Xəlifənin nökəri hansı səbəbdən Dəclədə ac qalmadı?
Orta əsr xəlifələrindən birinin Fəth adlı bir nökəri vardı. O, müxtəlif sənət növlərindən agah idi. O zaman ki, Fəth üzməyi öyrənir, Dəclə çayı qaynamağa başlayır və onu özü ilə aparır. Xəlifə bu xəbəri eşidən zaman çox qəmgin olur. Elan edir ki, əgər onu tapmasanız, mən yemək yeməyəcəyəm. Mahir üzgüçülər axtarışa başlayırlar. Ancaq ondan bir əsər tapmırlar. Bir həftə sonra onu Dəclə çayının kənarında olan yarıqların birində salamat halda tapırlar. Onu götürüb xəlifənin yanına gətirirlər. Xəlifə çox sevinir və əmr edir ki, çoxlu yemək bişirsinlər. Çünki elə bilirdi ki, Fəth yeddi gündür ki, heç nə yeməmişdir. Fəth deyir ki, toxdur.
Xəlifə deyir: “Məgər Dəclə suyundan doymaq olur?”. Fəth deyir: “Xeyr, mən bu yeddi günü ac qalmamışam. Hər gün suyun üzərində bir qab çörək tapırdım və onu götürüb yeyirdim. O çörəyə görə sağ qalmışam. Hər çörəyin üzərində belə sözlər yazılmışdı: “Muhəmməd ibni Hüseyn Əskafdan”...
Şeytan (lən) insandan nə zaman əl çəkir?
İnsan doğulan zaman pak və təmiz olmasına baxmayaraq, şeytan (lən) onun bu cür qalmasına razı olmaz. Çünki əsil vəzifəsi – insanı Allahın yolundan sapdırmaqdır. Bütün səy və cəhdləri insanı günaha tərəf çəkmək yolunda olar. Bu yolda heç bir şeyi əsirgəməz. Qoşununun ən mahir nökərlərini səfərbər edər və insana tərəf hücum edər.
Bu mübarizə insanın ömrünün sonuna qədər davam edər. Haqla batilin mübarizəsi olaraq. O zaman ki, insan can verər, şeytan (lən) yenə insandan əl çəkməz və onu cəhənnəmə salmaq üçün son cəhdlərini edər. Yalnız o zaman ki, insanın ruhu artıq bədənini tərk edər, bu zaman şeytan həmin insandan əl çəkər. Çünki artıq öz rəzil vəzifəsini yerinə yetirmişdir, səylərinin yaxşı və ya pis nəticələnməsi isə insanın iradəsindən və imanının səviyyəsindən asılıdır.
Qibtə olunmağa layiq olan insanlar hansı əməl sahibləridir?!
Qibtə – fəzilətli sifətlərdən olub, möminlərə nisbət verilir. Bu sifət haqqında Məsumların (ə) fikirlərini öyrənək. İmam Sadiq (ə) buyurur: “Mömin qibtə edər və (amma) həsəd aparmaq. Münafiq həsəd aparar və qibtə etməz”. Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “O kəsin ki, bu günü dünənindən daha yaxşı olubdur, qibtə olunmağa layiqlidir”.
İmam Əli (ə) buyurur: “Qibtə olunmağa layiqli olan kəs odur ki, yaxşı iş görmək üçün irəlidə olar”. Həzrət Peyğəmbər (s) buyurur: “Həzrət Musa (ə) ərşin yaxınlığında bir kişini görür və onun məqamına qibtə aparır. Onun haqqında sual verir və ona cavab verirlər ki, o, Allahın insanlara verdiyi fəzlə həsəd aparmır”.
İmam Əli (ə) buyurur: “Həqiqətən ziyankar o kəsdir ki, ömrünü yersiz yerə tələf edər. O kəs ki, ömrünü Allaha itaət yolunda sərf edər – qibtə olunmağa layiqlidir”.
Təvqalı olmaq üçün lazım olan hansı 6 müqəddimə lazımdır?!
Allah Təala Quranda təqva əhli olmaq üçün 6 yolu bəyan edir ki, onlarla tanış olaq: “O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər.
O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət(Qiyamət) gününə yəqinlikləri vardır. O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (Qiyamət) gününə yəqinlikləri vardır”. (“Bəqərə” 3-4).
Dində hansısa rəqəmin çox yayılması, bu rəqəmi müqəddəs edirmi?!
Bəzi ədədlər vardır ki, İlahi mühasibəni nişan verər. Ancaq bu, o demək deyildir ki, həmin rəqəm müqəddəs rəqəmdir. Əgər zikrlərə nəzər salsaq, görərik ki, adətən 100 və 70 rəqəmlərinə işarə edilir. Misal üçün salavatı, 100 dəfə deməyin savabı çoxdur və ya istiğfarı əsr namazından sonra 70 dəfə demək tövsiyə olunur. Ancaq bu, həmin rəqəmin müqəddəsliyini təzahür etmir. Bəlkə İlahi mühasibənin sayını bizə çatdırır. İslam dinində ən çox rast gəldiyimiz rəqəmlərdən biri də 40 rəqəmidir. Bu rəqəmlə bağlı olan bəzi hadisələrə nəzər salaq: Həzrət Adəm (ə) Səfa dağında 40 gün dua və münacatla məşğul olur. Allah Təala Həzrət Musaya (ə) 40 gecə və gündüz vədə verir ki, onunla görüşəcəkdir və Tövrat nazil olur. Həzrət Xızırla (ə) görüşmək üçün 40 səhər evi sulayıb süpürmək lazımdır ki, Həzrət zahir olsun...
Bəni-İsrayil qövmü 40 gün vədə olunmuş diyara daxil olmaqdan qadağan olundular.
Qurani Kərimdə İlk və son nazil olan ayələr hansılardır?
Müsəlmanların əksər hissəsi, istər Əhli-Beyt (ə) davamçıları olsun, istərsə də əhli-təsənnün – bu fikirdədir ki, Quranın ilk ayələri Həra dağında nazil olmuşdur. Bu da “Ələq” surəsinin ilk üç və ya beş ayəsi olmuşdur. Ancaq bundan savayı üç nəzər də mövcuddur.
1. Bəzi nəzərlərə görə, Həzrət Peyğəmbərə (s) ilk nazil olan ayə “Muddəssir” surəsindən olmuşdur və bu nəzəri belə bir hədisə istinadə edərək, bəyan edirlər. Cabir ibn Abdullah nəql etmişdir: “Peyğəmbər (s) mənə buyurdu: “Mən Həra dağında idim, mağaradan xaric olan zaman (Dərə) vadisinə daxil oldum. Səs eşitdim və ərafıma nəzər saldım. Bu zaman səmaya nəzər saldım və anidən Cəbrayili (ə) gördüm. Titrəməyə başladım, sonra Xədicənin (s.ə) yanına getdim və mənim əmrimlə məni libasa bürüdülər. Bu halda idim ki, belə bir ayə nazil oldu: (1) Ey, libasına bürünmüş və ey, gecə əbasını başına çəkmiş (və ey, nübuvvət libasını canına və kamal libasını ruhuna geyindirən). (2) Qalx və qorxut!”.
Ən böyük nemət hansıdır?
Bəzilərinin nəzərinə görə, ən böyük nemət – sərvət, məqam, rifah, qüdrətdir. Ancaq əslində ən böyük nemət odur ki, insan İlahi hədəfinə çata bilsin.
O kəsin ki, çoxlu nemətləri olar, ancaq hədəfinə çatmazsa – o kəsə bənzəyir ki, çoxlu maşınları vardır, ancaq özü küçədə taksi axtarır.
Bu səbəbdən deyə bilərik ki, ən böyük nemət – İlahi hidayət, mərifət, kamil itaət, daxili həvəslərdən nicat tapmaq, Məsumlar (ə) kimi rəhbərlərə malik olmaqdır.
“Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit)bir din kimi sizin üçün İslamı qəbul etdim”. (Maidə/ 3).
Qurani-Kərimi neçə saata oxuyub bitirmək mümkündür?
Qəzzadan olan Quran hafizi Vasim Nadal Qurani-Kərim kitabını fasiləsiz oxumaqla 11 saata xətm edib. O, Qurani-Kərim kitabını Fələstinin siyasi xadimlərinin və Quran xatiblərinin hüzurunda 11 saata oxuyub. Nadal bir müddət bundan əvvəl \"Dar el-Quran\" seminariyasını bitirib. O, Qurani-Kərim kitabını 11 saata oxumaqla rekorda imza atıb. Nadal, səhər 11-də Qurani-Kərimi oxumağa başlayıb və axşam namazına bitirib. Müşahidə qrupunda Fələstinin aparıcı HƏMAS təşkilatının siyasi bürosunun üzvü Ruhi Moştaxi də iştirak edib.
Adət ilə fitrətin fərqi nədədir?
Adət və ənənələr – dəyişən və sabit olmayan qanunlardır ki, müxtəlif amillərin təsirinə məruz qalarlar. O cümlədən: iqtisadi, ictimai, coğrafi və digər amillərin.
Əlbəttə, bir ölkənin hər bir məntəqəsinə aid adət və ənənəsi olar. Yəni, bir ölkənin içində belə, vahid sabit adətlərin olması mümkün deyildir. Bəzən bu adətlər arasında kəskin şəkildə fərqlər də olur.
Deyilənlər, vərdişlərə və qəbul edilmiş qayda-qanunlara da aiddir. Misal üçün, Yer kürəsinin şimal yarımkürəsində soyuqdan qorunmaq üçün çox qalın paltarlar geyinirlər. Əgər kimsə bu cür paltarları hava iqlimi daha yumşaq olan ölkələrdə geyinərsə, bu, böyük təəccübə səbəb olar. Və ya yemək mövzusu da o cürdür. Misal üçün Çin və Koreya kimi bir ölkələrdə adət olunan yeməkləri müsəlman ölkələri qəbul edə bilmirlər. Çünki tamamilə başqa bir qayda-qanuna əsaslanır...
Çətinliklərə qalib gəlmək üçün 6 tövsiyə – Ayətullah Behcət (ə.c) hansı tapşırıqları buyurmuşdur?!
Böyük ustad mərhum Ayətullah Muhəmmədtəqi Behcət vəfatından sonra belə, bizləri nəsihət və tövsiyələrindən məhrum etməmişdir. Onun mübarək irsi – hər zaman üçün aktualdır. Alim çətinliklərə qalib gəlmək üçün bizlərə 6 şeyi tövsiyə edir ki, onlarla tanış olaq:
1. Yanınızda həmişə kiçik Quran gəzdirin.
2. “Nas” və “Fələq” surələrini çox oxuyun.
3. “Ayətül-kürsü”nü oxuyun və evinizdən asın.
4. “Qul” ilə başlayan dörd surəni oxuyun və təkrar edin, xüsusilə də yatan zaman...