Hər kim bu surəni oxuyarsa, 70 min mələk onun üçün istiğfar edər?


Hər kim bu surəni oxuyarsa, 70 min mələk onun üçün istiğfar edər?Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Duxan” surəsini cümə gününün gecəsi və gündüzü oxuyarsa, Allah behiştdə onun üçün evlər tikər”.
Həzrət (s) başqa yerdə buyurur: “Hər kim “Duxan” surəsini gecə oxuyar, səhəri elə edər ki, 70 min mələk onun üçün istiğfar edər”.
İmam Baqir (ə) buyurur: “Hər kim “Duxan” surəsini vacib və nafilə namazlarında oxuyarsa, Allah onu o kəslərin zümrəsindən məbus edər ki, Qiyamət günü təhlükəsiz halda gəzərlər. Ərşinin kölgəsində qərar verər, hesabı ona asan edər və əməl dəftərini sağ əlinə verər”.


İbadət dedikdə yalnız namaz və oruc nəzərdə tutulur?


İbadət dedikdə yalnız namaz və oruc nəzərdə tutulur? Allahın razılığını qazanmaq məqsədi ilə görülən bütün işlər ibadətdir. Körpə qızcığazı yaxşı işlərə həvəsləndirmək üçün ona sırğa almağınız da ibadətdir. Mütaliəyə məşğul olan müəllimin məqsədi pul qazanmaqdırsa, bu mütaliə ibadət deyil. Amma bu müəllimin Allaha xatir mütaliə etdiyini düşünüb ona həvəslə xörək hazırlayan aşpaz ibadətlə məşğuldur. Bəli, günü kitabxanada keçən insan cəhənnəmə, mətbəxdə ömrünü başa vuran aşpazın behiştə getməsi mümkündür.


İslam maarifinə əsasən Yoxsulluğa səbəb olan 9 amil nələrdir?


İslam maarifinə əsasən Yoxsulluğa səbəb olan 9 amil nələrdir? İnsan üç növ yoxsulluq ilə mübarizə aparar. Biri odur ki, bəzi dini göstərişləri tərk etdiyi üçün düçar olmuşdur. Digəri - o yoxsulluqdur ki, möminlərin günahının kəffarəsidir. Üçüncüsü - o yoxsulluqdur ki, möminin dərəcənin artması üçündür.
1. Halal olmayan rabitə.Hzrət Peyğəmbər (s) buyurur: “Zinanın beş ziyanı vardır: abırı aradan aparar, yoxsulluğa səbəb olar, ömrü qısaldar,...
2 Yaxın qohumlarla əlaqəni kəsmək. Əmirəl-möminin (ə) buyurur: “Qohumluq rabitəsini kəsmək – yoxsulluq gətirəndir”.
3. İsraf. İmam Sadiq (ə) buyurur: “İsraf insanı yoxsul edər və iqtisadiyyatı düzgün tənzim etmək isə ehtiyacsızlığa səbəb olar”.
4. Yalana adət etmək. Əmirəl-möminin (ə) buyurur: “Yalana adət etmək yoxsulluq gətirəndir”...


Niyə hədislərdə bəzən yoxsulluq mədh olunur?


Niyə hədislərdə bəzən yoxsulluq mədh olunur? Yoxsulluq İslam dininin nəzərində bəyənilməyən və məzəmmət olunan ictimai haldır ki, dinimiz bütün qanunları ilə onu aradan qaldırmağa cəhd edir. Lakin bəzən elə hədislərə rast gəlirik ki, dinimizin məzəmmət etdiyi yoxsulluğu mədh edir. Bəs niyə? İmam Əli (ə): “Yoxsulluq şəhadət kimidir ki, Allah yanında xəzinələri vardır və onu hər kimə istəsə əta edər”. İmam Cavad (ə): “Səbir balışına başını qoy, yoxsulluğu ağuşuna al və şəhvətləri özündən qov”. Təbiidir ki, rifah içində olan həyat yoxsul həyatdan daha üstündür. Ancaq əgər insanın malik olduğu sərvət onu Allaha itaətsizliyə vadar edərsə və qəflətə salarsa, bu zaman yoxsulluq mədh olunmağa başlayar. Yoxsul insanın Allaha diqqəti zəngin və rifah içində olan insanın diqqətindən daha çox olar. Ona görə də bu cür yoxsulluq təbiidir ki, qəflətdə olan zənginlikdən daha yaxşıdır.


Var-Dövlətin insan üçün nə belə faydaları ola bilər?


Var-Dövlətin insan üçün nə belə faydaları ola bilər?Dünya malı təkcə kafirlər üçün nəzərdə tutulmayıb. Bəzi övliyaların da böyük var-dövləti olub ki, bu səviyyə başqaları üçün əlçatmazdır. Cinlər və insanlar, heyvanlar və quşlar da onun ixtiyarında olub. Demək varlı olmaq pis adam olmaq üçün dəlil deyil. Əslində, dünya neməti imtahan vasitəsidir. Bu imtahandan bəziləri alnıaçıq, bəziləri isə başıaşağı çıxır. Allahı unutmayıb var-dövlətdən Onun razılığı üçün istifadə edənlər nicat tapır, nəfsinə uyub şəri çərçivədən çıxanlar isə zəlalətə düşürlər. Ona görə də axirət yolunda istifadə etmək üçün Allahdan var-dövlət istəməyin heç bir eybi yoxdur. Varlı möminlərə din yolunda pul xərclədikləri üçün qibtə etmək nöqsan sayılmır. Həzrət Xədicənin (ə) İslam yolunda xərclədiyi böyük var-dövlətinə baxıb həsrət çəkmək olduqca çirkin bir işdir...


Günahdan çəkinmək istəyən insan nə etməlidir?


Günahdan çəkinmək istəyən insan nə etməlidir?... Qurani-kərimdə buyurulur: «Namaz insanı çirkin işlərdən çəkindirir». («Ənkəbut» surəsi, ayə 45.) Bəli, müttəqilərə doğru yol göstərən Quran, günahdan çəkinmək istəyənləri namaza çağırır. «Filan namaz qılan nə üçün çirkin işlərdən çəkinməyib» sualına yuxarıdakı misallar cavab verir. Ayədə həqiqi namaz nəzərdə tutulur. Əsl həkim şəfabəxş, əsl idman faydalı, əsl həbsxana tərbiyəverici olduğu kimi, əsl namaz da istisnasız olaraq, insanı günahdan uzaqlaşdırır. Həqiqi namazın şərtləri vardır. Namazda xalis niyyət, Allahın əzəmətini, özünün kiçikliyini anlamaq əsas şərtlərdəndir. İmam Sadiq (ə) buyurur: «Namazın qəbul olunmasının əlaməti, onun insanı çirkinlikdən uzaqlaşdırmasıdır».


Günah anlayışına əhəmiyyət verməməyin acı nəticəsi haqda əxlaq ustadları nə buyururlar?


Günah anlayışına əhəmiyyət verməməyin acı nəticəsi haqda əxlaq ustadları nə buyururlar? ... Böyük əxlaq ustadlarından Ayətullah Xoşvəqt bu məsələyə diqqət çəkərək belə buyurur: “Bəziləri ya adət ediblər, ya da cahildirlər. Günahı yüngül hesab edirlər. Günaha mürtəkib olmağlarına diqqət etmirlər (günah anlayışına). Deyirlər heç nə olmaz!
Hətta cibə girənlər deyir ki: “Heç nə olmaz adam öldürməmişəm ki? Cibə girmişəm!” Xeyr! Belə deyil! Bütün bunlar günahı kiçik hesab etməkdən (yaxud yox saymaqdan) irəli gəlir. Bu işdə daha da israrçı olur. İnsan nə qədər ki, belə davam etsə (mənəviyyat) azuqəsindən əli boş qalar.”


İnsana verilən nemətləri dilə gətirmək lazımdırmı?


İnsana verilən nemətləri dilə gətirmək lazımdırmı? -İlahi nemətləri dilə gətirmək nəinki bəyənilməz deyil, hətta əksinə - vacibdir. Hər kim neməti dilinə gətirər, onun şükrünü də yerinə yetirər. “Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qur’ana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən)”. (“Zuha” 11).
İmam Sadiq (ə) buyurur: “O şeyi ki, Allah sənə əta etmişdir, ruzi vermişdir, yaxşılıq etmişdir, hidayət etmişdir – dilinə gətir”...


Şeyx Rəcəbəli Xəyyat bəlaların səbəbsiz olmaması haqda nə buyurur?


... \"Bir nəfərin başı zərbədən yarılmışdı. Onu Şeyxin yanına gətirirlər ki, baxıb görsün, bu günə düşməsinin səbəbi nədir? Şeyx ani sükutdan sonra
deyir: “İşlədiyin zavodda bir uşağa əziyyət etmisən. Əgər uşağın könlünü almasan başına hələ çox müsibət gələcək.” Başı yarılmış adam Şeyxin
sözlərini təsdiqləyib deyir: “Sahə rəisinin oğlu gəlib mənə yersiz irad tutdu, mən da acıqlanıb ona dedim ki, burnunu hər yerə soxmasın! Axşam maaşı almağa gedəndə həmin uşaq gözümə sataşdı. Günorta baş verən əhvalat yadıma düşdü, bərk dilxor oldum. Əsəbləşib yersiz yerə uşağa bir-iki sillə vurdum, o yazıq da ağladı.” Şeyx dedi: “Boş yerə sizin başınıza bəla gəlmir. Get, nə qədər ki, bundan da betərinə düçar olmamısan, uşaqdan halallıq al!”\"


Məsuliyyət altına girmək və istedadları üzə çıxartmaq istəyi nədən qaynaqlanır?


Bizim varlığımızda elə nemətlər vardır ki, onların məhsul verməsi zəruridir. Əgər bu nemətləri əldən versək, ölən zaman çox acı təəssüf yeyərik. Məsuliyyət altına girmək və istedadları üzə çıxartmaq istəyi də bu nemətlərdəndir. Məsuliyyətlərin bəzi sütunları vardır ki, onların üzərində inşa olar. O cümlədən: 1. Allah Təala nemətləri boş yerə verməz və səbəbsiz yerə də geri almaz. Hər kimin neməti olar, məsuliyyət sahibidir. Hər kimin neməti daha çox olar, məsuliyyəti də daha çox olar. Bu yolla məsuliyyətin miqdarı müəyyən olunar. 2. Bizim varlığımızda elə istedadlar vardır ki, onları çiçəkləndirmək lazımdır. Əgər onlardan doğru yerdə istifadə edə bilsək, bizə bəhrə gətirəcəkdir. Əgər onları nəfsani istəklərimiz yolunda istifadə etsək, faydasız olar...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter