Allah-Taala dörd kəsin duasını geri qaytarmaz?!
Peyğəmbərdən (s) nəql edilən hədislər: “Qiyamət günü mən bütün insanların günahlarını etmiş olsalar da dörd kəsə şəfaət edəcəyəm: Mənim əhli-beytimə kömək edən kəsə, ya çarəsiz qaldıqları zaman onların istəklərini yerinə yetirən kəsə, yaxud dildə və ya qəlbdə onları sevən kəsə və yaxud da əl ilə onları müdafiə edən kəsə.” Bu hədisi İmam Əli (ə) nəql edib. Yenə də həzrət Peyğəmbər İmam Əliyə (ə) vəsiyyətində buyurur: “Allah dörd kəsin duasını geri qaytarmaz: Adil İmamın duasını, atanın övladı üçün etdiyi duanı, möminin mömin qardaşından ötrü etdiyi gizli duanı və məzlumun duasını. Məzlum dua edərkən nida gələr: “And olsun izzət və cəlalıma, sənin intiqamını bir neçə müddət keçsə də alacağam.”...
“Allaha itaətsizliyin başında hansı 6 amil durur...”
İmam Kazım (ə) buyurur: “Allah Qiyamət günü üç dəstə insana ərşinin kölgəsində pənah verəcəkdir: O kəs ki, müsəlman qardaşını evləndirər. O kəs ki, din qardaşına xidmət edər, o kəs ki, müsəlman qardaşının sirrinin ifşa olmasının qarşısını alar”. Həzrət Peyğəmbər (s) buyurur: “Allaha itaətsizliyin başında 6 amil durur: 1. dünya sevgisi. 2. vəzifə sevgisi. 3. yemək sevgisi. 4. yuxu sevgisi. 5. rahatlıq sevgisi. 6. qadın sevgisi”.
İmam Əli (ə) buyurur: “Dünya sevgisi qulağı hikməti eşitməkdən kar edər. Qəlbləri bəsirət gözünü görməkdən kor edər”.
Dualarda Allahdan nə istəyək?
İnsan öz həyatının hər bir sahəsində Allaha möhtacdır. Hər nə varsa – Allahdandır. Qüdsi hədisdə oxuyuruq: “Allah Musaya (ə) buyurur: “Hər nəyə ehtiyacın vardırsa, Məndən istə, hətta qoyunun otuna və yeməyin duzuna qədər”. Bəs Qadir Allahdan nə istəyək? Qurani-Kərim bizə Allahdan nələri istəyəcəyimiz sahəsində yardım edir və bizə tövsiyələr verir: 1. Siratül-müstəqim yoluna hidayət olmağımızı. “Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et!”. (“Fatihə” 6). 2. Müstəqim yolunda qalmağı dua etmək. “Və de: «Ey Rəbbim, məni (hər bir işin icrasına) haqq və doğruluqla daxil et və haqq və doğruluqla çıxart və Öz tərəfindən mənə Sənin tərəfindən kömək edilmiş və (işlərimdə mənə) kömək edən bir hökmranlıq ver!»”. (“İsra” 80)...
Əməlimiz harada ləngiyir ki, kamala aparmır?
Əməllərimiz harada ləngiyir? İnsanın hər bir əməlinin zahiri və batini vardır. Əməlin zahiri – insanın hərəkətlə yerinə yetirdiyi həmin əməldir. Batini isə əməlin əslidir ki, insanın batinini kamala doğru hərəkət etdirər. Necə ki, insan ruhu bədəni olmadan eyniyyət əldə edə bilmir, eləcə də insan əməlinin batini olmadan insanı kamala çatdırmır. Necə ki, insan bədənə malik olmadan insan adlanılmır, eləcə də əməllər də o cürdür. Əgər ibadət batini hərəkət olmadan yerinə yetərsə, mənasız və təsirsiz olar. Ona görə də zahiri hərəkəti batini hərəkət olmadan əməl adlandırmaq olmaz. Allah Təala Quranda insanı oruca dəvət edir. Oruc ibadəti də başqa ibadətlər kimi, həm zahirə və həm də batinə malikdir. Orucun zahiri – sübh namazından başlayaraq məğrib azanınadək içmək və yeməkdən çəkinməkdir. Batini isə bütün haram və məkruhlardan uzaq olmaqdır. Bəzi əməllər vardır ki, insanın orucunun zahirini batil edər. Hz Peyğəmbər (s) buyurur: “O şey ki, orucu aradan aparar – yalandır”...
İnsanların batini və zahiri həyatını dəyişəcək 4 mühüm amil hansılardır?
Maraqlı və toxunmaq istədiyimiz məqam, insanların fərqli düşüncə sahibi olması Allah Rəsulunun (s) bir hədisində özünü zahir etməkdədir. Bu hədisə əsasən mömündə dörd şey olmalıdır ki, onun rifahına xidmət etsin. Peyğəmbər (s) bu dörd şeyi sayır. Amma fərqli baxışlarla. Zahir və batin baxışları ilə. Peyğəmbər (s) buyurub: Möminin dörd şeyi olmalıdır: Geniş evi Yaxşı miniyi Gözəl libası Nurlu, işiqlı çırağı.
Bir kişi dedi Ya Rəsul Allah (s) bizim bunlardan yoxumuzdu biz neynəyək? Həzrət (s) buyurdu: Bu hədisin həmdə batinin vardır. Geniş ev böyük səbri təmsil edir, yaxşı minik ağıldır, gözəl libas həyadır, nurlu çırağ elimdir ki, onun səmərəsi bəndəçilikdir...
İltimasi dua nə deməkdir?, Ayətullah Behcətin bu haqda tövsiyəsi
Mərhum Ayətullah Behcət iltiması duanın əhəmiyyətinə toxunaraq belə diqqətə çatdırır: Allah Təala hz. Musaya buyurdu: Günah etmədiyin bir dillə dua et ki müstəcab olsun! Musa (ə) dedi: necə? Allah Təala buyurdu: Başqalarına de ki səni dua etsinlər. Çünki sən onların dili ilə günah etməmisən! Mərhum Ayətullah Behcət buyurur: İltimasi dua isə insana özü üçün istədiklərini başqası üçün də istəmək mədəniyyətini təlim edir. Həmçinin insana paxıllıq, həsəd, mənim olsun və bu kimi qəlbi rəzillklərdən xilas olacaq gücü verir. İltiması dua edən kəs həm özünü, həm də başqalarını Allah Təalanın rəhmət çətiri altına çəkmiş olur. Ona görə deyirlər ki başqasının sənin haqda etdiyi duası sənin öz duandan daha tez qəbul olar.
Böyük alim cavan və təqvalı oğlu üçün niyə ölümü istədi?
... Mirzənin ancaq bir oğlu vardı və başqa övladı yox idi.Çox gözəl və təqvalı bir Allah bəndəsi idi. Ancaq bununla belə, bu evliliyə razı deyildi və ona görə də belə bir dua edir. Allahdan istəyir ki, oğlunu yanına aparsın və bu evlilik baş verməsin. Hal dili ilə deyir: “Allahım! Bu yeganə oğlumun ölümü mənim üçün belə, bir evlilikdən daha sevimlidir”. Bir müddət keçmir ki, Mirzənin oğlu suda boğulub ölür. Alimin Allah yanında o qədər dərəcəsi böyük idi ki, belə bir da duası qəbul olur. Nəticədə, nə zalım şahın şəri yer alır, nə də oğlunun aqibəti məhv olur. Böyük alimin oğlu mələkut aləminə köç edir və zalımla qohum olmaqdan, onun şər işlərində şərik olmaqdan amanda qalır.
Şeytanın (lən) nəsihətləri ki həqiqətləri bəyan edir nələr haqdadır?
Şeytan (lən) heç bir zaman insanın dostu ola bilməz. Ancaq özü də bilmədən bəzən ilahi peyğəmbərlərə (ə) nəsihətlər vermişdir. Nə etdiyini başa düşəndə, özünü çox danlamışdır. Şeytanın (lən) Həzrət Nuha (ə) verdiyi nəsihət. Tufandan sonra şeytan (lən) Nuhun (ə) yanına gəlir və deyir: “Nuh, sənin mənim boynumda haqqın vardır. Həmin haqqı əda etmək üçün sənə nəsihət edəcəyəm”. Nuh (ə) deyir: “Allaha pənah aparıram ki, sənin boynunda haqqım vardır”. Şeytan deyir: “Bu möminlər övlad sahibi olana qədər mən istirahət edəcəyəm. Çünki onlar muxlisdirlər və bütün kafirlər dünyadan gediblər”. Nuh (ə) dedi: “Nəsihətin nədir?”. Şeytan (lən) dedi: “Məni üç halda yada sal və bil ki, bu üç halda mən mütləq oradayam. -- 1. O zaman ki, naməhərəm kişi naməhrəm qadınla xəlvət edər və mən üçüncü şəxs olaram. 2. Qəzəblənən zaman. 3. Hökm verən zaman”...
Nazil olacaq bəlaları necə dəf edək? Ayətullah Behcətin tövsiyələri
Ayətullah Behcət deyir: \"Düçar olduğumuz bu bəlaların dəf edilməsi üçün cənablar faydalı bir şeylər bilirlərsə onu desinlər ki camaat onu edərək bəlaları özlərindən uzaq saxlasınlar. Quran da buyurur ki, \"Mən, madam ki sən onların arasındasan və madam ki onlar istiğfar edirlər, onlara əzab vermərəm”. Quran yenə buyurur ki, \"Bizim əzabımız onların sorağına gələndə niyə ahu-zar etmədilər”... Onlar hamısı yəqin etdilər ki bunlar Allahın əzabıdır və yenə nazil olacaq. Onlar həmin əzabları Allah dərgahına ahu-zar etməklə dəf etdilər. Sünnət budur ki Allahın qeybdən mələklərlə göndərdiyi əzablar, Allahı diqqətdə saxlamaq, ona müraciət etmək və dərgahına ahu-zar etməklə dəf edilir və indi də bizə gələcək əzabları bu yolla dəf edə bilərik”
İslam dinində şadlığa münasibət necədir?
Ayə və rəvayətlərə əsasən insan səadəti üçün faydalı olan şadlıq zəruridir. İslam orta həddi gözləyən dindir. Bu baxımdan ifrat və təfrit şadlıq da məqbul sayılmır. İslamda insan təbiətinə münasib olmayan heç bir ayin yoxdur. Bütün ilahi göstərişlər insanın fitri ehtiyaclarına uyğun şəkildə tənzimlənmişdir. Şadlıq insanın mühüm fitri ehtiyaclarındandır. Varlıq aləmindəki gözəlliklər, təravətli bahar, lətafətli sübh, ürək oxşayan şəlalələr, ailə və övlad məhəbbəti insanın qəlbini sevinclə doldurur.
Həqiqi şadlığın bəzi amillərini sadalayaq: iman, taledən razılıq, günahdan pəhriz, çətinliklərlə mübarizə, xoş qoxu, idman, həyat həvəsi, fiziki iş, əyləncə, Quran qiraəti, Allahın zikri, sədəqə və s. Qurani kərimdə behişt nemətlərinin sadalanması, İslamın şadlığa müsbət münasibətinin təsdiqidir...