Namazda Fatihədən sonra surəni tam oxumaq vacibdirmi?
Gündəlik vacib namazlarda Fatihədən sonra bir surə oxunmalıdır. Hədislərdə və fəqihlərin fətvalarında buyurulur ki, namazlarda İxlas surəsi tərk edilməsin. Xüsusən də ikinci rəkətdə Fatihədən sonra. Bəs Həmddən sonra oxunan hər hansı bir surənin yarsını oxuya bilərikmi? Bu surə tam oxunmalıdır? Cavab: Ayətullah Xamenei: Ehtiyat vacib budur ki, Həmddən sonra bir tam surə oxunsun. Əgər vaxtın azlığı və ya başqa qorxu olarsa gərək surə oxumasın.
Ayətullah Sistani: Bəli. Ehtiyat vacibə görə surə tam oxunmalıdır.
Ayətullah Məkarim Şirazi: Ehtiyat vacibə görə Qurani Kərimdən tam bir surə oxusun.
“Cümə gününün qüslu”nu cümənin gecəsində almaq olarmı?
Cümə gününün qüslu təkidlə buyurulmuş müstəhəblərdəndir. Müstəhəbdir ki, cümə günü sübh əzanından zöhr əzanına qədər vaxt ərzində cümə qüslu alınsın. Daha yaxşı olar ki, bu müstəhəb qüsul zöhrə yaxın edilsin. Lakin bəzən müyyən işlərlə əlaqədar bu işi də edə bilmirik və cümə gününün müstəhəb qüslunun fəzilətində məhrum oluruq.Bu zaman cümə axşamı gecəsi “Cümə” qüslu ala bilərikmi?
Cavab: Layiqdir ki, hər kəs cümə günü su tapmayacağı və qüsul almağa müəssər olmayacağını bilərsə cüməaxşamı günü (cümənin gecəsində) qüsul ala bilər. Bəlkə bunu ümüd inyyəti ilə etsin. (Ayətullah Xomeyni və Ayətullah Vəhid Xorasani)
Əgər zəlzələni hiss etməsək belə Ayət namazı bizə vacib olurmu?
Xatırladaq ki, ayət namazı zəlzələ, ay - günəş tutulması və qara – qırmızı küləklər zamanı qılınan namazdır.
İslaminSesi.info- Ayət namazı aşağıdakı 4 hadisə zamanı qılınan vacib namazdır: Günəş tutulması -Ay tutulması -Zəlzələ olduqda - Qara – qırmızı qorxuducu külək əsdikdə.
Sual: Bəs zəlzələ zamanı bu zəlzələni hiss etməsək və ya qoxmasaq bizə namaz vacib olurmu?
Cavab: Ayətullah Xamenei : Əgər zəlzələ zamanı özünüz onu hiss etməsəniz Ayət namazı sizə vacib deyil.
Ayətullah Sistani: Ayət namazı o halda vacib olur ki, onu vacib edən hallar baş versin və hiss olunsun. Yalnız o yerin əhalisinə vacib olur. Başqa yerin əhalisinə vacib deyil. (Tozihul-məsail)
Öz dilimizdə olan ayələrə və Allah kəlməsinə dəstəmazsız toxunmaq olmarmı?
Quranın dili ilə yazılan Allah kəlməsinə dəstəmazsız toxunmaq icazəli deyil. Şəriətin buyurduğuna görə dəstəmazsız halda Quran yazılarına toxunmaq olmaz. Amma dəstəmazsız Quranın cildinə toxunmağın, ona baxmağın, vərəqləməyin, oxumağın eybi yoxdur. Allah kəliməsinə- اللَّهِ Ləfzi Cəlalə deyilir. Dəstəmazsız ləfzi cəlaləyə toxunmaq olmaz.( Sistani: Ehtiyat vacibə görə caiz deyil. Hətta mürəkkəb bir adın tərkibində olsa belə)
1-Bəs öz dilimizdə və ərəb dilindən başqa dillərdə olan “Allah” kəlməsinə dəstəmazsız toxunmaq olarmı? Cavab- Hansı dildə olmasından aslı olmayaraq dəstəmazsız Allahu Təalanın adına toxunmaq haramdır. Həmçinin Peyğəmbərin (s) , İmamların və Xanım Zəhranında (ə) adları bu hökümdədir. (İmam Xomeyni)...
Birisinin namazda səhv etdiyini gördükdə vəzifəmiz nədir?
Bəzən birinin namaz qılarkən səhvə yol verdiyini müşahidə edirik. Təbii ki, reaksiyalarımız müxtəlif olur. Kimisi biganə olur, kimisi isə müdaxilə edir.
Bəs belə hallarda bizim vəzifəmiz nədir? Cavab: Belə olan halda sizə heç bir şey vacib deyil. Baxmayaraq ki, onun bu səhvi naşılıqdan və hökmü bilməməzlikdən irəli gəlir və əhvət (üstün) onun təlimatlandırılmasıdır. Mənbə: İstiftaat (Ayətullah Seyyid Əli Xamenei)
Ayət namazı və onun vacib olma şərtləri hansılardır?
Namaz vacib və müstəhəb olaraq qisimlərə bölünür. Ayət namazı da bu vacib namazlardan biridir. Lakin bu namaz müəyyən hallarda insana vacib olur. Gündəlik namazlar kimi özünəməxsus vaxta malik deyil. Ayət namazı aşağıdakı hallarda insana vacib olur:
1-Günəş tutulanda 2-Ay tutulanda 3-Zəlzələ olanda 4-İldırım və şimşək, qara-qırmızı küləklər zamanı (bu o vaxt vacib olur ki, camaatın çoxsu qorxa)...
Vəhşət namazı və onun qilinma yeri haradır?
Vəhşət namazı dünyadan köçən insanın dəfn olunduğu günün birinci gecəsində qılınan bir namazdır. İslaminSesi.info- Namaz elə bir əməldir ki, insan namazla həm bu dünyada, həm də axirətdə faydalanmış olur. Dünyada yaşadığı müddətdə namaz qılan o namazın və digər dini hökümlin insan həyatına qoyduğu müsbət təsirlərindən, axirətdə isə savabından bəhrələnir. Bəzi namazlar da vardır ki, digərləri tərəfindən dünyasını dəyişən insana hədiyyə olunur. Bunlar ya vaciblərin qəzası, ya da müstəhəb namazlardır. Bu müstəhəb namazlardan biri də vəhşət namazıdır. Vəhşət namazı dünyadan köçən insanın dəfn olunduğu günün birinci gecəsində qılınan bir namazdır...
Məssi-meyit halı namaza maneə yaradırmı?
...Vəzifəsi məssi-meyit qüslu almaq olan kəs məscidə gedə bilər, vacibi səcdəsi olan Quran ayələri oxuya bilər, cima edə bilər. Lakin namaz qılmaq üçün qüsl etməlidir. Meyyitə toxunub məssi-meyyit qüslu almayan kəsin namazı səhih deyil. Məssi-meyit qüslu cənabət qüslu kimi alınır. Lakin namaz üçün dəstəmaz da alınmalıdır (İmam Xomeyni). Bir meyitə bir neçə dəfə toxunan, yaxud bir neçə meyitə toxunana bir qüsl kifayət edir...
“Təkbrətul-ehram” zamanı əlləri qaldırmaq vacibdir?
Namazın əvvəlində niyyətdən sonra deyilən birinci təkbirə “təkbirətul-ehram” deyilir. Namaza başlayan zaman niyyətdən sonra deyilən birinci Allahu Əkbər kəlməsinə “təkbirətul-ehram” deyilir. Namazın bir neçə vacibatı vardır ki, bunların 5-i rükündür. Namaz zamanı bu 5 rükünü qəsdən və ya səhvən artırıb azaltmaq namazı batil edir.
Bunlar niyyət, təkbərətul-ehram, qiyam, rüku və iki səcdədir. Namaz əsnasında deyilən təkbirlər müstəhəbdir. Vacib təkbir olan birinci təkbir zamanı (təkbirətul-ehram) əlləri qulaqlqra qədər qaldırmaq vacibdirmi? Cavab: Ayətullah Xameneyi: Təkbirlər zamanı əlləri qaldırmaq müstəhəbdir. yətullah Sistani: Təkbirətul-ehram zamanı əlləri qaldırmamaq namazı batil etməz...
Hansı hallarda xalq fiziki gücdən istifadə edə bilər?
Əgər hansısa bir ölkədə İslam dövləti olmazsa, ya mövcud İslam dövləti zəifləyib əlindən bir iş gəlməzsə və xalq dinin ciddi təhlükə ilə üzləşdiyini hiss edərsə, belə yerdə həmin xalq münkər əleyhinə qiyama qalxmalıdır. Bu qiyam İslam həqiqətlərinin, İslam hökmlərinin qorunub saxlanması və insani dəyərlərin cəmiyyətdə dirçəldilməsi üçündür.
Ola bilər ki, cəmiyyətdə istər əqidədə olsun, istərsə də əməldə zülmün qarşısını alacaq qədər güclü İslam dövləti olmasın. Və ya dövlət kafir və ya islami dövlət adı altında hökumət edənlər əslində münafiq olsunlar...