Əxlaqi terminlərdə işlənilən ÖVLİYAULLAHIN MƏNASI NƏDİR?


Övliyaullahın mənasına diqqət edirək. Birincisi: Əhli-beyt (ə) Qurani-Kərimin həqiqi təfsirçiləridirlər. Quran itrətsiz və itrət də Quransız mümkün deyildir. Hər 2 məzhəb kitablarında nəql olunan “Səqəleyn” hədisində, Peyğəmbəri-Əkrəm (s) Əhli-beytlə (ə) Allah kitabının səqəleyn – 2 qiymətli əmanət olmasına işarə etmişdir. Bundan sonra hədislər necə sənəd sayılmaya bilər? İslam fiqhi, icma, ağıl və mütəvatir hədislərin və Quranın əsasındadır ki, onların sənədində heç bir çatışmamazlıq yoxdur. Necə mümkündür, o kəs ki, hədisdən və hədis tanımadan heç bir məlumatı yoxdur, hədisləri rədd etsin və ya onları natamam hesab etsin?!
İkincisi: İlahi övliyalar həmin o insanlardır ki, Quran və Əhli-beytin (ə) tərbiyəsini almışdırlar və həyatlarını dinin çəkdiyi xətt üzrə təşkil etmişdirlər. Təqva və əməli salehliklə elə bir məqama çatmışdılar ki, Quran onları “Övliyaullah” adlandırır.


Gözlərinizi haramlara yumun ki, möcüzələri görsün!


Ayətullah Mərəşi Nəcəfi ağanın həyatı haqda belə yazırlar: \"Mən 70 il naməhrəmə baxmadım!\"
Eyni zamanda ağanın dilindən nəql edirlər ki, 70 illik üstündə gecə namazı qıldığım səccadəni mənim qəbrimin üzərinə qoyarsınız!!
Göz – şeytanın (lən) ən böyük silahlarından biridir. Şeytanın nüfuz etmək üçün vasitələri çoxdur və hədəfinə çatmaq üçün ən mühüm vasitəsi – gözdür.
İnsan üçün bu dünyada mühüm olan şey – düşüncələri və fikirləridir. İnsanın ruhudur ki, kamala çatmağa can atar. Ona görə də o şey ki, insanın ruhunu və qəlbini öz təsiri altına salar, mühüm əhəmiyyətə malik olar. Göz və baxmaq ürəyə birbaşa təsir qoyar. İmam Əli (ə) buyurur: “Qəlb – gözün kitabıdır”. Yəni o şeyi ki, göz görər, qəlbə təsir qoyar. Ona görə də bu azgın düşmən belə bir güclü silahdan istifadə edərək, insanı yolundan azdırar.


Quran məntiqində həyanın 3 növü hansılardır?!


Əxlaq nəzəriyyəsinə görə, həyanın müxtəlif növləri və dərəcələri vardır. Onlarla tanış olaq:
1. Göz həyası. Quran əxlaqının nəzərinə görə, həyalı kişi və qadın o insandır ki, öz gözünə nəzarət etməyi bacarır. Layiqli olmayan şeylərə baxmır. Siffeyn döyüşündə məhz Əmr ibni As (lən) İmam Əlinin (ə) həyasından xəbərdar olduğu üçün paltarını soyunmağa başlayır və İmam (ə) da həyasını qoruyub, gözlərini yumur və ondan əl çəkir.
2. Bədən və geyim həyası. Allah Təala insanları məxluqların ən şəfərlisi olaraq xəlq etmişdir. Ona görə də insanın, heyvanlar kimi əndamlarını aşkarda qoymasını bəyənmir. “Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa, bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar...”. (“Nur” 31).


Həsəd aparan insanın 3 əlaməti hansılardır?!


İmam Sadiq (ə) buyurur: “Həsəd aparan insanın üç əlaməti olar:
1. İnsanın arxasınca qeybət edər.
2. Qarşılaşan zaman yaltaqlanar.
3. Bəla və müsibət zamanı insanı məzxərə edər”.
Allahın Peyğəmbəri (s) buyurub: “Allah Təala Musa ibn İmrana (ə) buyurmuşdur: «Həqiqətən, paxıl olan şəxs Mənim nemətlərimdən narahat və bəndələrim üçün böldüyüm qismətə etiraz edəndir»”. -Deyerler.



Valideyn gərək övladını 3 cəhətdən tərbiyə etsin!


İmam Sadiq (ə) buyurur: “Övladının (sənin üzərində) haqqı budur ki, biləsən ki, səndəndir və bu dünyada yaxşı və pisi səndən asılıdır”.
O zaman ki, körpə dünyaya gələr, valideyn saleh hesab etdiyi insandan istəyir ki, qulağına azan və iqamə oxusun. Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Nə zaman qız və ya oğlan sahibi oldun, sağ qulağına azan və sol qulağına iqamə oxu ki, şeytan ona ziyan vurmasın”.
Bəs yalnız azan və iqamə oxumaq bir valideyn üçün kifayət edərmi? Əlbəttə də ki, yox. Valideynin ən mühüm vəzifəsi – övladlarını yaxşı tərbiyə etməkdir. Valideyn gərək övladını üç cəhətdən tərbiyə etsin: dini, ictimai və müdafiə cəhətdən. Əgər bu tərbiyələrdən birində səhlənkarlıq edilərsə, övladını hidayət yolundan azdırmış olar...


Tikаnlı sözlərlə insana əziyyət verməyin acısı haqda məsumlar nə buyurmuşlar?!


İmam Əli (ə) buyurur: “Məlаmət və dаnlаqdаn çəkin ki, günаhı böyük göstərir və danlağı (nəsihəti) təsirsiz edir.” (“Bihаrul-ənvar”, c.77, səh.216.)
Həmçinin bаşqаsını həddən аrtıq dаnlаyıb nöqsаnlаrını təkrаr-təkrаr üzünə çırpmаq hаqqındа buyurur: “Dаnlаq və məlаmətdə həddi аşmаq inаdcıllıq аtəşini dаhа dа şölələndirir.” (“Bihаrul-ənvar”, c.77, səh.232.)
“Təkrаr qınаqdаn çəkin. İnsаnı həddən аrtıq qınаyıb dаnlаmаq günаhkаr şəxsi öz pis əməlində dаhа dа cəsаrətli edir, əlаvə olаrаq məlаməti аlçаq və təsirsiz hаlа sаlır.” (“Qurərul-hikəm”, səh.278.)


Nəcvanı edəndə, (pışıldaşanda) orada olan mütləq şahid kimdir?


“Nəcva” sözünün mənası “yüksəklik” deməkdir. Adətən insan başqalarının onun sözünü eşitməsini istəməyən zaman daha yüksək yerə gedər ki, orada sözünü desin. Bu səbəbdən başqalarından gizli halda deyilən sözlərə nəcva deyirlər.
“Məgər (qəlb gözü ilə) görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa, hamısını bilir? Üç nəfər arasında elə bir pıçıltılı və gizli söhbət baş verməz ki, O, onların dördüncüsü olmasın və nə də beş nəfər arasında ki, O, onların altıncısı olmasın. Onlar bundan az və çox olsalar da, harada olsalar belə, O, (Allah) onlarladır. Sonra – Qiyamət günü – hamıya etdiklərini xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir”. (“Mücadilə” 7).
Bu ayədən də göründüyü kimi, nəcva – bəyənilməyən əməllərdən hesab olunur. Bu nəcva iki və ya üç nəfər arasında olsa da, Allah onu eşidənlərin dördüncüsü olar. Allah Təala bu mübarək ayədə insanlara bəyan edir ki, nəcva etməyin. Əgər edirsinizsə, bilin ki, mənim bunların hamısından xəbərim vardır. Qiyamət günü bu etdiklərinizin üstü açılacaq və ona görə hesab verəcəksiniz.


Qəflətdə olmaq nədir? Məsumların (ə) mübarək izahı


İmam Əli (ə) buyurur: “Vay olsun o kəsə ki, yuxudadır (qəflətdədir)! Necə də ziyandadır. Onun ömrü qısalmış və savabı azdır”.
İmam Əli (ə) başqa yerdə buyurur: “Hər kim öz düşmənindən qafil olar, fitnələri özünə dəyər”.
İmam Sadiq (ə) buyurur: “Ölümü yada salmaq – nəfsin xahişlərini öldürər və qəflətin köklərini kəsər. Qəlbi Allah vədəsi ilə gücləndirər və həvəsin bayraqlarını məhv edər. Hərislik atəşini söndürər, dünyanı nəzərində kiçik göstərər”.
İmam Əli (ə) başqa yerdə buyurur: “Ey insanlar! Allahdan qorxun! Çünki heç kəs əbəs yerə xəlq olmamışdır ki, (ömrünü) əyləncə və qəflətlə keçirtsin”.
İmam Baqir (ə) buyurur: “Namazından ancaq o qədərindən bəhrə aparırsan ki, qəlb diqqəti ilə birlikdə olmuşdur. Ona görə də əgər kimsə bütün namazında səhv edərsə və ya onu əda etməkdən qafil olarsa – o namaz büzüşər və sahibinin üzünə vurular”.


İnsanı peşman olmağa qoymayan 3 sifət hansılardır?! İmam Cavaddan (ə) hədis


İmam Cavad (ə) buyurur: “Üç şey vardır ki, hər kim ona malik olar, peşman olmaz:
1. Tələsməkdən çəkinmək. 2. İşlərdə məsləhət etmək. 3. Bir işin qərarını verən zaman Allaha təvəkkül etmək”.
Mübarək dinimiz bizə ən yaxşı və ən pis insanları tanıdır. İmam Həsən Müctəba (ə) buyurur: “İnsanlar dörd dəstədirlər:
1. O dəstə ki, əxlaqları vardır, ancaq dünyadan (bəhrələri) yoxdur.
2. O dəstə ki, dünyadan bəhrələri vardır, ancaq əxlaqları yoxdur.
3. O dəstə ki, nə (dünyadan) bəhrələri vardır, nə də əxlaqları. Onlar – ən pis insanlardırlar.
4. O dəstə ki, həm əxlaqları vardır və həm də dünyadan bəhrənirlər – onlar ən yaxşı insanlardırlar”.


Öz eybləri ilə məşğul olan hansı günahdan amanda qalar?!


İmam Əli (ə) buyurur: “Eyb axtarmaq – ən çirkin eyblərdən və ən pis günahlardandır”.
İmam Əli (ə) buyurur: “Sənin üçün ən mənfur insan, ən uzaq insan o kəsolmalıdır ki, hamıdan çox insanların eybini axtarar”.
İmam Sadiq (ə) buyurur: “Nə zaman görsəniz ki, bəndə başqalarının eyblərini axtarır və öz günahlarını yadından çıxartmışdır – bilin ki,İlahi məkrə giriftar olmuşdur”.
Həzrət Peyğəmbər (s) buyurur: “Xoş olsun o kəsin halına ki, öz eybi, mömin qardaşlarının eybini axtarmaqdan saxlayar”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter