Əhli-Beyt (ə) bəlanı uzaqlaşdırmaq üçün hansı 6 əməli tapşırıblar?!


Özünə və ailəyə gələn bəlaları uzaqlaşdırmaq üçün bu əməllərdən bəhrələnmək lazımdır:
1. Dua. İmam Əli (ə) buyurur: “Bəla dalğalarını daxil olmazdan əvvəl dua ilə dəf edin”. İmam (ə) yenə buyurur: “Həqiqətən də dua və bəla Qiyamət gününə qədər bir-biri ilə rəfiqdirlər və dua möhkəm bəlaları geri qaytarar”. İmam Səccad (ə) buyurur: “Dua nazil olan və nazil olmayan bəlaları dəf edər”.
2. Sədəqə. Həzrət Peyğəmbər (s) buyurur: “Sədəqə bəlanı aradan aparar və ən təsirli dərmanlardandır. Həmçinin qəti qəzanı geri qaytarar. Dərd və xəstəlikləri dua və sədəqədən başqası aradan aparmaz”.
3. Sileyi-rəhm. İmam Əli (ə) buyurur: “Sədəqə və sileyi-rəhm ilə günahlarınızı pak edin və özünüzü Allahın məhbubu edin”.
“Sileyi-rəhm evləri abad, ömürləri uzun, Qiyamət hesabını asan edər və pis, vaxtsız ölümü uzaqlaşdırar”...


Etdiyimiz duaların bəlalardan qorunmağa təsiri nə qədərdir?


Elmi tədqiqatlar göstərir ki, insanın mənəvi halının cisminə təsiri çoxdur. Allahın insan və xilqət üçün həmişə proqramı vardır. Əgər insan bu proqramdan xaric olarsa, Allah onun qarşısını alar və bəla nazil edər. Əgər əksinə, insan Allahın buyurduqlarına əməl edərək yaşayarsa, Allah ona nemətlər nazil edər və savab yazar.
Ona görə də deyə bilərik ki, insanın maddi və mənəvi həyatı arasında sıx rabitə vardır. Bu səbəbdən etdiyimiz duaların və zikrlərin hər bir bəlanın qarşısını almağa çox böyük təsirləri vardır. Dindar insan bu dualar vasitəsilə Allaha üz tutar və Ondan yardım diləyər, Allah da Rəhim olduğu üçün onun dualarını yerinə yetirər.
Ancaq bu, o demək deyildir ki, insan sadəcə dua etməlidir. Xeyr. Dinimiz buyurur ki, əgər sağlam qalmaq istəyirsənsə, əvvəl Allahı xatırla, dua et və sonra həkimlərin dediklərinə əməl et. Bu zaman amanda qala bilərsən. Həm dua və həm də gigiyena qaydalarına əməl etmək insanı xəstəliklərdən qoruya bilər...


İmanlı qalmaq üçün kimdən dəstək almaq zəruridir?!


Allah yolunda dost və düşmən olmaq – öz təsirini həm dünyada və həm axirətdə göstərər. Xüsusilə Allah yolunda dost olanların səmərəsi dünya həyatında təcəlli edər.
Allahın Peyğəmbəri (s) buyurur: “Qiyamət günü İlahi ərşin kənarına bir dəstə insan üçün masalar düzülər. Onların üzləri 14 günlük Ay kimi parlayacaqdır.
Bütün insanlar qəmgindirlər. Ancaq onların qəmi olmaz. İnsanlar qorxarlar, ancaq onlar qorxmazlar. Onlar İlahi övliyalardır ki, heç bir qorxusu və qəmi yoxdur”.
Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, onlar kimlərdirlər? Həzrət (s) buyurur: “Onlar o kəslərdir ki, Allah yolunda dostluq edərlər”...


İnsanı Allahdan uzaqlaşdıran və cəhalətə çəkən 4 amil hansılardır?!


Bəzi amillər vardır ki, insanın cahil və nadan olmasına səbəb olur. Bu amillər imkan vermir ki, insan öz əqli və qəlbi qüvvələrindən istifadə edib, həqiqətləri dərk edə bilsin. Cəhalətə səbəb olan mühüm amilləri tanıyaq.
1. Ətraf mühit. İnsan onu əhatə edən ictimai, ailə, siyasi mühitdə böyüyər və inkişaf edər. Quranın nəzərinə görə, səhrada yaşayanlar və şəhər mühitindən uzaq olanlar İlahi qanunlardan xəbərsiz olarlar. Çünki bu insanlar ətraf mühitinin təsiri altına düşərlər və elmlərini artırmaqdan bəhrəsiz qalarlar. Ona görə də deyə bilərik ki, səhrada yaşamaq, təcrid olunmuş mühitdə yaşamaq, şəhər mədəniyyətdən uzaq olmaq insanın cəhalət amili ola bilər....


Yemək yedikdən sonra 7 yanlış addım!


İslami və həkimlərin məsləhətinə əsasən yeməkdən sonra bu yeddi işi görmək düzgün deyil:
1) Siqaret çəkmək: Araşdırmalar göstərir ki, yeməkdən sonra 1 çəkilən siqaret adi vaxta 10 ədəd çəkilən siqaretə bərabər olur. Xərçəng riskini də artıra bilir.
2) Meyvə yemək: Yeməkdən dərhal sonra meyvə yemək mədənin hava ilə dolmasına səbəb olur. Ona görə də meyvəni yeməkdən 1-2 saat öncə və ya sonra yeyin.
3) Çay içmək: Çay yarpaqlarının tərkibində yüksək miqdarda turşu olduğu üçün yeməklərdən qəbul etdiyimiz proteinləri həzm etmək çətinləşir...


Namazına diqqət edənə atəşdən xilas olmaq zəmanəti verilmişdir!


İnsanlar ölüm onların sorağına gələnə qədər yuxuda olarlar. Bu zaman təzə qəflətdən ayılarlar. Ölüm ruhla bədənin əlaqəsini kəsər və bütün arzularına son verər.
İnsan öləndən sonra ilk gedəcəyi mənzili – qəbirdir. İnsan can verməyə başlayan andan ölümün çətinlikləri ona hücum edər və bu çətinliklər bərzəx aləminə daxil olan zaman da davam edər. Qəbrin qaranlığı və zülməti, Nəkirlə Münkərin sorgu-sualı, qəbir əzabı, müxtəlif həşəratların və heyvanların hücumu...
İnsan gərək özünü bu aləm üçün hazırlasın. Elə indidən bu çətin yol üçün tədarüklər görsün. Namaz – bu gözəl ibadət – insanın yardımına qəbirdə də gələr. Ona həyatının ən böhranlı anlarında yardım edər. Həzrət Peyğəmbər (s) buyurur: “Ölüm mələyi mənə demişdir: “Hər kim beş vacib namazının vaxtına nəzarət edər, mən ona qarşı anasından da mehriban olaram””. İmam Sadiq (ə) buyurur: “Ölüm mələyi, ölüm zamanı şeytanı namazına nəzarət edən insandan uzaq edər və “Lə iləhə illəllah, Muhəmmədən (s) Rəsulallah!” kəlməsini ona təlqin edər”....


Şəban ayını daha gözəl yaşamaq üçün hansı 11əməl tövsiyə olunur?!


Şəban ayı Allahın xüsusi üç ayından biridir ki, bunda Öz rəhmətini yerə nazil edər və bəndələrinə rəhmət gözü ilə nəzər salar. Hüccətil-İslam Seyyid Abbas Musəvinin bu ayla bağlı bizlərə tövsiyəsinə diqqət edək:
“1. Çalışın bu ayda həm dildə, həm əməldə və həm də qəlbdə tövbənizi təzələyəsiniz.
2. “Məfatih”də yazılan “Şəbaniyyə” duasını və bu aya aid başqa duaları oxumağı tövsiyə edirəm.
3. Bir müəllimim mənə demişdi: “Yunusiyyə” duasının həmişə təsiri vardır. Ancaq Şəban ayında onun təsiri bir neçə qat artar”.
4. Çalışın Şəban ayının hər günündə az da olsa sədəqə verəsiniz...


Çətinliklərin asan olması üçün nə edək?


“Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir”. (“Təlaq” 3). Bütün insanlar həyatları boyu kiçik və böyük çətinliklərlə üzləşirlər. Onların bəziləri hətta insanı sındırır və həyatdan küsdürür.
Ancaq təqvalı insanlar səbir etdikləri üçün bu çətinliklər onlar üçün asan olar. “Kim Allahdan qorxsa, Allah onun işlərini asan edər”. (“Təlaq” 4).
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim dünyaya rəğbətsiz olar, çətinliklər onun üçün asan olar”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə Əbuzərə buyurur: “Mən elə ayə bilirəm ki, əgər insanlar ona çəng vursalar, onlara kifayət edər. O, ayə budur: “Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar”. (“Təlaq” 2)”.
Təfsirçilərin nəzərinə görə bu ayə Peyğəmbərin (s) dostu olan Auf ibni Malik haqqında nazil olmuşdur. İslam düşmənləri onun oğlunu əsir götürmüşdülər. O, Peyğəmbərin (s) yanına gəlir və bu mövzuya görə Həzrətə (s) şikayət edir...


Bir dəqiqə ərzində edə biləcəyimiz əbədi işlər!


Əməl edin və savab qazanın: Bir dəqiqədə beş dəfə «Fatihə» surəsini səlis oxuya bilərik. O «Fatihə» surəsi ki, bir dəfə oxunmasına 1400 savab verilir. Beş dəfə oxumaqla, 7000 savab qazanmış olarıq.
Bir dəqiqədə on dəfə «İxlas» surəsini oxuya bilərik. On dəfə «İxlas» surəsini ixlasla oxumaqla, üç dəfə Quranı xətm etmiş olarıq. Hər gün bir dəqiqə «İxlas» surəsinə ayırsaq, ayda üç yüz, ildə isə 3600 savab qazanmış olarıq ki, bu da 1200 Quran xətminə bərabərdir.
Bir dəqiqədə Quranın bir səhifəsini oxuya bilərik. Bir dəqiqədə qısa bir hədis, və ya qısa bir ayə əzbərləyə bilərik. Bir dəqiqədə 30 dəfə kəlmeyi-şəhadəti iqrar edə bilərik.
Bir dəqiqədə 12 dəfə «Subhanəllahi vəlhəmdulillahi və la ilahə iləllah» zikrini təkrar edə bilərik. Bu zikri ixlas və saf niyyətlə təkrarlayan şəxsin günahları böyük olsa belə, Allah onların üzərindən xətt çəkər...


İnsanın mühiti onun taleyinə həlledici təsir edirmi?


Bəzən belə bəhanə gətirirlər ki, biz pis insanların əhatəsində olduğumuz üçün, özümüz də pis insan olmuşuq. Bu bəhanə axirətdə qəbul olunacaqdırmı?
İnsanlar işığı kəşf etməzdən əvvəl zülmət içində yaşayırdılar. Fitrətlərinə qoyulmuş axtarış hissinə görə işığı kəşf etdilər. İnsan zülməti öz kəşfi ilə aydınlada bilibdirsə, deməli küfr zülmətini də iman nuru ilə aydınlatmağa qadirdir. Heç kəs deyə bilməz ki, atam dinsiz olduğu üçün mən də dinsiz olmuşam. Burada söz çarəsizlikdən getmir, belə ki, Uca Allah peyğəmbərlər (ə) göndərərək insanın bu bəhanələrinə son qoymuşdur. Necə ki, Peyğəmbərinə (s) buyurmuşdu: “Sən onların üzərində hakim deyilsən (onların qəlbinə hakim deyilsən ki, onları iman gətirməyə məcbur edəsən, nə də onların cəmiyyətlərinə hakim deyilsən ki, zorla hökm yürüdəsən və nə onların talelərinə hakim deyilsən ki, onlara axirət cəzası verəsən)”. (“Ğaşiyə” 22). Tarixdə o qədər insan olmuşdur ki, zülmətli mühitdən nura doğru hərəkət edə bilmişdir. Onlardan biri də Fironun xanımı Asya olmuşdur...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter