Övladın tərbiyəsi hansı 4 yolda olmalıdır?!
Ailə - kiçik bir cəmiyyətdir ki, körpə orada böyüyər və tərbiyə alar. Hər nəyi görərsə, təqlid edər və təkrar edər. Ya həmin qalada süqut edər, ya da ucalar. Çünki insan şəxsiyyətinin xəmiri ilk olaraq ailədə yoğrular və ora nə qatılarsa, ömrü boyu onu izləyər və ona təsir qoyar. Ona görə də valideynlər əgər sağlam və dindar övlad böyütmək istəyirlərsə, gərək dinimizin tərbiyə üçün buyurduğu dörd yolu özləri üçün sərlövhə qərar versinlər. Bu yollar ilə tanış olaq:
1. Tanıma. Əgər övladınızın dindar və sağlam ruhiyyəli böyüməsini istəyirsinizsə, onu, uyğun dərk səviyyəsində Allah və din ilə tanış etməlisiniz. Yəni, dinin toxumları ona, ilk dil açdığı və ətrafını dərk etməyə çalışmaq istədiyi mərhələdə səpilməlidir. Uşaq gərək din sahəsində zənn və gümanlara söykənməsin. Çünki Quran buyurur: “(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)”. (“İsra” 36)...
Allah-Taala (c.c) dərgahında həya etmək imanın əlamətidir?!
Həya ilə iman bir qabda olarlar! Həyadan uzaq olmaq imanı aradan aparar. Həya olmadan, imandan bir şey qalmaz. Bu cür insanda xeyir olmaz, onu gözəl gələcək gözləməz. O, fəsad nümunəsi olar. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, həya libasını cırar – onun qeybəti caizdir”. O kəs ki, bilərəkdən günah edər və fəsadı yayar, öz iffət libasını cırmış olar. Gözü, qulağı, dili müxtəlif günahlara düçar olar. Söyüş söyməkdən, haram yeməkdən, münkərlərə düçar olmaqdan çəkinməz. O, cəmiyyəti öz fəsadı ilə məhvə doğru aparar. Ona görə də bu cür insanın qeybəti bir növ nəhyin münkər olunmasıdır. Bu yolla başqalarının həmin yola düşməsinin qarşısı alar.
İmam Baqir (ə) buyurur: “Həya və iman bir qabda bir-birinin yanında qərar tutarlar. Əgər onlardan biri gedərsə, o birisi də onun ardınca gedər”...
Əlinin altında olanlara qəzəblənmək – alçaqlığın nişanəsidir!
Həzrət Peyğəmbər (s) buyurur: “Bilin ki, ən üstün insanlar o kəslərdir ki, gec qəzəblənər və tez razı olarlar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Qəzəb – şeytandan və şeytan da atəşdən xəlq olmuşdur. Atəş su ilə sönər. Ona görə də nə zaman sizlərdən biriniz qəzəblənsəniz, dəstəmaz alın”. Hz Rəsuli-Əkrəm (s) buyurur: “İgidlik odur ki, kimsə qəzəblənər və qəzəbi şiddətlənər, üzü qızarar və tükləri titrəyər – ancaq öz qəzəbini yatızdırar”.
İmam Əli (ə) buyurur: “Qəzəb – çox pis yoldaşdır. Eyibləri aşkar edər, pislikləri yaxınlaşdırar və yaxşılıqları uzaqlaşdırar”.
İmam Sadiq (ə) buyurur: “Hər kim qəzəblənən zaman özünü kontrol etməzsə - bizdən deyildir”...
İslam maarifinə əsasən Hansı halda çox danışmaq bəyənilir?
Ömür – insana verilən sərmayədir və hər kim ondan bərəkətli istifadə edərsə, meyvəsini axirətdə alar. Aqil insan gərək ömrünün qədrini bilsin və onu boş işlər və boş sözlər ilə tələf etməsin. İmam Sadiq (ə) buyurur: “Həqiqi ziyankar o kəsdir ki, ömür sərmayəsini ondan fayda aparmadan anbaan əldən verər”.
Əmirəl-möminin (ə) buyurur: “Hər kim çox danışar – səhvləri də çox olar. Hər kimin xatası çox olarsa – həyası azalar. Həyanın azalması – təvazökarlığında nöqsana səbəb olar. Hər kimin təvazökarlığı azalarsa – qəlbi ölər. Hər kimin qəlbi ölərsə - cəhənnəmə daxil olar”.
Həzrət Əli (ə) başqa yerdə buyurur: “Çox danışmaqdan çəkinin, çünki büdrəmələri artırar, ardınca süstlük gətirər”. (İslami saytlara istinadən)
Həzrət Peyğəmbər (s) buyurur: “Çox danışmayın, məgər Allahın zikrində”.
İslam Peyğəmbəri (s): Hеç kәs о qәdәr qоnаq qаlmаsın ki, günаhkаr hеsаb оlunsun!
Bir gün İmam Әli (ә) аğlаyırdı. Sәbәbini sоruşаndа buyurdu: “Yеddi gündür ki, еvimizә qоnаq gәlmir.” Həzrət Məhəmməd (s) buyurub: “Birinci, ikinci vә üçüncü gün qоnаğа qulluq еtmәk оnun hаqqıdır. Аmmа üç gündәn sоnrа еv sаhibi qоnаğа sәdәqә vеrir. Hеç kәs о qәdәr qоnаq qаlmаsın ki, günаhkаr hеsаb оlunsun.” Dеdilәr: Nеcә günаhkаr оlаr? Buyurdu: “О qәdәr qаlаr ki, еv sаhibi оnun хәrcini çаtdırа bilmәz.”
İmаm Sаdiq (ә) buyurub: “Qоnаq gәlәn mömin qаrdаşını yахşı qаrşılаyаn kәs, sаnki, Аllаhа yахşılıq еtmişdir!”
İmam Həsən Əsgərinin (ə) hədisinə əsasən ən güclü insan kimdir?!
İmam Həsən Əsgəri (ə) buyurur: “Ən təqvalı insan o kəsdir ki, hər cür şübhəli və şəkli mövzulardan çəkinər və uzaq durar.
Ən abid insan o kəsdir ki, hər şeydən əvvəl İlahi vacibatı yerinə yetirər.
Ən zahid insan o kəsdir ki, harama düçar olmaz.
Ən güclü insan o kəsdir ki, hansı halda olursa-olsun hər cür günah və xatanı tərk edər”.
İslam maarifinə əsasən Bəyənilməyən qeyrət necə olur?
İslam dini təfrit və ifratı sevməz. Hər bir şeyin təfrit və ifratı olduğu kimi, hətta qeyrət kimi gözəl xüsusiyyətin də ifratı vardır. Qeyrətin bəyənilməyən növləri:
1. Bədgümanlığa görə qeyrət. Bədgüman olan halda qeyrət sifətini büruzə vermək – sui-zəndən irəli gələn əməldir ki, insanın ailə tərbiyəsinə qayıdır. Ola bilsin ki, başqa səbəbləri də olsun. Ancaq mühüm olan nöqtə budur ki, bu cür qeyrət ailə mühitini viran edər və dağıdar...
2. Müraqibə əhlinin bəzən etdiyi qeyrət. O kəslər ki, müraqibə əhlidirlər, bəzən qeyrət sifətinə ifrat dərəcədə riayət edirlər ki, dinimiz bu cürqeyrəti də bəyənmir. Kişinin öz xanımına və ailəsinə görə qeyrət bəsləməsi – fitri və zəruri məsuliyyətlərindəndir. Ancaq bir şərtlə ki, ifrat həddinə çatmasın...
İmam Sadiqin (ə) hədisi: Pisliklərin qarşısında qərar tutan yaxşılıqlar ordusu hansılardır?!
İmam Sadiq (ə) öz nurani hədisində bizə həm yaxşılıqların və həm də pisliklərin ordusunu tanıtmışdır ki, onlarla tanış olaq: Yaxşılıq ağlın vəziridir – pislik cəhalətin vəziridir. İman – küfr. Təsdiq – inkar. Ümidvarlıq – naümidlik. Ədalət – zülm. Razılıq – küsmək və qəzəblənmək. Təşəkkür etmək – naşükürlük etmək. İlahi rəhmətə göz dikmək – rəhmətindən ümidsiz olmaq. Allaha təvəkkül və etimad etmək – hərislik etmək. Yumşaq qəlb – sərtləşmiş qəlb. Mehribanlıq – kinlilik. Bilik və dərk – nadanlıq. Şüur – axmaqlıq. İffət – rüsvaylıq. Təqva – dünyapərəstlik. Xoşüzlü olmaq – pis rəftar etmək. Təvazökarlıq – lovğalıq. Aramlıq – tələsmək. Aqil olmaq – ağılsızlıq. Sükut – çox danışmaq. Haqqa təslim olmaq – şübhələrdə olmaq. Səbir – taqətsizlik. Güzəştli olmaq – intiqam almaq. Ehtiyacsızlıq – ehtiyaclılıq. Yadda saxlamaq – unutmaq. Mehribanlıq – inzivaya çəkilmək...
Mömin şəxs imanının dərəcəsini hansı üç əxlaqi rəftara diqqət etməlidir?!
Əgər mömin olub-olmadığınızı bilmək istəyirsinizsə, gərək İmam Rzanın (ə) buyurduğu meyarlardan keçəsiniz. Belə ki, əziz İmam (ə) buyurur: “Mömində bu üç sifət olmayınca, mömin olmaz: 1. Allahından olan sünnət. 2. Peyğəmbərindən (s) olan sünnət. 3. İmamından (ə) olan sünnət.
- Allahın sünnət yolu – sirr saxlamaqdır. - Peyğəmbərinin (s) sünnət yolu – insanlarla mülayim olmaqdır. - İmamımın (ə) sünnət yolu – yoxsulluq zamanı səbirli olmaqdır”.
Beləliklə deyə bilərik ki, həqiqi möminin ilk fəzilətli sifəti sirr saxlamasıdır. Siz necə sirr saxlaya bilirsinizmi?
Həzrəti Peyğəmbər (s) buyurub: Özünüzü bu 3 “qalxan”la qoruyun?!
... Quran buna işarə edərək buyurur: “İnsan səy etiyi (can atdığı) şeyə nail olar” (Nəcm-39) Allah rəsulunun (s) hədisi də bu mətləbə açıq şəkildə izah edir. Peyğəmbərimiz (s) buyurub: Malın zəkatı verilərsə, nə suda, nə də quruda o mala xətər gəlməz. Öz malınızı zəkatla qoruyun. Öz xəstəliklərinizi sədəqə ilə müalicə edin. Bəla qapılarını dualarınızla bağlayın.” (ən-Nəvadir-30) Quranın və hədislərin buyurduğu kimi, insan yalnız öz səyinin, öz əməlinin qarşılığını görər. İnsan nəticəni öz ə əməlləri ilə qazanar.