“İnşəallah” kəlməsi nə deməkdir? – Bu kəlmənin fəlsəfi izahı


Şəhid Mutəhhərinin “İnşaallah” kəlməsi barədə belə buyurur: Biz hətta ən qəti olan işlərimizdə də “İnşəallah” deyirik (Yəni Allah izin verərsə, Allah istəyərsə). Yaxud bəzən “Allah istəsə, sabah olarsa” kimi ifadələr də işlədirik.
Bir bəndə olaraq bucür demək bizim cəsarətimizdə, bizim ləyaqətimizdə deyildir. Hətta Mütəal Allah öz bəndələrinə bu ədəbi öyrətmək üçün bu barədə peyğəmbərinə (s) belə vəhy edib. Beləki bir nəfər Allah Rəsulundan (s) bir şey barədə sual soruşur. Cavab vəhyə bağlı olduğu üçün peyğəmbər (s) “sualına sabah cavab verərəm” deyir. İnşəallah kəlməsini işlətmir. Bu səbəbdə ilahi vəhy 40 gün gecikir. Peyğəmbər (s) çox narahat olur. Sonra vəhy nazil olur: ““Və heç bir şey barəsində: \'Mən onu sabah edəcəyəm!\' – demə!
Ancaq: \'İnşallah deyəcəyəm!\' – de. (İnşallah deməyi) unutduğun zaman Rəbbini yada sal...” (Kəhf-23-24)


Ramazan ayında hansı mühüm hadisə və əlamətdar günlər vardır?


\"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran, ramazan ayında nazil edilmişdir.\" (Bəqərə-185) Ramazan ayı hicri təqviminin 9-cu ayıdır. Digər aylarda olduğu kimi bu ayda da bəzi mühüm hadisələr baş vermişdir:
1. Həzrət Xədicənin vəfatı -10 (besətin 10-cu ili)
2. İmam Həsənin (ə) doğum günü -15 (hicrətin 3-ü)
3. Qədr gecələri (19-21-23)
4. Məkkənin fəthi - 20 (hicrətin 8-ci ili)
5. Həzrət Əlinin (ə) şəhadəti -21 (hicrətin 40-cı ili)


Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət


Bu mübarək aya daxil olmazdan əvvəl bəzi tövsiyələrə diqqət etsək, yaxşı olar.
1. Elə bu gündən çayın miqdarını azaldın. Ramazan ayı artıq qapıdadır və bu isti yay günlərində daha yaxşı oruc tutmaq üçün elə bu gündən içdiyimiz çayın miqdarını get-gedə azaldaq ki, bədənimiz susuzluğa adət etsin. Həmçinin qəhvə içənlər də içdikləri qəhvənin miqdarını azaldaraq, kafeyn bağlılığını aşağı həddə sala bilərlər.
2. Yeməyin miqdarını azaldın. Oruc tutan insan üçün yeməyin həcmi çox mühümdür və bədən adət etmişdir ki, müəyyən saat fasiləsi ilə ona qida daxil olsun. Lakin oruc tutan insan 17-18 saat ac qaldığına görə, elə bu gündən yeməklərinizin həcmini azaldaraq, bədəninizi buna adət etdirə bilərsiniz...


Ruzi duası necə oxunur?! Azərbaycan hərfləri olə oxunuşu


Ruzi duası: Bismillahir rəhmanir rəhim
1. Ya raziqəl muqillin. Və ya rahiməl məsakin, və ya vəliyyəl muminin, və ya zəl quvvətil mətin. Səlli əla Muhəmmədin və əhli bəytih. Vərzuqni və afini vəkfini ma əhəmməni.
2. Əllahummərzuqni min fəzlikəl vasiil həlalit təyyibi rizqən vasiən həlalən təyyibən bəlağən liddunya vəl axirəh.səbbən səbbən həniən məria. Min ğəyri kəddin və la mənnin min əhədin min xəlqikə illa səətən min fəzlikəl vasi. Fəinnəkə qultə vəsəlullahə min fəzlih. Fəmin fəzlikə əsəlu vəmin ətiyyətikə əsəlu və min yədikəl mələi əsəl.


Süfrə duası necə oxunur?! Azərbaycan hərfləri ilə oxunuşu


Bismillahir rəhmanir rəhim. Əlhəmdu lillahi rəbbil aləmin. Vəl aqibətu lil muttəqin.
Əssəlatu vəs səlamu əla səyyidina və nəbiyyina Əbilqasimi Muhəmməd. Və alihit tahirin.Və lənətullahi əla ədaihim əcməin.
Minəl anə ila qiyami yəvmiddin. Həniən lil akilinə və bərəkətən lil bazilin. Və sihhətən və səlamətən lil hazirinə vəl calisinə və musafirin.
Və rəhmətən li əmvatil hazirin. Əllahummə təqəbəl həsənatil muhsinin və itaməl mutimin. La siyyəma hazihil həsənəh.
Və bəlliğ səvabəha ila ərvahi əmvati sahibil ihsan. Bihəqqi ayətil Qur\'an. Və bi həqqi əsmaikəl husna. Və bihəqqi surətil mubarəkətil fatihəti məəssələvat.


Camaat namazında duran, öz çətinliklərinin düyününü açar!


Həzrət Peyğəmbər (s) buyurur: “Əgər ümmətim üçün çətin olmasaydı, bir neçə məsələni vacib edərdim ki, onların birincisi camaat namazıdır”.
Məsumlarımız (ə) ona görə camaat namazına bu qədər əhəmiyyət verirlər ki, insanlar bir-birinin çətinlikləri ilə tanış olur və bir-birinə həmdəm
olurlar. O cavan ki, camaat namazının ilk sırasında qərar tutar, öz çətinliklərinin düyününü açar. Bunu Uca Allah vəd etmişdir. (Tebyan)
Ona görə də hələ ki, fürsət var, bu İlahi nemətdən bəhrələnək və cəm halında edilən dualarda iştirak edək. Bu kimi namazlar həm ruhumuzu paklayar, həm də dünya çətinliklərimizin aradan qalxmasına yardım edər.


Yemək yeməklə bağlı Həzrət Zəhra (s.ə) hansı 3 tövsiyəsiyələri buyurmuşdur?


Xanım Zəhra (s.ə) buyurur: “İnsanlar yemək yeyən zaman süfrə başında 12 mühüm qaydaya əməl etməli və riayət etməlidirlər. Onlar üç dəstəyə bölünür. Hər birində dörd qayda vardır. Birinci hissə vacib və zəruridir. İkinci hissə müstəhəbdir. Axırıncı hissə insan şəxsiyyətinin nişanəsidir. Zəruri olan 4 qayda:
1. Bu nemətlərin haradan və Kim tərəfindən bizə çatdığını bilmək.
2. Allah tərəfindən bizə təqdir edilən şeylərə razı olmaq.
3. Yeyən zaman Allahın adını dilə gətirmək.
4. Allahın verdiyi nemətə görə əvvəldə və axırda Allahın şükrünü yerinə yetirmək...


“Əl-həmdu lillah” zikrinin tərcümə və təfsiri necə edilmişdir?


“Əl-həmdu lillah” zikrinin tərcümə və təfsiri necə edilmişdir?Fatihə surəsinin əvvəlinci ayəsi olan “Əl-həmdu lillahi rəbbil aləmin” ayəsidir. الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ Qeyd olunan ayənin təfsirində qeyd olunur ki:
الْحَمْدُ kəlməsi özündə iki əsas mənanı: Şükr və sitayiş mənalarını ifadə edir. Yəni həm şükür, həm də şükrlə bərabər sitayiş yalnız Allaha məxsusdur. Ən üstün şükr, ən xalis zikr və ibadət yalınz Allaha məxsusdur.
اللّهِ kəlməsinə ləfzi-cəlalə də deyilir. Yəni Mütəal Allahın xüsusi adı mənasındadır. Bu ad yalnız Allaha məxsusdur.
رَبِّ Rəbb kəlməsi lüğətdə tərbiyəçi mənasındadır. Allah Təalaya nisbət verildikdə isə malik, sahib mənasındadır. Məxluqatın sahibi və işləri yönəldən deməkdir. Çünki rəbb sahib olmaqla yanaşı həmçinin bütün yaradılışı diri tutan, onları yönəldən mənasını da ifadə edir...


Dörd fəslin faydası və hikməti nədir? – İmam Sadiqin (ə) mübarək izahı


İmam Sadiq (ə) yaxın səhabəsi olan Mufəzzələ yerin və göyün bəzi sirlərini açıqlamışdır ki, biz də onlarla tanış olaq. “Günəşin qalxması və düşməsi və ilin dörd zamanı barəsində təfəkkür et. Qış fəslində hərarət ağacların daxilinə qayıdar və ondan meyvə meydana gələr. Hava dəyişkən olar. Havanın belə dəyişkən olmasından bulud və yağış bir-birinə çatar. Heyvanların bədəni güclənər. Baharda isə həmin hərarət (ki, ağacda və bitkilərdə gizlənmişdi) hərəkət edər. Qışda əmələ gələn maddələr doğulub üzə çıxar. Bitkilər cücərər, ağaclar qönçələyər. Heyvanlar nəsillərini artırmaq üçün həyəcana düşərlər...


İslam maarifində Dünyada rahat yaşamaq üçün hansı 5 tövsiyə vardır?


Bu dünya fanidir və bir gün gələcəkdir ki, əbədi dünyaya köç edəcəyik. Ona görə də bu həqiqəti qəbul etməli və necə daha rahat yaşaya biləcəyimizin yollarını axtarmalıyıq. Həyatda rahat yaşamaq üçün yaxşı olar ki:
1. Özümüzü bir qonaq hesab edək! Hz Peyğəmbər (s) buyurur: “Həqiqətən insanlar dünyada qonaqdırlar. O şey ki, əllərindədir – əmanətdir.
2. Özünüzü qərib və yoldan keçən hesab edin. Hz Peyğəmbər (s): “Dünyada elə ol ki, sanki qəribsən və yoldan keçənsən. Özünü qəbir əhlinin zümrəsindən qərar ver!”.
3. Bu dünyadan ürəyini qopart. İmam Əli (ə) buyurur: “Ürəklərinizi, bu dünyadan bədənləriniz ondan xaric olmazdan əvvəl xaric edin”.
4. Dünyanı xoş bir yuxu bilmək.İmam Sadiq (ə): “Dünyanı bir mal qərar ver ki, yuxuda əldə etmisən. Çünki ayılan zaman ondan heç nəyi tapmayacaqsan”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter