Qiyamət günü insanın qiyafəsi necə olacaq?


Qiyamət günü insanın qiyafəsi necə olacaq? Sədrul-mütəllihin yazır: “Qiyamət günü bədənlərin məhşur olması etiqadına lazım olan şey budur ki, bədənlər qəbirlərdən elə çıxarılar ki, hər kim onları görsə deyər ki, bu filankəsdir, ya filankəsin bədənidir”. Əllamə Tehrani yazır: “Bütün İslam əhli və bütün fəqihlər bu əqidədirlər ki, məad cismani olacaqdır”. Quran ayələrindən və din alimlərinin buyurduqlarından belə nəticəyə gəlmək olur ki, ruh insanın bu dünyada malik olduğu bədənə qovuşar və onunla birlikdə məhşur olar. “(Dünyada) oxşarlarınızı sizin yerinizə qoymaq (həmişə bir dəstəni aparıb bənzərlərini gətirmək) və (axirətdə ora uyğun olaraq) sizi yenidən, bilmədiyiniz hal və surətlərdə yaratmağımız üçün!”. (“Vaqiə” 61)...


Qəbir əzabını ağırlaşdıran və yüngülləşdirən amillər hansılardır?


Bir müsəlmanın Allaha olan ümidi və qorxusu eyni səviyyədə olmalıdır. Belə ki, əgər qorxusu çox olarsa, İlahi rəhmətdən məyus və ümidsiz olar. Başqa bir tərəfdən isə əgər ümidi çox olarsa, yaxşı işlər görməyə stimulu qalmaz, çünki çox rahat olar. Ona görə də bu cür insan hər bir günaha düçar olar və Allahın lütf və kərəmindən dəm vurar. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər Allahın rəhmətinin ölçüsünü bilsəydiniz, hər an Ona söykənərdiniz. Az bir əməl yerinə yetirməzdiniz. Əgər Allahın qəzəbinin ölçüsünü bilsəydiniz, güman edərdiniz ki, bir daha nicat tapa bilməyəcəksiniz”. İmam Sadiq (ə) buyurur: “Elə bir mömin bəndə yoxdur ki, qəlbində iki nuru olmasın. Qorxu nuru və ümid nuru. Əgər birini o birisi ilə müqayisə edərsən, çox olmamalıdır”...


İnsanın əməl naməsi nə vaxt bağlanır?


Toy salonunda işıqları söndürüb qaçan adamı ədalətlə cəzalandırmaq üçün işığın sönməsi nəticəsində baş verən bütün hadisələr nəzərə alınmalıdır. Bəli, qaranlıq səbəbindən qab-qacağın sınmasında, adamların pilləkəndən yıxılmasında, uşaqların qorxmasında, bir sözlə, tədbirin pozulmasında həmin şəxs təqsirkardır. Quran buyurur ki, həm əməllər, həm də onların nəticələri yazılır. (“Yasin”, 32.) Hədisdə deyilir ki, yaxşı bir işin bünövrəsini qoyan adama sonralar da bu işi görənlərin savabı verilir. Eləcə də, insanlar üçün pis bir yol düşünən adam o yolu gedən bütün adamların günahına şərikdir. (“Kənzül-Ümmal”, h. 430. 79.)...


Möminin bərzəx sarayını nə vaxt od bürüyər?


İslaminSesi bildirir ki, Mömin bəndələrdən olan Molla Əli Qarzuni təqvalı insanlardan olmuş və sadiq yuxulara malik olmuşdur. O, nəql edir ki, bir gecə yuxuda böyük bir şəhər görür ki, axırını müşahidə etmək mümkün deyildi. Ortasında böyük və təmtəraqlı bir saray görür və heyrət edir ki, bu saray kimindir. Gözətçilərdən birindən soruşur və o, da deyir ki, bu saray Həbib Nəccar Şirazinindir.Abid deyir: “Mən onu tanıyırdım və onunla dostluq edirdim. Bu zaman onun məqamına qibtə etdim və anidən gördüm ki, bir ildırım çaxdı və o sarayın bir mərtəbəsini və şəhəri oda bürüdü. Şəhər yanmağa başladı və aradan getdi, sanki heç olmamışdı kimi. Mən qorxu və dəhşət içində yuxudan ayıldım. Başa düşdüm ki, elə günah etmişdir ki, əməllərini məhv etmişdir...


Cәhәnnәm әzаbı vә bеhişt nеmәtlәri dünyаdа gördüklәrimizә охşаyırmı?


Cәhәnnәm әzаbı vә bеhişt nеmәtlәri dünyаdа gördüklәrimizә охşаyırmı? Qiyаmәtdә insаn fәrqli dә оlsа hәm ruhа, hәm dә cismә mаlikdir. Fәrqli cism ахirәt аlәminin qаnunlаrınа münаsibdir. Cәhәnnәm әzаbı vә bеhişt nеmәtlәri hәm ruhа, hәm dә cismә аiddir. Bu hәqiqәti аyәlәr vә rәvаyәtlәr tәsdiqlәyir. (Mоllа Möhsin Fеyz Kаşаni, “Üsulil-mааrif”, s. 224, 225.) Cismаni vә ruhi әzаb mәsәlәsi ilә dаhа gеniş şәkildә tаnış оlmаq üçün Qurаni-kәrimin dörd аyәsinә nәzәr sаlаq:
1.Cismаni әzаb: yаndırıcı оd (“Әrаf”, 12.); “Yеyәrlәr аmmа dоymаzlаr”. (“Vаqiә”, 51-53.)
2. Ruhаni әzаb: İnsаn nәfsinin yаnmаsı (“Humәzә”, 4-7.); “Sоnsuz hәsrәt. (“Аli-İmrаn”, 192.)..


Şeytana möhlət olaraq verilən “məlum gün” hansıdır?


Şeytana möhlət olaraq verilən “məlum gün” hansıdır? Məlum olan vaxt barəsində nəzər və fikirlər müxtəlifdir. Bəzi alimlər həmən günü yer üzündə ilahi hakimiyyətin qurulacağı zamana nisbət vermişlər. Bu barədə bir çox təfsir kitablarında , o cümlədən Mərhum Əllamə Təbətəbainin Əl Mizan təfsirində bu məsələyə yerüzündə ədalətin bərqərar olacağı, insanların səadətə yetişəcəyi,günahların tərk ediləcəyi, saleh bəndələrin ilahi hakimiyyət quracağı günə nisbət verib... Amma Şeytana verilmiş möhlətin bitməsi, onun insandan əl götürməsi barəsində ən məşhur nəzər surun çalınacağı, qiyamətin qopacağı gündür. Qiyamət günü bütün məxluqatın həlak olub yenidən rəbbinin hüzurunda tpolaşacağı gündür. Bu günə qədər Adəm övladı Şeytan və öz əmmarə nəfsi ilə daim cihad halında olacaqdır...


Torpağın Adəm övladından hər gün istədiyi 5 əməl...


Torpağın Adəm övladından hər gün istədiyi 5 əməl... Həzrət Peyğəmbər (s) buyurdular: “Qəbir hər gün Adəm övladına səslənərək deyər:
1-Mən kasıblar eviyəm özünüzlə xəzinələr gətirin! 2-Mən qorxu eviyəm özünüzlə sizini yalnızlıqdan nicat verəcən əməllər gətirin! 3-Mən İlan və əqrəblərin eviyəm, özünüzlə zəhəri zərərsizləşdirəcək qoruyucular gətirin! 4-Mən qaranlıqlar eviyəm, özünüzlə aydınlaşdıracaq gətirin! 5-Mən torpaqlar eviyəm, özünüzlə gəvə gətirin!
--Xəzinə olan əməl “La İlahə İllallahdır” --Qəbirdə insanı yalnız qoymayan Quranı hər gün oxumaqdır. --İlan və əqrəbləri zərərsizləşdirən əməl isə Sədəqə və xeyir işlər görməklədir...


Nә üçün bәzilәri ölümdәn qоrхur?


Nә üçün bәzilәri ölümdәn qоrхur? Tәbii, fitri оlаrаq hәr bir insаn özünü sеvir. Özünüsеvmә insаn tәbiәtinin әsаs sәciyyәlәrindәndir. Bu sеvgini dоğurаn insаn bаtinindәki әbәdilik mеylidir. İnsаnın özünü sеvmәsi hаnsısа bir zаmаn kәsiyindә mәhdudlаşmır. İnsаn özünü sеvәrәk әbәdi hәyаt hаqqındа düşünür. Bеlә ki, bu gün özünü sеvәn sаbаh dа, о biri gün dә, uzаq gәlәcәkdә dә bu sеvgi ilә yаşаyаcаqdır. Dеmәk, insаn vаrlıqdаn хоşlаnır, yохluq hissi оnu әridir. Әgәr insаn tәbiәtindә bеlә bir mеylin vаrlığı qәbul оlunursа, еlm vә mәrifәtin bu mеyli istiqаmәtlәndirmә imkаnı dа tәsdiq оlunmаlıdır...


Hz Peyğəmbərin (s) dünya və axirət xoşbəxtliyi üçün öyrətdiyi əməllər nələrdir?


Hz Peyğəmbərin (s) dünya və axirət xoşbəxtliyi üçün öyrətdiyi əməllər nələrdir?İmam Əlidən (ə) əql nəql olunur ki, buyurdu: “Bir kişi Hz Peyğəmbərin (s) yanına gəldi və dedi: Mənə elə bir əməl öyrət ki, Allah və insanlar məni sevsinlər, Allah-Taala (c.c) sərvətimi artırsın, bədənimi sağlam və ömrümə uzunluq bağışlasın və məni səninlə məşhur eləsin!” Hz Peyğəmbər (s) buyurdu: Sənin istəklərin 6 arzudur ki, 6 əmələ ehtiyaclıdır!
1-Allahın səni sevməsini istəyin zaman onun qadağan etdiklərinə qarşı təqvalı ol,
2-İnsanların səni sevməsini istəyin zaman onlara yaxşılıq et və əllərində olanlara tamahını qoru,
3-Hər zaman istəsən ki, ruzin bol olsun qazancının zəkatını çıxmağı unutma,...


Qəbr əzabından xilas olmaq üçün hansı 8 əməlləri etmək lazımdır?


Qəbr əzabından xilas olmaq üçün hansı 8 əməlləri etmək lazımdır? Hədislərimiz qəbir əzabından xilas olmağın bir neçə yollarını göstəriblər ki, onlara işarə edək.
1. Bəzi günahları tərk etmək. a). Dedi-qodu etmək. Əmirəl-möminin (ə) buyurur: “Qəbir əzabı dedi-qodu edən, nəcisindən paklanmayan, kişinin qadınından uzaqlaşmasından meydana gələr ki, öz yatağını ayırar. Yemək və yatmaqda ondan uzaq olar”. b). Neməti zay etmək. - c). Ailəsi ilə kobud olması.
2. Namazın rükusunu tam və kamil şəkildə yerinə yetirmək.
3. “Zuxruf” surəsini davamlı oxumaq.
4. Hər cümə “Nisa” surəsini oxumaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter