Ata-ana övladının şəxsiyyətin və əməllərini dəyərləndirmək üçün onu necə əzizləməlidir?!


Ata-ana övladını 4 cür öpməlidir və hər bir öpüşün də xüsusi mənası vardır.


Allah-Taalaya (c.c) bəndəlikdə Ona sitayiş və səna demək başlanğıc nöqtədir!


Bu şərafətli dua Allaha həmd-səna ilə başlayır: \"Allahım, sənə həmd ilə sitayişə başlayıram. Bu səs-küylü dünyada Allahı düşünmək yolunda bir çox maniələr vardır. İnsanın yeganə səadət yolu Allaha bəndəlik və ona itaətdir. Başqa işlər bu həqiqətin müqəddiməsi hökmündədir. Lakin çox təəssüf olunur ki, xalqın əksəriyyəti bu həqiqətdən xəbərsizdir; hər şeyi düşünürlər, insanın həqiqi səadətini və təkamülünü təmin edən Allahı isə yox!
Ramazan çatdıqda Allahı düşünməyin maneələri azalır, dua və ibadət üçün münasib şərait yaranır. Bu dua və ibadət baharında aşiqlər öz Məbudunu yada salıb zümzümə edirlər. Bütün varlıqları ilə Onu çağırır və Onu istəyirlər. Bəs Allahın dua və ibadət şəraiti yaratdığı bu baharda biz necə dua edək?...


İslam maarifində \"Hərəm” nə deməkdir?


Allah-Taala Həzrət Adəm (əleyhissalam)-ı behiştdən xaric edərək onu Səfa dağına atdı. O zaman Adəm (əleyhissalam) özünü qaranlıq bir aləmdə hiss etdi. Allahın əmri ilə bir dürr Kəbənin yerində qərar tutdu. Bu dürrün ziyası (işığı) Məkkənin dağlarına yayıldı. Bu dürrün nurunun əhatə etdiyi o sahəyə \"hərəm” deyərlər. Hərəmi müəyyən əlamətləri ilə hüdudlanıbdır.
1. Hərəmin şimal tərəfi məscidi-Tənimlə məhdudlaşır ki, bu məscid Mədinə yolunun üstündədir və Məscidül-Hərama qədər 6 km məsafəsi var.
2. Cənub tərəfi \"izaətül-ləbən” məntəqəsi ilə məhdudlaşır. Yəmən yolunun üstündə qərar tutub və Məscidül-Hərama qədər 12 km məsafədə yerləşir.
3. Şərq tərəfdən Taif yolunun üstündəki \"Cəranə” məntəqəsi ilə məhdudlaşır...


\"Bisimllah\"-ın insan həyatında olan təsirləri haqda məsumlar nə buyurmuşlar?!


1. Həzrət Əli (ə) Həzrət Peyğəmbər (s)-dən, Həzrət Peyğəmbər (s) isə Allah-Taaladan rəvayət etmişdir ki: \"Hər hansı böyük bir iş Allahın adı ilə başlanmazsa puç və nəticəsizdir.”
2. Mərhum Təbərsi \" Məkarimul - əxlaq” kitabında nəql edir ki, Həzrət Musa ibn Cəfər (ə) buyurmuşdur: \"Qəm-qüssəyə düşmüş şəxs üzünü göyə tutub üç dəfə \"bismillahir-rəhmanir-rəhim” deyərsə mümkün deyildir ki, Allah onun narahatlığını və qəm-qüssəsini aradan qaldırmasın. Əgər Allah istəyərsə!”
3. Mühüm bir hədisdə buyurulur: «Bismillahir-rəhmanir-rəhim» ilə başlayan dua Allah dərgahında rədd edilməz...


Məsumlar sakkalı uzatmaq və onu necə saxlamaq haqda nə buyurmuşlar?!


Saqqalı uzatmağın qaydaları - Saqqal nə çox uzun, nə də çox qısa saxlanılmamalıdır.Bir çox alimlər saqqal qırxmağı haram bilmişlər. Dodağın üst və kənarlarını qırxmağın isə heç bir maneəsi yoxdur və yaxşı olar ki,bu iki hissə bir qədər çox qırxılsın. İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: \"Saqqalın uzunluğu yumruqdan böyük olmamalıdır (yəni saqqal əl ilə tutulduqda ovucdan bayıra çıxmamalıdır). Bundan artıq olarsa onu mütləq azaltmaq lazımdır.
Məhəmməd ibni Müslümdən nəql olunmuş rəvayətdə deyilir:İmam Baqir (ə) saqqalını bərbərə düzəltdirdiyi zaman onu dairəvi etməsini istəyirdi. Peyğəmbər (s) saqqalı uzun olan şəxsləri gördükdə onlara saqqallarının qıraqlarını azaltmağı tövsiyə edərdi.


Dırnaq tutmağın fəzilətləri haqqında məsumlardan hədislər...


Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir:\"Dırnaq tutmaq bir çox xəstəliklərin qarşısını alar və ruzinin bol olmasına səbəb olar.”
İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: \"Dırnaqlarınızı vaxt-aşırı tutun ki,Şeytan orada özünə yer etməsin. Əgər dırnaq daim uzun olarsa hafizə zəifləyər və insanda huşzuzluq xəstəliyi yaranar.”Peyğəmbər (s) səhabələrə etdiyi tövsiyələrin birində buyurur:\"Kişilər vaxt-aşırı dırnaqlarını tutmalı, qadınlar isə onları bir qədər uzadıb təmizliyinə fikir verməlidirlər.”
Rəvayətlərin birində deyilir:Səhabələr Quran ayələrinin bir müddət nazil olmadığını görüb Peyğəmbər (s)-ın yanına gəlib ondan bunun səbəbini soruşdular.Peyğəmbər (s) buyurdu: Dırnaqlarınızı tutmayır, təmizliyə riayət etməyirsiniz belə, olduğu halda ayə nazil ola bilərmi?!


Namaz və ibadətlərdə hüzur qəlbli olmağın beş mərhələsi hansılardır?!


Hüzuri-qəlbin müxtəlif mərtəbə və dərəcələri – həm nisbətən kamili, həm də daha kamili vardır. Təkamül yolçusu onları tədrici olaraq qət edə bilər ki, yüksək qürb və şühud məqamına çata bilsin. Bu çox uzun və müxtəlif məqamlara malik olan yoldur ki, mənim kimi uzaqdan nəzarət edən, həsrət odunda yanan bir şəxsin onları izah etməsi rəva deyildir. Lakin onların bə’zi mərtəbələrini qısa şəkildə qeyd edirik ki, təkamül yolçusu üçün faydalı olsun.
= Birinci mərhələ Hüzuri-qəlbin birinci mərhələsi bundan ibarətdir ki, namaz qılan şəxs bütün namazlarında, yaxud onun bə’zi hissələrində, sözlərin mə’nalarına diqqət yetirməsə və onların mə’nasını müfəssəl şəkildə bilməsə belə, Allahın hüzurunda dayandığına müəyyən qədər diqqət yetirsin, Onunla danışdığını bilsin və Onunla razi-niyaz etdiyinə fikir versin...



Hz Peyğəmbər (s) dişlərin təmizlənməsi haqqında hansı tapşırılqları vermişdir?!


Həzrət Muhəmməd (s) və İmam Musa (ə)-dan nəql olunmuş hədisdə deyilir: Dişlərinizi gül kolunun, nar, xurma ağaclarının və qamışın kökləri ilə təmizləməyin. Bu ağacların çöpləri damağa (dişlərin dibinə) toxundunqa xora damarlarının fəallaşmasına və xora xəstəliyinin yaranmasına səbəb olur.
Hz Əli (ə) bunlarla yanaşı Kəz ağacının çöpləri ilə də dişləri təmizləməyi məsləhət görməzdi.
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: \"Evinizə qonaq gəldikdə ona təzə diş fırçası verin və öz dişlərinizin təmizləyinə və ağızınızın qoxusuna xüsusi diqqət yetirin. Mələklərin sevmədikləri şeylərdən biri də dişlərin təmiz saxlanılmaması və ağızdan gələn xoşagəlməz qoxudur”.


Məsumların hədislərinə əsasən günün hansı vaxtlarında yatmaq məsləhət deyil?!


İmam Cəfər Sadiq (ə) buyurub ki, sübh azanı ilə Günəşin doğuşu arasındakı müddətdə yatmaq adamın ruzisini kəsər, çöhrəsini saraldar, üzündə dəyişiklik və çirkinlik yaradar (Biharül-ənvar, XIII, 182). Hədislərdə bunun səbəbini belə izah edirlər ki, günün həmin vaxtında insanların ruzisi bölünüb müəyyən edilir. Bunu rəmzi mənada da qəbul etmək olar. Sübh namazını qılandan sonra yatmayıb oyaq qalan insan adətən ya zehni, ya da fiziki əməklə məşğul olur, iş-gücünün arxasınca gedir, nəticədə ruzi qazanır. Yatıb yuxuya qalan adam isə bu imkanı əldən verir. Buna görə xalq içində deyirlər ki, iki nəfər qazanar: tez evlənən və yuxudan tez oyanan.
Məğrib və işa arasında yatan adamın da ruzisinin azala biləcəyi barədə rəvayətlər var...


Hz Peyğəmbərin (s) hədisinə əsasən insan bədənində xəstəlik yaradan səbəblər nələrdir?!


Peyğəmbər (s)-ın hədislərinin birində buyrulur ki, beş xasiyyət insan bədənində (dərisində) xəstəliyə səbəb olar:
1.Cümə axşamı və cümə günü bədənə nurə (bir növ kimyəvi maddədir) çəkmək;
2.Günəş şuaları altında qızmış su ilə dəstamaz və ya qusl almaq ;
3. Boynunda cənabət quslu olarkən yemək yemək;
4.Qadın heyzli olduğu zaman onunla yaxınlıq etmək ;
5.Tox olan zaman yemək yemək .


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter