Əgər namaz insanı çirkin işlərdən uzaqlaşdırırsa, nə üçün bəzi namaz qılanlar günaha yol verir?


İçi boş toxum heç vaxt cücərmir. Qəlbin iştirak etmədiyi diqqətsiz namaz içiboş toxum kimidir. Dodaqların, belin, boyunun hərəkətindən əlavə, namazda qəlbin iştirakı zəruridir. Məktəb və universitetin işi insanın elmi təkamülünü təmin etməkdir. Bununla belə, hər məktəbə gedən şəxs elm sahibi olmur. Məktəb o zaman faydalı olur ki, insan oxuduqlarını dərk etsin. Yalnız həqiqi namaz insanı çirkinliklərdən uzaqlaşdırmaq iqtidarındadır. (“Ənkəbut”, 45.) Bu da həqiqətdir ki, günaha yol verən insan namaz qılandırsa, bir o qədər də ağır günaha yol verməyəcək. O, məcburdur ki, bədənini və paltarını pak saxlasın, namazını halal yerdə qılsın. Ağ paltar geyən insan çirkli yerdə oturmaq istəmədiyi kimi, namaz qılan şəxs də çirkin işlərdən uzaq olmağa çalışır.


İnsan özünü sevməlidirmi?


İnsanın özünü sevməsi özlüyündə bir nöqsan və eyib deyildir, bəlkə Allahın böyük nemətlərindən biridir. Ancaq əgər bu meyil həqiqi yolundan çıxarsa, özünəpərəstiş halını alar və insanı yolundan azdırar. Bu cür insan özünü başqalarından üstün görər və öz mənfəətini başqalarının mənfəətindən daha dəyərli hesab edər. Təkəbbür insanı kamal yolundan saxlayar və inkişaf etməsinə mane olar...


Elm məktəbi olan Cəfəri məktəbi bilik arxasınca olanlara hansı tövsiyələri verir?


İmam Sadiq (ə) buyurur: Nəhayət, elm və bilik haqqındakı üç göstərişim bunlardır:
Birincisi, bilmədiyni alimlərdən soruş. Amma bunu onlara əziyyət vermək və onları yoxlamaq məqsədi ilə etmə.
Ikincisi, heç bir işdə yalnız öz fikrinə əsaslanma (başqaları ilə məsləhət et), həmişə ehtiyata riayət et.
Üçüncüsü, bilmədiyin məsələ haqqında və ya haqsız yerə fətva verməkdən elə çəkin ki, sanki amansız şirdən qaçırsan. Camaatın xeyrindən və ziyanından ötrü özünü körpü etmə. (Yəni haqsız yerə kiminsə xeyir görüb, kiminsə ziyan çəkməsi üçün vasitə olma)\"...


Günahı fikirləşmək günahdırmı?


Günahı fikirləşmək  günahdırmı? Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, günah haqqında çox düşünər, (bu iş) onu günaha tərəf çəkər”. Günah haqqında çox düşünmək insanı günaha dəvət edər. İnsanda günah etmək üçün stimul yaradar. O zamana qədər ki, günah etməmişik, bizə günah yazılmaz. Ancaq insan üçün elə qaranlıq və zülmət gətirər ki, onu günah yoluna çəkər.
“Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. (“Əraf” 201)...


Səcdədə və rükuda vacib zikri dedikdən sonra hansı zikri demək daha fəzilətlidir?


Cavab: Elə vacib zikri təkrarlamaq fəzilətlidir və bu zikrlərin tək sayda deyilməsi daha yaxşıdır. Deyilənlərdən əlavə, səcdədə salavat demək və dünya və axirət hacətlərini istəmək müstəhəbdir.(Ali Məqamlı Rəhbər Seyid Əli Xamneyi)


“Fərəc” duasını oxumaq şeytanı (lən) niyə əsəbiləşdirir?


“Fərəc” duasını oxumaq şeytanı (lən) niyə əsəbiləşdirir? Fərəc duasının ən böyük təsirlərindən biri – şeytanın narahat və əsəbi olmasıdır. İnsan Allaha hər nə qədər yaxın olarsa və Məsumlara (ə) nə qədər çox təvəssül edərsə, şeytan bir o qədər narahat və əsəbi olar. Çünki həmin bəndəyə yaxınlaşa bilməz. Fərəcin tezləşməsi üçün dua etmək – ən fəzilətli ibadətlərdəndir ki, imanın kamilləşməsinə və Sübhan Allaha yaxınlaşmağa səbəb olar. İnsan ibadətdə hər nə qədər kamala çatarsa, lənətlik şeytandan bir o qədər uzaqlaşar. Həzrət Peyğəmbər (s) buyurur: “Şeytan o zaman ki, mömin beş namazın vaxtına nəzarət edər, davamlı olaraq ondan qorxar. O zaman ki, onları zay edər, şeytan ona cürət edər. Onu böyük günahlara daxil edər”...


Şeytanın övladları, onların adları və vəzifələri nələrdir?


Şeytanın övladları, onların adları və vəzifələri nələrdir? Sur çalınana qədər yaşayacağı üçün, İblisə nəsil verildi: İblisin bir çox övladları vardır. Hər birinin adları və vəzifələri vardır. Şeytanın övladlarının adları və onların vəzifələri bunlardır:
1. Hanzəb: Namazda vəsvəsə verər. Təqibatın düzgün yerinə yetirilib yetirilməməsində, sözlərin deyilib deyilməməsində, rəkətlərin sayında və s.-də çaşdırmaq istəyər.
2. Vəlha: Təmizlikdə çox su istifadə etməyiniz, bir yeri bir neçə dəfə lazımsız olaraq silib təmizləməniz üçün vəsvəsə verər. Çox su istifadə etdirər, gərəksiz təmizlik etdirər və daha sonra isə gülüb lağ edər.
3. Zəllənbur: Bu da bazarlarda satıcılara xarab mal satmağı, yalandan and içməyi, malını tərifləməyi, malın qüsurunu gizləməyi və insanları aldatmağı mənfəətli, gözəl göstərər...


Sübh namazı niyə bəzən qəzaya gedir?


Sübh namazı niyə bəzən qəzaya gedir? İnsan bəzən sübh namazını bilməyərəkdən qəzaya verir. Özü ilə əhd bağlayır ki, bir daha belə olmayacaqdır. Ancaq səhər yuxusu o qədər şirin olur ki, namaz üçün qalxa bilmir. Bəs bunun səbibi nədir? Bunun həm maddi və həm də mənəvi səbəbləri vardır. Maddi amillər:
1. Həyatında proqramsızlıq. Sübh namazını dərk etməyə mane olan amillərdən biri - həyatında proqramsız olmasıdır. Bu cür insan nə yuxusunu və nə də gördüyü işlərini tənzim edə bilməz. Ona görə də sübh namazına qalxmaq onun üçün çətin olar.
2. Gecəni çox yemək yemək. Gecə ağır yatmağa səbəb olan amillərdən biri yatmazdan əvvəl çoxlu yemək yeməkdir...


“Əzadarlıq saxlamaq əslində islama ehtiramdır”!


“Əzadarlıq saxlamaq əslində islama ehtiramdır”! Hacı Əhliman Rüstəmov: “Kiminsə atası ölsə, o heç vaxt həmin ərəfədə toy eləməz. Məhərrəm ayında da İmamımız şəhid olub”
Hər il olduğu kimi bu ildə müsəlman Azərbaycan xalqı məhərrəm ayını qeyd etmək ərəfəsindədir. Kimlər evində ehsan bişirərək ehtiyacı olanlara paylayır, kimlərsə isə məscidlərə gedərək əzadarlıq mərasimlərində iştirak edərək bu ayın hörmətini saxlayırlar. Lakin bu ayla bağlı cəmiyyətdə müəyyən fikir ayrılıqları və suallar formalaşıb? Sual edirlər ki, nəyə görə bu ayda toy etmək olmaz? Və ya nəyə görə İmamımızın şəhid olaraq cənnətə getməsini bayram kimi qeyd edib sevinmək əvəzinə kədərlənməliyik?...


Dini qəbul etməyən adama son sözümüz nə olsun?


Dini qəbul etməyən adama son sözümüz nə olsun?Sürücülər yolda karlarına gələ biləcək bəzi şeyləri özləri ilə götürürlər. Ehtiyat təkəri olan avtomobilin yolda təkəri buraxmasa, sürücü bir şey itirmir. Amma ehtiyat təkəri olmayan avtomobilin təkəri yolda buraxsa sürücü əziyyət çəkməlidir. Bəli, insan ehtimal verdiyi hadisələrə qarşı hazırlıq görməlidir. Ehtiyatlı insan soyuqda donmaz, yağışda islanmaz. Bəs dində necədir? Peyğəmbərlər ölümdən sonrakı həyat, sorğu-sual haqqında kifayət qədər məlumat vermişlər. Xalqın onlara inanan hissəsi sutkada on-on beş dəqiqə namaz qılır, ildə bir dəfə bir ay müddətində oruc tutur və zərərli işlərdən çəkinirlər. Bu insanlar axirətdə bir şey qazanmasalar da ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter