QƏBİR ÖZ SAHİBİNƏ NƏ DEYİR?


Mömin bəndə qəbirə daxil olan zaman qəbiri ona deyər: \"Mərhəba! Xoş gəlmisən. Allaha and olsun ki, mən səni sevdim. Mənim üzərimdəki torpaqda yol getdiyin vaxtdan, indi ki, qarnımdasan, səni daha çox sevdim”.


BƏRZƏX HARADADIR?


Dünya aləmi insan bədəni kimi iki hissədən ibarətdir: dünya və bərzəxdən. Dünya maddi -zahiri aləmdir, bərzəx isə batini-misali aləmdir.
Dünya maddidir və hiss olunasıdır. İnsan bədəni ilə dünyanı hiss edə bilir. Öləndən sonra isə insanın bədəni və zahiri qəlibi gücsüzləşəndən sonra, bərzəx bədəni onun yerini alar. Çünki bu bədən həmin aləmə uyğun gəlir. Bərzəx aləmindəki hadisələri dərk etmə qabiliyyətinə malik olur.


MÖMİN CAN VERƏNDƏ KIMLƏRİ GÖRƏR?


İlahi rəhmətlə əhatə olunmuş can verən mömini mələklər qarşılamaqla yanaşı, İlahi Övliyalar da onun görüşünə gələrlər. Can verən zaman bu görüş onun ruhuna təskinlik verər.


QƏBR ƏZABINI ARTIRACAQ VƏ AZALDACAQ AMİLLƏR HANSILARDIR?


Qəbr əzabını artıracaq amillər:
1. Pis əxlaq
2. Söz gəzdirmək
3. Məzluma kömək etməmək


KİMLƏR QİYAMƏT GÜNÜ KOR MƏHŞUR OLACAQ?


“Əgər (fəsada) qayıtsanız, Biz də (cəza verməyə) qayıdarıq”. (“İsra” 8). Allah bu ayəsi ilə pis əməl sahibi olub və sonra tövbə edənləri bir növ hədələyir. Onlara xəbərdarlıq edir ki, əgər etdiyiniz tövbədən sonra yenidən fəsada və günaha qayıtsanız, Biz də rəhmət və məğfirətdən əl çəkəcək, cəza verməyə qayıdacağıq.


SİRAT KÖRPÜSÜNÜN HƏQİQƏTİ NƏDİR?


“Sirat” lüğətdə yol mənasındadır və axirətdəki sirat körpüsü cəhənnəmin yuxarısında yerləşən keçid yoludur ki, hamı və ya insanların çoxu gərək oradan keçsin. Dünya siratı dedikdə, məqsəd fikirlərin, əqidələrin məcmuəsi, o sifətlər və əməllərdir ki, insan onunla əlaqədardır. Həmin fikirlər, sifətlər o əməllərdir ki, axirətdə geniş, ürəyəyatan və ya dar və dəhşətli keçid kimi təcəlli edəcəkdir.


BEHİŞTİN MİNİYİ NƏDİR?


llah Təala buyurar:”Behişt Məndəndir və behiştin memarı Məndən başqa heç kim deyildir. Mənim bu behiştim yeddi behiştdir. Onun eni bütün göylərin və yerin eni qədərdir. Mənim behiştim hazır və mövcuddur”.


HƏQİQİ İNTİZARDA OLANLARIN VƏZİFƏSİ NƏDİR?


Bizim əqidəmizə görə müsəlmanların İmam Zamana (ə.f.) münasibətdə vəzifələri vardır və onlara əməl etməlidirlər. Bu vəzifə həmişə insanların çiyinlərində olmuşdur. Allah Təalanın insanlardan istədiyi ən mühüm şey - ibadətdir. Əhli- Beyt (ə) davamçıları iftixar edirlər ki, bu vəzifəyə qarşı məsuliyyətlidirlər.


O KƏSİN Ki, QƏBRİ YOXDUR, ONUN QƏBİR ƏZABI NECƏ OLUR?


Bu məsələ hədislərimizdə açıq şəkildə izah edilmişdir ki, qəbir əzabı dedikdə Bərzəx alımindəki əzab nəzərdə tutulur. Belə ki, dünya aləmi ilə axirət aləmi arasındakı fasiləyə Bərzəx deyirlər. Allah Təala “Muminun” surəsində buyurmuşdur: “Şəkk yoxdur ki, bərzəx aləmi bütün insanlar üçün mövcuddur”.


Behİştİn dörd bulağı kİmİn üçündür?


“Təqvalılara vəd edilmiş cənnətin vəsfi (belədir): Orada dad və ətiri qaçmamış sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütürn ləzzət olan şərabdan çaylar və saflaşdırılmış baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və həmçinin Rəbbləri tərəfindən bağışlanma vardır. (Məgər bunlar) odda əbədi qalacaq və bağırsaqlarını parçalayan su içirdiləcək kəslər kimidirlər?!” (“Muhəmməd” surəsi, 15).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter