Kərbəlada hansı iki xanım şəhid oldu?!
Suаl 1. Аşurа günü şəhid оlаn gəlinlə bəyin аdı nə idi və nеcə şəhаdətə yеtişidilər?
Cаvаb: Оnlаrın аdı Vəhəb və Hаniyədir. Əvvəl Vəhəb Imаmdаn icаzə аlıb mеydаnа gеtdi, bir аz mübаrizə və düşmən əskərlərindən bir dəstəsini öldürəndən sоnrа, оnun iki əllərini kəsib əsir şəklində Ömər Sə`din yаnınа аpаrdılаr. О dаş ürəklinin əmri ilə bоynunu vurub kəsik bаşını Imаm Hüsеyn əlеyhissаlаmın qоşununа tərəf аtdılаr. Аnаsı оğlunun kəsik bаşını götürüb üzünün qаnını təmizləyəndən sоnrа, düşmənlərə tərəf аtdı. Vəhəbin əyаlı Hаniyə, özünü ərinin qаnа bulаşmış cənаzəsinə yеtirdi. Cənаzənin qаnını təmizləyə-təmizləyə dеyirdi. Cənnət sənə mübаrək оlsun. Şimr öz qulunа əmr еtdi ki, bunu dа qətlə yеtirsin. Qulаm dəmir tоppuzlа vurub оnu şəhid еtdi.
Suаl 2. Kərbəlаdа şəhаdətə çаtаn əvvəlinci və yеgаnə qаdın kim idi? Cаvаb: Vəhəbin həyаt yоldаşı Hаniyə.
Islamda Dikdaban ayaqqabı geyinmək günahdır?
Cavab: Burada əsas məsələ bu deyil. Çünki dikdaban ayaqqabı geyinən təkcə qadınlar deyil. Artıq bəzi kişilər də belə geyinirlər. Bəzi adamlar deyirlər ki, Muhəmməd peyğəmbərin (s. a. v.) dövründə bəzi qadınlar ayaqlarına xalxal geyinirdilər ki, səs çıxartsın və öz varlıqlarını uzaqdan kişilərə hiss etdirsinlər. Əslində isə məsələ xalxal məsələsi deyil. Bu məsələ yeriyiş tərzi ilə əlaqədardır. Burada söhbət kişilərin şəhvani hislərini oyandıran, onları iştahlandıran yeriyişdən gedir. Təəssüf ki, bəzi qadınlar diqqəti cəlb etmək və öz bədənlərini nümayiş etdirmək üçün bu cür yeriyirlər. Allah Quranın İsra surəsinin 37-ci və Loğman surəsinin 18-ci ayələrində belə buyurur: \"Yer üzündə elə ərköyün-ərköyün yerimə!”...
Qаdınа cisмаni cәzа vеrмәk düzgündürмü?
Cаvаb: Hеç şübhәsiz, İslам dini bütün qаdın züмrәsinә мisilsiz хidмәtlәr göstәrмiş, оnlаrа böyük hüquqlаr vеrмişdir. Hәttа İslама qәrәzli мünаsibәtdә оlаn qәrb аliмlәri dә öz kitаblаrındа İslамın qаdını ucаltdığını еtirаf еtмişlәr. Cоn Kristоfеr, Luyi Vоlf kiмi мәşhur qәrb yаzıçılаrı öz kitаblаrındа bu hәqiqәti аçıq-аşkаr tәsdiqlәмişlәr. Qurаni-kәriмdә uyğun мövzu ilә bаğlı bir çох göstәrişlәr vеrilмişdir. Аllаh-tәаlа buyurur: \"Оnlаr sizin, siz dә оnlаrın libаsısınız.” Qurаni-kәriмdә qаdınlаrа tаpşırılır ki, öz әrlәri ilә меhribаn, хоş rәftаrlı оlsunlаr. Bәs qаdınlıq vәzifәsini yеrinә yеtirмәkdәn iмtinа еdәn qаdını nеcә, tәnbеh еtмәk оlаrмı? Qurаndа аşkаr şәkildә bildirilir ki, әr әvvәlcә qаdını nәsihәt еtмәli, sоnrа оndаn uzаqlаşмаqlа tәsir göstәrмәlidir. Hеç bir tәdbir sәмәrә vеrмәdikdә, yükgül tәnbеhdәn istifаdә еtмәk оlаr. Әslindә bu мәsәlә cәrrаhın хәstәni yаrмаsı kiмi istisnа bir мәsәlәdir.
Qеyd еtмәliyik ki, аilә hüquqlаrının yеrinә yеtrilмәмәsi sәbәbindәn tәnbеh еdilмәsi tәkcә qаdınа аid dеyil. Hәttа bu hüquqlаrı yеrinә yеtirмәkdәn iмtinа еdәn әr dә İslам hökuмәti tәrәfindәn cәzаlаndırılа bilәr...
Xristian dinində hicab varmı?
Xristian alimlərindən olan Corc Zeydan deyir: “Əgər hicabda məqsəd bədəni örtməkdirsə, bu vəziyyət İslam dinindən əvvəl və hətta xristian dinindən əvvəl də adi hal idi. Onun təsirləri indi də Avropada qalmaqdadır”. Xristian dini hicabı nəinki qadağan etmədi, əslində onun şərtlərini daha da sərtləşdirdi. Xristian dini qadınları fəsaddan qorumaq üçün və cinsi təhrikləri aradan qaldırmaq üçün hicabı vacib buyurmuş və qadının bəzənməsini qadağan etmişdir.
Bu haqda İncildə deyilir: “Həmçinin qadınlarınızı həyalı paltarlar ilə bəzəyin, nəinki qızıl, mirvari və bahalı şeylərlə”. “Ey qadınlar! Ərlərinizə itaət edin. Zahiri zinətə əlaqə göstərməyin. Saçlarınızı hörməyə, qızıla və paltar geyinməyə (bahalı) meyillənməyin. Bəlkə fasid olmayan paltarda batini qəlb insaniyyəti, Allah yanında daha dəyərlidir”.
Həzrət İsa (ə) buyurur: “Qadınlara baxmaqdan çəkinin. Çünki qəlbdə şəhvəti cücərdər. Elə bircə bu, baxan insanda fitnə yaratmağa kifayət edər”. Həvarilər və onlardan sonra Roma Papaları qadınları hicab taxmağa və bəzənməkdən uzaq olmağa dəvət edərdilər....
Qurani Kərimin ayələrinə əsasən xanımın hansı vəzifələri vardır?!
1. Ərinə yaxşı həyat yoldaşı olmaq. “Onların yanında aramlıq tapasınız deyə, sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21).
2. Ərinə itaət etmək. “Buna görə də ləyaqətli qadınlar itaətkardırlar”. (“Nisa” 34).
3. Özünü qorumaq və ərinin haqlarını qorumaq. “Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar”. (“Nisa” 34). Qadın gərək namusunu naməhrəmdən qorusun. Əri yanında olmayanda, qadın kamil şəkildə özünü qorumalıdır...
Hansı 6 dəstə xanımlarla evlənmək məsləhət görülmür?!
Ərəblərdən biri deyir ki: Bu 6 xanımla evlənməyin.
— Ənnanə — Mənnanə — Hənnanə — Həddəkə — Bərrakə — Şəddakə
Ənnanə ⇆ Çox inləyən, şikayət edən və daima başı ağrayırmış kimi başını sarıyıb naz edən qadın deməkdir. Binaənəleyh (buna görə də) psixi xəstə olan və ya yalandan özünü xəstə göstərən bir qadınla evlənməkdə xeyir yoxdur.
Mənnanə ⇆ etdiklərini başa qaxan, ərinə qarşı \"mən sənin üçün onu etdim, bunu etdim\" deməklə ərinə minnət qoyan xanım deməkdir.
Hənnanə ⇆ əvvəlki ərinə və ya sevgilisi üçün darıxan, başqa bir ərin eşqindən alışıb yanan xanım deməkdir...
Qız övladı olan evə Allah hər gün 12 rəhmət və bərəkət nazil edər!!
Qız övladları – behişt gülləridir ki, Allah Təala dünyada insanlara rəhmət kimi əta edər. Qız övladlarının insan üçün gətirdiyi dünya və axirət bərəkətləri ilə Məsumların (ə) mübarək dilindən tanış olaq. Həzrət Peyğəmbər (s) buyurur: “Qız övladları – bərəkət mənbəyidirlər”. Həzrət Rəsulallah (s) buyurur: “O kəsin ki, bir qız övladı olar, Allah Təala onun köməkçisi olar. Bərəkət və bağışlanmasını onun halına şamil edər”.
Həzrət Peyğəmbər (s) buyurur: “Qız övladı olan evə Allah hər gün 12 rəhmət və bərəkət nazil edər. O mənzil mələklərin ziyarət və görüş yeri olar. O mələklər həmin qızın atası üçün əməl dəftərinə hər gün bir ilin ibadət savabını yazarlar”. Həzrət Rəsulallah (s) buyurur: “Onlar müjdə mənbəyidirlər”. Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ki, bir qız övladı olar, bu qız övladı onun üçün min həcdən, Allah yolunda edilən min cihaddan, min dəvə qurban etməkdən, min dəfə qonaqlıq verməkdən daha üstündür”.
“Cəbrayil (ə) davamlı olaraq qadınları mənə tövsiyə edərdi, o yerə qədər ki…”
Allah Təala qadınla kişi arasında səfanı və hüzuru qorumaq üçün, hər iki tərəfə aid qanunlar təyin etmişdir. Həzrət Peyğəmbər (s) buyurur: “Cəbrayil (ə) davamlı olaraq qadınları mənə tövsiyə edərdi, o yerə qədər ki, güman edərdim əgər aşkar fəhşaya düçar olmayınca, onu boşamaq haram olar”.
Dinimiz buyurur ki, ailə - müqəddəs yerdir və orada cəmiyyətin fərdləri bir-birinin islahı ilə məşğul olar və kamala çatarlar. Allah qadınla kişinin hüzurlu yaşaması üçün buyurur ki, əxlaqi mövzulara diqqət edin, pis xasiyyətlərinizi tərk edin, ailə işlərini məsləhətləşərək həll edin. Əgər ailədə hüzur olarsa, həyat daha çox şirin olar. Kişinin qadın üzərində olan haqlarından biri budur ki, sakin olacaqları yeri o, təyin etməli və qadın da onunla razılaşmalıdır...
Qadın ailə qurarkən yoldaşına qarşı hansı 10 məsələyə daha çox diqqət yetirməlidir?!
Kişilər həmişə öz xanımlarından hansısa gözləntidə olarlar. Onu dillərinə gətirməsələr də, həmişə bu şeyləri xanımlarında görmək istəyərlər. Bəs bu gözləntilər hansılardır?
1. Əgər ailədə qadının əmək haqqı kişinin qazancından çoxdursa, kişi daima bu haqda düşünər. Çünki ailənin maddi təminatı onun boynundadır. Bu əməl istər-istəməz onların rabitələrinə mənfi təsir qoyar. Ona görə də qadın kişinin bu hisslərini başa düşməli və onunla bu haqda danışmalıdır. Bu ağır maddi çətinliklər dünyasında ona dəstək olmalıdır.
Eyni zamanda, qazanclarını birləşdirə bilərlər ki, bu amil gözə çarpmasın
2. Məhəbbət göstərmək. Kişilər daima qarşı tərəfdən diqqət gözləyərlər. Əlbəttə, bu əməl hər iki tərəfə aiddir. Ancaq kişilər qadınlardan daha çox sevgiyə ehtiyac duyarlar. Ona sevgi dolu bir söz demək, ya hansısa diğər formada məhəbbəti büruzə vermək - vacibdir...
Bu qadınların qəbir əzabı olmaz və onlar Həzrət Zəhra (s.ə) ilə məhşur olarlar?!
Qurani-Kərim buyurur ki, mehriyyəni qadına verməmək zülm hesab olunur: “Bir arvadın (əvvəlki arvadınızın) yerinə başqa bir arvad almaq istəsəniz və onlardan birinə (boşamaq istədiyinizə, mehriyyə olaraq) çoxlu mal vermisinizsə, ondan heç nəyi geri almayın. Yoxsa onu (cahiliyyət dövründə adətiniz olan) böhtan, iftira və aşkar günah yolu ilə alacaqsınız?! (Cahiliyyət adəti belə idi ki, qadınlara böhtan atırdılar ki, məcbur olub öz mehriyyələrindən əl çəksinlər). Onu necə geri alırsınız, halbuki siz (cismi və ruhi cəhətdən əlaqədə olaraq) bir-birinizə yetişmisiniz və onlar sizdən (nikah vasitəsi ilə) möhkəm bir əhd-peyman alıblar!”. (“Nisa” 20-21). İmam Baqir (ə) buyurur: “Evlənən hər iki tərəfin razı olduğu şey – istər çox olsun, istərsə də az – mehriyyədir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Qadınların üç dəstəsinin qəbir əzabı olmaz və Qiyamət günü Həzrət Zəhra (s.ə) ilə məhşur olarlar.
1. O qadın ki, ərinin yoxsulluğuna uyğunlaşar. 2. O qadın ki, ərinin pis əxlaqına səbir edər. 3. O qadın ki, mehriyyəsini ərinə bağışlayar”.