Hansı səbəblərə görə öləndən sonra cəsəddən pis iy gəlir?


Hansı səbəblərə görə öləndən sonra cəsəddən pis iy gəlir? Allah buyurur: “Mən bəndələrimə üç nemətə görə minnət qoymuşam:
1. Onların bədənini ruhu çıxan zaman pis iyli edirəm. Əgər belə olmasaydı, heç kəs (qohumlarının və ya ) dostunun cənazəsini dəfn etməzdi.
2. Müsibət və bəladan sonra unutmağı onlara hakim etdim. Əgər belə olmasaydı, heç kimin xoş bir həyatı olmazdı.
3. “Bu hərəkət edənləri xəlq etdim və buğda və arpaya hakim etdim, əgər belə olmasaydı, onların rəhbərləri bu buğda və arpanı qızıl və gümüş kimi toplayardılar”.


Axirətdə behişt və cəhənnəmdən başqa yer vardırmı?


Axirətdə behişt və cəhənnəmdən başqa yer vardırmı? Behişt yolunda olan çətin bir keçiddir. Səadət və bədbəxtlik qütblərini bir-birindən ayırır. Uzun bir dağ kimi hər ikisinin arasına fasilə salır. Bu yerin adı Ərafdır. Bəs kimlər bu məkanda olacaqlar? Mərhum Əllamə Təbatəbainin nəzərinə görə, “O kəslər ki, Ərafda olacaqlar, Allahın muxlis bəndələri də onların arasında olacaqdır – onlar da bu keçiddə olacaqlar. Ərafilərin nişanələri məhz bu İlahi insanlara aid edilir, onların ali məqamı vardır. Həm xoşbəxt olanları və həm də bədbəxt olanları tanıyırlar. Onlarla söhbət etmək icazəsinə malikdirlər. Şəfaət verə bilirlər”...


Sirat körpüsündən keçmək üçün cümə günü qılınan namaz hansıdır?


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim cümə günü dörd rükət namazı qılar ki, hər rükətdə “Həmd”dən sonra 51 dəfə “Tövhid” və 50 dəfə “Ayətül-kürsü” oxuyar, axirətdə Allah Təala ona iki qanad verər ki, Sirat körpüsünün üzərindən və behiştdə hara istəsə uça bilər”. Digər gözəl əməl barədə İmam Sadiq (ə) buyurur: “Cümə günündə heç bir əməl Muhəmməd (s) və onun nəslinə göndərilən salavatdan üstün deyildir”. Cümə günü sədəqə vermək baxımından da xüsusi fəzilət daşıyır. İmam Baqir (ə) buyurur: “Cümə gününün sədəqəsi, cümə gününün başqa günlərdən fəzilətinə görə ikiqat hesab olunur”...


Bərəhut nədir? Bu yer haradadır və kimin üçündür?


Bərəhut nədir? Bu yer haradadır və kimin üçündür? Lüğətə nəzər salsaq görərik ki, bərəhutun mənası vadi deməkdir. Ancaq bəzi dilşünas alimlərinin nəzərinə görə, quyu mənasını da verir.
Əgər hədislərə nəzər salsaq, görərik ki, bərəhut hər iki mənada istifadə olunmuşdur.
İmam Əli (ə) buyurur: “Müsəlmanların ruhları behiştdə Səlmi adlı bulağın yanında yerləşirlər. Müşriklərin ruhları isə Bərəhut adlı atəşdən olan quyuda”.
İmam Sadiq (ə) buyurur: “Yəmən diyarının arxasında bir dərə vardır ki, onu Bərəhut adlandırırlar. O, dərədən qara ilanlardan başqası keçməz”.
İmam Əli (ə) buyurur: “İnsanlar üçün ən üstün diyar – Məkkə vadisi və Hindistanda olan vadidir. İnsanlar üçün ən pis vadi iki vadidir: Əhqaf vadisi və Həzrəmutda olan Bərəhut adlı vadidir. İnsanlar üçün ən üstün quyu – Zəmzəm quyusudur. İnsanlar üçün ən pis quyu – Bərəhut quyusudur ki, kafirlərin ruhları orada yerləşirlər”...


Can verən insanın ölən zaman gördüyü 5 şey nələrdir?


Can verən insanın ölən zaman gördüyü 5 şey nələrdir?Can verən insan ölüm yaxınlaşan ana yaxın dünyada görmədiklərini müşahidə etməyə başlayar. Ona görə də bu zamana müayinə deyirlər. Can verən insanın qeyb gözü açılar və mələkut aləmini sirləri onun üçün aşkar olar. Can verən insanın gördüyü 5 şey nədir?
1. Mələklər. “O kəslər ki, mələklər, canlarını onlar pak olan halda alarkən (onlara) «Salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə daxil olun» deyərlər”. “Nəhl/32)
2. Hz Peyğəmbəri (s) və başqa Məsumları (ə) görər. İmam Sadiq (ə) buyurur: “Elə bir insan yoxdur ki, ölümü gəlib çatsın, məgər o halda ki, Peyğəmbər (s) və Məsum İmamların (ə) hamısı onun yanında hazır olarlar. Belə ki, onları görər. Əgər can verən mömindirsə, onları müşahidə edən zaman eşq bəsləyər. Əgər mömin olmazsa, onları müşahidə edən zaman onları düşmən bilər. Onlarla görüşməyə əlaqəsi olmaz”...


Hansı əməl sahibləri qəbir əzabından xilas olarlar?


İslam maarifinə əsasən bəzi insanlar qəbir əzabından xilas olunar və günah edən şəxslər kimi bərzəx sıxıntısı çəkməzlər:
1-O kəslər ki, Dördüncü günündən cümə namazına qədər dünyasını dəyişə,
2-O kəslər ki, dəfn olunan zaman meyyitin üzərinə iki goy ağac qoyula,
3-O kəslər ki, onların dəfni zamanı qırx nəfər meyyitin yaxşı adam olmasına şəhadət verə.
4-O kəslər ki, namazın rüku və səcdələrini layiqli yerinə yetirələr.
5-O kəslər ki, cümə günü nisa surəsini çox oxuya, Zuxruf surəsini oxumaqda davamlı olalar, gecə namazı qılalar və eləcə də... Mənbələr: 1-Həqqul-Yəqin kitabı, Əllamə məclisi, cild, 2, səh: 390...


Ölümdən qorxmamaq üçün hansı üç səhv düşüncədən xilas olmaq lazımdır?


İnsan ölümdən qorxar! Üç səbəbə görə: 1-Ölümü dərk etməmək, 2-Günah ölüm qorxusu yaradar, 3-dünya bağlılığı, puçluğdan qorxu. Bu üç qorxu səbəbindən xilas olmaq üçün ilahi dinlər insanlara tövsiyə edir ki,
1-Ölümün həqiqətini açıqlayan Peyğəmbərlərin (ə) sözləri əsasında tərbiyə olunsunlar.
2-İlahi dinlər tövsiyə edir ki, günahlara görə ölümdən qorxan insanlar gərək Allahın rəhmətinə ümidli olaraq tövbə etsin...
3-İlahi dinlər ölümü yox olmaq mənasında düşünərək qorxan insanlara tövsiyə edir ki, dünyaya gəlmə hədəflərini düzgün anlasınlar və dünya hazırlıq və həqiqi xoşbəxtliyə çatmaq üçün bir vasitəsdir...


Möminlər öləndən sonra görüşəcəklərmi?


Əmirəl-mömininə (ə) sual verirlər ki, ölülər bir-biri ilə ünsiyyət qururlarmı? Həzrət (ə) buyurur: “Bəli, əgər gözünün önündəki pərdə götürülsə, onları görərsən ki, halqa-halqa əyləşiblər və öz əmmamələri və ya başqa bir şeylə ayaqlarını bir-birinə bağlayıb, bu cür əyləşib və söhbət edirlər. Dünyada elə bir mömin yoxdur ki, dünyadan getsin, məgər o halda ki, onun ruhuna deyilər Vadius-səlama qoşulsun. Vadius-səlam – Ədn behiştinin türbəsidir”. İmam Əli (ə) buyurur: “Əgər gözünüzün önündəki pərdə götürülsə, görərsiniz ki, möminlərin ruhları Vadius-səlamda halqa şəkildə əyləşib, bir-biri ilə söhbət edirlər. Ancaq kafirlərin ruhları Bərəhutdadır”....


Bu əməllə ailənizin 10 nəfərinə Qiyamət günü şəfaət verə bilərsiniz?!


Bu əməllə ailənizin 10 nəfərinə Qiyamət günü şəfaət verə bilərsiniz?! Quranda buyurulur: “Evlərinizdə oxunan Allahın ayələrini və hikməti (əqli elmlər və şər’i hökmləri) xatırlayın. Həqiqətən, Allah daim ən kiçicik xırdalıqları belə görəndir və (hər şeydən) xəbərdardır”. (“Əhzab” 34). Bu ayədə xitab olunanlar Peyğəmbərin (s) həyat yoldaşları olsa da, lakin bütün müsəlmanlara aid olan əməldən bəhs edir – Quranı əzbərləmək və Peyğəmbər (s) sünnətinə əməl etməkdən. Quran əzbərləmək – Məsumlarımızın (ə) həmişə ən çox diqqət etdiyi mühüm mövzulardan olmuşdur. Onlar daima Quranı hifz etməyə və tilavət etməyə təşviq etmişdilər. İmam Sadiq (ə) buyurur: “Quran hafizi ki, ona əməl edər – mələklər, peyğəmbərlər və salehlərlə yoldaş olar”.
Əmirəl-möminin (ə) buyurur: “Quranı tilavət edin və onu yadda saxlayın. Çünki o qəlbdə ki, Quran olar – Allah ona əzab etməz”....


Qiyamət günü 3 ağır zaman hansı zamanlardır?


Qiyamət günü 3 ağır zaman hansı zamanlardır? Bir nəfər İslam Peyğəmbərindən (s) soruşur: “Qiyamət günü dostlar yada düşürmü?”. Peyğəmbər (s) cavabında buyurur: “Üç halda heç kəs heç kəsi yada salmaz:
1. Tərəzinin yanında ki, insanın o zaman bütün fikri onda olar ki, günah yükü ağırdır, yoxsa yüngül?
2. Sirat körpüsünün yanında ki, insanın bütün fikri bu cəhətdə olar ki, ondan keçə biləcəkdirmi, yoxsa bacarmayacaqdır?
3. Əməl dəftəri paylanan zaman ki, insanın bütün fikri onda olar ki, əməl dəftəri sağ əlinə veriləcəkdir, yoxsa sol əlinə?...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter