Pozitiv düşünməyin həyatımıza qoyduğu 7 təsirləri nələrdir?


Pozitiv düşünməyin həyatımıza qoyduğu 7 təsirləri nələrdir?Əgər qəbul etsək ki, insanı xoşbəxt edən amil daxilidir, o zaman daha çox nikbin olmağa can atarıq.
Allah ibadətin dünya və axirət faydaları vardır. Hədislərimiz buyurur ki, ibadətin iki növ təsiri mövcuddur: biri xüsusi ibadətə görə olan xüsusi təsirdir, namaz kimi - insanı günaha batmaqdan qoruyur. Allah Təala buyurur: “Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz böyük günahlardan, xoşagəlməz hallardan çəkindirir. Əlbəttə, insanın Allahı yad etməsi və Allahın insanı yad etməsi daha böyükdür. Allah nə etdiyinizi bilir”. Ənkəbut/ 45.
O biri təsiri ibadətin özünə və bəndəliyə qayıdır, xüsusi ibadətə deyil. Həzrət Peyğəmbər (s) buyurur: “Yaxşı güman, yaxşı ibadətdən mənbələnər”. Yəni, o kəs ki, Allah bəndəsi olar, ibadət ruhunu dadar, Allaha və Allah bəndələrinə qarşı bədgüman olmaz. Necə ki, yaxşı ibadət yaxşı gümana gətirib çıxardar, nikbin olmaq və müsbət düşünmək də pərətişin yaxşı olmasına gətirib çıxardar. İmam Sadiq (ə) buyurur: “Allah Təala Həzrət Davuda (ə) vəhy edir: “Mənim batini və zahiri nemətlərimi bəndələrimin yadına sal. Çünki onlar nə zaman Mənim nemətlərimi xatırlasalar, Məndən yaxşılıqdan başqasını görməzlər. Gələcəkləri də keçmişdəkiləri kimi olar””. Müsbət düşünməyin gətirdiyi nəticələr: 1. Fikir rahatlığı. 2. Qəmi aradan aparar. 3. Məhəbbət yaradar. 4. Günahdan çəkinmək. 5. Ruhu sağlam olar. 6. Şad olmaq. 7. Səbir və hövsələ.


Xərçəng xəstəliyindən qorunmaq üçün nələrdən qorunmalıyıq?


Xərçəng xəstəliyindən qorunmaq  üçün nələrdən qorunmalıyıq? Xərçəng xəstəliyindən qorunmaq üçün 7 qeyd:
Hər cürə xəstəlikdən qorunmaq üçün insan gərək yaşayış tərzində xüsusən də yeməklərinin quruluşunu düzgün sistem əsasında qursun. O cümlədən deyilir ki, insan xərçəng xəstəliyindən qorunmağa görə gərək 7 qeydə diqqət etsin: 1) Tütünlərdən istifadə etməmək, 2) Sağlam yemək rejimi ilə yaşamaq, 3)-Sağlamlıq bağışlayan çəkini qorumaqda çalışmaq və gündəlik cismi hərəkət üçün idman praqramınız lazımdı. 4) Günəş radiyasından özünüzü qoruyun. Dəri xərçəng xəstəliyi ümumi dəri xəstəliklərindən biridir. Bundan qorunmaq üçün bir neçə qeydiyyat, 5) Özünüzü peyvənd edin. 6) Riskli hərəkətlərdən uzaq durun. Misal üçün, müştərək iynə kimi vasitələrdən müalicə üçün istifadə etməyin. 7) Münəzzəm həkim yoxlanışına gedin.


Hafizəni gücləndirən və zəiflədən amillər nələrdir?


Hafizəni gücləndirən və zəiflədən amillər nələrdir? 1)-İslamda da hafizəni gücləndirmək üçün bir çox tövsiyələr vardır ki, onlardan bəzilərinə işarə edək:
1-1- Peyğəmbərə (s) salavat göndərmək. 1-2- Misvak etmək. gündəlik təmizləmək, 1-3- Bal yemək. bədəndəki ağrını azaldar və fikri cəmləşdirər. 1-4- Səhər yeməyindən qabaq kişmiş yemək. Çünki onun təkibində fosfor çox olduğundan beyni gücləndirir. 1-5- Gündəlik işləri görmək üçün proqram tərtib etmək.

2) -Məsumlardan (ə) gələn hədislərdə hafizəni zəifləndirən amillərə işarə edilmişdir. Onlardan bəzisinə nəzər salaq:
2-1. Günah işlətmək. 2-2. Turşu yemək. 2-3. Hündürdən və çox gülmək. 2-4. Müəllimlərə hörmətsizlik etmək. 2-5. Həddən artıq pendir yemək. 2-6. Qəbirlərin üzərindəki yazıları oxumaq. 2-7. Cənabətli halda yeyib-içmək. 2-8. Qaynar yemək yemək. 2-9. Pis iyləri iyləmək.


Yaxşı əhval-ruhiyyə üçün 11 məsləhət hansılardır?


Yaxşı əhval-ruhiyyə üçün 11 məsləhət hansılardır? Əgər siz həyatınızda nəyinsə düz getmədiyini, kədərli fikirlərin daha çox olduğunu hiss edirsinizsə, çalışın bu vəziyyətdən tez çıxasınız, çünki bu getdikcə uzana bilər. Yaxşı əhval-ruhiyyə üçün 11 məsləhət:
1. Özünüzü idarə etməyi öyrənin. Kiçik şeylərə görə inciməyin. 2. Dünyaya yumor hissi ilə baxmağa çalışın. 3. Bütün dünyaya küsərək evdə oturmayın! 4. Həyatınıza yeniliklər gətirin. Məsələn: təzə hobbiyə başlayın və yaxud geyim tərzinizi dəyişin. 5. İstirahət etməyi bacarın! Məsələn dostlarınız və yaxud sevdiyinizlə görüş barədə. 6. Üzgüçülüklə məşğul olun. 7. Dayanın və düşünün. Otağınızı müntəzəm təmizlədiyiniz kimi fikirlərinizi, məqsədlərinizi və münasibətlərinizi də qaydaya salmalısınız. 8. Həyata daha asan münasibət bəsləyin. 9. Perspektiv hissini qoruyun. Həyat özü bir hərəkətdir. Bu gün sizin üçün faciə olan bir şey sabah sizin üzünüzü güldürə bilər. 10. Xoşagəlməz şeyləri unudun. 11. Alış-veriş edin.


Puldan da vacib olan şeylər nələrdir?


Puldan da vacib olan şeylər nələrdir? Sahibnəzərlər deyirlər: Gözünüz ancaq onun-bunun pulunu saymasın. Həyatda puldan önəmli, dəyərli elə məfhumlar var ki, biz bəzən onlar haqqında unuduruq. Onları sadalayırıq:
1-Savad, Savadlı adamın həmişə çörəyi var. 2-Nigah — Partnyorunuz sizi stimullaşdırır, daha çox işləyir, daha çox uğur qazanırsınız. 3-Fiziki sağlamlıq — Cansağlığı böyük nemətdir. 4-Psixoloji sağlamlıq — çətinliklərdən qorxmamaq üçün psixologiyamız gərək güclü olsun. 5-Öz gücümüzə söykənmək — Sizin dəyəriniz özünüzə inamınız, bacarığınız və gücünüzdür. 6-Ünsiyyət — Öz fikirlərmizi auditoriyaya bildirmək qabiliyyəti həqiqətən qiymətsizdir. 7-Başqalarına kömək etmək – özünü xoşbəxt hiss etmək üçün başqalarını çətinlikdən qurtarmaq çox dəyərlidir. 8-Minnətdarlıq və şükür etmək — Çünki bəlkə də bizim sahib olduğumuz kiminsə arzususdur. 9-Mənəviyyat — Hansını ki, nə başqa yerlərdə nə də pulla tapa bilirik. 10-Dostlar – insanın qolu və söykənəcəyi gücdür.


Yoxsulluğa səbəb olan amillər nələrdir?


Yoxsulluğa səbəb olan amillər nələrdir? Yoxsul olmaq eyb deyildir. O şey ki, yoxsul olmaqda bəyənilmir – odur ki, insan əməllərinin sayəsində yoxsul olar. Özünü və başqalarını əziyyətə salar. Yoxsulluqla vuruşan və mübarizə aparan insanlar da az deyildir. (Tebyan) İnsanlar adətən üç növ yoxsulluqla üzləşərlər: biri o yoxsulluqdur ki, insan dini göstərişləri tərk etdiyi üçün düçar olmuşdur. İkinci o yoxsulluqdur ki, mömin üçün günahlarının kəffarəsidir. Üçüncüsü isə o yoxsulluqdur ki, insan əgər ona səbir edərsə, dərəcəsinin artmasına və böyük savaba nəsib olar. Qurana nəzər salan zaman görmək olur ki, insanın yoxsul olmasına səbəb olan ən böyük amil – günah və büdrəmələrdir.
Əsas amillər ibarətdir: 1. Yaxın qohumlarla əlaqəni kəsmək. 2. İsraf. 3. Zina. 4. Haram musiqiyə qulaq asmaq. 5. Namazı yüngül hesab etmək. 6. Yalana adət etmək. 7. Yalandan and içmək. 8. Övladını lənətləmək.


Əməllərin savabına nisbətdə dəniz dəyərində olan əməl hansıdır?


Əməllərin savabına nisbətdə dəniz dəyərində olan əməl hansıdır? İmam Baqir (ə) buyurur: “Əmr be-məruf və nəhy-əz-munkər - iki mühüm və böyük İlahi vacibatdır ki, o ikisinin vasitəsilə başqa İlahi vacibatlar yerinə yetirilər. İnsanların qazancları halal, insanların haqqı təmin olunan, diyarları abad və düşməndən intiqam alınmış olar. Bütün işlərin möhkəmliyi bu iki əsasın yerinə yetirilməsindən asılıdır”.
Əmr-be-məruf və nəhy-əz-munkər İslam dininin iki vacibatlarındandır. Məsumlarımız (ə) bu İlahi vacibatın yerinə yetirlməsini çox vurğulamışdılar. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim əmr-be-məruf və nəhy-əz-munkəri yerinə yetirərsə, yer üzərində Allahın canişini və ümməti arasında Rəsulunun (s) canişini olar”.


Quranda göz dəyməsinin olduğu təsdiq edilirmi?


Quranda göz dəyməsinin olduğu təsdiq edilirmi? Bəli. Qələm surəsinin 51-ci ayəsində deyilir: “Quran eşidən zaman sənə baxarlar və baxışlarıyla az qalırlar səni vurub yıxalar”. Ayədən göründüyü kimi, burada gözün nəzər deyilən mənfi təsirindən söz açılır. O da anlaşılır ki, təkcə maddi olanlar yox, ruhi üstünlüklər də neqativ təsirli həsədə – göz dəyməsinə səbəb ola bilər.


Məhsulun bərəkətli olması üçün 5 sirr nələrdir?


Məhsulun bərəkətli olması üçün 5 sirr nələrdir? Hər bir işin öz qaydası vardır. Bu, insanın həm fərdi və həm də ictimai həyatında müşahidə oluna bilər. Hər kəs öz peşəsində bir qədər düşünsə, bir çox əxlaq üsullarını görə bilər. (Tebyan) Əkinçilik də bu cür peşələrdən biridir. Əgər bu peşədə olan əxlaqi üsullara diqqət edilərsə, daha çox inkişaf və tərəqqi edə bilər. Əkinçilikdə olan bəzi əxlaqi üsullara işarə edək: 1. Niyyət, ixlas və təvəkkül. 2. Gecə vaxtı toxum əkmə və məhsul yığma. 3. Zəkatı vermək. 4. Ətraf mühitə diqqət etmək. 5. Heyvanlara diqqət etmək. Bu əlamətlər hər cürə halal ruzilərə də aid olunur diqqət olunsa möminlərin həyatlarında bərəkət fuzun tapar.


100 müctəhid yetişdirən alim kimdir?


100 müctəhid yetişdirən alim kimdir? Axund Xorasani – 100 müctəhid yetişdirən alim - Axund Xorasani kimi tanınan Molla Hüseyn oğlu Məhəmməd Kazım qəməri təqvimlə 1255-ci ildə Məşhəd şəhərində dünyaya göz açıb. Atası Molla Hüseyn din təbliğindən əlavə, Məşhəd-Herat arasında ipək ticarəti ilə məşğul olub. Axund Xorasani elmi səviyyəsini, mənəvi halını yüksəltmək üçün gecə-gündüz zəhmətə qatlaşır və bu istiqamətdə heç bir çətinlikdən qorxmur. Özü bu barədə deyir: \"Yeganə yeməyim təfəkkür idi, lakin yenə də qane olmurdum. Heç vaxt nəyəsə görə gileyim olmadı. Altı saatdan çox yatmırdım. Gecələri oyaq qalırdım. Ulduzlarla dostlaşmışdım. Ac qarına yatmaq çox çətindir\". Axund Xorasani 13 il ərzində Şeyx Ənsari, Seyid Əli Şüştəri, Şeyx Razi ibn Məhəmməd Nəcəfi, Mirzayi Şirazi kimi böyük alimlərin dərsində iştirak edir. ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter