Behişt əhli Qiyamət günü nədən nigaran olacaqdır?
Hər bir insan Qiyamət günündə verəcəyi hesabdan qorxursa, gərək bu dünyada başqalarının haqqına qarşı da o cür qorxu və ehtiyat içində olsun. İnsanlarla mülayim olmaq, onlara qarşı kobudluq etməmək – həqiqi möminin sifətlərindəndir. Əgər Allahın bizə qarşı rəhimli olmasını istəyiriksə, gərək biz də başqalarına qarşı rəhimli olaq.
-İmam Sadiq (ə) yuxarıdakı ayə ilə bağlı buyurur: “Onun qorxusunu çəkirlər ki, yaxşı əməllərini qəbul etməzlər və onları pis əməlləri ilə (hesaba) götürərlər”.
-İ. Sadiq (ə) buyurur: “Sui-hesabın mənası budur ki, pis əməllərini hesaba alarlar. Həsənələrini hesaba almazlar. Budur isteqsanın həqiqəti”. -İ. Sadiq (ə) buyurur: “Sieyi-rəhm Qiyamət günü hesabın asan olmasına səbəb olar” və ondan sonra yuxarıdakı ayəni tilavət edir. “O kəslər ki, Allahın əmr etdiyinə sileyi-rəhm edərlər, qohumlarına və Allaha qarşı xəşiyəttə olarlar. Hesabın pis olmasından qorxarlar”...
Behişt haradadır? Bu dünyada behişt düzəltmək üçün nə lazımdır?
Behiştin nemətlərindən ən əhəmiyyətlisi – təhlükəsizliyin olmasıdır. “Onlar üçün Rəbblərinin yanında (hər bir zərər-ziyandan və naqislikdən uzaq olan və bir-birlərinə yalnız salam verdikləri) «Darus-səlam» vardır. Və O, (dünyada) etdikləri əməllərin mükafatı olaraq onların dostu və yardımçısıdır”. (“Ənam” 127). Təhlükəsizlik nemətinin nə qədər böyük və əhəmiyyətli olduğunu o kəslər daha çox dərk edirlər ki, qorxulu məkanlarda, zülm altında, düşmənin yaxınlığında və müharibə zonalarında yaşayırlar.
Behişt elə bir yerdir ki, orada əzab və əziyyət yoxdur. «Elə bir Allah ki, Öz lütf və kərəmi ilə bizə daimi iqamətgah olan mənzillərdə yer verdi. Orada bizə nə bir əziyyət yetişər və nə də bir yorğunluq üz verər». (“Fatir” 35). Behiştdə dörd bulaq axar. “Təqvalılara vəd edilmiş cənnətin vəsfi (belədir): Orada dad və ətiri qaçmamış sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütün ləzzət olan şərabdan çaylar və saflaşdırılmış baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və həmçinin Rəbbləri tərəfindən bağışlanma vardır”. (“Muhəmməd (s)” 15)...
Qiyamətdə Allahın qonşuları adına layiq görülənlər kimlərdir?
İslaminSesi – Hədislərdə böyük savaba malik olan işlərin sırasında məktəb, mədrəsə, körpülər, yolllar, məscidlər və sair ümumi mənfəətli məkanların salınması və tikilməsidir. Bəzən ona “Sədəqətun Cairiyə” bəhrəsi davam edən sədəqə də deyilir.
Məscidi tikən şəxs o məscidin içində edilən idadətlər bə digər savablı əməllərin əcrində şərikdir. Hədislərin birində Allah məscidi tikənləri onu təmir edənlər və onu başsız qoymayanları özünə qonşu bilir.
Məhəmməd Peyğəmbər buyurub: “Qiyamət günündə Allah deyər: Hanı mənim qonşularım?!. Bu zaman mələklər, İlahi sənə kim qonşuluq etməyə layiqdir?. Allah buyurar: Məscidi abad edənlər. Burada abad edənlər dedikdə onu tikənlər, təmir edənlər, və onu aktiv saxlayanlar nəzərdə tutulur.
Behiştin 8 qapısının üstündə yazılan nəsihətlər nələr haqqındadır?
Həzrət Peyğəmbərin (s) bu haqda buyurduqlarına nəzər salmaq üçün hədislərin sorağına gedək. Belə ki, Həzrət (s) nəql edir: “Merac gecəsində məni səmaya aparan zaman mən behişti gördüm ki, 8 qapısı var idi. Hər bir qapısının üstündə dörd kəlmə yazılmışdı ki, hər bir kəlməni bilib əməl edən üçün bütün dünya və onda olanlardan daha yaxşıdır.
1-ci qapı: Rahatlığa çatmağın yolu - dörd sifətdir: qənaət, haqq toxumu səpmək, kini tərk etmək, xeyir əhli ilə yoldaş olmaq”.
2-ci qapı: Axirət sevincinə çatmağın yolu - dörd sifətdir: yetimlərin başına əl çəkmək, dul qadınlara sevgi göstərmək, möminin ehtiyacını aradan qaldırmaq üçün çalışmaq, yoxsulları və miskinləri ziyarət etmək”.
3-cü qapı: Hər bir şeyin yolu və çarəsi vardır. Dünyada salamatlığa çatmağın yolu - dörd sifətdir: az danışmaq, az yatmaq, az yol getmək, az yemək”.
4-Ürəyin ağlığı və aydınlığı dörd sifətdədir: xəstəni ziyarət etmək, cənazəni müşayiət etmək, özün üçün kəfən almaq, borcunu qaytarmaq”...
Ölüm yatağında olan i̇nsanların ən çox peşman olduğu 5 şey hansılardır?
Uzun illər xəstəxanada işləyən tibb bacısı bir çox insanların ölümlərinə də şahid olub. Onların bəziləri ilə ağlasığmaz dərəcədə xüsusi anlar paylaşıb. O, bu ölümlərlə üzləşdiyində mənəvi olaraq çox böyük imtahanlardan keçdiyini deyir. Son saatlarını gördüyü insanların nəyə görə həyatlarını dəyərləndirdiklərini, nələrə görə peşman olduqlarını da dəfələrlə müşahidə edib. Onun sözlərindən yola çıxaraq, sizə ölüm yatağında olan insanların ən çox peşman olduğu 5 şeyi təqdim edirik.
1. Kaş ki, öz istədiyim kimi yaşayardım.
2. Kaş ki, bu qədər çox işləməzdim.
3. Kaş ki, öz hisslərimi ifadə etmək cəsarətim olardı.
4. Kaş ki, dostlarımla əlaqələrimi kəsməzdim.
5. Kaş ki, özümə xoşbəxt olmağa icazə verərdim.
Ölüm haqqında 7 şok həqiqət nələrdir?
Hər kəs ömründə dəfn mərasimində iştirak etmək, xəstəxanada görüşmək, dəfnə kömək etmək, filmə baxmaq kimi təcrübələrdən biri ilə ən azından bir dəfə ölümü müşahidə etmişdir. Ölüm haqqında bəzi şok edən həqiqətlər vardır ki, onları bildikdən sonra insanın həyatı daha maraqlı olur.
1. Bütün insanlar dünyaya gəldikdə bədənində 270-dən çox sümük olur, amma 206 sümüklə ölür.
2. Hər 35 dəqiqədə bədənimizin bir hüceyrəsi ölür, amma biz hələ də yaşayırıq.
3. İnsanlar qocaldığı üçün deyil, bədəndə yaranmış xəstəlik və pozulmalar üzündən ölür.
4. Statistikalar göstərir ki, dünyanın hər yerində insanların çoxu xəstəxanada ölür, yəni doğulduqları yerdə.
5. Ölümdən öncə yediyiniz sonuncu yemək 3 gün müddətində sizi məhv edir. Daha doğrusu ölümdən öncə yediyiniz yeməyin tərkibindəki mövcud fermentlər sizin bədəninizi parçalayır...
Yer üzü, hər gün, insanlara 10 cümlə ilə səslənər hansı tövsiyələri edər?
İnsanın qabiliyyəti olub yer üzü ilə danışa bilsə, yer insana belə xitab edib deyərdi: Ey Adəmoğlu !
Üzərimdə ; gəzib gəzirsən! İçimdə ; hərəkət edə bilməyəcəksən!
Üzərimdə ; günah işlərsən! İçimdə ; hesab verəcəksən!
Üzərimdə ; gülürsən! İçimdə ; ağlayacaqsan!
Üzərimdə ; sevinərsən! İçimdə ; qəmli olacaqsan!
Üzərimdə ; mal yığırsan! İçimdə ; peşman olacaqsan!
Üzərimdə ; haram yeyirsən! İçimdə ; qurdlar səni yemək!...
Üzərimdə ; hər kəslə bərabərsən! İçimdə ; tək qalacaqsan! Buna görə dünyanı axirətdən üstün tutmaqdan əl çək....
Gözlənilməyən ölümün gəlməsinin qarşısını alan əməllər nələrdir?
Qeyri-müəyyən əcəli uzaqlaşdıra bilən amillər:
1. Günahı tərk etmək. İmam Sadiq (ə) buyurur: “İnsanlar ən çox (təbii) əcəlləri ilə ölmək yerinə, günahlarının təsiri nəticəsində ölürlər”.
2. Sədəqə. İmam Əli (ə) buyurur: “Sədəqə verərək ömürlər uzanar”.
3. Sileyi-rəhm. İmam Rza (ə) buyurur: “Biz ömrün uzanması üçün sileyi-rəhmdən başqa vasitə tanımırıq. Əgər insanın ömrünə 3 il qalarsa, ancaq sileyi-rəhminə görə Allah o qalmış ilə 30 il də əlavə edər”.
İmam Sadiq (ə) buyurur: “Bəzən insan günah edir və yaxşı əməllərdən biri olan gecə namazından qalır, bilin ki, pis iş insanın məhv olmasında bıçağın ətə təsir etməsindən daha sürətlidir”.
Ani ölümlərə səbəb olan amillər hansılardır?
Hədislər buyurur ki, ani ölümlərin bir çoxu günahlara görə baş verər. İmam Sadiq (ə) buyurur: “O kəslər ki, günahların (vasitəsilə) ölərlər, təbii ölümlə bu dünyadan gedənlərin sayından daha çoxdur”. Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Heç bir bədbəxtlik üz verməz, baş ağrısı və xəstəlik olmaz, məgər insanın gördüyü günahlarına görə”. Ani ölümlərə səbəb olan günahları tanıyaq:
1. Qohumluq əlaqəsini kəsmək. Peyğəmbər (s) buyurdu: “Sileyi-rəhm evləri abad edər və ömürləri artırar, baxmayaraq ki, onu yerinə yetirən yaxşı insan olmasa belə”.
2. Yalan. Yalan insan həyatına çox ziyan vurar, o cümlədən ömrünü qısaldar. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, yalandan and içər və bilər ki, yalandır – Allahla döyüşə gedər. Həqiqətən yalan and evləri sahibsiz edər və övladların yoxsul olmasına səbəb olar”.
3. Zina. Peyğəmbər (s) buyurur: “Nə zaman məndən sonra zina yayılar, ani ölümlər çoxalar”.
4. Valideynlərə əziyyət vermək. İ. Sadiq (ə) buyurur: “Pənah aparıram Allaha o günahlardan ki, məhv etməkdə tələsər, ölümləri yaxınlaşdırar və evləri sahibsiz edər. Onlar ibarətdir: qohumluq əlaqəsini kəsmək, valideynə əziyyət vermək, ehsan və yaxşılıqdan əl çəkmək”.
Möminin axiruzzamanda çətinliklə tapacağı iki şey nələrdir?
Axiruzzamanda elə bir vəziyyət yaranacaq ki, müsəlman bu iki məsələdə çox çətinlik çəkəcək
Tuhəful-Uqul əsərində Məhəmməd peyəmbərdən nəql edilən hədis belədir:
“Axiruzzamanda ən az tapılan şey etimad ediləsi dost və halal dirhəm (pul) olacaqdır”
Bu əbəs yerə deyil ki, halal ruzi qazanmağın özü elə ibadət hesab edilir. Bu olduqca çətindir. O qədər çətin ki, onu həyata keçirə bilsən ibadət etmiş olursan.
Dostluğa gəldikdə isə dini mənbələrdə cahillər, fasiqlər zalimlərlə deyil , alimlər hikmət sahibləri və möminlərlə dostluğa təkid edilir. Əks təqdirdə buna dostluq demək olmaz.