BAXIŞLARI GÜNAHDAN KONTROL ETMƏK ÜÇÜN NƏ ETMƏLİYİK?


1- Allaha inam. Allaha etiqad və insanın Allah məhzərində olmağına yəqini olmasıdır. Allahın hər şeydən, eləcə də insanın daxilində baş verənlərdən xəbəri vardır. Bütün bunlar insanın baxışını kontrol etməsinə kömək edər. İmam Sadiq (ə) buyurur: “Günaha gözlərini bağlamaq - ancaq insanın qəlbində Pərvərdigarın əzəmət və cəlalını müşahidə etdikdən sonra mümkündür”.


NƏFSİ ÖLDÜRMƏYİN MƏNASI NƏDİR?


Hədsilərin bəzilərində nəfsi öldürmək mövzusuna rast gəlmək olur. Məsələn İmam Əli (ə) buyurur: ”Mömin ağlını diriltmiş və nəfsini öldürmüşdür”.
Bəzi hədislərdə isə nəfsə kəramət göstərilməsi mövzusuna rast gəlmək olur. Ona görə də deyə bilərik ki, nəfsi öldürmək daxili instinkti məhv etmək demək deyildir.


TÖVBƏ NƏDIR VƏ NECƏ OLMALIDIR?


Əgər sürücü diqqətsizlik edərsə, yolunu itirər və diqqətini cəmləyəndə səhv getdiyi yolları yenidən qayıdar. Ancaq əgər yoluna davam edərək desə ki, mən yolumu azmışam, maşın düz yola qayıtmayacaqdır. Heç bir sərnişin sürücünün bu xətasını bağışlamaz.


YAXŞI DOSTUN HANSI XÜSUSİYYƏTLƏRİ OLMALIDIR?


Həyatda özünə dost seçmək təsirli rola malikdir. Bir çox hallarda insan bir və ya bir neçə dosta malik olur ki, onların vasitəsilə ya səadətə çatır, ya da həyatı bədbəxtliklə sonlanır. Əmirəl-möminin (ə) dost seçmək üçün meyar müəyyən etmişdir: “Dost o insandır ki, səni pisliklərdən saxlasın, düşmən o kəsdir ki, səni pisliklərə vadar etsin”.


Günahı İkİqat artıran əməllər hansıdır?


Günahdan ləzzət almaq və günah işlədən zaman sevinmək o işlərdəndir ki, günahı böyüdər və daha çox günah qazanmağa səbəb olar. Bəzən vəsvəsə zamanı insan o yerə çatır ki, öz yanlış rəftarı ilə fəxr edir. Halbuki, insan ancaq layiqli və bəyənilmiş iş görən zaman bu əməli ilə fəxr etməlidir, çirkin əməli ilə deyil.


Sİleyİ-rəhmİn dünya və axİrət mükafatları NƏDİR?


Allah Təala sileyi-rəhm üçün axirət mükafatı ilə yanaşı, dünya mükafatları da müəyyən etmişdir. Belə ki, günahkar insanlar da sileyi-rəhmə riayət edərək, ömürlərini artırarlar. Sileyi-rəhm İslam dinində ən dəyərli sünnətlərindən biridir. Ramazan ayı gələndə isə başqa bir ab-havaya bürünər. Qohumlar bir yerə toplaşar və iftar edərlər.


Sİrat körpüsündən keçmək üçün hansı əməllərİ yerİnə yetİrməlİyİk?


Hər bir insan Qiyamət günü Sirat körpüsündən keçəcəkdir. Ancaq bu körpünü başa vurub-vurmamaq bizim bu dünyadakı əməllərimizdən asılıdır. Ona görə də hələ ki, fürsətimiz var, bu əməlləri tanıyaq və onları yerinə yetirməyə çalışaq.


Şeytan İmkanlı İnsanlar üçün necə tələ qurur?


Həzrət Peyğəmbər (s) buyurur: “Şeytan deyir: “Sərvətli insan mənim çəngimdən xilas ola bilməz. Onu bu üç şeydən birinə giriftar edərəm: ya sərvəti onun gözündə bəzəyərəm, ya məsrəf yollarını onun üçün asan edərəm ki, nəticədə onu nahaq yerə xərcləyər. Ya mal və sərvəti onun sevimlisi edərəm ki, nəticədə onu nalayiq yollardan əldə edər”.


İsrafın nİşanəsİ nədİr?


Həzrət Peyğəmbər (s) buyurur: “İsrafın nişanəsi dörd şeydir: batil işlərlə öyünmək, halına uyğun olmayan şeyləri yemək, xeyir işlərdə rəğbətsizlik, ona fayda verməyən hər kəsi inkar etmək”.


Nə vaxt hüsnü-zənn, nə vaxt suİ-zənn?


İslam dinində sui-zənlə hüsnü-zənnin böyük əhəmiyyəti vardır. Müsəlmanlar gərək bir-birinə qarşı hüsnü-zənn etsin. Ancaq bu məsələnin istisnası da vardır. İmam Əli (ə) bu mövzuya işarə etmişdir. İmam (ə) buyurur: “O zaman ki, dövrünün insanları arasında yaxşılıq artar, bu zaman əgər kimsə başqasına bəd güman edərsə, halbuki o, bu günahı etməmişdir - ona zülm etmiş olar. O zaman ki, dövründə fəsad artar, hər kəs bir-birinə yaxşı güman edərsə, özünü aldatmış olar”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter