdə səhlənkarlıq etməmək diqqət olunası məsələlər?!


Həzrət Peyğəmbər (s) buyurur: “Bu gün-sabaha salmaqdan çəkin”. -- Rəsuli-Əkrəm (s) buyurur: “Zamanın qədrini bil və haqqına əməl et”. Müalicəsi:
1. Zaman təyin etmək. Hər bir işi görmək üçün insan gərək əvvəldən vaxt təyin etsin. Təyin etdiyi bu vaxta dəqiq əməl etməyə çalışsın.
2. Hədəf təyin etmək. İnsanın gördüyü işdəki hədəfi aydın olmalıdır. Müvəffəq insanlar o kəslərdir ki, hədəf təyin etdikdən sonra ciddi və qəti halda ona çatmağa çalışarlar.
3. İşi yerinə yetirmək üçün stimula malik olmaq. Hər kim gördüyü işdə stimula malik olarsa, o zaman onda səhlənkarlıq etməz...
İnsan gərək ibadətə olan susuzluğunu həmişə qoruyub saxlaya bilsin. Ona görə də ibadətdə mötədil olmaq lazımdır. Nə ifrat etmək və nə də təfrit etmək olar.
İmam Əli (ə) buyurur: “O az miqdar ki, onu davamlı edirsən, o çox miqdardan ki, yorulursan – daha üstündür”.


Duanın yerinə yetirilməməsi insana xeyir gətirə bilərmi?


Bəzən insan elə dua edir ki, onun xeyirinə olmaz. O hacəti dünyada ona verməzlər. Ancaq Qiyamət günü verərlər. Bəndə deyər: “Allahım, bu nədir?”.
Allah Təala buyurar: “Bu duanı dünyada olan zaman etmişdin və Biz də onu xeyirli hesab etmədiyimiz üçün, Qiyamət günü sənə veririk”. Təəccüb edər və deyər: “Nə qəribə! Kaş ki, mənim dualarımın heç biri yerinə yetməzdi. Onların hamısını indi mənə verərdilər. Bura daha yaxşıdır”. Çox zaman övladlar valideynlərinə deyərlər ki, mənə şirin bir şey verin. Ancaq o, axşam yeməyini yemədiyi üçün ona şirin şey verməyi faydalı hesab etməzlər. Çünki onlar uşaqlarını sevirlər və hətta özləri ac qalar, amma axırıncı tikəni övladlarına yedizdirərlər. Bəzən də elə olur ki, uşaq bir şey istəyir, ancaq anası onun faydalı olmadığını görüb onu uşağına vermir. Misal üçün, fast-fud yeməklər uşaq üçün xeyirli deyildir. Ana da ona görə onu uşağa vermir. Allah da bəndəsinə elə edir. Bəzən Ondan elə şeylər istəyirik ki, həmin şey bizim xeyirimizə deyildir. Ancaq biz bunu dərk etmirik....


Haram ruzi insanın övladına nə kimi təsir edir?


Dini maarifə əsasən, mal və ruzinin insan ruhuna və canına təsiri vardır. O kəs ki, Allah deyən kimi yaşamaq istəyir – gərək ruzisini də halal yolla əldə etsin. Əks halda cəmiyyət süqut edər və haramzadələrin sayı artar. İmam Cəfər Sadiqin (ə) nəzərinə görə, haram malın insanın övladına və gələcək nəslinə mənfi təsirləri vardır. Həzrət (ə) buyurur:“Haram qazancın təsiri övladda və nəsildə zahir olar”.
Bu səbəbdəndir ki, Quran ayələri insanları halal ruzi qazanmağa dəvət edir və haram ruzini qadağan edir. “Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin.
Və əgər belə etməsəniz (və sələmçiliyi davam etdirsəniz), onda Allah və Onun Peyğəmbəri tərəfindən olan müharibəyə yəqin edin (yəqin bilin ki, belə bir müharibə sizə üz tutacaqdır, haqq hökümət və ya partlayış həddinə çatmış cəmiyyət onu sizdən geri alacaqdır). Tövbə etsəniz isə, sərmayələriniz özünüzündür (aldığınız faizi geri qaytarın ki, belə olan surətdə) nə zülm edərsiniz, nə də zülmə məruz qalarsınız”. (“Bəqərə” 278-279)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter