İnsanın cisminin onun üzərində olan beş əsas kimi haqqı hansılardır?!
İmam Səccadın (ə) hədisinə əsasən nəfsin insanın üzərində bu beş əsas haq vardır:
1. Dilin haqqı odur ki, onu söyüşdən saxlayasan. Yaxşı sözlər deməyə adət etdirəsən. Onu saxlayasan, məgər o zamana qədər ki, danışmağa ehtiyac olar. Danışmaq dünyanız və ya dininiz üçün faydalı olsun. Onu çox və faydasız danışmaqdan saxlayasınız. Dil – ağlın şahididir. İnsanın zivərə bəzənməsi ağılı və xoş dili ilə olar.
2. Qulağın haqqı odur ki, onu hər şeyi eşitməkdən pak saxlayasan, məgər xeyir xəbərlərdən başqa. Qulaq – qəlbin darvazasıdır. Hər bir yaxşı və pislik oradan qəlbə daxil olar.
3. İki ayağının haqqı odur ki, onunla rəva olmayan yerlərə getməyəsən.
4. Əlin haqqı odur ki, onu yersiz yerə qaldırmayasan ki, nəticədə axirətdə Allahın cəzasına düçar olasan.Dünyada isə insanların məzəmmətinə səbəb olasan.
Hansı günahdır ki, Şeytan belə onu etməyi istəməzdi?!
Töhmət vurmaq və böhtan atmaq – o qədər çirkin sifətlərdir ki, hətta şeytan (lən) belə bu cür insanlardan qaçır. Halbuki, şeytan həmişə insanların rəzil işləri görməsindən sevinir. Ancaq bəzi əməllər o qədər çirkindir ki, hətta şeytan belə onun ağırlığını hiss edib, ondan uzaq olmağa çalışır. Töhmət və böhtanın ziyanları:
1. Töhmət və böhtan insan mənəviyyatına təsir edər. İmam Sadiq (ə) buyurur: “O zaman ki, mömin, mömin qardaşına töhmət vurar – iman onun qəlbində əriyər. Necə ki, duz suda əriyər”.
2. İnsan rabitələrinə mənfi təsir edər. İmam Sadiq (ə) buyurur: “O kəs ki, din qardaşına töhmət vurar, onların aralarında hörmət qalmaz”...
İmam Sadiqin (ə) hədisinə əsasən Şeytan beş dəstəni aldada bilmir?!
Şeyx Səduq öz silsilə sənədləri ilə İmam Sadiqdən (ə) Şeytanın belə dediyini nəql edir: Beş zümrə mənim ixtiyarımdan (hiyləmdən) kənardır və qalanları isə mənim çəngimdədirlər:
1. Pak və saf niyyətlə Allahdan yapışan və bütün işlərində Ona təvəkkül edən;
2. Gecə-gündüz çox zikr deyən (Allahı çox yad edən);
3. Özünə istədiyini mömin qardaşına da istəyən;
4. Bəla və müsibətə düçar olduqda taqətsizlik etməyən;
5. Allahın qismətinə razı olan və öz ruzisinin qəm-qüssəsini çəkməyən.” (“Xisal”, Şeyx Səduq, 1-ci cild, səh. 285.)
İnsanlığa yaraşmayan bütün çirkinliklərin açarı yalançılıqdırmı?!
Şübhəsiz, Allah-Taalanın qəzəbinə səbəb olan çirkin və yaramaz işlərdən biri yalan danışmaqdır. İmam Həsən Əskəri (ə) ibrətamiz və təkanverici bir kəlamında yalanın çirkinliyi haqda belə buyurmuşdur: “Bütün çirkinliklər bir evdə toplanıb və açarı da yalandır.” (“Biharul-ənvar”, 72-ci cild, səh.263.)
Bəziləri yanlış düşüncə və mühasibələr əsasında belə qənaətə gəlirlər ki, yalan, yalnız ciddi olduğu təqdirdə haram və günah sayılır, yoxsa, əyləncə, zarafat və deyib-gülmək xarakteri daşıyarsa, haram və günah hesab edilməz. Bir halda ki, bu təfəkkkür tərzi olduqca yanlışdır, həqiqətdən uzaqdır. Yalanın çirkinliyi o qədərdir ki, Allah və mələklərinin lənət və nifrətinə səbəb olur, yalançı lənətlənir, nifrin olunur. Qurani-Kərimin “Nur” surəsinin 7-ci ayəsində belə buyurur: “Zövcələrinə zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Allahı şahid gətirirəm – deyə) şəhadət verməlidir. (O, dörd dəfə belə deməlidir: “Allahı dediklərimdə doğruçu olduğuma şahid gətirirəm.”) Beşinci dəfə (belə deməlidir:) “Əgər yalan danışanlardandırsa, Allah ona lənət etsin!”
İNSANIN ƏN QATI DÜŞMƏNİ KİMDİR?! HZ PEYĞƏMBƏRİN (s) HƏDİSİ
İnsnaın ən böyük düşməni olan nəfslə mübarizə, şübhəsiz ki, çətindir və ağır zəhmətlər tələb edir. Elə bu səbəbdən də, dini mətnlərimizdə “ən böyük cihad” adlandırılmışdır. Peyğəmbəri-Əkrəm (s) müharibələrin birindən qayıdarkən mübariz səhabələri haqda belə buyurmuşdur: “Kiçik cihadı yerinə yetirən dəstəyə afərin! (Qarşıda isə hələ) onları böyük cihad gözləyir.” Soruşdular: “Böyük cihad hansıdır?” -- Buyurdu: “Nəfslə mübarizə!” Digər bir hədisdə isə o həzrətin buyruğunun davamı belə verilmişdir:
“Ən üstün cihad insanın daxilindəki nəfsi ilə mübarizəsidir.” (“Vəsailüş-şiə”, 11-ci cild, səh.123.) Nəfslə mübarizənin “böyük cihad” adlandırılması onun daimi olmasına görədir. Həm də bu daxili müharibə insan üçün xarici müharibədən təhlükəli və daha qorxuludur. Nəfslə mübarizə adlı böyük cihadda məğlubiyyət bədbəxtlik, adi müharibələrdə isə məğlubiyyətlə hətta “şəhidlik” kimi böyük iftixara çatmaq olur. Başqa sözlə, xarici düşmənlə mübarizədə həqiqi məğlubiyyət əsla olmadığı halda, nəfslə mübarizədə məğlubiyyət ehtimalı çoxdur.
Nə üçün hədislərdə mömin xurma ağacına bənzədilmişdir?!
İslam Peyğəmbərinin (ə) bu barədə belə bir kəlamı var: “Mömin xurma ağacına bənzəyir, ondan nə götürsən faydalı və xeyirlidir.” (“Nəhcül-fəsahə”, səh.564, hədis 2727.)
Xurma ağacı doğrudan da, çox bərəkətli ağaclardan biridir. Onun meyvəsi yeyilir və o, qidalanmaq üçün ən yaxşı yeməklərdən sayılır; onun çəyirdəyindən yanacaq kimi istifadə edilir, yarpağından həsir, papaq, süfrə və s. kimi şeylər toxunulur. İmanlı şəxslər də eynilə xurma ağacı kimidirlər. Onların düşüncələri faydalı, danışıqları xeyirli, oturuşu tərbiyəvi, məktəbləri yaradıcı, dostluqlarında sadiq, vədlərində vəfalıdırlar. Xülasə, onların hər bir işi qiymətli və dəyərlidir.
Əsl zənginlik və əsl fəqirliyi harada tapmaq olar?!
İmam Əli (ə) buyurmuşdur: لا غِنَى كَالْعَقْلِ وَ لا فَقْرَ كَالْجَهْلِ؛ “Ağıl kimi sərvət və nadanlıq kimi yoxsulluq yoxdur.”[1]
Qeyd etməliyik ki, zənginlik iki qismə bölünür: 1. xarici-zati zənginlik; 2. daxili-zati zənginlik.
1. Xarici-zati zənginlikdə məqsəd budur ki, insan məqam, vəzifə, qüdrət, dost, pul və s. amillər kimi zatından xaric olan amillər vasitəsilə başqalarından ehtiyacsız olur. Bu növ zənginlik etibarsız olduğundan insanın ruhi-mənəvi susuzluğunu aparmır. Elə buna görə də sərvətlilər ən susuz insanlardır! Bəhluldan: “Bir şəxs insanların ən yoxsuluna maddi yardım etməyi nəzir etsə, kimə yardım etməlidir?” – deyə soruşduqda dedi: “Xəlifə Harunər-Rəşidə!” (Nəql olunur ki, bir gün Harunər-Rəşid, Bəhlula bir miqdar pul verdi ki, onu yoxsullara versin. Bəhlul pulu aldıqdan az sonra, yenə xəlifənin özünə qaytardı. Xəlifə Harun səbəbini soruşduqda, Bəhlul belə cavab verdi: “Çox fikirləşdim, amma xəlifədən yoxsul (möhtac) bir şəxs tapmadım!”)...
İmam Əli (ə) çox tərifləməyi və həqiqətləri deməyən insanı necə şəxsiyyət olaraq tanıtdırmışdır?!
İmam Əli (ə) buyurur: “Layiq olandan çox tərifləmək – yaltaqlıq, layiq olandan az tərifləmək isə paxıllıqdır”. İmam Əli (ə) haqqında deyirlər ki, başqasına həddən artıq sitayiş edən birinə Həzrət (ə) buyurur: “Bu işdən çəkin ki, çox yaltaqlanmaq öz ardınca bədgümanlıq gətirər. Əgər mömin qardaşın sənin etimadına layiq olubdursa, ona yaltaqlanmaqdan çəkin və hüsni-niyyət göstər”. Həzrət Peyğəmbər (s) buyurur: “Sitayiş edən yaltağın üzünə torpaq tökün”.
İmam Sadiq (ə) buyurur: “Allah bəndəsi bəndəliyin kamalına çatmaz, məgər o halda ki, başqalarının mədhi və tənqidi sənin üçün eyni olsun.
“TÖVRİYƏ” NƏDİR? VƏ YALANLA FƏRQİ NƏDƏDİR?!
Zahirindən uyğun məna başa düşülüb, danışanın başqa məqsəd güddüyünü bildirən ifadəyə “tövriyə” deyilir. Fəqihlərin nəzərinə görə, yalanın rəva görülən zəruri hallarında gərək “tövriyə”dən istifadə edilsin və “tövriyə” mümkün olduğu təqdirdə aşkar yalana yol verilməsin.
Sual: “Tövriyə” yalan sayılırmı və ondan yalanın müstəsna hallarından (1. zərurət və çarəsizlik zamanı; 2. İki nəfər arasında sülh və barışıq yaratmaq üçün) başqa zamanlarda da istifadə etmək olarmı? Bəzi alimlərin kəlamlarından belə başa düşülür ki, “tövriyə” yalanın qisimlərindən biridir, lakin onun qəbahət və fəsadı adi yalandan azdır.
Burada zərif bir məsələyə diqqət yetirməklə mövcud mübahisə aradan qalxa bilər və o da budur ki, “tövriyə” hər bir hala aid deyil, söz və kəlamın zatən iki (və daha çox) məna daşıdığı yerlərə məxsusdur; belə ki, danışıq zamanı dinləyən şəxs iki mənadan birini başa düşür. Başqa sözlə, “tövriyə” ikimənalı sözə deyilir; birinicisi, dinləyicinin bilafasilə zehnini cəlb edən zahiri və aşkar məna, ikincisi isə, sözü deyən adamın əsas məqsədini daşıyan, lakin dinləyicinin diqqətindən yayınan məna!...
İMAM HÜSEYNİN (Ə) HƏDİSİNƏ ƏSASƏN İNSANIN ZİNƏTİ NƏDİR?
Bir gün bir bədəvi ərəb İmam Hüseynin (ə) hüzuruna gəlib dedi: “Ey Peyğəmbərin (s) övladı! Bir nəfərin kamil “diyə”sini (qanbahasını – min dinar) öhədmə götürmüşəm, amma ödəyə bilmirəm. Fikirləşdim, öz-özümə dedim: Onu ən kərim insandan istəyəcəyəm və Peyğəmbərin (s) Əhli-beytindən (ə) kərim və səxavətlisini tapa bilmədim. Odur ki, sizin hüzurunuza gəlmişəm!)” İmam Hüseyn (ə) buyurdu:
“Ey ərəb qardaş! Səndən üç sual soruşacağam, əgər birinə cavab versən, diyənin üçdə birini, ikisinə cavab versən, üçdə ikisini və hamısına cavab versən, diyənin hamısını sənə verəcəyəm.” Bədəvi ərəb ərz etdi: “Sizin kimi bir kəs mənim kimi bir kəsdən sual soruşur, bir halda ki, siz elm və şərəf əhlisiniz?” İmam (ə) buyurdu: “Bəli! Cəddim Peyğəmbərdən (s) belə buyurduğunu eşitmişəm: “Yaxşılıq, mərifət və bacarıq qədərində olmalıdır.” “İnsanın zinəti nədir?” “Helmlə (səbirlə) yanaşı elmə sahib olmaq!”